Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə9/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

28

 “Çatılmayacaq”, “salamlayacaq” sözlərini birləşdirən cəhətlərlə bağlı 
düzgün olmayan cavab hansıdır? Fikrinizi əlavə misallarla izah edin.
A) İkisi də feildir.                    B) Hər iki söz qəti gələcək zamanda işlənib.       
C) Hər iki söz təsdiqdədir.      D) Hər ikisi III şəxsi bildirir.   
E) Hər ikisi düzəltmə sözdür: biri isimdən, biri isə feildən düzəlib.

  Aşağıdakı sözlərdən eyniköklü sözlər düzəldib yazın və bir neçəsini 
cümlələrdə işlədin.
gül(mək), yeni, qoca, körpə, cavan, dərin, keşik, mətin, irəli, addım

Yuxarıdakı  sözlərin içərisindən əlamət bildirən sözləri seçib səsləndirin 
və həmin sözlərdəki əlamətin normada olub-olmadığını müəyyənləşdirin.

 Aşağıdakı cümlələri oxuyun və sifətləri seçib əlamət, yoxsa keyfiyyət 
bildirdiyini müəyyənləşdirin. Sonra həmin sifətlərin ifadə etdiyi əlaməti artırıb, 
azaltmağa səy göstərin.
Qocaman bir dağın təpəsinə qalxdıq. Qarşımıza daha böyük bir dağ çıxdı. 
Bu dağı da aşdıq, çiçəklər səltənəti kimi bir açıqlığa çıxdıq. Bu yer qalın, sıx 
meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı. Uzaqda bir təpə 
ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü (Abdulla şaiq).

Verilmiş müdrik fikirlərin şeirin bütöv məzmunu və ya hər hansı bir 
hissəsi ilə əlaqəsinin olduğunu əsaslandıra bilərsinizmi? Özünüzü sınayın.
HИKMЯT XЯZИNЯSИNDЯN
 
1) Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə     
    bilərsiniz ki, onun sahibi olasınız. Nəriman Nərimanov
2) Hər millətin öz taleyi, 
    Hər torpağın öz nəfəsi. Səməd Vurğun

 Şeirdə onun  misraları ilə bağlana bilməyən bir aforizm işlənmişdir. 
Həmin    aforizmi  tapıb  səsləndirin  və  onun  bu  şeirin  bir  hissəsi  olmadığını 
əsaslandırmağa çalışın.

  “Oğul”  sözünü  hallandırıb  yazın,  sonra  isə  ahəng  qanununa  uyğun 
mənsubiyyət şəkilçiləri artırmaqla şəxslərə görə dəyişin.
|
  Hansı  hal  və  mənsubiyyət  şəkilçilərini  artırarkən  sözün  kökündə 
dəyişiklik müşahidə etdiniz? Səbəbini izah edin.
|
 Qruplarla işləyin. Hərəniz bir şəxsdə işlənmiş “oğul” sözünü hallandırıb 
yazın.
Çap üçün deyil


29

 6-cı sinifdə “Azadlıq” mətnindən tanış olduğunuz Həsənin vəziyyətini 
yadınıza salın. Necə düşünürsünüz, Həsən niyə fikir dəryasına qərq olmuşdu?
Şairin “bəxtiyar balalar” deyə müraciət etdiyi uşaqlarla Həsənin  yaşadığı 
dövrü  müqayisə edin. Sizcə, şairin keşiyində durduğu  “ağ gün” nəyə işarədir? 
      Həqiqət hamı üçün birdir. 
 
 
 
 
 
   
 
