Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva


adam  gözünü  çəkə  bilmirdi



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə11/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

34
saçlarından*  adam  gözünü  çəkə  bilmirdi.  Bir  anın  içində  akt  zalı  ağ zı na-
can doldu, içəri keçmək 
. Müəllim Əziz Mursaqulov bir az onun ya ra-
dıcılığından* danışıb, şairə söz verdi. Səməd Vurğun kürsüdə alqışların 
 
xeyli gözlədi.  Xeyli danışdıqdan* sonra üzünü zala tutub soruşdu:
– Özünüz deyin, əvvəlcə nə oxuyum? Axşam “Şair, nə tez qocaldın sən?!”i 
oxudum.
Zaldan kimsə:
– “Dağlar”ı, – dedi, – “Dağlar”ı  oxuyun!
– Hansı  “Dağlar”ı ?  Mənim üç  “Dağlar”  şeirim var.
Yerdən:
Üçünü də, yenə varsa, onu da.
Şair bir neçə şeir və “Zəncinin arzuları” poemasından bir parça oxudu. 
Sonra bir anlıq dayanıb zala göz gəzdirdi. Zalda çoxlu rus, gürcü və başqa 
millətlərin* nümayəndəsi olduğunu görüb:
–  Heyf  ki,  –  dedi,  –  tərcümə  olunmuş  kitablarımdan*  heç  birini  gətir-
məmişəm. Onlardan* da oxuyardım. 
Sonra  şair  məğrur  və  alovlu  səslə  “Ölüm  kürsüsü”  poemasının  tərcü-
məsindən* yadında qalan parçanı oxudu. Alqışların ardı-arası kəsilmirdi
Zal sakitləşəndə:
– Yenə oxuyardım, – dedi, – amma* kitab yoxdur.
Zaldan balacaboylu, arıq bir qız ayağa durdu. Cərgələr arasındakı adamları 
yara-yara birbaş kürsüyə – Səməd Vurğunun 
 gəldi. Onun əlində iki kitab 
vardı.  Qız  təbəssümlə  gülümsünüb    kitabları  şairə  uzatdı.  S.Vurğun  əyilib 
kitabları götürdü. Özünün Moskvada çap olunmuş ikicildliyi idi. Şair maraq 
dolu baxışlarını* qıza zilləyib*:
– Adın nədir? – deyə soruşdu.
– Qalina.
– Bəs familiyan?
– Familiyam Kim, – qız fəxrlə, – mən koreyalıyam, – dedi.
Şair gülümsündü, alnına tökülən 
 geri sığalladı:
– Hə, bizim dostlarımızdansınız*...
...  O,  həmişəki  adəti  üzrə,  əli  ilə  alnını  ovxaladı.  Kitabı  açdı,  qarşısına 
çıxan ilk şeiri – “Deyin, gülün, övladlarım!”ı  yeni bir 
 oxudu:
...  Deyin, gülün, əl də çalın, heç qısmayın səsinizi,
Gülər görüm, oynar görüm, xoşbəxt görüm hər vaxt sizi! ...
Alqış  sədalarından*  zal  lərzəyə  gəlmişdi.  Neçə  illik  fəaliyyətində* 
A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutu belə görüş, belə təntənə görməmişdi. 
Bu, yüzlərlə tələbənin 
 qalan ən maraqlı* görüş oldu.   
 
       şəmistan Nəzirli
Çap üçün deyil


35
SÞZLÖK
əksəriyyət – большинство                  
ikicildlik – двухтомный
kürsü – burada: трибуна
ovxalamaq – помассировать
SЮZ EHTИYATI
heyrətlənmək – удивиться
lərzəyə gəlmək – содрогнуться
üzündən keçməmək – burada: не отказать           
baxışlarını zilləmək – пристально смотреть
adamları yara-yara – разделяя людей в стороны

 Səs tonu, temp və fasiləni gözləməklə mətni rollar üzrə oxuyun.

  Mətndəki  narıncı  boşluqların  yerinə  ilk  ağlınıza  gələn  sözü  qoyub 
cümlələri oxuyun. Sonra “Köməkçi”yə baxıb səhv edib-etmədiyinizi müəy-
yən ləşdirin.  Onu  da  nəzərə  alın  ki,  hər  söz  üçün  “Köməkçi”də  iki  variant 
verilmişdir.
Köməkçi:
 ilhamla – həvəslə; kəsilməsini – dayanmasını; saçlarını – telini; 
söhbət getdi – danışıq uzandı; yanına – bərabərinə; tamamda –15-də; mümkün 
olmadı – çətinləşdi; yaddaşında – xatirində 

  Mətnin  məzmunu  üzrə  aşağıdakı  suallara  cavab  verin.  Necə  bilirsi-
niz,  sualların  qoyuluşunda  mətndəki  ardıcıllıq  gözlənilmişdirmi?  Fikrinizi 
əsaslandırın.
1) Tələbələrin əksəriyyəti şairin görüşə gələcəyinə niyə şübhə ilə yanaşırdı?
2) Şair görüşə gələrkən necə görünürdü?
3) Şair nə üçün tələbələrə məhz “Şair, nə tez qocaldın sən?” şeirini oxudu?
4) Zaldakı balacaboylu, arıq qız kim idi və o, nə üçün ayağa qalxdı?
5) S.Vurğun şeirlərini oxumaq üçün kürsüdə niyə gözləməli oldu?
6) Zalda müxtəlif millətlərin nümayəndələrini gördükdə şair nəyə 
təəs   süfl əndi? 
7) Necə oldu ki, şair “Deyin, gülün, övladlarım!” şeirini oxudu? 
8)  A.S.Puşkin  adına  institut  harada  yerləşir  və  bu  görüş  neçənci  ildə 
olmuşdu?
|
 Yəqin ki, axırıncı suala mətndə cavab tapmadınız. Necə düşünürsünüz, 
buna səbəb aşağıdakı variantlardan hansı ola bilər?
1) Mətn oxunarkən diqqətsizliyə yol verilmişdir.
2) Mətn çap olunarkən texniki səhvə yol verilib.   
3) Dərslikdə Ş.Nəzirlinin qələmə aldığı xatirə ixtisarla verilmişdir. 
|
 Bəs siz mətn üzrə bir-birinizə hansı sualları vermək istərdiniz? İstədiyiniz 
sualları tərtib edib yazın və yoldaşlarınıza oxuyun.
Çap üçün deyil


36

 “Şair bir neçə şeir  və “Zəncinin arzuları” poemasından bir parça oxu du” 
– cümləsində fərqləndirilmiş sözü aşağıdakılardan hansı ilə əvəz etmək olar?
A) bənd        B) hissə       C) tikə        D) misra        E) beyt (двустишие)

 Mətndə altından xətt çəkilmiş sözlərin antonimlərini deyin. Sonra bu 
sözlərin sinonimlərini tapıb, cümlələri həmin sözlərlə yenidən oxuyun.
|
 Bu sözləri qrammatik mənaları üzrə qruplaşdırıb yazın

 Şairin uşaqlara, gənclərə xoş arzuları onun mətndə adı çəkilən hansı 
şeirində  ifadə  olunur?  Bu  şeirin  adı  çəkildiyi  abzasın  mətndə  rolu  nədən 
ibarətdir? Necə bilirsiniz, bu abzası mətndən çıxarsaq, hansı hissələrin əlaqəsi 
pozular? Fikrinizi mətndən nümunələr gətirməklə əsaslandırın.

 Aşağıdakı  birləşmələri  yazılı  tərcümə  edin  və  hər  birini  cümlələrdə 
işlədin.
много  аплодисментов,  часть  из  поэмы,  разные  национальности,  до 
середины ночи, несколько стихов, из изданных книг, интересные взгляды, 
в памяти студентов, интересная встреча
❽ 
“Şair” və “şeirlər” sözlərini ahəng qanununa uyğun şəkilçi variantları 
seçməklə  hallandırın.  Bu  tipli  sözlərin  tələffüzü  ilə  əlaqədar  öyrəndiyiniz 
qaydanı yadınıza salın və hər birinin qarşısında düzgün tələffüz şəklini qeyd 
edin. 

 Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı ilə əlaqədar  araşdırma 
aparın və  maraqlı təqdimat hazırlayıb yoldaşlarınıza oxuyun.

  Mətndə  qara  şriftlə  verilmiş  ifadələri  dəftərinizə  yazın  və  kontekstə 
uyğun mənalarını izah edin. Çətinlik çəksəniz, “Köməkçi”yə müraciət edin.
Köməkçi:
 uğuldamaq-titrəmək, dayanmamaq, baxmaq, çox təəccüblənmək 
-heyrətlənmək, sözünü yerə salmamaq, uzun müddət baxmaq

 Mətni oxuyub hansı nəticəyə gəlmək olar? Söylənilən fikirlərə mü na-
sibətinizi bildirin.
A) Azərbaycan xalqının hər bir nümayəndəsi S.Vurğunun şeirlərini əzbər bilir. 
B) S.Vurğunun şeirlərini yalnız azərbaycanlılar deyil, müxtəlif mil lətlərin 
nümayəndələri də sevə-sevə oxuyurlar.
C)  S.Vurğunun  şeirlərini  müxtəlif  xalqların  nümayəndələri Azər bay can 
dilində (rus dilində) oxuyurlar.
D) S.Vurğunun şeirlərini müxtəlif millətlərin nümayəndələri öz dillərində 
oxuyurlar.
E) S.Vurğunun yaradıcılığı yalnız Azərbaycanda deyil, müxtəlif ölkələrdə 
tanınır və sevilir.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə