Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva


Bağışla, Elçin, mən düzgün hərəkət etmədim



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə10/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

31
– Bağışla, Elçin, mən düzgün hərəkət etmədim.
|
 Hekayəni siz yazsaydınız, bu cümləni işlətməyi vacib hesab edərdinizmi?

 Elçinin müəlliminə yalan deməsinə haqq qazandırırsınızmı? Yoldaş-
larınızın söylədikləri fikrə münasibət bildirməklə debata qoşulun.
1) Elçin düzgün hərəkət etdi, onun başqa çıxış yolu qalmamışdı. 
2) Elçin səhv etdi, o, həqiqəti müəllimə deməli idi. 
|
 Necə bilirsiniz, Elçin dostuna başqa cür kömək edə bilməzdimi?

 Aşağıdakılardan hansı mətn üçün əsas fakt və hadisə hesab edilə bilər? 
Mətnin məzmununa istinad etməklə fikrinizi əsaslandırın.
A) Rasimin dostunun inşasını köçürməklə müəllimi aldatması
B) Rasimin dostundan incidiyini bildirməsi
C) Elçinin müəllimə yalan deməsi  
D) Rasimin Elçindən üzr istəməsi
E) Rasimin müəllimdən üzr istəməsi 
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Sifətin  azaltma  dərəcəsi  əlamətin  normadan  az  olduğunu  bildirir.  Azal-
tma dərəcəsini düzəltmək üçün adi dərəcədə olan sifətlərin sonuna -ımtıl
4
, -raq
2

-ımtraq (-mtraq), -sov (-ımsov, -ümsov) şəkilçilərindən biri artırılır: göyümsov
sarımtıl, yaşılımtraq, gödərək, uzunsov, bozumtul ...  
Sifətin azaltma dərəcəsini düzəltmək üçün “açıq”, “təhər”, “ala” sözlərindən 
də istifadə olunur: açıq-sarı, açıq-qara, sarıtəhər, şirintəhərala-çiy, ala-sütül ...

 Rasimin inşanı köçürüb dostunu pis vəziyyətdə qoymasını və bu yol-
la həm də müəllimi aldatmasını necə qiymətləndirirsiniz? Sizcə, başqasının 
əməyindən bu şəkildə istifadə etmək düzgündürmü? Müzakirə edin və fikrinizi 
yoldaşlarınızla bölüşün.

 Oxuduğunuz hekayədəki  əhvalat sizinlə dostunuz arasında baş versə,  
aşağıdakı  hansı  atalar  sözləri  və  ya  aforizmdə  deyilən  fikrə  uyğun  hərəkət 
edərsiniz? Fikrinizi əsaslandırın və seçdiyiniz kəlamların mənasını izah edin.
1) Dost dar gündə tanınar. 2)Yaxşı dostu yaman gündə sına. 3) Divarın 
əyrisi özülündən başlar. 4) Dil yalançı olunca, lal olsa, yaxşıdır. 5) Doğru 
yolda yıxılan tez qalxar. 6) Doğru yolla gedən yorulmaz. 7) Yalançının evi  
yandı, heç kəs inanmadı. 8) Doğruya zaval yoxdur, çəksələr min divana.  
9) Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur (Nəsirəddin Tusi).
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
Çap üçün deyil


32
|
  Oxuduğunuz  hekayədəki  hadisəyə  bənzər  hər  hansı  bir  əhvalatla 
qarşılaşmısınızmı? Eşitdiyiniz və ya şahidi olduğunuz hadisəni yoldaşlarınıza 
danışın. 

  Əlamət  bildirən  sözlərdən  istifadə  etməklə  hekayədəki  Rasimi  və 
Elçini yazılı şəkildə səciyyələndirin. Fikirlərinizi əsaslandırmaq üçün müvafiq 
nümunələrdən istifadə edin və cümlələri bir-biri ilə düzgün əlaqələndirin.

 Hekayə Rasimin öz səhvini etiraf etməsi ilə bitir. Necə düşünürsünüz, 
bu hekayənin başqa bir sonluğu ola bilərdimi? Hər biriniz hekayənin sonluğunu 
düşündüyünüz şəkildə dəftərinizə yazın. Yazdıqlarınızı parta yoldaşınıza gös-
tərin və  bir-birinizin fikrinə münasibətinizi bildirin. 

 Təsəvvür edin ki, siz yığcam tərcümeyi-halınızı yazmalısınız. Onu necə 
yazacağınızı bilirsinizmi? Nümunə ilə tanış olun və hər biriniz öz tərcümeyi-
halınızı yazıb, müəlliminizə təqdim edin.
⓬ 
Hekayəni oxuyarkən onun məzmunu ilə bağlana bilməyən cümlə və ya 
abzasa rast gəldinizmi? Həmin hissəni seçib oxuyun və fikrinizi əsaslandırın. 
 

  Mətndə  altından  xətt  çəkilmiş  sözün  izahı  hansı  bənddə  düzgün 
verilməyib?
A) toxunmaq      B) pis təsir etmək       C) qəlbinə dəymək      D) xoş gəlmək 

 Mətndəki mavi boşluqda “yerinə yetirmək” ifadəsinin hansı qrammatik 
forması yazılmalıdır?
Tərcümeyi-hal
Mən,  Əliyev  Ənvər Akif  oğlu  2002-ci  il  sentyabrın  15-də  Bakı 
şəhərində  anadan  olmuşam.  2008-ci  ildə  Bakı  şəhəri  Nəsimi  rayonu 
111№-li orta məktəbin I sinfinə qəbul   olunmuşam. Hal-hazırda həmin 
məktəbin 7-ci sinif şagirdiyəm.
Texniki fənlərə marağım böyükdür. Məktəb olimpiadasında 3 dəfə 
riyaziyyat fənni üzrə qalib olmuşam. 
Ailəmiz 4 nəfərdən ibarətdir:
Atam – Əliyev Akif Əli oğlu – mühəndisdir;
Anam – Əliyeva Zərifə Sabir qızı – müəllimdir;
Bacım – Əliyeva Nərmin Akif qızı – məktəblidir.
20 oktyabr 2014-cü il.   
 
         İmza:       Ə. A. Əliyev
Çap üçün deyil


33
A) I şəxs cəm 
 
 
B) II şəxs tək   
 C) II şəxs cəm
D) III şəxs cəm   
 
E) III tək 

 Necə bilirsiniz, mətndə kursivlə verilmiş cümlənin davamı aşağıdakı 
variantlardan hansı ola bilər? Fikriniizi əsaslandırın.
A) İnşanı yazmadığı üçün Rasimi dostcasına danladı. 
B) İnşanı köçürmək üçün dəftərini ona verdi. 
C) Dəftərini ona vermək istəmədiyini bildirdi.
D) Bunun yaxşı hərəkət olmadığını Rasimin üzünə dedi.
E) Bunun müəllimin xoşuna gəlməyəcəyini söylədi.
 
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
İnşa – 1) Qurma, tikmə, yaratma, qayırma: Gəmi, mədən, bina və s. inşası. 
Şəhərimizdə yeddimərtəbəli binaların inşasına başlandı. 
İnşa etmək – qurmaq, yaratmaq, quraşdırmaq. Layihə üzrə yeni yeraltı keçidlər 
və körpülər inşa ediləcək.  
2) Qələmə alma, bir mətləbi ədəbi şəkildə ifadə etmə, yazma – inşa yazanlar; 
şagirdlərin yaradıcı və rabitəli yazmaq qabiliyyətlərini inkişaf etdirmək məqsədi 
ilə aparılan sərbəst yazı işi  – üç səhifəlik inşa, maraqlı inşalar, inşadakı səhvlər ...

 Mətndə qara şriftlə verilmiş sözlərin qrammatik mənasını izah edin və 
onların hansı nitq hissəsinə aid olduğunu deyin. Necə bilirsiniz, bu sözlərdən 
hansılar həm sifət, həm də zərf kimi işlədilir? Fikrinizi əsaslandırmaq üçün 
həmin sözləri cümlələrdə hər iki qrammatik mənada işlədin.

  Mətndə  üzərində  iki  ulduz  (**)  işarəsi  qoyulmuş  sözləri  dəftərinizə 
köçürün, qarşılarında tələffüz şəklini yazın. 
§ 8. MARAQLI GöRüş 
Tələbələrin çoxu onun sabah görüşə gələcəyinə inanmırdılar. Yataqxana-
da gecə yarıyacan bu haqda 
. Əksəriyyət* deyirdi ki, gəlməz, onun qo-
naqlardan* ayrılması yaxşı düşməz. Bir də ki, vaxtı hanı gəlsin, bir söz idi 
dedi.  Görünür,  üzümüzdən  keçmədi.  Bəziləri  isə  inad  edirdi  ki,  gələcək, 
mütləq gələcək...          
Səhər Səməd Vurğun düz saat on iki 
 görüşə gəldi. ”Gəlməyəcək”  
deyənlərin*  gözü  kəlləsinə*  çıxmışdı.  Hamı  uşaq  kimi  sevinir,  bir-birini 
muştuluqlayırdı.  Şair  təzə  kostyum  geyinmişdi.  Səliqə  ilə  daranmış  düm ağ 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə