Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Təhlükəsizlik qaydalarına əsaslanaraq metalların çapılmasını nümayiş etdirir”



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix29.09.2023
ölçüsü3,58 Mb.
#124859
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
cilingar-islarinin-texnoloji-prosesi

“Təhlükəsizlik qaydalarına əsaslanaraq metalların çapılmasını nümayiş etdirir” 

Metal çapma əməliyyatlarını necə təsvir edərdiniz? 

Metalların çapılmasında hansı alətlərdən istifadə edə bilərsiniz? 

Çapma alətinin kəsici uc hissəsinin deformasiyaya davamlılığını artırmaq üçün sizcə 
hansı vasitələrdən istifadə edilə bilər? 

Çilingər çəkicinin təsnifatını necə şərh edərdiniz? 

Metalın çapılma ardıcıllığını necə təsvir edə bilərsiniz? 


26 
2.3.1. Metalların kəsilməsini ardıcıllıqla yerinə yetirir

Metalların kəsilməsi 
Kəsmə metalın və ya pəstahın mişar, qayçı və digər kəsmə alətləri ilə kəsilib 
ayrılması prosesidir. Metalın kəsilməsi çapmadan onunla fərqlənir ki, bu 
əməliyyatda zərbə qüvvəsi sıxma ilə əvəz edilir. Nazik təbəqə poladı qayçılarla
kəsirlər, ikitavrlı tirləri, şvellerləri mexaniki mişarlarla kəsirlər, boruları 
borukəsənlərlə, məftili isə itiağız kəlbətinlərlə kəsirlər. Müasir istehsalatda metalkəsmə əsasən 
mexanikləşdirilmişdir. Bunun nəticəsində kəsmənin keyfiyyəti və əmək məhsuldarlığının yüksəlməsi 
təmin edilmişdir. Kəsmə işlərinin yerinə yetirilməsi üçün, əsasən aşağıdakı alətlərdən istifadə olunur:
Şəkil 2.44 Metalkəsən əl mişarı 

əl mişarı - mişar kəski ilə yonqar götürməklə kəsmə 

müxtəlif konstruksiyalı qayçılarla kəsmə. 

metalkəsən kəlbətinlə kəsmə

metalkəsən qayçı ilə kəsmə. 
Şəkil 2.45 Elektrolobzik 
Əl mişarı qalın təbəqə, zolaq, dəyirmi və profilli metalı doğramaq, vint başlığında oyuq, şlis 
açmaq, pəstahı kontur üzrə kəsmək üçün tətbiq edilir. Əl mişarı gövdədən (hərəkət etdirilən polad 
çərçivədən onun üzərinə bərkidilmiş mişar tiyəsindən tiyəsindən və dəstəkdən ibarətdir. 
Mişar tiyəsinin eni 13-16 mm, qalınlığı 0,5-0,8 mm və uzunluğu 250-300 mm götürülür. Zəif 
gərilmiş bıçqı zolağı kəsmə zamanı əyilir, buna görə də dişləri ovxalanıb sına bilər. Çox gərilmiş zolaq isə 
iş zamanı azacıq çəpləşdikdə sınır. Mişar tiyəsi elə tarımlanmalıdır ki, əyilməsin və titrəməsin. 
Əl mişarı ilə kəsmə əməliyyatı iki gedişlə aparılır: 

İş gedişi yəni bıçqının irəli hərəkət etdirilməsi; 


27 

Boşuna gediş yəni mişarın geriyə hərəkət etdirilməsi. 
Mişarı irəliyə hərəkət etdirdikdə (iş gedişi) basmaq, mişarı geriyə hərəkət etdirərkən isə sərbəst 
çəkmək lazımdır, çünki bu zaman metal kəsilmir (boşuna gediş). İş prosesində mişarı yırğalamaq olmaz. 
Şəkil 2.16 Metalkəsən əl qayçısı
Şəkil 2.17 Lingli miz qayçısı
Hər hansı bir hissəni mişar ilə kəsmək üçün onu əvvəlcə məngənədə sıxırlar. Sonra kəsmə işi 
yerinə yetirilir. Mişar ilə kəsməni aparan şəxs məngənə qarşısında hərəkətsiz vəziyyətdə durur. Sonra 
isə sağ əli ilə mişarın dəstəyindən, sol əli ilə isə mişarın çərçivəsinin qabaq ucundan tutur. Mişarı emal 
edilən hissənin üzərinə qoyub səlis surətdə irəliyə və geriyə hərəkət etdirir. Mişarlar kəsiləcək hissənin 
forma və ölçülərindən, habelə materialın bərkliyindən asılı olaraq seçilir. Lobzikdən nazik metal 
təbəqələri kəsdikdə istifadə olunur. Lobzik də mişar kimidir. Lakin lobzikin kəsici orqanı ensiz və nazik 
mişarcıq formada olur. Lobzikdən istifadə zamanı çilingər metal listi özünə istiqamətdə mişarlamalıdır. 
Metalkəsən qayçılar iki növ olur: 

Əl qayçıları; 

Lingli miz qayçıları.
Əl qayçılarından nisbətən nazik metal listləri kəsmək üçün istifadə olunur. Lingli miz qayçıları isə 
qalınlığı 2 millimetrə qədər olan 
metalların kəsilməsi üçün istifadə edilir. Lingli qayçı çilingər masası 
üzərinə bərkidilir.
Şəkil 2.18 Metalı əyilməsi ardıcıllığı ilə 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə