Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
133
cini və oxucunu düşündürməyə çalışmışlar.”
306
Mərsiyə ədəbiyya-
tına sonralar başqa mövqelərdən də yanaşıldı. “Mərsiyə şeirində-
ki dünyəvilik və tarixilik humanizm ideyaları ilə bağlı idi. … mər-
siyə şairləri də insanın azadlığı ideyasını müdafiə edirdilər.”
307
Məsələyə sinfilik nöqteyi-nəzərindən yanaşan F.Qasımzadə
mərsiyə ədəbiyyatını ruhumuza zidd və yabançı hesab edərək
onu həm də siyasi alət kimi dəyərləndirir. Onu keçmişin qalığı,
mürtəce ruhlu, epiqonçu ədəbiyyat da adlandıran Kamal Talıb-
zadə öz araşdırmalarında o dövrün ədəbi prosesini incələyərək
müxtəlif baxışları nəzərə catdıraraq daha çox sovet dövrünün
nöqteyi-nəzərini əks etdirir : “Ziya”da həyatla, yeniliklə səsləşən
bəzi yazıların çap olunmasına baxmayaraq, o öz səhifələrində fe-
odal-mülkədar quruluşuna, ruhanilərə rəğbət oyadan məqalələr
çap edir. ...”Ziya”nın səhifələrində Bixud, Qumri, Fazil Dərbəndi,
Müşfiq kimi “köhnə şeir” tərəfdarlarına geniş meydan verən qə-
zet redaktoru Səid Ünsüzadə də... dini, epiqonçu ədəbiyyatın qatı
tərəfdarlarından biri idi.”
308
Bu “tərəfdarlıq” sonrakı dövrlərdə də davam etmişdir . “Əgər
türkcə mərsiyə olmasa, türk şeir və nəzmi də bu dərəcə ümumiləş-
məyəcək və Azərbaycan xalqı ehtimal ki, bir çox zaman daha doğ-
ma ədəbiyyat üzü görməyəcəkdi... Mərsiyənin xidmət və əhəmiy-
yəti yalnız ağlatmaqla qalmamışdır. Yeni türk ədəbiyyatımızın
qaidləri deyıb Seyid Əzimləri, Hophopları təqdir edərkən sakın!
Ağlamaqdan bıkan və buna görə də mərsiyələrdən əzilən cavan-
larımız Racilərə Araz çayını addamış bəzi rozəxənlara baxan kimi
baxmasınlar. Onların Azərbaycan ədəbiyyatındakı mövqeyi ehti-
ramsız bir mövqe deyildir. Şeyx Nizami nə qədər dahi, nə qədər
böyük bir şairi-binəzir olsa da, azərbaycanlıları doğma türkcələ-
rinə qaytarmaq nöqteyi nəzərdən, məncə, Raci, Dəxil, və Qumrinin
306
Külliyati-Divani-Raci, (t.S.Qəməri)Təbriz,Firdos kitabxanası,1364.səh. 3
307
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. 4 c., Bakı: “Elm”, 2011, səh. 299
308
Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı: Maarif, 1984, səh. 87
Sədrəddin Hüseyn
134
mövqeyini ehraz edəməz... Əcəba, Şeyx Nizamiyə abidə tikmək
həvəsində olan nəslimiz Racisini unudacaq, Qumrisinə xor baxa-
caq, Dəxilini atacaqmı?”
309
Kamal Talıbzadə mərsiyə ədəbiyyatına qarşı çıxan ədibləri
belə siralayır. “H. Zərdabi, N. Vəzirov, Əhsənül-Qəvaid, F. Köşərli,
M.T.Sidqi, S.M. Qənizadə, R.Əfəndiyev, N. Nərimanov... “köhnə”
şerin qeyri-ictimai, intim (?) keyfiyyətlərini tənqid edərək onun
yeni tələb və ehtiyaclara cavab vermədiyini göstərir... Bütün bun-
lar... öz mahiyyəti etibarilə epiqonçu şeirin əleyhinə çevrilmişdi”
310
Müəllif sonra tənqidçi A. Surdan danışarkən “intim duyğu-
ların tərənnümçüsü kimi dərk edən epiqonçuları başa salaraq
...şairin (Füzuli nəzərdə tutulur. S.H.) erotik, parnoqrafik əsərlər
yazmadığını...” və s. kimi ifadələr işlədir. Özü də bu ifadələr (ero-
tik və s.) deyəndə birbaşa həm də mərsiyə yazan, yeni şeirin
“açarını tapa bilməyən” Raci kimilər nəzərdə tutulur. Bura qədər
Racinin lirikasından danışarkən onda “ intim hisslərin ifadəsinin”
nə dərəcədə olduğunu gördük. Təəssüf ki, epiqonçu dedikləri
şairlərdə belə şeylər axtarıla-axtarıla Vaqifin (Zakirdə də qismən)
yaradıcılığındakı o məlum hisslərin tərənnümü gözdən qaçıb, bu
günə qədər heç fərqində olmadan o “sinəsi meydan” gözəllər or-
ta məkəb dərsliklərində hələ də təqdim edilməkdədir.
Üstəlik, həm o dövr şairlərinin, həm də tənqidçilərinin bizə
ziddiyyətli görünən cəhətlərinin sirrini açmaq da bu gün yeni və
ciddi araşdırma tələb edir. Eyni ziddiyyəti Abdulla Surda da gör-
mək mümkündür. O bir tərəfdən cəmiyyətdəki ictimai xəstəlikləri,
cəhalət və mədəniyyətsizliyi cəsarətlə tənqid edir, xalqı maarifə,
elmə səsləyirsə, digər tərəfdən “həqiqi mədəniyyət-islamiyyət
deməkdir, əsil mədəniyyət nə isə islamiyyət də odur” kimi fikirlər
irəli sürür, elmlə dini eyniləşdirir…”zaman elm və hünər zamanı-
309
Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı: Maarif, 1984, səh. 207
310
Yenə orada, səh. 207-209
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
135
dır”, -deyə xalqı qabağa gedən millətlərə çatmağa… çağırıb “ba-
balarımızdan qalmış qəbih–qəbih köhnə və qədim adətlərdən” əl
çəkməyi təklif edırsə, digər tərəfdən, “cənabi-həqdən şəfa və mər-
həmət” gözləyir, -deyirsə, başqa bir yerdə ”Artıq vaxtdır ki, moi-
zələrə, mərsiyəxanlıqlara xitamə çəkilsin” fikrini irəli sürür.
311
Bu ziddiyyətli görüşlər M. İbrahimovu da təəccübləndirir:
“Küll halında Azərbaycanın 19-cu əsr ədəbiyyatında ilk nəzərdə
anlaşılmaz və qəribə görünən bir hal müşahidə olunmaqdadır.
Nəinki Dəxil və Qumri kimi dindar, məhdud dünyagörüşlü (? S.
H.) şairlər, hətta Bakıxanov, Seyid Əzim Şirvani, Ləli, Raci və Ha-
dici kimi dar təəssübkeşliyi pisləyən, fanatik görüşlərin əleyhinə
olan və bütün bunları xalqın tərəqqisinə, zəmanə ilə ayaqlaşma-
sına mane olduğu üçün tənqid edən, meyi, meyxanəni ehkamçı-
lığa qarşı qoyaraq azad düşüncə rəmzi kimi vəsf eləyən şairlərin
bir qismi mərsiyə yazmışdır. Bunu nə ilə izah etməli. Bizcə, bu
əvvəla o zamankı ictimai həyatın hələ billurlaşmaması, bulanıq
vəziyyəti ilə bağlı idi. Bir yandan mövhumi görüşlər dumanı çox
qəliz idi.
O biri yandan da İran dövlətinin Osmanlı imperiyasına qarşı
rəqabətli mübarizələri, şiəliyi bayraq etməsi ilə əlaqədar olaraq
sünnü-şiə ədavətləri hakim dairələrin və qaragüruh xadimlərin
əlində xalqı qızışdırmaq, itaətdə saxlamaq, soyub talan etmək
üçün güclü propaqanda vasitəsi olmuşdur”. Müəllifə görə elə
bu səbəbdən təziyədarlığa rəvac verilmiş və bu da mərsiyə ədə-
biyyatının yaranmasına zəmin hazırlamış, az-çox istedadı olanlar
buna sövq edilmişdir. Bəzi şairlər mədrəsə təhsili almış, mollaxa-
nada böyümüş və mərsiyə şeirləri yazmışdır, amma əvvəlkilərin
mərsiyə yazmağına yox, bu sonra qeyd olunanların “dünyəvi
hissləri, işıqlı fıkırləri tərənnüm edən, hətta xarabatı təriflə-
yən şeirlər yaratmasına təəccüb etmək lazımdır.”
312
311
Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tarixi.
Bakı: Maarif, 1984, səh. 226, 231
312
Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı: Nurlar nəşriyyatı, 2009, səh. 22, 24
Dostları ilə paylaş: |