22
SЮZ EHTИYATI
qarovul çəkmək – караулить
qənşər gəlmək – идти навстречу
❶
Səs tonu və tempi gözləməklə mətni rollar üzrə oxuyun, sonra səhnələş-
dirin.
❷
Necə bilirsiniz, aşağıdakı planda mətndəki ardıcıllığın pozulmasına yol
verilmişdirmi? Fikrinizi əsaslandırın və düzgün ardıcıllığı bərpa edərək mətnin
məzmununu qısaca danışın.
1) Bura məktəbə oxşamırdı.
2) Xəstə sağalası olsa, təbib qənşər gələr...
3) Bağışlayın, Siz Çernyayevski deyilsiniz ki?
4) Bu işə çoxdanmı başlamısan?
5) Yoxlamaq istəyirsiniz?
6) Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi?
7) Darıxmamaq üçün uşaqları başıma yığıb yazı-pozu öyrədirəm.
❸
Aşağıdakı sualların mətnin məzmununu əks etdirmədiyini faktlarla
əsaslandırın.
1) Əhməd uşaqlara yazı-pozu öyrətdiyini A.Osipoviçdən niyə gizlətdi?
2) Aleksey Osipoviç Əhmədin gördüyü işə niyə əhəmiyyət vermədi?
3) Aleksey Osipoviç Əhmədin kənddə uşaqlara dərs deməyini niyə böyük
xidmət hesab etmirdi?
4) Aleksey Osipoviç Əşrəf Göytəpəlini tanıdığını niyə boynuna almadı?
❹
Mətn üzrə tərtib edilmiş aşağıdakı sualların bəzilərində səhvlərə yol
verilmişdir. Əvvəlcə həmin sualları müəyyənləşdirib səhvləri aradan qaldırın,
sonra isə onları cavablandırın.
1) A.Osipoviç gəldiyi evi nə üçün məktəbə bənzətmişdi?
2) Nəyə görə uşaqların dəftərləri A.Osipoviçin diqqətini cəlb etmişdi?
3) Özünü necə təqdim etdi A.Osipoviçə Əhməd?
4) Darıxmaq üçün kim idi yazı-pozu öyrədən uşaqlara?
5) A.Osipoviç Əhmədin uşaqlarla məşğul olduğunu bildikdə nə dedi?
6) A.Osipoviç “böyük iş” dedikdə nəyi nəzərdə tuturdu?
7) Hardan bildi Əhməd A.O. Çernyayevski olduğunu qonağın?
❺
Qruplara bölünün və hərəniz oxuduğunuz mətnin aşağıda verilmiş ad-
lardan hər hansı biri ilə adlandırılmasının daha məqsədəuyğun olduğunu fakt-
larla əsaslandırmağa çalışın. Danışarkən səs tonunuzu düzgün tənzimləməyə
səy göstərin.
1) Burada nə var ki?
3) Xəstə sağalası olsa, təbib qənşər gələr.
2) Böyük xidmət.
Çap üçün deyil
23
❻
Mətndə qara şriftlə verilmiş söz və ifadələrin mənasını düzgün
anladığınızı nümayiş etdirmək üçün onları yaxınmənalı qarşılıqları ilə əvəz
edib cümlələri yenidən oxuyun.
❼
Mətndə göy rəngdə verilmiş sözlər barədə düzgün olmayan fikir hansıdır?
A) Hər iki feil indiki zamanda işlənib.
B) Feillərdən biri təsdiqdə, biri isə inkarda işlənib.
C) Feillərdən hər ikisi üçüncü şəxsin təkində işlənib.
D) Bu feillər mətndə bir-birinə sinonimdir.
E) Hər iki feil quruluşca sadədir.
❽
Aşağıdakı cümlələrdə yiyəlik halla əlaqələnən sözlər buraxılmışdır.
Həmin sözləri mətnin məzmununa əsasən tapıb yerinə yazın və onların hansı
şəkilçi ilə işlənməli olduğunu əsaslandırın.
1) Elə evin – də müəllimə bənzəmirdi. 2) Əhməd qonağın dəftərlərlə – görüb
ayaq saxladı. 3) Bilirəm, uşaqlar yazıb, bəs sizin – nə gəzir? 4) Sənin bu kənddə
uşaqlara – – böyük xidmətdir. 5) Aleksey Osipoviç ayağa durub Əhmədin –
yapışdı. 6) Bəs Siz mənim – hardan bilirsiniz? 7) Əşrəfin – . İndi Sizin – .
8) Bizim ən yaxşı oxuyan – . 9) Sizin – neçəsini Qoriyə oxumağa apara bilərəm?
|
Verilmiş cümlələrin sıralanmasında bir yerdə mətndəki ardıcıllıq pozul-
muşdur. Ardıcıllığın pozulduğu cümləni tapıb səsləndirin və mətnə istinad
etməklə fikrinizi əsaslandırın.
❾
Müəllimin təklif etdiyi mətni Azərbaycan dilinə tərcümə edib məz-
mununu danışın.
❿
Necə düşünürsünüz, aşağıdakı aforizmdə deyilən fikri mətndəki hər iki
obraza aid etmək olarmı? Bu mövzuda debata qoşulun və fikirlərinizi mətn və
çalışmalardakı faktlara istinad etməklə əsaslandırmağa çalışın.
“İnsanlar Vətənə məhəbbətlərini səs-küylə deyil, öz əməlləri ilə sübut
edirlər” (V.İvanov).
1) Əhməd, özü dediyi kimi, darıxmamaq üçün uşaqları başına yığıb on-
lara yazı-pozu öyrədir. A.Osipoviç isə, sadəcə, vəzifə borcunu yerinə yetirir.
Əhməd demişkən, “Burada nə var ki?”
2) İstər Əhmədin, istərsə də A.Osipoviçin gördükləri iş vətənin gələcəyini
düşünən insanların gördüyü işdir. Bu isə elə vətənə məhəbbətin sübutudur.
Çin atalar sözündə deyildiyi kimi: “Planınız 1 illikdirsə – düyü əkin, 10
illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara təhsil verin”.
⓫
Mətndə altından xətt çəkilmiş sözlər üzərində müşahidə aparın və on-
lardan hansının sifət, hansının zərf olduğunu əsaslandırın.
|
Tapdığınız sifətlərin ifadə etdiyi əlaməti artırıb, azaltmağa cəhd göstərin.
Çap üçün deyil
24
⓬
Qruplara bölünün və hərəniz aşağıdakı aforizmlərdən biri üzrə
fikirlərinizi faktlarla əsaslandırmağa çalışın.
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. Viktor Hüqo
2) Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Əbu Turxan
3) Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə
tərəqqi etmək mümkündür. Nəriman Nərimanov
|
Oxuduğunuz hər bir aforizmdəki mənsubiyyət şəkilçili sözü tapıb
aid olduğu sözlə birlikdə səsləndirin. Həmin sözlərin qəbul etdiyi şəkilçinin
neçənci şəxsi bildirdiyini, aid olduğu sözlərin ismin hansı halında işləndiyini
deyin.
|
Aforizmlərdəki mənsubiyyət şəkilçili hər bir sözün aid olduğu ismi
müxtəlif hallarda işlətməklə yeni birləşmələr yaratmağa cəhd göstərin. Bu yol-
la mənsubiyyət şəkilçisi qəbul etmiş sözün özündən əvvəl ismin hansı halının
işlənməsini tələb etdiyini əsaslandırın.
Köməkçi:
pələngin dərisi – pələngə dərisi, pələngi dərisi, pələngdə dərisi ...
⓭
Mətndəki “tələbələrimizdəndir” sözünü kök və şəkilçiyə ayırıb
dəftərinizə yazın. Buradakı hər bir şəkilçinin funksiyasını müəyyənləşdirin.
⓮
İnternetdən istifadə etməklə Qori Müəllimlər Seminariyasının Azər-
baycan şöbəsi ilə bağlı maraqlı bir təqdimat hazırlayıb sinifdə təqdim edin.
⓯
Mətndə sarı fonla fərqləndirilmiş abzası yenidən oxuyun. Bu mövzuda
düşündükləriniz əsasında “Böyük xidmət” başlıqlı bir mətn tərtib edib yazın.
⓰
Siz Əhmədi VI sinifdə oxuduğunuz “Peşmançılıq” mətnindən tanı-
yır sınız. Necə bilirsiniz, xarakterindəki alicənablıq, təvazökarlıq kimi xüsu-
siyyətlər onun təhsilli bir insan olmasından irəli gələ bilərmi? Hər iki mətndən
aldığınız təəssürat əsasında Əhmədin xarakterini konkret faktlara istinad
etməklə səciyyələndirin.
⓱
Mətnin birinci və ikinci hissəsində qırmızı rəngdə verilmiş sözlər
üzərində müşahidə aparın, sonra onları ayrı-ayrı sütunlarda dəftərinizə yazın.
Hər iki sütundakı sözlərin qəbul etdiyi şəkilçiləri bir-biri ilə müqayisə edin: hər
bir qrup üçün xarakterik olan şəkilçilər hansılardır? Fikrinizi faktlarla izah edin.
⓲
Axırıncı abzası diqqətlə oxusanız, görəcəksiniz ki, orada işlənmiş atalar
sözünün mənası elə həmin abzasda aydınlaşır. Həmin abzası bir daha oxuyun
və kursivlə verilmiş atalar sözünün mənasını necə başa düşdüyünüzü izah edin.
Çap üçün deyil
Dostları ilə paylaş: |