Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə31/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

112
İnsan da var ki, nə niyyəti yaxşıdır, nə  də  əməli. Həm 
meyvəsi, həm də qoxusu olmayan arava da bunun simvoludur. 
Bu iki meyvə və bitkinin bir yerdə bağlanması və onlarla birlikdə 
ibadətin yerinə yetirilməsi, duaların edilməsi cəmiyyətdəki 
müxtəlif xarakterli insanları bir yerə toplayıb bir istiqamətə 
- Allahın yolu ilə getmək mənasını daşıyır. Cəmiyyətdə istər 
yaxşı olsun, istərsə  də pis bütün insanlar birlikdə yaşamaq 
məcburiyyətindədirlər. Onların bəzisinin yaxşı əməl sahibi ol-
maması  cəmiyyətdən təcrid olunması demək deyildir. Onun 
üçün də  həmin adamları  Rəbbin yoluna istiqamətləndirmək, 
onların yaxşı ola bilməsi üçün Allahın yəhudilərə göndərdiyi 
müqəddəs Tövrat qarşısında dualar etmək lazımdır. Bu bay-
ramda Tövrat Aron-Hakodeşdən götürülüb Tevaya gətirilir və 
onun önündə dualar edilir. Tövrat qoyulmuş Tevanın ətrafında 
fasilələrlə yeddi dəfə dövrə vurulur”.
Qəsəbədə ardıcıllıqla keçirilən digər yəhudi bayramların-
dan biri də Tövratın xətm oluması - Simha Tora bayramıdır. Bu 
bayram Sukotun ertəsi günü qeyd edilir. 
Yəhudilərin dini və milli bayramlarından biri də e.ə. 148-
ci ildə onların düşmənlə mübarizə apardıqları vaxt Süleyman 
məbədindəki menoranın (yeddigözlü şamdamın) birgünlük ya-
nacaqla səkkiz gün yanmasının xatirəsinə keçirilən bayramdır.
Yəhudilərin digər iki bayramı da onların Misir əsarətindən 
xilas olmasının xatirəsinə keçirilən Fısıh (Pasxa) və Tövratın 
Tanrı  tərəfindən yəhudilərə  bəxş edilməsinin  şərəfinə qeyd 
edilən Şavuot bayramlarıdır.
1
 
Tövratda buyurulduğuna görə, ibadət yalnız Tanrıya 
olunur.  İbadətin  əsasını  məbəd təşkil edir. Bu məbəd isə ilk 
dəfə  Həzrət Süleyman (e.ə. 973-933) tərəfindən Qüdsdə inşa 
olunan (Süleyman məbədi/Beyt-Hamikdaş) məbəddir. Bi-
zim eranın 70-ci ilində Titusun başçılığı ilə Roma legionerləri 
1
 
  Şinasi Gündüz, Yaşayan Dünya Dinleri, Diyanet İşleri Başkanlığı Yayınları, 
Ankara 2007, s. 241.


113
Azərbaycanda tolerantlıq ənənəsi
yəhudilərin  əsrlikdən sonra Qüdsdə inşa etdikləri məbədi 
dağıtdılar və  Yəhudi dövləti Romanın bir əyalətinə çevrildi.
1
 
Qüdsdəki məbəd tamamilə dağıdıldığı üçün Tövratda əmr 
olunan ibadətlərin bəziləri təxirə salınmışdır ki, qurban ibadəti 
bunlardan ən öndə gələnidir. Gündəlik ibadətlər sinaqoqlarda 
(havra) və yaxud da hər hansı bir başqa yerdə həyata keçirilir.
2
Sinaqoq yəhudilərin birlikdə ibadət etdikləri yerdir. “Kne-
aset” ivrit dilində toplantı deməkdir. “Bet Knesset” (Toplantı 
evi) termini isə hazırda sinaqoqdakı bütün fəaliyyəti əks etdirir. 
Yəhudilər burada toplanır, ibadət edir, Tövrat oxuyur, dərs ke-
çir və bayramlarını qeyd edirlər.
3
 Kollektiv ibadət həddi-buluğa 
çatmış (on üş yaş) ən azı on nəfər kişi ilə həyata keçirilir. İbadətə 
xaxam (ravvin) və yaxud da camaatdan biri rəhbərlik edir.
Altı günbəz (Qilqat) sinaqoqunda keçirilən Sukot bayramı
1
 
  İsmayıl Vəliyev, Dünya dinləri Azərbaycan Milli Ensklopediyası  Nəşriyyat-
Poliqrafiya birliyi, , s. 223, Bakı, 2003.
2
 
 Şinasi Gündüz, eyni əsər, s. 237.
3
 
  B. A. Baranovskiy, Y. N. İvanov Pелигии  мира, s. 335, “Иудаизм,” Minsk, 
2006, книжний домь nəşriyyatı.


114
Dağ yəhudilərinin ibadətlərini həyata keçirdikləri sinaqoq-
lardan biri Qırmızı  qəsəbə  İsaak Xanukov küçəsi 9 ünvanın-
da yerləşən 1888-ci ildə memar Gilel ben Xaim tərəfindən inşa 
olunmuş Qilqat sinaqoqudur. 14 əsas pəncərəsi olan altıgüşəli 
bu ibadət ocağının başqa bir adı da Altı günbəz sinaqoqu-
dur. Quba xanı Hüseynəli xanın icazəsi ilə Qilqat məhəlləsi 
sakinlərinin Qaladüz kəndi  ətrafından altı gün ərzində bura 
köçüb gəlmələrinin rəmzi olaraq sinaqoq belə adlandırılmış-
dır. Digər bir ehtimal isə Tövratda dünyanın altı gündə yara-
dılması ilə bağlıdır. Pəncərələri altıguşəli ulduz şəklində palıd 
ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci ildə 
başlanılmış və 2000-ci ilin oktyabr ayında başa çatdırılmışdır. 
Hazırda dindarların istifadəsində olan məbədin zirzəmisində 
dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı  və 
mətbəx də vardır.
1
Böyük ibadət zalı olan sinaqoq Şərq üslubunda tikilmiş 
qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan 
hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada 
təkrarı olmayan və Yerusəlimə baxan qibləgahdır. Hündürlü-
yü 7 metrdir. Müqəddəs Kitab həmin divarda yerləşən dolabda 
saxlanılır.
Ümumiyyətlə, bütün sinaqoqlarda üç şey mütləq olur. Bun-
lar içərisində  əlyazma Tövrat saxlanan müqəddəs  şkaf Aron-
Hakodeş (Aron-Kaduş), daima yanan işıq Ner-Natamid və 
ibadət əsnasında Aron-Hakodeşdən çıxarılan Tövrat nüsxələri 
oxunan şkafla üzbəüz yerləşən kürsü Teva. 
Dağ yəhudilərinin soyuq mövsümlərdə ibadətlərini yerinə 
yetirdikləri digər məbəd isə  Cənubi Azərbaycanın Gilan 
vilayətindən gəlmiş mühacirlər tərəfindən inşa edilmiş  İsaak 
Xanukov küçəsi 26 ünvanında yerləşən Giləki sinaqoqudur. 
Məbədin memarı Gilel ben Xaimdir. Onun adı sinaqoqun kərpic 
fasadında həkk olunmuşdur. Özül daşının üzərindəki yazıdan 
1
 
 http://www.scwra.gov.az


115
Azərbaycanda tolerantlıq ənənəsi
məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qa-
pısının üzərində başqa bir lövhə də vardır. Burada isə başqa bir 
tarix, yəni 1857-ci il yazılıb. Ola bilər ki, bu lövhə gilanlı yəhudi 
mühacirlərin daha əski məbədindən gətirilib və sinaqoqun gi-
riş qapısı üzərinə vurulmuşdur. Dördsütunlu dam üzərində 
ucalan ensiz, altıguşəli günbəz Giləki məbədinə xüsusi gözəllik 
verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq 
12 pəncərə vardır. Tarixi qaynaqlardan məlumdur ki, əvvəllər 
sinaqoqun yanında bulaq olmuşdur. Ehtimala görə, Qubada 
XIX əsrin birinci yarısında tikilmiş məscid Gilan məbədi üçün 
prototip olmuşdur, çünki altıguşəli günbəz bir vaxtlar şüşədən 
idi və dua otağını işıqlandırırdı. Anoloji damörtüyü isə Quba 
məscidində də mövcuddur. Keçmişdə Giləki sinaqoqunda dağ 
yəhudilərinin digər məbədlərindəki kimi, qadınlar üçün ayrıca 
otaqlar yox idi. Qadınlar yalnız bayram vaxtı buraya gəlirdilər 
və sinaqoqun həyətində otururdular. Hazırda isə qadınlar bay-
ram vaxtı məbədə buraxılırlar.
1
Ümumiyyətlə, Yəhudilikdə sinaqoqların  İslamda olduğu 
kimi bir müqəddəsliyi vardır. Sinaqoqlarda şəkil və heykəl əsla 
olmaz. Çünki bunların olduğu yerdə ibadət qadağandır. Sina-
qoqa  ədəbə uyğun paltar və baş örtüsü ilə girmək olar. Başı 
açıq sinaqoqa girmək Tanrıya hörmətsizlik əlaməti kimi qəbul 
edilir. Bunun üçün də yəhudi kişilər başlarına kipa qoyurlar. 
Qadınlar da başlarını örtürlər. 
Yəhudilər ibadət əsansında bir sıra əşyalardan da istifadə 
edirlər. Bunlar dua kitabı Siddur, Tefilin, Tallit və Kipadır. Te-
filin içində “Şema Yesrael” duasının yazılmış olduğu iki balaca 
qutudan və bir dəri qayışdan ibarətdir. Şənbə günü xaric digər 
günlərdə  səhər ibadətində kişilər bu iki balaca qutunu qara 
dəri qayışla üsuluna uyğun olaraq alınlarına və sol qollarına 
bağlayırlar. Tallit qıraqları saçaqlı, üzərində Tövratdan par-
çalar yazılan bir dua şalıdır. Yalnız kişilər tərəfindən istifadə 
1
 
 http://www.scwra.gov.az


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə