VI
Seçki komissiyalarının tərkibi barədə danışanda hədəf DSK və ya
MnSK-lar deyil, həmişə MSK olur.
Venesiya Komissiyası paritet əsaslı tərkibi təklif edib. Yaxşı olar
ki, fikirlər bu istiqamətdə cəmlənsin. Bu, prosesi sürətləndirə
bilər.
Paritet barədə olan təkliflər dəstəklənir
MSK-nın 50%-i iqtidar və onu dəstəkləyən partiyalardan, digər
50%-i isə 60-dan çox dairədə qeydiyyatdan keçən partiya
üzvlərindən təşkil edilməlidir.
Seçki komissiyasının üzvləri bir mərhələli test prosesi vasitəsilə
seçilməlidirlər.
VII
Cəmiyyətin siyasi partiyalara etimadı yoxdur.
QHT-lərin təklifləri çox güman ki, həyata keçməyəcəkdir.
MSK qeydiyyatdan keçmiş 52 siyasi partiyanınn təmsilçilərindən
püşkatma vasitəsilə yaradılmalıdır.
VIII
Proporsional
sistem bərpa olunarsa, MSK üzvləri bütün partiyaları
təmsil etməli və bunun üçün də bir qayda müəyyən
edilməlidir.
Hazırda bizdə majoritar sistem mövcud olduğundan MSK üzvü
müstəqil, bitərəf olmalıdır.
Seçki prosesi siyasi prosesdir və buna görə də siyasi partiyalar bu
proseslə məşğul olmalıdırlar.
Siyasi partiyalar bu gün çox zəifdirlər. Onların
heç bir prosesə
təsirləri yoxdur.
Paritet sisteminin təsdiq olunması o demək deyil ki, seçkilər
demokratik keçiriləcək.
MSK üzvü olmaq üçün müstəqil insanları tapmaq çətindir. Heç
bir partiya hegemon rolunu oynamalı deyil.
IX
MSK həddindən artıq güclüdür. Saxtakarlıqlar baş verdi və MSK
protokolları ləğv etdi.
Qanuna elə dəyişikliklər edilməlidir ki, MSK-nın səlahiyyəti
həddindən çox olmasın.
Qanunda göstərilməlidir ki, MSK-nın səlahiyyəti çərçivəsində
hansı qərarları vermək olar.
X
Komissiya üzvləri müstəqil olmalıdırlar.
MSK 11 üzvdən formalaşmalıdır.
Seçki komissiyasının üzvləri bir mərhələli test prosesi vasitəsilə
seçilməlidirlər.
Bütün namizədlərin bərabər hüquqları olmalıdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test imtahanlarını
keçirməlidir.
Parlamentdə təmsil olunan və 1%-dən çox səs toplamış
partiyalar,
hökumət nümayəndələri və beynəlxalq təşkilatlar test imtahanı
komissiyasının üzvü olmalı və imtahanın keçirilməsini müşahidə
etməlidirlər.
3000-3500 sualdan ibarət bank/baza yaradılmalıdır. Test imtahanından
1 ay əvvəl bütün suallar çap olunmalı və namizədlərə
paylanmalıdır.
Test imtahanı günü imtahan üçün bankdan/bazadan ixtiyari 100
sual seçilməlidir.
Bütün xarici dövlətlər öz suallarını banka/bazaya daxil etmək
üçün göndərməlidirlər.
Sualların 70%-i Seçki Məcəlləsindən və digər 30%-i isə
Konstitusiyadan, İnzibati Xətalar Məcəlləsindən və Mülki
Prosessual Məcəllədən olmalıdır.
Ən çox bal toplayan 11 şəxs MSK-nın üzvü təyin olunmalıdır.
Ən yüksək bal toplayan namizəd MSK-nın sədri seçilməlidir.
Digər yüksək bal toplayan namizədlər DSK sədrləri təyin
olunmalıdırlar (əgər rayonlara köçməyə razılıq verərlərsə).
Hazırda təklif olunan paritet sistemi Konstitusiyaya ziddir və
hakimiyyətin inhisarına gətirib çıxaracaq.
XI
Ötən 14 ildə Azərbaycan hələ də azad və ədalətli seçkilər
keçirməyib.
Proporsional sistem ləğv olunduğundan qadınların seçilmək
imkanları çox azdır.
Hakimiyyət seçki komissiyalarının tərkibinə görə məsuliyyəti öz
üzərinə götürməlidir.
Seçki komissiyalarının üzvləri inzibati işçilər olmalıdırlar. Belə
olarsa, kimin hansı partiyaya mənsub olması əhəmiyyətli
olmayacaq.
.
XII
Avropa Şurası Venesiya Komissiyasının bütün təklifləri ilə
razıdır.
Seçki komissiyaları paritet (bərabər) əsasda formalaşmalıdır.
Hansı siyasi qüvvənin seçki komissiyalarını balanslaşdıracağı
müəyyən olunmalıdır. Seçki komissiyaları 2005-ci il Parlament
seçkilərində iştirak edən və namizədləri dairələrin yarısından
çoxunda qeydiyyatdan keçmiş siyasi partiyalar və siyasi
partiyalar bloklarının nümayəndələrindən formalaşmalıdır.
XIII
MSK siyasi partiyalardan təşkil olunarsa bu obyektiv olmaz.