 
      Romen Rollan 
§ 7. İNşA
Rasim  Elçinə  məktəbin  həyətində  rast  gəldi.  Dərsin  başlanmasına  az 
qalırdı. Rasim:
– Elçin, inşanı yazmısan? – deyə xəbər aldı.
Elçin:
– Yazmışam, – dedi. – Nə üçün maraqlanırsan*?
– İstəyirəm** köçürəm. Müəllim yoxlayacaq**.   
– Bəs bütün günü nə etmisən?
– Nəsimi küçəsinin uşaqları ilə futbol oynayırdıq**. İşin tərsliyindən*, uduzduq.
O, Rasimi dinlədi, sonra bildirdi ki, dəftərini*  ona verə bilməyəcək**: 
– İnşalarımız eyni olmamalıdır. Bunu sən özün də bilirsən. 
Dostunun* cavabı Rasimə ağır gəldi. Acıqla* əlini yelləyib** dedi:
– Dosta  bax, bir dəftəri də qıymır.  
Rasimin bərk incidiyini görən Elçin onu saxladı. …
Günortaya  az  qalmışdı.  Bərk  isti  idi.  Uşaqlar  addımlarını  yeyinlətdilər. 
Kəndin qənşərinə çıxanda Böyükdüz göründü. Başı ağ örpəkli arvadlar kolların 
arasında əyilə-əyilə pambıq yığırdılar.
… Dərs başlananda Rasim artıq* işini qurtarmışdı. Müəllim davamiyyəti* 
yoxlayıb** uşaqlardan soruşdu. 
– Evə verilən tapşırığı kim yerinə yetirməyib**?
– … 
– Çox gözəl. Deməli, hamınız 
. Rasim, bala, inşanı oxu görək.
Rasim  ayağa  qalxıb  oxumağa  başladı.  Müəllim  onun  “Bahar  fəsillər 
gözəlidir” sərlövhəli yazısını bəyəndi və onu təriflədi.
– Görürsən, Rasim, çalışsan, o birilərdən heç də geri qalmazsan, – dedi və 
onun adının qarşısında “yaxşı” yazdı.
Nəhayət,  növbə  Elçinə  çatdı.  Rasim  narahat  oldu.  Elə  bilirdi,  Elçin  öz 
inşasını oxumağa başlayacaq** və hər şey müəllimə aydın olacaq. Rasimin 
onu aldatdığını başa düşəcək. Elçin isə ayağa qalxıb:
– Yazmamışam, – dedi.
Çap üçün deyil


30
Müəllim təəccübləndi*:
– Nə üçün, oğul, bəlkə, başa düşməmisən?
–Vaxtım* olmayıb**.
– Bəs bütün günü nə ilə məşğul olmusan?
   O dinmədi. Rasimə ötəri nəzər salıb, üzünü yana çevirdi. Rasim bayaq* 
ona dediyi sözləri xatırlayıb** xəcalət çəkdi.
Müəllim sualını yenidən təkrar etdi. Elçin başını aşağı salıb güclə:
– Futbol oynamışam , – dedi. 
– Bəs bayaq* soruşanda ev tapşırığını kim yazmayıb**, nə üçün dillən-
mədin? Heç gözləməzdim. Otur.
Müəllim o gün Elçinə “2” yazdı. Dərs ili ərzində aldığı ilk “iki”dən o, 
bərk təsirləndi. Gözlərindən* süzülən yaş damlaları dəftərinin  üzərinə düşüb, 
dünən həvəslə yazdığı inşanı ləkələdi.  …
Rasim  öz  səhvini  başa  düşmüş,  bərk  peşman  olmuşdu.  O,  tənəffüsdə* 
Elçinə yaxınlaşıb* üzr istədi:
Sonra isə müəllimlər otağına yollandı. Əhvalatı müəllimə danışdı və on-
dan* da üzr istədi:
– Müəllim, söz verirəm ki, bundan* sonra yaxşı oxuyacağam.
Müəllim onun başını sığallayıb** gülümsündü.   
SÞZLÖK
uduzmaq – проиграть
qıymaq – burada: пожадничать
ləkələmək – запятнать
sərlövhə – заглавие

 Üzərində ulduz işarəsi qoyulmuş sözləri düzgün tələffüz etməklə (eyni 
sözün mətndə bir neçə dəfə işlənməsinə diqqət edin) mətni rollar üzrə oxuyun. 
Səs tonu, temp və fasiləni gözləməyi unutmayın!

 Qruplara bölünüb mətnin məzmunu üzrə ən azı yeddi sual tərtib edin. 
Sonra  sualları  müəllimin  məsləhət  bildiyi  qrupa  verin.  Sualları  alan  qrup 
onların  qrammatik  normalar  baxımından  düzgünlüyünə  diqqət  yetirməli  və 
qarşılarında cavablarını yazmalıdır.

 Səs tonunuzu düzgün tənzimləməklə  hekayədən çıxan nəticə barəsində 
danışın. Danışarkən yoldaşlarınızın fikirlərinə münasibət bildirməyi unutmayın.

 Aşağıdakı cümlənin mətndəki yerini müəyyənləşdirib, həmin hissəni 
yenidən oxuyun. Necə bilirsiniz, bu cümləsiz mətnin məzmununda hər hansı 
bir anlaşılmazlıq yaranırmı? Yoldaşlarınızın söylədikləri fikrə münasibət bil-
dirməklə fikrinizi açıqlayın.
Akif Abbasov
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə