104
Qırmızı qəsəbə İsaak Xanu-
kov adına orta məktəbin direk-
toru Yavuşva Simanduyev
mək təbdə yəhudilərlə yanaşı
azər baycanlıların, rusların, ləz-
gilərin, tatların, buduqluların,
xınaqlıqlıların və başqalarının
oxuduğunu bildirir. Mək təbdə
yəhudilər Roş-Ha-Şana, ruslar
Milad, azər bay canlılar Novruz
bayramını qeyd etməklə əsl
həmrəylik nümayiş etdirirlər.
Yavuşva Simanduyev
Azər baycanda yaşayan insan-
la rın etnik və milli mən su biy-
yətindən, harada, hansı ölkə-
də olmasından asılı olmaya-
raq onlara haralı olduqları soruşulduqda Ulu Öndər Heydər
Əliyevin bir ifadəsi ilə cavab verdiklərini - “azərbaycanlıyam”
dediklərini fəxrlə dilə gətirdi.
Yaşı 80-ə yaxın olan Quba rayonu Qırmızı qəsəbə Dağ
Yəhudiləri dini icmasının sədr müavini Şimtu Yusifov 60-cı
illərdə vəfat edən atasının da qəsəbənin tanınmış din xadimi
olduğunu bildirir. Şimtu Yusifov hazırda qəsəbədə dini təhsil
verən kolleclə yanaşı, iki sinaqoqun da olduğunu qeyd etdi.
Şimtu Yusifov qeyd edir ki, hazırda Qubada yalnız iki sinaqo-
qun fəaliyyət göstərməsinə baxmayaraq, əvvəllər burda on üç
sinaqoq fəaliyyət göstərmişdir. O, Qırmızı qəsəbədə son illərdə
tikilən mikvanın əhəmiyyətini də toxundu.
Yəhudi dininin əsaslarında olmasa da, müəyyən tarixi
dövrlərdə mikva qadınlar tərəfindən təmizlənmə, pak olma
məqsədi ilə istifadə edilən hovuzdur.
1
1
http://tr.wikipedia.org/wiki/Mikve
Qırmızı qəsəbə İsaak Xanukov adına
orta məktəbin direktoru Yavuşva Si-
manduyev 15 sentyabr 2014-cü ildə
Bilik bayramında çıxış edərkən.
105
Azərbaycanda tolerantlıq ənənəsi
Qırmızı qəsəbədə inşa olunmuş mikva
Həm mənəvi, həm də maddi təmizlik İslamda olduğu
kimi, Yəhudilikdə də mühüm yer tutur. Şimtu Yusifovun qeyd
etdiyinə görə, mikva Qırmızı qəsəbədə bir növ bəy hamamı
funksiyasını yerinə yetirir. Toy günü bəy mikvaya gələrək
orada yuyunduqdan sonra gəlin evinə gedir. Beləliklə, mad-
di təmizliklə yanaşı, evlənən gənclər həm də mənəvi cəhətdən
saflığa doğru addımlayaraq yeni bir ailənin əsasını qoyurlar.
Şimtu Yusifovun toxunduğu ən maraqlı məqamlardan
biri də evlilik və toylarla bağlıdır. Əsrlər boyu yerli sakinlər
dostcasına birlikdə yaşayan yəhudilərin toy məclislərində Qu-
banın müsəlman əhalisi də yaxından iştirak edir. Həmçinin
Quba camaatının toy məclislərində yəhudilər də dəvət olunur-
lar. Şəxsən özünün belə toy məclislərində yaxından iştirakını
və yerli əhali tərəfindən bu mərasimlərdə yüksək səviyyədə
qarşılandığını deyən Şimtu Yusifov bu iki fərqli dinə mənsub
gənclər arasında nikahların olduğunu da qeyd etdi. O, həm
yəhudi qızların azərbaycanlı oğlanlara ərə getdiyini, həm də
106
azərbaycanlı qızların yəhudi oğlanlara evləndiyini və qurulan
bu ailələrin xoşbəxt yaşadıqlarını bildirdi.
Qırmızı qəsəbədə fəaliyyət göstərən şadlıq sarayı
Qəsəbənin mərkəzində fəaliyyət göstərən şadlıq evində
keçirilən toy məclisləri bir çox hallarda Azərbaycanın və hətta
qonşu Türkiyənin və başqa ölkələrin tanınmış müğənnilərinin
iştirakı ilə keçirilir.
Şimtu Yusifov Mikvanın yaxınlığında Yəhudi dini inancına
uyğun heyvanların kəsilərək ehtiyacı olanlara paylanıldığını
bildirdi.
Qəsəbədə ən çox diqqəti çəkən yeni tikilən binalardır. Bu-
rada birmərtəbəli, ikimərtəbəli üç və hətta beşmərtəbəli xüsusi
evlər vardır. Bələdiyyə başçısının verdiyi statistik məlumata
əsasən, əvvəllər əhalisinin sayı 20-30 minə çatan qəsəbədə ha-
zırda 3500 adam yaşayır. Əhalinin sayının kəskin azalmasının
bir çox səbəbi vardır. Nisim Nisimovun dediyinə görə, əhali iş
məqsədilə paytaxt Bakıya və çox vaxt da Rusiya, İsrail və başqa
107
Azərbaycanda tolerantlıq ənənəsi
ölkələrə gediblər. Həm Azərbaycan müstəqillik qazanmasından
sonra həm, də SSRİ tərkibində olduğu vaxt qəsəbədə yaşayan
yəhudilər müxtəlif yerlərə gedərək oralarda məskunlaşmışlar.
Rusiya Federasiyasının ərazisində 7 may 1934-cü ildə yara-
dılmış Uzaq Şərq Federal dairəsinə daxil olan paytaxtı Biro-
bijan şəhəri olan Yəhudi Muxtar Vilayətində yaşayan 178000
nəfər əhalidən yalnız 1%-i yəhudilərdir .
1
Rusiyaya üz tutan
yəhudilər əsasən, Moskva və başqa mərkəzi şəhərlərdə yaşayır
və fəaliyyət göstərirlər. Əsasən bizneslə məşğul olan yəhudilər
Qırmızı qəsəbə ilə əlaqələrini kəsmirlər. Daimi qəsəbədə yaşa-
masalar da, toy və yas məclislərində gəlib iştirak edir, burada
yaşayan qohum-əqrəbalara köməklik göstərirlər.
Son 15-20 ildə Azərbaycanın hər bölgəsi kimi, Qırmızı
qəsəbə də sürətlə inkişaf edir. Qəsəbədə salınan xüsusi gözəlliyə
malik Heydər parkı sakinlərin istirahət məkanıdır. Xüsusən yaş-
lı nəslin nümayəndələri bura tez-tez gələrək bir-biri ilə söhbət
edir, asudə vaxtlarını səmərəli keçirirlər. Qəsəbədə yaşayan
əhalinin böyük əksəriyyəti yaşlı nəslin nümayəndələri olduğu-
na görə, burada qocalar evi də vardır ki, yaşlılar bura toplaşaraq
çay içir, nərd, domino kimi oyunlar oynayır, söhbət edirlər.
Qəsəbədən yəhudilərin kütləvi halda köçməsi isə XX əsrin
70-ci illərinə təsadüf edir. Bu zaman yəhudilərin bir çoxu İsrailə
köçmüşdür. SSRİ dövründə köç edənlərə qarşı bir sıra qadağa-
lar qoyulmuşdur. Onlar geri qayıda bilmirdilər. Bir çox hallarda
köç edənlər buradakı yaxınları ilə vidalaşaraq getməli olurdular.
Sovetlər İttifaqı dağıldıqdan və Azərbaycan yenidən müstəqillik
qazandıqdan sonra təbii ki, bu qadağa ortadan qaldırıldı. Qırmı-
zı qəsəbə postsovet məkanında yəhudilərin kompakt yaşadığı
yeganə yer olduğuna görə, bir çox xarici vətəndaşların da ma-
rağına səbəb olmuşdur. Qəsəbə sakinlərinin verdiyi məlumata
görə, demək olar ki, hər gün bura dünyanın fərqli yerlərindən
turistlər və müxtəlif qonaqlar gəlirlər. Nisim Nisimov İsveçrədən
1
https://ru.wikipedia.org/wiki/Еврейская_автономная_область
Dostları ilə paylaş: |