Milli Məclisdə olan 125 yerdən 100 – ü plüralist – majoritar sistem, 25 – i isə
proporsional nümayəndəlik sistemi üzrə formalaşıb. Lakin 2000 – ci ildən sonra 2005 –
ci ildə keçirilən parlament seçkiləri plüralist – majoritar sistemi ilə həya keçirilib. Milli
Məclisə 2010 – cu ilin noyabrında keçiriləcək seçkilər də plüralist – majoritar sistemi ilə
baş tutacaq. Bəzi müxalifət partiyalar proporsional nümayəndəlik sisteminin bərpa
olunması və parlament seçkilərin tam bu sistem üzrə keşirilməsi ilə bağlı təkliflər irəli
sürürlər. Lakin Milli Məclisdə çoxluq təşkil edən partiya əksinə plüralist – majoritar
sistemin Azərbaycan realığına daha çox uyğun gəldiyinin, hökümətin əvvəlki illərə
nisbətən daha effektiv fəaliyyətinə şərait yaratdığını bildirilər. Bu cür təkliflərin hansının
daha əhəmiyyətli olduğuunu yaxından görmək üçün bu sahədə mövcud olan beynəlxalq
təcrübəyə nəzər salmaq vacibdir.
Beynəlxalq təcrübədə seçki sistemlərinin müxtəlif kateqoriyaları var ki, bunlar da
aşağıdakılardır:
Plüralist – majoritar sistemlər (Hamısı qalibə çatır -HQÇ);
Proporsional nümayəndəlik sistemləri (PN)
Yarıproporsional
sistemlər
Azərbaycan Respublikasında tətbiq olunan plüralist – majoritar sistem (HQÇ) Amerika
Birləşmiş Ştatları və Böyük Britaniya kimi demokratik ölkələrdə tətbiq olunur. Gürcüstanda
parlamentdə olan 235 yerin 150 – si plüralist – majoritar, 85 - i isə proporsional nümayəndəlik
seçki sistemi ilə formalaşdırılır.. Ukrayna parlamentində olan 450 yerdən 250 –sinə seçkilər
plüralist – majoritar, 200 yerə isə proporsional nümayəndəlik seçki sistemi üzrə aparılır. Türkiyə
Böyük Məclisində isə mövcud olan 550 yerin hamısı proporsional nümayəndəlik seçki sistemi
ilə formalaşdırılır. Yuxarıda adı çəkilən seçki sitemləri haqqında ətraflı məlumat əldə etmək
üçün onların şərhinə ehtiyac var.
Plüralist – majoritar sisteminə (HQÇ) görə səslərin nisbi çoxluğunu qazanan namizəd
qalib gəlir.Məslən, bir namizəd səslərin 51% - ni, digəri 49 % - ni qazanırsa, 51% səs toplamış
qalib hesab olunur və demək olar ki, səslərin hamısı (100%) qalibə çatır. Bu sistem
Proporsional nümayəndəlik sistemindən (PN) fərqli olaraq seçkilərdə ən çox səs qazanmış
partiyaya parlamentdə yerlərin sayını artırmağa imkan verir. Məsələn, Bu sistemlə seçicilərin 53
% - nin səsini qazanmış partiya yerlərin 60 % - ni ala bilər. Bu sistemə görə hər dairədən bir
namizəd seçilir və ən çox səs qazanmış namizəd qalib gəlir.
Plüralist – majoritar sistem (HQÇ) parlamentdə çoxluq təşkil edən partiyaya öz
proqramını, hətta həmin partiyadan kimlərinsə müxalifətə keçməsindən asılı olmayaraq həyata
keçirməyə imkan verir. Bu sistem hökumətin effektivlik meyarına daha çox uyğun gəlir.
Proporsional nümayəndəlik sistemləri (PN). Bu sistemə görə hər bir partiyaya verilən
səslərin miqdarı ilə parlamentdə tutduğu yerlərin sayı uyğun gəlir.Məsələn 52% səs toplamış
partiya parlamentdə yerlərin 52% - ni əldə edir. Bu sistem ölkə üzrə partiyalara verilən səslərin
itməməsi və onlara çatması baxımından cəlbedici görünür. Lakin bu sistem parlamentdə
ədavətdə olan və rəqabət aparan çoxlu sayda partiyaların olmasına şərait yaradır ki, bu da
koalision çoxluğun formalaşdırılması işini çətinləşdirir. Hətta belə koalisya yarandıqda belə onun
sabitliyinə ümid az olur. Nəticədə hökümətin effektivliyi kəskin şəkildə aşağı düşür.
Yarıproporsional sistemlər . Adından göründüyü kimi bu sistem qarışıq sistem əsasında
seçkini keçirməyi nəzərdfə tutur.
Bu sistemlərlə yanaşı preferensial səsvermə kimi tanınan alternativ səsvermə (AS) və
Fransada tətbiq olunan iki turluq sistem mövcuddur. Bunların hər ikisi HQÇ sisteminin
potensial qüsurunu aradan qaldırmağa imkan yaradır. Bu qüsür ondan ibarətdir ki, bir mandata 2
namizəd iddia etdikdə qələbə gözlənilmədən elə namizədə çata bilir ki, seçicilərə yenidən seçim
imkanı verilsə onlar həmin namizədi rədd edərdilər. AS sitemi seçicilərə bu imkanı yaradır.
Alternativ səsvermə (AS) sistemindən yalnız Avstraliyada və bir qədər dəyişilmiş şəkildə Sakit
okeandakı Nauru ada dövlərtində istifadə olunmasına baxmayaraq bəzi ekspertlər onu
dəstəkləyir. Bu sistemə görə namizədlər birmandatlı dairələr üzrə seçilir (HQÇ- da olduğu
kimi). Lakin fərq ondadır ki, seçicilər öz istəklərinə uyğun olaraq namizədləri siyahı üzrə sıraya
düzürlər. Siyahıda birinci yer tutana 1 bal, ikinci yer tutana 2 bal verilir və s. namizədlərdən heç
biri səslərin əksəriyyətini toplaya bilmədikdə, ən az səs toplamış namizəd sıradan şıxır. Bu
proses o vaxta qədər davam edir ki, namizədlərdən hansısa biri səslərin 50 % - ni toplamış olsun.
Belə olduqda təkrar hesablama zamanı namizədə verilmiş “ikinci yerlərin” cəmi nəzərə alınır.
Fransada tətbiq edilən iki turluq sistem analoji nəticənin əldə olunmasına yönəlib.
II Seçki komissiyalarının formalaşdırılması sahəsində Azərbaycan təcrübəsi
Azərbaycan
Respubliksaında
seçki komissiyalarının formalaşdırılması
ilə bağlı bu vaxta
qədər müxtəlif təkliflər irəli sürülüb, müxtəlif qanunlar qəbul edilib. Bunlar əsasən
aşağıdakılardır:
"Mərkəzi Seçki Komissiyası haqqında" Qanunun (15 may 1998 - ci il) 2-ci maddəsində
qeyd olunurdu ki, MSK həlledici səsə malik 24 üzvdən ibarətdir. Bunlardan 12 üzvü
Milli Məclis tərəfindən, həlledici səs hüququna malik olan digər üzvlər isə Azərbaycan
Respublikası Konstitutsiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq prezident
tərəfindən təyin edilir. Bundan başqa, həmin qanunda qeyd olunur ki, həlledici səsə malik
olan MSK üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar.
2000-ci il parlament seçkiləri ilə əlaqədar qəbul olunmuş "Mərkəzi Seçki Komissiyası
haqqında" Qanuna görə, 18 nəfər üzvü olan MSK-nın 1/3-i hakim partiyanın, 1/3-i Milli
Məclisdə təmsil olunan 2 müxalifət partiyasının, 1/3-i müstəqil deputatları tərəfindən
təyin olunmalı idi. Müstəqil deputatların da təyin edəcəyi 6 nəfərdən biri iqtidar partiyası,
biri isə həmin 2 müxalif partiya ilə razılaşdırılmalı idi. Qərarların MSK-da üzvlərin 2/3-
nin səsi ilə qəbul olunması da qanunda öz əksini tapmışdı. Bir nəfərin müxalifətlə
razılaşdırılması, yəni onun rəyi ilə təsdiq olunması MSK-da heç bir tərəfin, yəni nə
iqtidarın, nə də müxalifətin 2/3 səsə malik olmamasına gətirib çıxarırdı ki, MSK
haqqında həmin qanun məhz bu cəhəti ilə əvvəlki qanunlardan fərqlənirdi. Lakin
müxalifət ilə razılaşdırılmalı olan bir namizədin seçilməsi ilə bağlı problem yarandığına
görə həmin müddəa sonradan dəyişdirildi.
Venesiya Komissiyası 2003-cü ildə Seçki Məcəlləsinə MSK-nın tərkibi ilə bağlı yeni
təklif verdi. Təklifə görə 1/3-i iqtidar partiyalarından, 1/3-i parlamentdə təmsil olunan
partiyalardan, 1/3-i isə parlamentdən kənarda bir faizdən artıq səs toplayan partiyalardan
təşkil olunması nəzərdə tutulurdu.
Hazırda qüvvədə olan "Seçki Məcəlləsi"nin 24-cü maddəsinə görə "Mərkəzi Seçki
Komissiyası 18 üzvdən ibarətdir. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis
tərəfindən seçilir. Mərkəzi Seçki Komissiyasının 6 üzvü Milli Məclisdə çoxluq təşkil
edən siyasi partiyanı, 6 üzvü parlamentdə təmsil olunan bitərəf deputatları, 6 üzvü Milli
Məclisdə azlıq təşkil partiyaları təmsil edir.
Azərbaycan Respublikasında seçki komissiyalarının təşkili ilə bağlı siyasi partiyaların, QHT
və müstəqil ekspertlərin mövqeləri 2007 – ci ilin noyabrında aşağıdakı kimi olub və faktlar
göstərir ki, bu mövqelərdə elə bir ciddi dəyişikliklər baş verməyib:
Yeni Azərbaycan Partiyası (YAP)
Seçki komissiyalarının tərkibi olduğu kimi qalmalıdır.
Partiya
paritetin əleyhinədir. Milli Məclisin müstəqil üzvləri MSK-da
təmsil olunmalıdırlar.
Ana Vətən Partiyası
Mövcud modeli dəstəkləyir.