Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə13/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

40

  Necə  bilirsiniz,  zəncinin  vətəninə  sonsuz  məhəbbətini  ifadə  edən 
misraları  şeirdən  çıxarsaq,  onun  sözləri  oxucuya  inandırıcı  təsir  bağışlaya 
bilərmi? Fikirlərinizi əsaslandırmaq üçün aşağıdakı aforizmlərdən hansından 
istifadə daha çox yerinə düşər?
HИKMЯT XЯZИNЯSИNDЯN
1) İnsan özünü bir işə tamamilə həsr etdikdə Allah da ona yardım edər. Yohan Höte
2) Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz. Fridrix Vilhelm Hegel
3) Səbr ilə yaranar hər böyük zəfər. Səməd Vurğun
4) Gözdən yaş çıxarmı, ürək yanmasa?! Mikayıl Müşfiq
5) “Halva-halva” deməklə ağız şirin olmaz. Atalar sözü

 Üzərində ulduz işarəsi qoyulmuş sözlərdən bəzilərində “-lar
2
 ” şəkilçisi 
yazıldığı  kimi,  bəzilərində  isə  yazılışından  fərqli  tələffüz  olunur.  Əvvəlcə 
həmin sözləri ayrı-ayrı sütunlarda yazın, sonra isə qarşılarında düzgün tələffüz 
şəklini qeyd edin.

 Şeirdəki  hansı misraların sonunda sual işarəsini qoymaq yaddan çıxıb? 
Həmin misraları seçib səsləndirin və fikrinizi əsaslandırın.

  Şeirdə  altından  xətt  çəkilmiş  sözləri  aid  olduğu  sözlərlə  birlikdə 
dəf tərinizə  köçürün.  Sonra  onların  neçənci  şəxsə    mənsub  olduğunu  müəy-
yənləşdirin və mənsubiyyət şəkilçilərinin altından xətt çəkin. 

 Aşağıdakı birləşmələri yazılı tərcümə edin və cümlələrdə işlədin.
новый  мир,  чёрная  земля,  жить  отважно,  серебренный  промысль, 
всю свою жизнь, жить без родины, убедительный ответ, мрачное лицо, 
патриотические выступления, общественное положение

 Şeirdə qara şriftlə verilmiş əvəzlikləri məna növləri üzrə qruplaşdırın. 
Əvəzliklərin rus dilindəki məna növlərini yadınıza salın və qrammatik məna-
sını müəyyənləşdirməkdə çətinlik çəkdiyiniz əvəzliklər varsa, onları ayrıca bir 
qrupa yerləşdirin.

 Zənci rəssamın nitqini dinləyən şairin dilindən deyilmiş  “Ürəyinin qızıl 
qanı ürəyimdən axdı keçdi”  misrasında ifadə olunan fikri necə başa düşmək 
lazımdır? Misranın mənasına uyğun gəlməyən variantı seçib səsləndirin.
A) Onun gözləri həyəcandan alışıb-yanır, alov püskürürdü.
B) Bir anlıq özümü zənci rəssamın yerində hiss etdim.
C) Zəncinin keçirdiyi hisslər mənə yaxın idi: o, vətəninin sahibi olmaq 
istəyirdi. 
D) Bir anlıq elə bildim ki, damarlarımda zəncinin qanı axır.
E) Gözlərimiz bir-birinə sataşanda aramızda bir doğmalıq duydum.
Çap üçün deyil


41
|
 Necə bilirsiniz, “Ürəyinin qızıl qanı ürəyimdən axdı keçdi”  cümləsində 
fərqləndirilmiş söz həqiqi, yoxsa məcazi mənada işlənib?

 Şeirdə mavi rəngdə verilmiş sözlərin qrammatik mənasını izah edin və 
onları uyğun sözlərlə işlədərək söz birləşmələri düzəldib yazın.

 Şeirdə mavi rəngdə verilmiş sözlərdən hansıları sifətin hər üç müqayisə 
dərəcəsində işlətmək mümkündür? Özünüzü sınayın və yazın.         
  
Köməkçi: 
boz – bozumtul – açıq-boz – bomboz – tünd-boz
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
Bənd

– 1) Bağ, ip, düyün; ♦ bənd etmək – bağlamaq, ilişdirmək; 2) Ayrı– 
ayrı  hissələrdən  ibarət  olan  şeirin  bir  parçası  –  şeirin  birinci  bəndi.  3)  Qanun 
məcəlləsinin, yaxud hər hansı bir mətnin, sənədin və s.-nin rəqəm və ya hərflə 
ayrılan kiçik hissəsi, maddəsi – Müqavilə üç bənddən ibarətdir. 4) Bir yeri seldən, 
daşqından qorumaq, yaxud suyun kənara axmasının qabağını almaq üçün çəkilən 
sədd – Bənd çəkmək.
Bənd

– Vurğun, vurulmuş, aşiq; ♦ bənd olmaq – aşiq olmaq, vurulmaq, bərk 
sevmək, məftun olmaq – Bənd olmuşam şirin-şirin sözünə (Molla Pənah Vaqif). 

 Şeirdə kursivlə verilmiş  cümləni bir daha oxuyun. Necə düşünürsünüz, 
vətəni  niyə  zənci  rəssam  üçün  qürbətə  çevrilib?  Həqiqətə  uyğun  olmayan 
variantı seçib səsləndirin.
A)  başqa  ölkələrdə  yaşadığı  və  vətənini  uzun  müddət  görmək  imkanı 
olmadığı üçün.
B) dərisi qara olduğundan doğma vətənində insan yerinə qoyulmadığı üçün.
C) özünü bu vətənin sahibi hiss etmədiyi üçün.
D) vətəninin ixtiyarı başqalarının əlində olduğu üçün. 
E) vətənində özünü azad hiss etmədiyi üçün.

  “Vətənsiz də insan olan insan kimi yaşayarmı?” fikri ətrafında debat 
təşkil edin.
1) Vətənsiz də insan kimi yaşamaq mümkündür, burada nə var ki?!
2) Öz  vətənində vətənsiz  olmaq çox çətindir: bu, yaşamaq deyil, sadəcə 
var olmaqdır! İnsan vətənlə bütövləşir.

    Hansı  birləşmələrdə  “qara”  sözü  məcazi  mənada  işlənib?  Fikrinizi 
əsaslandırın.
1) qara gözlər   2) qara hökm    3) qara zənci   4) qara torpaq    5) qara gün
  A) 1,  2  
      B) 2, 5             C) 3, 4            D) 1, 5            E) 2, 4 
Çap üçün deyil


42

 Ahəng qanununa uyğun şəkilçi variantları seçməklə müəllimin təklif 
etdiyi cümlə ləri Azərbaycan dilinə tərcümə edin. 

  Cümlələr  və  abzaslar  arasında  əlaqələri  gözləməklə  “Mən  sevirəm 
öz  yurdumu  bir  müqəddəs  məhəbbətlə”  başlıqlı  mətn  tərtib  edib  yazın  və 
yoldaşlarınıza oxuyun. 
§ 10. QAzILIQ QOCA OğLU YEYNƏK BOYU 
I hissə
Bayındır xan yerindən* durmuşdu, qara yerin üzərində uca evini tik dir-
mişdi. Böyük alaçığı göy üzünə dirənmişdi. Min yerdə ipək xalça döşənmişdi
İç Oğuz və Daş Oğuz bəyləri məclisə toplaşmışdı. Yemək-içmək idi. 
Qazılıq*  qoca  deyilən  bir  kişi  var  idi.  Bayındır  xanın  vəziri  idi.    Qaba 
dizləri
*
  üstə  çöküb  Bayındır  xandan*  yürüş  üçün  izin  istədi.  Bayındır  xan 
icazə verdi: “Haraya istəyirsən, get!” – dedi.
Qazılıq  qoca  dünyagörmüş,  işə  yarayan  adam  idi.  Etibarlı*  qocaları 
yanına  cəmlədi. Yataq-yarağı  ilə  yola  düşdü.  çox  dağlar,  dərə-təpələr  aşdı, 
keçdi.  Günlərin
*
  bir  günü  Qara  dəniz  kənarında    Düzmürd  qalasına  gəldi; 
obaya çatıb dayandılar.
O qalanın bir təkuru vardı. Adına Arşın oğlu Dirək təkur deyirdilər. O ka-
firin altmış  
arşın
 qaməti vardı. Altmış 
batmanlıq
* gürz atırdı. Ən möhkəm 
yayı da çəkərdi...
Qazılıq qoca oraya çatan kimi döyüşə başladı. Sonra o təkur qaladan bayıra 
çıxdı. Meydana girdi, özünə tay igid istədi: Qazılıq qoca onu görən kimi yel 
kimi yetişdi, yeləm kimi yapışdı. Kafirin ənsəsinə bir 
qılınc 
vurdu. Zərrə qədər 
kəsə bilmədi. Növbə kafirə çatdı. O, altmış batmanlıq* gürzlə  Qazılıq qocanı 
vurdu. Boş dünya onun başına dar oldu. Qanı sel kimi şoruldayıb axdı. Qazılıq 
qocanı qarmalayıb-tutub qalaya saldılar. İgidləri
*
 durmayıb qaçdılar. 
Qazılıq qoca düz on altı il qalada dustaq* oldu. Sonralar Əmən deyilən bir 
kişi altı dəfə getdi, həmin qalanı ala bilmədi.  
Sən demə, Qazılıq qoca dustaq* düşən vaxt bir yaşında  oğlu varmış. Oğlan 
on beş yaşına girdi, igid oldu. Atasını ölmüş bilirdi. Atasının dustaq* olduğunu 
oğlandan* gizlədirdilər. Həmin oğlanın adına 
Yeynək
 deyərdilər. Günlərin
*
 
bir günü Yeynək oturub bəylərlə söhbət edərkən Qaragünə oğlu Budaqla* sözü 
düz gəlmədi... Bir-birinə söz atdılar.  Budaq dedi: “Burada boş-boş danışıb 
neyləyirsən? Dalaşmağa adam axtarırsansa, gedib atanı qurtarsana! Bəs niyə 
on altı ildir dustaqdır*?” 
Yeynək  bu  xəbəri  eşidəndə  ürəyi  oynadı,  qara  bağrı  sarsıldı.  Qalxdı, 
Bayındır xanın hüzuruna getdi. Üzünü yerə qoydu, dedi: “Dövlətli xan, mənə 
kömək! Qoşun ver, məni atamın 
dustaq
 olduğu qalaya göndər!”
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə