1919-cu il dekabrın 2-11-də Bakıda Türk Ədəmi (federal-
ist) Mərkəziyyət Partiyası Müsavatın II qurultayı çağırıldı.
Qurultayı giriş sözü ilə M.Rəsulzadə açdı. N.Yusifbəyli qurul-
tayın rəyasət heyətinə seçilmiş və təbrik nitqi söyləmişdir. O,
nitqinin axırında qeyd etmişdir ki, biz Qafqaz müsəlmanlarının I
qurultayında Azərbaycanın muxtariyyəti haqqında açıq danışıq-
dan qorxurduqsa, indi Azərbaycanı bütün dünya tanıyır və biz
qurultayı hökumət adından təbrik edirik. N.Yusifbəyli qurultay
tərəfindən M.Rəsulzadə, M.Cəfərov, M.Hacınski və b. birlikdə
Müsavat Partiyasının siyasi komissiyasına seçilmişdir.
1920-ci il yanvarın 11-də Azərbaycan tarixində böyük bir
hadisə baş verdi. Paris sülh konfransında Ali Şura və müttəfiq
dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Bu mü-
nasibətlə yanvarın 14-də Azərbaycanda bayram şənlikləri: Bakıda
mitinq və nümayişlər, ordunun hərbi paradı, parlamentdə təntənəli
iclas və s. keçirildi. Həmin gün respublika mətbuatında baş nazir
N.Yusifbəylinin «Azərbaycan vətəndaşlarına» müraciəti dərc
olunmuşdur. Müraciətdə deyilirdi: «Vətəndaşlar. 1918-ci sənənin
mayıs ayının 28-də Azərbaycan millətinin əzmü qərarı ilə
müstəqil elan edildi. Şiddətli hadisələr və fəlakətlər içərisində
Cümhuriyyət doğmuşdu… Müstəqil həyata və kəndisini idarəyə
müqtədir olduğunu göstərən millət kəndi iradəsilə hürr və demok-
ratik yeni Azərbaycan Cümhuriyyətin təsis və davamına təntənəli
surətdə müvəffəq oldu. Azərbaycanın istiqlaliyyəti haqqında
böyük müttəfiqlər Şuraya Alisi tərəfindən müttəhimən rəy qəbul
edilmişdir. Azərbaycan bütün hüquqa malik olaraq Qərbin pişrov
millətləri ailəsinə daxil olması onun tarixində ən işıqlı bir gündür.
Bu gündən etibarən ruhən və mənən tərəqqi edərək millətin
müvvəyi-mənəviyyəsi gün-gündən nəşvünüma edəcəyinə şübhə
yoxdur…
Yaşasın müstəqil Azərbaycan xalqı».
N.Yusifbəyli 1919-cu ilin aprelindən – 1920-ci ilin
aprelinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri
olmuşdur. Bu dövr onun siyasi və dövlət xadimi kimi
24
fəaliyyətinin ən gərgin və yüksələn dövrü olmuşdur.
N.Yusifbəylinin başçılıq etdiyi hökumət Azərbaycanın hərtərəfli
– ictimai-siyasi, iqtsiadi, mədəni inkişaf etməsi üçün bir sıra
tədbirlər həyata keçirmişdir: «Azərbaycan Cümhuriyyəti
əhalisinin torpaq təminatı haqqında», «Xüsusi sahibkar
meşələrin dövlət mülkiyyətinə çevrilməsi haqqında» qanun
layihələri hazırlanmış, Dövlət bankının yaradılması,
Azərbaycan-Gürcüstan arasında hərbi-müdafiə sazişinin
bağlanması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin
imzalanması, İranla Azərbaycan arasında beynəlxalq hüquqi
münasibətlərin nizama salınması haqqında müqavilənin
imzalanması və s.
1919-cu il dekabr ayının sonlarından – 1920-ci ilin mart
ayının axırlarınadək Azərbaycan parlamentinə daxil olmuş
müsəlman partiyaları arasındakı münasibətlər, Qafqazda
ermənilərin dövlət əleyhinə qaldırdıqları üsyan və şimaldan
sovet Rusiyası qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaş-
ması ölkədə siyasi və iqtisadi böhranı dərinləşdirirdi.
Parlamentdə bu vəziyyətdən çıxmağı bacarmayan hökumət
tənqid olundu və istefası tələb edildi. 1920-ci il martın 30-da
N.Yusifbəylinin başçılıq etdiyi Azərbaycan hökuməti istefa
verdi.
1920-ci il aprelin 27-də Bakı XI ordu tərəfindən işğal ol-
unduqdan və Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən
sonra may ayının əvvəllərində Tiflisə getməyə çalışan N.Yusif-
bəyli Yevlaxın Qorxun kəndində dostunun evində qonaq
qalmışdır. Dostu onun əlindəki çamadanının qızılla dolu
olduğunu zənn edib N.Yusifbəylini öldürmüş və boğazına daş
bağlayıb Kür çayına atmışdır.
* * *
- Adres-kalendarğ Azerbaydjanskoy Respubliki na 1920
q., Baku, 1920.
25
- Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-
1920). Vneşnəə politika (Dokumentı i materialı). Bakı, 1998.
- Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998.
- Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-
1920). Parlament (Stenoqrafiçeskie otçetı), Baku, 1998.
- «Azərbaycan» qəz., 1919, 4 dekabr, №263.
- «Azərbaycan» qəz., 2003, 1 iyun, №123.
- Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973.
- Azərbaycan Demokratik Respublikası. Azərbaycan
hökuməti, 1918-1920. Bakı, 1990.
- Balaev A. Azerbaydjanskoe naüionalğno-demokrati-
çeskoe dvijenie, 1917-1920 qq. Baku, 1990.
- «Kaspiy» qəz., 1917, 16 aprel, №84, 18 aprel, №85.
- İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan
zəhmətkeşlərinin mübarizəsi, Bakı, 1957.
- «Odlar yurdu» qəz., 1992, 13 noyabr, №30-31.
- Quliev Dj.B. Borğba Kommunistiçeskoy Partii za osu-
hestvlenii leninskoy naüionalğnoy politiki v Azerbaydjane,
Baku, 1973.
- Quseynov M.D. Törkskaə demokratiçeskaə partiə fede-
ralistov «Musavat» v proşlom i nastoəhem. Tiflis, 1927.
- Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası
(məqalələr və sənədlər). Bakı, 1990.
- Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990.
- Zakavkazskiy seym. Stenoqrafiçeskiy otçet. I sessiə, Ti-
flis, 1918.
26
NƏRİMAN KƏRBƏLAYİ NƏCƏF OĞLU NƏRİMANOV
28 aprel 1920 – 12 mart 1922
Azərbaycanın görkəmli dövlət və icti-
mai xadimlərindən, Azərbaycan xalqının
azadlığı və müstəqilliyi uğrunda yorulmadan
mübarizə aparanlardan biri Nəriman
Kərbəlayi Nəcəf oğlu Nərimanov olmuşdur.
N.Nərimanov Azərbaycanın siyasi mü-
barizə meydanına müəllim, publisist, yazıçı-
dramaturq və həkim kimi daxil olmuş, sonra-
lar isə təkcə Qafqazda, sovet Rusiyasında
deyil, Şərqdə görkəmli siyasi və dövlət xadiminə çevrilmişdir.
N.Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində
anadan olmuşdur. O, 1885-ci ildə Tiflis müsəlman ruhani
məktəbini bitirdikdən sonra Qori şəhərindəki Zaqafqaziya
müəllimlər seminariyasına daxil olmuşdur. O burada həvəslə
elmə can atmış və onun bütün sahələrini öyrənməyə çalışmışdır.
Seminariyada ədəbi fəaliyyətə başlamış, Azərbaycan, rus, dünya
ədəbiyyatı klassikləri ilə tanış olmuşdur.
O, eyni zamanda Azərbaycan xalqının maariflənməsi, elm
və mədəniyyətə yiyələnməsi uğrunda necə mübarizə aparmaq
haqqında düşünürdü.
1890-cı ilin iyununda Zaqafqaziya müəllimlər seminari-
yasını müvəffəqiyyətlə bitirən N.Nərimanov Tiflis quberniyası-
nın Borçalı qəzasının Qızıl Hacılı kəndinə müəllim vəzifəsinə
təyin edilmişdir. Şəhər həyatından kənd həyatına düşən N.Nəri-
manov ilk dəfə olaraq burada kəndlilərin ağır, dözülməz həyatı
ilə tanış olmuş, kənddə hökm sürən cəhalət və avamlıqla üz-üzə
gəlmiş, kəndlilərin gözünü açmaq, məktəb və maarif yolu ilə
onları istismardan, avamlıqdan qurtarmaq üçün onlar arasında
mədəni-maarifçilik işi aparmışdır. O, bu kənddə ilk bədii əsəri
olan «Nadanlığ»ı yazmışdır.
N.Nərimanov 1891-ci ildə Bakıya gəlmişdir. O, burada
müəllimlik-maarifçilik işini davam etdirmişdir. Bakıda şəxsi
gimnaziyada Azərbaycan və rus dilləri müəllimi işləmişdir.
27
Dostları ilə paylaş: |