Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə44/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

Sədrəddin Hüseyn 
136
 
Zaman Əsgərli məsələyə başqa prizmadan yanaşır : “…Azər-
baycan şeirində mərsiyənin intişarı dini motivlərin geniş yayılma-
sı,…ədəbi gedişatın, mədəni-tarixi prosesin səciyyəsi…ilə bağlı idi. 
Bu şeir sırf dini ədəbiyyat deyildi. Onun məzmununda, daxili ma-
yasında həyatilik, tarixilik var idi.”
313
  
Göründüyü kimi, istər təziyədarlığa, istər, mərsiyə ədəbiy- 
yatına, istərsə də onların yaranmasına münasibət tarixən birmə-
nalı  olmayıb.  Mərsiyəçilik  müxtəlif  təzyiqlərlə,  müqavimətlərlə 
üzləşsə də, ictimai həyatımıza daxil oldu və bir ədəbi hadisə ki-
mi özünü təsdiq etdi. Xüsusilə də XIX əsrdə inkişaf edib formalaş-
dı, bir ədəbi məktəbə çevrildi, adı ədəbiyyat tarixində qalacaq 
mərsiyə şairləri yetişdirdi. M. İbrahimovun dediyi kimi, “…onların 
açıq görüşləri və əsil istedad sahibi olanları insanlara nəcib hiss-
lər, işıqlı fikirlər aşılayan gözəl şeirlər yazmışlar və məhz belələri 
ədəbiyyat tarixində hörmətlə yad edilir”
314
  
Firidun bəy Köçərli onların ilkin nümayəndəsi olaraq “…bu 
dəstgaha cümlədən artıq rövnəq verən şüəra üç nəfərdir: Mirzə 
Kərim Şüai, Mirzə Cəbrail Süpehri və Mirzə Məhəmmədtağı Qum-
ri”ni göstərir.
315
 Müəllif həm də şəbihin binasının 100 ildən artıq 
əvvəl Dərbənddə qoyuldyğu və hər əsrdə “bu şəbih üməratına 
mübaşir olan şairlər” olduğunu qeyd edir.  
Qüzey  Azərbaycanındakı  şairlərdən  mərsiyə  yazanlar  və 
mərsiyə şairləri A.Bakıxanov (“Riyazül-Qüds”) Abdulla bəy Asi və 
Mirzə  Ələsgər  Növrəs  olsa  da,  Dərbənddən  sonra  bu  məktəb 
Güney Azərbaycanında intişar tapmış, inkişaf etmişdir. Ahi, Mirzə 
Həbib Qüdsi, Pürqəm, Dəxil, Dilsuz, Sərraf kimi mərsiyə şairləri 
hər nə qədər bir-birindən fərqlənsələr də, (Məsələn, Qumrinin 
“Kənzül-məsaib ”ində  hadisələr  ardıcıllıqla  verılır,  digərlərində 
ayrı-ayrı növhələrdə hadisələrin müxtəlif cəhətləri qabarıq təsvir 
                                                           
313
  Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. IV c., Bakı: “Elm”, 2011, 856 səh. 297,298 
314
  
Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı: Nurlar nəşriyyatı, 2009, 480 səh. 25
 
315
  Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 308 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
137 
olunur.) hadisələrə və obrazlara münasibətdə hamısı həmfikirdir. 
Yəni düşmən tərəf lənətlənir, qarşı tərəfin faciəsi yanıqlı bir dillə 
təsvir olunur. Bu məsələdə hətta əski Osmanlı, indiki Türkiyə əra-
zisindəki şairlər bir-birinə və bizimkilərə (bəzi janr istisnası ilə) 
çox yaxındır. Hətta dillərində də ciddi fərq hiss olunmur. Orada 
da mərsiyəçilik daha çox XIX əsrdə geniş yayılıb. Nümunə üçün 
Sidqi Babanın bir mərsiyəsinə qısaca diqqət edək: 
Geldi çün mah-i Muharrem aşikar ağlar bu gün
Karalar bağlar melayik asiman ağlar bu gün. 
…Səd həzəran, lənət olsun ol Yəzidin canına, 
Kıldı zalım-i sariha həp cihan ağlar bu gün. 
Dəmbədəm ah eylə Sıdkı naləvü fəryad ilə, 
Mərkadində dərd ilə peğəmbəran ağlar bu gün.
316
  
Ə. Racinin əldə olan “Divan” larında mərsiyələr, qəzəllər və 
digər şeirlərlə birgə verilir. Ə.Əhmədlunun növhələr “ Divan” ın-
da isə sadəcə mərsiyələrdir və səh. 1-dən 310-a qədər hər mər-
siyəyə farsca ad verilir. “Şəhadəti-Əli Əkbər və zəbanhale həzrət 
əba Abdulla”, “Zəbanhale həzrəti-Səkinə və həzrəti-Zeynəb”
317
 
və s. Nüsxə fərqi olaraq Bakı nəşrindəki 83 mərsiyənin 79-u Cə-
nub nəşrindədir. Deməli, necə olmuşsa, 4 mərsiyə buradan, 4-ü 
də xalqdan.
318
 əlimizə gələn 8 mərsiyə Cənub nəşrlərinə düşmə-
mişdir. 
Əvvəlki fəsillərdə gördüyümüz Raci, mərsiyələrində yoxdur. 
Burada tamam başqa bir şair görürük : ziddiyyətlərdən uzaq, san-
ki ruhuna Allah, Peyğəmbər, Əhli-beyt sevgisi üfürülmüş Racinin 
                                                           
316
  Mehmet Arslan (Prof.dr.), Mehmet Erdoğan. Kerbela mersiyeleri. Tunceli 
Universitesi. Qrafikler yayinevi. Ankara, 2009, 809 səh. 659 
317
  Raci Təbrizinin novhələri və mərsiyələri. (tərtibçi Əbulfəzl Əhmədlu)                      
”Fəxri-Azəri”. Təbriz,1389,  səh. 42, 50 
318
  Hüseyn Sədrəddin. Hacı Əbülhəsən Racinin yeni üzə çıxan mərsiyələri // 
Filologiya məsələləri.N 4.AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı: 
Elm və təhsil. 2014.(313-320), səh. 313-320   


Sədrəddin Hüseyn 
138
 
sevgisi safdır, təmizdir, səmimi və siyasətdən uzaqdir, birməna-
lıdır. Burada şair axtardığını tapıb. Nə istədiyini, kimi və nə üçün 
sevdiyini çox gözəl bilir. 
F. Köçərli Racinin mərsiyə yaradıcılığından danışarkən onu 
“Dəxildən  sonra  Kərbəla  gülşəninin  ən  fəsih  bülbüli-xoşəlhanı” 
hesab edir. Onu “təziyələrin rövnəqi və matəmlərin şəfəqi” adlan-
dıran  ədib  “Racinin  növhələrində  olan  təsir  çox  rövzəxanların 
mərsiyələrindən artıqdır. Əzbəs ki, rövzəxanların əksəri oxuduqları 
əhvalatda bəzi kərə o qədər mübaliğə edirlər ki, o qədər fəhmi id-
raka sığışmayan və ağıl qəbul etməyən sözlər və hekayə söyləyir-
lər  ki, əhli-məclis onlara inanmayıb, bir növ  qövllərindən  ikrah 
edirlər. Oxuduqları mərsiyələrə meyli-rəğbət göstərmirlər”,-deyir.
319
 
“Divan”ın tərtibçisi Hafiz Abıyev də qeyd edir ki, “Raci Dəxil və 
Qumri kimi Kərbəla faciəsini ardıcıllıqla təsvir etməmişdir. O, əh-
valatın ən qabarıq hissəsini seçmiş və onları yanıqlı bir dillə nəz-
mə çəkmişdir”
320
 (96, 12). 
Buna görə də şairin az qala hər bir novhəsində Kərbəla ha-
disəsinin ümumi məzmununu görmək olar. Bunlardan bəlli olur 
ki. “Şahi-cəhan Kərbəladan Mədinəyə əzm edir.”
321
 və gedərkən 
“Canan ilə əhd edən və bu əhdi, peymanı ilə var olan” İmam Hü-
seyn bacısına məsələni açıq şəkildə izah edir: 
Belə əhd eyləmişəm , ey bacı, cananım ilən,  
Ərseyi-Kərbübəlada boyanım qanım ilən. 
Kərbəlaya “72 qurban ilə” gələn dəstəni orada Ömər ibn Sə-
din 140 minlik ordusu qarşılayır. Bu dəstədə Yəzıd kimi, Şümr 
kimi sitəmkarlar var və onlar öldürdüklərini Kərbəlanın isti səhra-
sında  susuz  qoyurlar.  Fərata  su  gətirməyə  gedən  Hz.  Abbasın 
qollarını kəsirlər.
322
 Ağzında tutduğu su məşkini oxla vururlar ki, 
                                                           
319
  Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 355 
320
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 12 
321
  Yenə orada, səh. 126, 161 
322
  Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).Bakı: Sabah,1992. 104,145 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə