“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
Camal Ramazanovun 17 iyul 2013‐cü il tarixli qərarı ilə bu hökm dəyişdirilmədən qüvvədə
,
saxlasa da Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun 27 mart 2014‐cü il qərarı ilə cənab
Lətifovun cəzası 4 il 6 aya endirilmişdir.
Məhkəmə prosesində dindirilən şahidlərin heç biri faktiki olaraq patronun cənab Lətifov
tərəfindən oğurlandığını sübut edən ifadələr işlətməmişlər, onlar patronun itməsinə deyil, onu
cənab Lətifov tərəfindən oğurlanmasına inandıqlarını, başqa heç bir halda patronun itməsinin
mümkün olmadığını bildirmişlər. Ümumilikdə oğurlanma faktını sübut edəcək heç bir dəlil nə
stintaqda, nə də məhkəmədə araşdırılmayıb, hökm üçün cənab Lətifovun həbsində maraqlı olan
ə XDMX‐də iş yerini itirmək istəməyən şəxslərin şahid ifadələri əsas götürülmüşdür.
i
v
9
5.
Muradverdiyev Akif Şəmsəddin oğlu
Saxlanma tarixi:
20 iyun 2013‐cü il
İttiham:
CM‐nin 206.1‐ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən
gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi
vasitələrindən aldatma
yan etməməklə və ya düzgün bəyan
etməməklə ... mallar
yolu ilə istifadə etməklə, yaxud bə
ın və digər əşyaların külli miqdarda keçirilməsi) maddəsi
Saxlandığı yer:
Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsi
İş üzrə qısa arayış:
Cənab
Muradverdiyev Prezident Aparatın
İşlər İdarəsinin keçmiş
ın
müdiri olub. 1995‐ci ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2013‐cü il iyunun 20‐i səhər saatlarında cənab Muradverdiyev Moskvaya yola düşməyə
hazırlaşırmış. O, aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və
sərhəd yoxlamasından keçib, təyyarəyə miniyə gəldikdə isə mülki geyimli bir nəfər ona
yaxınlaşıb, nəzakətlə “bir işlə bağlı” yubanmağı və onunla gəlməyi xahiş edib. Muradverdiyevi bir
otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa
dəvət ediblər və onunla söhbət etməyə başlayıblar. Sonra Muradverdiyevin çantasını otağa
gətiriblər və içərisində nə olduğunu soruşublar. O, təxminən 1400 dollar, 900 manat pul, bank
kartı və geyim əşyaları olduğunu deyib. Çantanı açıblar və içərisində qızıl sikkələr olan torba
aşkar etdiklərini bildiriblər. Cənab Muradverdiyev qaçaqmalçılıqda ittiham edilərək
təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsin ə həbs qət mkan tədbiri seçilib. Əməliyyatın
d
i
MTN tərəfindən aparıldığı sonradan məlum olub.
Keçmiş dövlət məmuru prezident seçkiləri üçün Moskvada yaşayan müxalifətin ilkin vahid
namizədi Rüstəm İbrahimbəyovun yanına getməsi e timalına görə həbs d ldiyini etiraf etsə
h
e i
də,
bunu cəfəngiyat adlandırıb, İbrahimbəyovla heç bir ciddi əlaqəsinin olmadığını bəyan edib.
Cənab Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013‐cü il tarixli qərarı ilə 4 il
müddətinə azadlıqdan məhrum edilm ş, Bakı Apellyasiya Məhkəməsi 12 fevral 2014‐cü il
i
85
tarixdə bu qərarı qüvvədə saxlamışdır.
Məhkəmə araşdırması zamanı cənab Muradverdiyevin çantasında qadağan edilmiş qızıl
külçələrinin mənbəyi, onun haradan əldə edilməsi və çantada olub‐olmaması araşdırılmayıb.
Cənab Muradverdiyev həmin çanta ilə aeroporta daxil olarkən yoxlamadan keçib, sonradan
gömrük və təhlükəsizlik əməkdaşları tərəfindən diqqətli yoxlamaya məruz qalıb və onun
çantasında heç bir qadağan edilən əşya aşkarlanmayıb, lakin təyyarəyə mindikdə saxlanılandan
sonra bu külçələr çantada aşkarlanıb. Məhkəmə bu məsələni də araşdırmaqdan faktiki imtina
edib. Axtarışı aparan və külçələrin tapıldığını bildirən MTN əməkdaşlarının ifadələri azadlıqdan
məhrumetmə cəzası verilməsi üçün kifayət edib.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
86
Cənab Muradverdiyev 2005‐ci ilin oktyabrında parlament seçkilərindən əvvəl hakimiyyəti zorla
ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmiş, sonradan bu ittihamlar dövlət
vəsaitlərini mənimsəmək və vəzifə səlahiyyətlərindən sui‐istifadə ilə əvəzlənmiş, nəticədə o, 6 il
müddətinə azadlıqdan məhrum edilmiş, yuxarı instansiya məhkəməsi bu müddəti 5 ilə endirmiş,
2008‐ci il yanvarın 15‐də isə səhhətində olan ciddi problemlərlə əlaqədar cəzası şərti hesab
edilərək azadlığa buraxılmışdı. Cənab Muradverdiyev həmin dövrdəki həbsi ilə bağlı Avropa
Məhkəməsinə müraciət etmiş, Strasburq Məhkəməsi onun azadlıq və ədalətli məhkəmə
hüquqlarının pozuntusunu müəyyən etmişdir
45
.
Cənab Muradverdiyevin səhhətindəki problemlər yenidən kəskinləşdiyindən, o, hazırda Ədliyyə
Nazirliyinin Müalicə Müəssisəsində saxlanılır, hətta səhhəti imkan vermədiyi üçün apellyasiya
şikayət üzrə keçirilmiş prosesdə iştirak edə bilməyib. Onun onurğasında iki yırtıq əmələ gəlib və
m
ədəaltı vəzində yara mövcuddur.
96.
Pənahlı Nemət Əhəd oğlu
Saxlanm
2011‐ci il
a tarixi:
8 yanvar
İttiham:
CM‐nin 2
lahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq
21.3‐cü
( xuliqanlıq, si
etməklə törədildikdə
) maddəsi
Saxlandığı yer:
Qobustan Həbsxanası
İş üzrə qısa arayış:
Milli Dövlətçilik Partiyasının sədri olan cənab Pənahlı həbsindən bir
müddət əvvəl “Nota P.S” qəzetində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevi və onun oğlu,
hazırkı prezident İlham Əliyevi kəskin tənqid edən materiallarla çıxış edirdi. O, 2010‐cu ilin
noyabrında keçirilmiş parlament seçkilərində namizəd olmuş, seçkilərin nəticələrinin
saxtalaşdırıldığını bəyan etmişdi.
Cənab Pənahlı maşın satdığı şəxs Eldəniz Rzayevin şikayəti əsasında həbs edilib. Şikayətçi aldığı
maşında nasazlıqla bağlı bildirdiyi irada görə cənab Pənahlı və dostu Ceyhun Fərzullayev
tərəfindən döyüldüyünü, ona dəmir əşya ilə xəsarət yetirildiyini iddia edib. Həbsindən sonra
cənab Pənahlının evində soyuq silahın olması ehtimalı ilə axtarış aparılıb, bununla belə evdən
P
m
ütün arxivi, sənədləri, diskləri, kompüterləri və
t
soyuq silah əvəzinə, cənab ənahlıya əxsus b
fləş‐kar ları götürülərək aparılıb.
Nəsimi rayon Məhkəməsi 17 iyun 2011‐ci ildə Nemət Pənahlının 6 il, dostu Ceyhun
Fərzullayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bu qərar
Bakı Apellyasiya Məhkəməsi tərəfindən 14 noyabr 2011‐ci il, Ali Məhkəmə tərəfindən isə 20 iyun
2012‐ci il tarixlərində dəyişdirilmədən qüvvədə saxlanılıb. Ceyhun Fərzullayev 26 dekabr 2012‐
ci ildə verilmiş əfv fərmanı ilə azadlığa buraxılıb.
Məhkəmə istintaqı zamanı şikayətçinin istintaqda və məhkəmədə verdiyi ifadələr arasında ciddi
ziddiyyətlər və anlaşılmayan məqamlar ortaya çıxıb. Hadisənin baş verdiyi iddia edilən ərazidə
işləyən şəxslərdən 8 nəfər prosesə şahid kimi cəlb edilmiş, onlardan 7‐i heç bir dava və ya kiməsə
xəsarətin yetirildiyini görməyiblər, yalnız bir nəfər ifadəsində bildirib ki, cənab Pənahlı Eldəniz
Rzayevin saçından tutaraq onu yerə çırpıb və yerdə vurub, halbuki döyüldüyü iddia edilən şəxs
keçəldir.
Cənab Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra digər məhbuslara kömək
etdiyi, əsasən də onların şikayətlərini qaldırdığı üçün təzyiqlərə məruz qalıb, dəfələrlə “kars”a
əti olaraq aclıq aksiyası keçirib. Bunun nəticəsində 17 saylı
Arif Mirzəyev (hazırda o bu vəzifədən azad edilib) cənab
salınıb, bir neçə dəfə etiraz əlam
C
rəisi
əzaçəkmə Müəssisəsinin
45
http://bit.ly/1dUqnw3
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
Pənahlının daha ağır saxlanma şərtləri olan Qobustan Qapalı Həbsxanasına köçürülməsi ilə bağlı
təqdimatla məhkəməyə müraciət edib. Təqdimatda cənab Pənahlının daxili nizam‐intizamı
dəfələrlə pozduğu iddia olunsa da, bununla bağlı ciddi sübutlar təqdimata əlavə edilməyib. Xəzər
rayon Məhkəməsi bu təqdimat əsasında 2013‐cü il fevralın 25‐də cənab Pənahlının Qobustandakı
əbsxanaya köçürülməsi barədə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi bu qərarı 14 iyun
013‐cü ildə qüvvədə saxladıqdan sonra köçürülmə həyata keçirilib.
87
h
2
c.
Siyasi girovlar
9
7.
Seyidov Elnur Rafiq oğlu
Saxlanma
2012‐ci il
tarixi:
27 mart
İttiham:
CM‐nin 178.3.1 (dələduzluq, yəni etibardan sui‐istifadə etmə və ya aldatma yolu ilə
özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə mütəşəkkil dəstə tərəfindən
törədildikdə) 178.3.2 ( dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1
(mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama mütəşəkkil dəstə
tərəfindən törədildikdə), 179.3.2 ( mənimsəmə və israf etmə külli miqdarda törədildikə), 308.2‐ci
(vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü
və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən
qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda
istifadə etməməsi ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir
məqsədilə törədildikdə), 313.1 ( vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və
ya informasiya resurslarına bilə‐bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən
sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin
edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) və 320.2‐ci ( hüquq verən və ya
vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və
qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan
Respublikasının sax
öhürü, blankdan bilərəkdən istifadə etmə)
ta dövlət təltifini, ştampı, m
maddələri
Saxlandığı yer:
13 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış:
Cənab Seyidov müxalif və Azərbaycan hakimiyyətinin sərt
tənqidçilərindən olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynıdır,
“Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini vəzifəsində çalışıb. Cənab Seyidov Milli
Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib, ona əvvəl yalnız dələduzluq ittihamı irəli
sürülmüş, sonradan ittiham ağırlaşdırılmışdır. Cənab Seyidovun həbsindən 9 ay keçənədək heç
bir istintaq hərəkəti aparılmamış, həbs müddəti isə əsassız olaraq uzadılmışdı, halbuki bu
cinayətlərə görə uzadılma müstəsna hallarda baş verə bilər.
Cinayət Prosessual Məcəllənin tələblərinə görə, dələduzluq ittiham üzrə istintaq hərəkətləri
aparmaq DİN‐in səlahiyyətindədir, amma cənab Seyidova münasibətdə qanunun bu tələbi kobud
şəkildə pozulub, o, MTN tərəfindən həbs olunub, MTN təcridxanasında saxlanılıb və istintaqı da
MTN aparıb.
Cənab Seyidov “Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev və digərlərinin cinayət işi
üzrə onlardan 20 gün sonra həbs edilmişdir. Rəsmi ittihama görə, cənab Seyidov bank
rəhbərliyinin göstərişi ilə və onların mənafeyi üçün qanunları pozmaqda günahlandırılır.
E.Əliyev, eləcə də bankın bu iş üzrə həbs edilmiş digər əməkdaşları azadlığa çıxsalar da, cənab
Seyidov hələ də həbsdə saxlanılır.
Cənab Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir, bu barədə müstəqil və özəl tibb
müəssisələrinin rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı mühitdə saxlanması
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
yolverilməzdir və bu xəstəlikdən əziyyət çəkənlərə dövlət qayğısı haqqında Azərbaycan
Respublikasının 7 mart 2012‐ci il tarixli Qanunu da var. Qanunda belə xəstələrə qayğı və onların
müdafiəsi üzrə bir sıra tədbirlər, o cümlədən azadlıqdan məhrum edilmiş belə xəstələrin azad
edilməsi nəzərdə tutulur. Lakin bu xəstəlikdən əziyyət çəkən cənab Seyidov həbsdə saxlanılır.
Cənab Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013‐cü il tarixli qərarı ilə 7 il 6
ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 03 aprel 2014‐cü il
88
ərəfindən həbs olunub. Fərəc Kə
tarixində bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Məhkəmə zamanı şahidlərin verdiyi ifadələr ziddiyyətli olub, bəzi şahidlər isə cənab Seyidovun
məh
təqsiri olmadığını bildiriblər. Ancaq
kəmə bunları nəzərə almayıb.
Cənab Seyidovu ilkin həbsi və ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı Avropa Məhkəməsinə
şikayət göndərilib.
Cənab Seyidovun işi ABŞ Dövlət Departamentinin Azərbaycanda 2013‐cü ildə
insan haqları üzrə hesabatında
müxalif qüvvələrin ailə üzlərinə edilən təzyiq nümunəsi kimi
östərilib
g
46
.
98.
Kərimli Sirac Raqif oğlu
Saxlanma tarixi: 17 iyul 2014‐cü il
İttiham: CM‐nin 234.4.3‐cü maddəsi (külli miqdarda narkotik əldə etmə, saxlama və ya
satma)
Saxlandığı yer:
Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)
İş üzrə qısa arayış:
Sirac Kərimov ixtisasca mühasibdir, siyasi fəaliyyətlə məşğul deyil.
Lakin onun atası və qardaşı Müsavat Partiyasının fəallarıdırlar. Atası Raqif Kərimli 1980‐ci
illərin sonundan siyasi proseslərin iştirakçısıdır və Müsavat Partiyasının Laçın rayon şöbəsinin
təsisçilərindən olub. Qardaşı Fərəc Kərimov Müsavat partiyasının internet səhifəsinin admini,
bağlanana qədər 350 min nəfərə qədər üzvü olmuş “İstefa!” Facebook qrupunun yaradıcısı
və idarəçisi, həbsinə qədər “Basta” Facebook qrupunun admini olub. Sirac Kərimli iş yerinin
yaxınlığındakı çayxanada qəfil, maskalı şəxslər tərəfindən həbs olunub. Onu Narkotiklərlə
Mübarizə İdarəsinə aparıblar. Həmin idarəyə gedən atasına evdə axtarış aparılmasının zəruri
olduğunu bildirib, bu barədə razılıq ərizəsi imzaladıblar. Evdə axtarış aparılan zaman
kompüteri götürüblər və evdəki kitabların – “Demokratiya uğrunda mübarizənin taktikası və
strategiyası” və “Halkla ilişkilər” kitablarının şəkillərini çəkiblər. Yenidən idarəyə gedən atası
Raqif Kərimova oğlunun cibindən narkotik tapıldığı və evdən müsadirə olunan kompüterdən
də narkotik tapıldığı bildirilib. Ertəsi gün Sirac Kərimli haqqında üç ay həbs qətimkan tədbiri
seçilib. Sirac Kərimlinin həbsinin siyasi məqsədi onun qardaşına təzyiq göstərmək olub. Belə
ki, qardaşı Fərəc Kərimli iyulun 23‐də Siracın həbsindən sarsıntı keçirən anasını xəstəxanaya
apararkən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəstəsi
t
rimlinin vəkilinə söylədiklərinə görə, onu ailə üzvləri, o
46
http://1.usa.gov/18BOn4u
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
89
cümlədən, qardaşının işgəncə olunacağı ilə hədələyərək, cibindən narkotik tapılması barədə
protokola imza atmağa sövq ediblər. Hüquq müdafiə təşkilatlarının yekdil rəyinə görə, Sirac
Kərimov Fərəc Kərimlini zərərsizləşdirmək üçün girov götürülüb.
Document Outline - İş üzrə qısa arayış:. Cənab Zeynallı “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildən isə “Xural” qəzetinin təsisçisi və baş redaktorudur. “Xural” qəzeti son dövrlərdə hakimiyyəti və hakim siyasəti tənqid edən az sayda qəzetlərdən biri idi. Bu qəzetdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Aparatın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli barədə tənqidi məqalələr dərc edilirdi. Həbs edilməmişdən az öncə “İlham Əliyev müstəqilliyə qarşı” başlıqlı məqalə ilə baş redaktor Prezident Əliyevi kəskin şəkildə tənqid etmiş və onun xalqdan üzr istəməli olduğunu bildirmişdi.
- Cənab Zeynallı bu tənqidi yazılara görə mütəmadi şəkildə rəsmilər tərəfindən məhkəmələrə cəlb edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Baş redaktorun həbsindən təxminən 1 ay əvvəl hakimiyyətdən asılı olan Mətbuat Şurası “Xural” qəzetini “reket” qəzeti elan edib. Qəzetə qarşı çoxsaylı iddialar qaldırılıb və məhkəmə tərəfindən qəzetin ödəmək imkanı olmadığı yüksək cərimələr müəyyən edilib. Cənab Zeynallının həbsindən bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xural” qəzetini məhkəməyə verib və məhkəmə Mehdiyevin iddiasını təmin edərək qəzeti 10.000 AZN cərimələyib. Qəzet təkzib versə də, PA rəhbəri cərimənin ödənilməsini tələb etməkdə davam edib. “Xural” qəzeti məhz bu kimi cərimələri ödəyə bilmədiyi üçün Ədliyyə Nazirliyinin icraçıları 20 oktyabr 2011-ci il tarixdə (cənab Zeynallının həbsindən 8 gün əvvəl) qəzetin redaksiyasında olan əmlakı müsadirə ediblər ki, nəticədə qəzetin çapı dayandırılıb. Bundan qısa müddət sonra isə baş redaktor Milli Məclisin deputatı Gülər Əhmədovanın (bu vəzifədən uzaqlaşdırılıb) şikayəti əsasında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən həbs edilib. Deputat cənab Zeynallının ondan rüşvət istədiyini iddia edib. Sonradan cənab Zeynallıya qarşı istintaq yeni maddələr üzrə də ittihamlar irəli sürüb. Cənab Zeynallı 12 mart 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2013-cü il tarixli, Ali Məhkəmənin isə 11 sentyabr 2013-cü il tarixli qərarları ilə əvvəlki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Jurnalistin həbsinə səbəb olmuş deputat Əhmədova özü 2013-cü ilin fevralında həbs edilib. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev (Fransada mühacirət həyatı yaşayır) xanım Əhmədovanın ondan deputat ola bilməsi üçün 1 milyon ABŞ dolları istədiyini göstərən video yayıb. Bu video əsasında deputata dələduzluq ittihamı irəli sürülüb və o, məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs olunandan sonra xanım Əhmədova mətbuata verdiyi açıqlamalarda cənab Zeynallının onun tərəfindən həbs etdirilmədiyini söyləyərək, faktiki olaraq sifarişi icra etdiyini etiraf edib.
- 14 avqust 2012-ci ildə baş redaktor Zeynallının qanunsuz həbs olunması, haqqında seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması, telefon danışıqlarının dinlənilməsi, evində və avtomobilində axtarışın aparılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib. Eyni zamanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Azərbaycan məhkəmələrinin çıxardığı qərarlardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib. Avropa Şurasının İnsan Haqları Komissarı öz hesabatında cənab Zeynallının qondarma ittihamlarla həbs edildiyini qeyd edib.
Dostları ilə paylaş: |