Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   14   15   16   17   18   19   20   21   ...   101

33 
 
77  nəfər  həlak  oldu.  Lakin  erməni  millətçiləri  azərbaycanlılara  qarşı  qanlı  əməllərinə  yenə  də  son 
qoymadı. Nəticədə Ermənistanda bir nəfər də azərbaycanlı qalmadı. Onların son nümayəndələri - Nüvədi 
kəndinin  əhalisi  1991-ci  il  avqustun  8-də  bir  gün  içində  rus  əsgərlərinin  köməyi  ilə  Ermənistandan 
qovuldular. 
Beləliklə,  Ermənistanda  azərbaycanlıların  genosidi  və  deportasiyası  başa  çatdı.  1988-1991-ci 
illərdə Ermənistandakı 185 azərbaycanlı kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərə 
qədər  azərbaycanlı  qovuldu.  Onlara  məxsus  31  min  ev,  165  kolxoz  və  sovxoz  əmlakı,  çoxlu  mal-qara 
talandı. 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, bədən əzaları kəsildi, 
gözləri çıxarıldı. 
Ermənistanda  azərbaycanlılara  qarşı  törədilən  cinayətlərin  SSRİ-nin  rəhbərliyi,  habelə 
müvəffəqiyyətlə  aldadılmış  dünya  ictimaiyyəti  tərəfindən  soyuqqanlılıqla  qarşılanması  Dağlıq  Qarabağ 
separatçılarının  əl-qolunu  daha  da  açdı.  Moskva  Azərbaycanın  qanuni  ərazisini  ondan  qoparıb 
Ermənistana  birləşdirmək  istəyən  ermənilərin  tələblərini  öz  torpaqlarını,  konstitusiya  hüquqlarını 
qorumaq üçün ayağa qalxmağa məcbur olmuş Azərbaycan xalqının tələbləri ilə eyniləşdirmək, nəticədə 
kompromis  axtarmaq  kimi  riyakar  mövqe  tuturdu.  Qorbaçovun  1988-ci  il  fevralın  23-də  hər  iki  xalqa 
müraciəti, Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin "1988-1995-ci illərdə Azərbaycan SSR-in DQMV-
nin  sosial-  iqtisadi  inkişafını  sürətləndirmək  tədbirləri  haqqında"  1988-ci  il  24  mart,  habelə  SSRI  Ali 
Soveti Rəyasət Heyətinin mövcud ixtilafları hər iki xalqın mənafeyinə uyğun şəkildə həll etmək haqqında 
1988-ci il 18 iyun tarixli qərarları vəziyyətdən real çıxış yolları göstərə bilməzdi, çünki reallığa, obyektiv 
münasibətlərə söykənmirdi.  
Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  24  mart  1988-ci  il  tarixli  qərarı  ilə  "Krunk" 
cəmiyyəti xalqlar arasında nifaq salmaq kimi yolverilməz bir fəaliyyətdə günahlandırılıb rəsmən qadağan 
edilsə  də,  yenə  fəal  iş  aparırdı.  İyunun  21-də  DQMV  xalq  deputatları  sovetinin  sessiyası  vilayətin 
Ermənistan  SSR-ə  verilməsi  məsələsini  azərbaycanlı  deputatların  iştirakı  olmadan  müzakirə  edərək 
müvafiq qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin sessiyası bunun qeyri-qanuni olduğunu bildirdi. 
Ermənistan  SSR  Ali  Soveti  isə  yenə  kobudcasına  Azərbaycanın  daxili  işlərinə  qarışaraq  vilayəti  öz 
tərkibinə qəbul etmək haqqında qərar qəbul etdi. 
Xankəndində  (Stepanakertdə)  tətil  və  nümayişlər  ara  vermirdi.  Sentyabrın  18-də  ermənilər 
azərbaycanlıların  yaşadığı  Xocalı  kəndinə  hücum  etdilər.  Qanlı  toqquşma  oldu.  Sentyabrın  21-i  və 
oktyabrın  18-də  Xankəndində  azərbaycanlıların,  Şuşada  isə  buna  cavab  olaraq  ermənilərin  evləri, 
avtomobilləri  yandırıldı.  1988-ci  il  noyabrın  24-də  Ermənistan  ərazisindən  Qubadlı  rayonunun  Eyvazlı, 
Qədirli və Davudlu sərhəd kəndlərinə hücumlar edildi. Eyvazlı kəndi tamamilə yandırıldı. 
"Vəziyyəti  nizama  salmaq  üçün"  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti  Azərbaycanın  hüquqlarını 
kobud  surətdə  pozaraq,  1989-cu  il  yanvarın  12-də  "Azərbaycan  SSR-in  DQMV-də  xüsusi  idarəçilik 
formasının tətbiqi haqqında" qərar qəbul etdi. Ermənipərəst A.Volskinin başçılığı ilə birbaşa Moskvaya 
tabe  olan  müvəqqəti  Xüsusi  İdarə  Komitəsi  (XIK)  təşkil  edildi,  bütün  dövlət  və  ictimai  orqanların 
səlahiyyətləri dayandırıldı. XİK vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə, onu Azərbaycana bağlayan 
əlaqələrin tam qırılmasına, azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına və quldur 
dəstələrində birləşdirilməsinə şərait yaratdı. DQMV-də və onunla qonşu olan Şaumyan və Xanlar (indiki 
Goranboy  rayonunun  bir  hissəsi)  rayonlarının  ərazisində  silah,  sursat  cəbbəxanaları  yaradıldı. 
Ermənistandan  DQMV-nin  Mardakert  (indiki  Ağdərə)  rayonundakı  gizli  təyyarə  meydanına  silah  və 
sursat daşınırdı. Azərbaycanlılardan isə adi ov silahları da alınırdı. SSRİ Nazirlər Sovetinin 6 may 1989-
cu il tarixli qərarı ilə DQMV-dəki idarə və müəssisələr Azərbaycan SSR-in tabeliyindən çıxarıldı. İyunun 
13-dən  XİK-in  tam  imkan  yaratdığı  şəraitdə  azərbaycanlıların  yaşadığı  məntəqələrin  blokadasına 
başlandı. Sovet Ordusunun köməyi ilə silahlı erməni quldurları - "saqqallılar" iyulda Xankəndindən bütün 
azərbaycanlıları  (14  min  nəfər)  qovub  çıxartdılar.  Avqustun  sonlarında  isə  azərbaycanlılar  bir  hissəsi 
qırıldıqdan sonra Cəmilli, Həsənabad və Daşbulaq kəndlərini tərk etməyə məcbur oldular. 
Azərbaycanın demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də 
Dağlıq  Qarabağda  XİK-i  ləğv  etdi.  Vilayətin idarə  olunması  SSRİ  Ali  Sovetinin  xüsusi  komissiyasının 
nəzarəti altında Azərbaycan SSR-in təşkilat komitəsinə tapşırıldı. Lakin yenə də Mərkəz tərəfindən qəti 
tədbir görülməməsi erməniləri yeni təhrikçi hərəkətlərə şirnikdirirdi. Ermənistan SSR Ali Soveti dekabrın 
1-də  "Ermənistan  SSR  və  Dağlıq  Qarabağı  birləşdirmək  haqqında"  qərar  qəbul  etdi.  Xankəndində 
Ermənistan bayrağı qaldırıldı, təsərrüfat idarələri və müəssisələr Ermənistanın nazirlik və baş idarələrinə 
tabe  edildi.  Vəziyyət  daha  da  gərginləşdi.  Azərbaycanda  Moskvanın  siyasətinə  qarşı  etiraz  dalğaları 
gücləndi. 
1990-cı  il  yanvarın  15-də  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti  DQMV  və  "  ətraf  rayonlarda 
fövqəladə  vəziyyət  elan  etdi.  SSRI  Nazirlər  Soveti  1990-cı  il  mayın  22-də  Muxtar  Vilayətin 


34 
 
iqtisadiyyatını idarə etmək hüququnu " yenidən Azərbaycana qaytardı. Respublika təşkilat komitəsi, hərbi 
komendatura, xüsusi təyinatlı milis dəstələri vilayətdəki azərbaycanlılar yaşayan kəndlərin mühasirəsini 
yarmağa,  qanunsuz  silahlı  dəstələri  ləğv  etməyə  başladı.  Ermənistandan  buraya  silah  və  sursat 
daşınmasının  qarşısını  almaq  üçün  tədbirlər  görüldü.  1990-cı  ilin  yanvar-iyun  aylarında  vilayətin  43 
yaşayış məntəqəsində 67 xüsusi əməliyyat aparıldı və silahlar quldurlardan alındı. 
Lakin Ermənistandan Azərbaycan ərazisinə silahlı basqınlar edilirdi. Naxçıvan MSSR Ermənistan 
tərəfindən  blokadaya  alınmışdı.  Ermənilər  Azərbaycan  dəmir  yolunun  Ermənistanın  Mehri  rayonu 
ərazisindən  keçən  hissəsində  qatarların  hərəkətinə  mane  olur,  onları  atəşə  tutur,  dəmiryolçuları, 
sərnişinləri qətlə yetirirdilər. 1990-cı ilin fevral-may aylarında erməni faşistləri Naxçıvanın Kərki kəndinə 
basqınlar edib 320 sakini oradan qovdu və kəndi ələ keçirdi. Bu əməliyyatlarda sovet ordusunun əsgərləri 
və  zabitləri  də  iştirak  edirdilər.  Azərbaycan  ərazisi  Ermənistandan  raket  atəşinə  tutulurdu.  1990-cı  il 
martın 24-də gecə üç erməni hərbi hissəsi rusların köməyi ilə Qazax rayonunun Bağanıs-Ayrım kəndinə 
hücum  etdilər.  Kənd  əhalisindən  yeddi  nəfəri,  o  cümlədən  iki  qadını  və  ikiaylıq  körpəni  öldürüb 
yandırdılar. 
Bütün bunlar hakimiyyət böhranının, Moskva canişini və onun aparatının respublikadakı hadisələrə 
nəzarəti tam itirməsinin təzahürü idi. Mərkəz bununla barışa bilmirdi. Yanvarın əvvəllərindən başlayaraq 
respublikada  müxtəlif  qoşun  hissələri,  cəza  dəstələri  yerləşdirildi.  SSRI  müdafiə  naziri  Yazov  gizli 
şəkildə Gəncəyə gəlmiş, vəziyyətlə tanış olmuş və respublika rəhbərliyinin təklifləri də nəzərə alınmaqla 
"Tayfun" (Tufan) adlı qanlı əməliyyat planı hazırlanmışdı. 
Ermənilərin  təhrikçilik  hərəkətləri,  Azərbaycanın  sərhəd  kəndlərinə,  DQMV-də  azərbaycanlılar 
yaşayan  kəndlərə  silahlı  basqınlar  isə  getdikcə  artırdı.  Yanvarın  12-də  Ermənistan  SSR-dən  500  nəfər 
silahlı  quldur,  20  vertolyot  Xanlar  rayonunun  Quşçu  kəndinə  hücum  edib  dinc  əhaliyə  divan  tutmuş, 
onlarla sakini, qocaları, qadınları, uşaqları vəhşicəsinə öldürmüşdü. 
Bütün bu hadisələrə müxtəlif vasitələrlə münasib şərait yaradan Moskva öz istəyinə nail olmuşdu. 
Əhali  Azərbaycan  Xalq  Cəbhəsinin  6-7  yanvar  1990-cı  il  konfransında  yeni  seçilən  Idarə  Heyətində 
üstünlük  təşkil  edən  liberalların  deyil,  radikalların  arxasınca  gedirdi.  Yanvarın  12-  də  radikallar  Milli 
Müdafiə Şurası (MMŞ) təşkil etdilər. Respublikanın təhrikçi rəhbərliyi də gəncləri MMŞ-nin köməyi ilə 
milis hissələrinə cəlb edib, silahlanmağa, müəssisələrdə fəhlə drujinaları təşkil etməyə çağırırdı. 
AXC-ni dağıtmaq, xalq hərəkatını boğmaq üçün ən münasib vaxt yetişmişdi. Həmin dövrdə Bakıda 
milli  azadlıq  hərəkatı,  kommunist  rejiminə  və  imperiya  əleyhinə  çıxışlar  dünya  ictimaiyyəti  tərəfindən 
rəğbətlə  qarşılanırdı  ki,  bu  da  Kremlə  öz  məkrli  siyasətini  həyata  keçirməkdə  mane  olurdu.  Xalq 
hərəkatının  imicini  aşağı  salmaq,  reputasiyasına  xələl  gətirmək  lazım  idi.  Buna  görə  də  Sumqayıt 
ssenarisinə  bənzər  bir  ssenari  hazırlanmışdı.  Yenə  də  yerli  milis  tərk-silah  edilmiş  və  mənəvi-psixoloji 
cəhətdən kütləşdirilmiş, mərkəzdən daxili qoşun hissələri gətirilmişdi. Vəziyyətə Moskva nəzarət edirdi. 
Azərbaycanlıların  əli  ilə  təxribatlar  törətmək,  siyasi  aksiyaları  milli  müstəviyə  yönəltmək,  öz 
beynəlmiləlliyi  ilə  şöhrət  tapmış  Bakıda  milli  qırğın  törətməklə  beynəlxalq  ictimai  rəyi  məqsədyönlü 
surətdə dəyişmək  və Bakı  əhalisinə qarşı planlaşdırılmış cəza tədbirlərinə "haqq qazandırmaq" ssenarisi 
həyata keçirilirdi. 
Beləliklə, Bakıda Sumqayıt ssenarisi artıq hazır idi və hər şey bir qığılcıma bənd idi. Yanvarın 13-
də  Bakıda  bir  erməninin  iki  azərbaycanlını  öldürməsinə  cavab  olaraq  ermənilərə  qarşı  hüquqazidd 
hərəkətlər  baş  verdi.  Ayrı-ayrı  dəstələrin  azğın  əməllərinə  nə  yerli  hüquq  mühafizə  orqanları,  nə  də  o 
zaman  Bakıda  olan  SSRİ  Daxili  işlər  Nazirliyinin  12  minlik  silahlı  qüvvəsi  mane  olmadı.  AXC  İdarə 
Heyəti öz bəyanatında bu cinayətləri qətiyyətlə pislədi, onların səbəblərini göstərdi və qeyd etdi ki, AXC 
humanizm,  demokratiya,  insan  hüquqlarının  müdafiəsi  prinsiplərinə  əsaslanır.  Əhalinin  köməyi  ilə 
ermənilərin  çoxu  evlərdə,  məscidlərdə,  hərbi  hissələrdə  sığınacaq  tapmışdılar.  Bu  işdə  AXC  üzvləri 
xüsusi fəallıq göstərmişdilər. Qanunazidd hərəkətlərin qarşısı MMŞ özünümüdafiə dəstələrinin gücü ilə 
yanvarın 15-də, demək olar ki, alındı. MMŞ özünü- müdafiə dəstələri şəhərə tam nəzarət edirdilər. Xalqa 
tutulacaq  divana  hüquqi  don  geyindirilməsi  üçün  fövqəladə  vəziyyət  elan  olunması  planlaşdırılmışdı. 
Ə.Vəzirov yanvarın 14-də Azərbaycan KP MK bürosunda müzakirə etdikdən sonra qeyri-qanuni olaraq 
özünün çağırdığı Azərbaycan SSR Ali Soveti sessiyasında DQMV və zərurət olarsa ona bitişik rayonlarda 
və  sərhəd  boyunda  fövqəladə  vəziyyət  elan  olunması  və  mərkəzdən  lazımi  köməklik  göstərilməsi 
haqqında  qərar  qəbul  edilməsinə  nail  oldu.  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  müraciəti 
əsasında  SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  yanvarın  15-də  "DQMV  və  bəzi  başqa  rayonlarda  fövqəladə 
vəziyyət  elan  olunması  haqqında"  fərman  verdi.  Azərbaycan  SSR  Ali  Sovetinə  təklif  edildi  ki,  Bakı  və 
Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla 
hər cür lazımi tədbirlər görsün. Lakin respublika hökuməti iflic vəziyyətində idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə