Sədrəddin Hüseyn
130
Vaxtilə M. F. Axundov mərsiyəçiliyi İranın zərərli bir təsiri
kimi pisləyərdi. Ona görə “Mərsiyəçilik məhərrəmlik təziyədarlığı
ilə əlaqədar idi. Təziyədarlıq ilk dəfə şiə padşahlarının əli ilə süni
surətdə Azərbaycan xalqına bağlanmış, ruhanilərin əlində gəlir
mənbəyinə çevrilmiş, bu sahədə yazılan əsərlər isə uydurulmuş
yalanlardan ibarətdir.”
298
Ədəbiyyatşünas Feyzulla Qasımzadəyə ğörə isə “Mərsiyə
ədəbiyyatı 19-cu əsr boyunca qizğın inkişaf yolu keçərək geniş
yayılmış və onun Raci, Qumri, Şüai, Süpehri, Ahi, Mirzə Həbib Qüdsi
kimi tanınmış nümayəndələri yetişmiş və yüzlərcə mərsiyə kitab-
ları yazılmışdır. Bunun əsas səbəbi odur ki, cəmiyyətin hakim
feodal-mülkədar sinifləri və ruhanilər öz hakimiyyətlərini qoru-
maq, xalq kütlələrini məhkum vəziyyətdə saxlamaq üçün mərsi-
yə ədəbiyyatından, məhərrəmlik təziyədarlığından geniş istifadə
edir və bunları inkişaf etməkdə olan yeniliyə… qarşı bir irtica kimi
alovlandırmağa çalışırdılar. Məhərrəmlik təziyədarlığı və onunla
əlaqədər yaranan mərsiyə ədbiyyatı Azərbaycan xalqının həyatın-
dan, onun milli zərurətindən doğmamışdır. Bu ədəbiyyat onun
ruhuna zidd və yabançıdır.”
299
İnsanlar yaranışından itkiləri sarsıntıyla, çaşqınlıqla qəbul
etmiş, hisslərini göz yaşı ilə, bacara bildiyi qədər sözlə (oxşama
ilə) ifadə etmişdir. Sonralar bu sözlər bədii forma almış, bizim
şifahi xalq ədəbiyyatında ağılar formasında özünü göstərmişdir.
“Azərbaycan xalqının keçmiş tarixi və onun milli qəhrəmanlıq
həyatı ilə əlaqədər olan matəm şeriləri “yuğ” adlanan lirik par-
çalardır ki, bunlar bizə şifahi xalq ədəbiyyatından məlumdur”,-
deyən F. Qasımzadə “yuğ”ların həyat tərzimiz, tariximiz, milli xü-
susiyyətlərimizlə bir- başa bağlı olduğunu,” göstərirdi: “Lakin 19-
cu əsr ədəbiyyatımızda özünü göstərən mərsiyə şeiri “yuğ”lardan
tamamilə fərqli olaraq dini bir xarakter daşıyır və islam cəhalət-
pərəstliyini yayırdı.”
300
F. Qa- sımzadə daha sonra “yuğ”larin yas
298
Axundov M.F. Əsərləri. II c., Bakı: Azərnəşr, 1958, səh. 238
299
Qasımzadə F.Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974, səh. 16
300
Yenə orada, səh. 17
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
131
mərasəmlərində bu gün də qadınlarımızın oxuduğunu, ağıların
isə həmin yuğların qalıqları olduğunu qeyd edir. Türk ədəbiyya-
tında ayinlərə yuğ, ağıt, saqu, mərsiyə, məhərrəmiyyə, yas yemə-
yinə yuğbasan deyilir. Şivən, sızlama və s. kmi əlliyə qədər istilah
işlənir.
301
Ağıların yazılı nümunəsinə M. Kaşğarinin “Divani-
lüğət-it türk” əsərində rast gəlirik. Bunlar dördlük şəklindədir.
Alp-ər Tonqa öldümü,
İsuz ajun kaldımı,
Ödlək öcün aldımı
İmdi yürək yırtılur.
302
“Kitabi Dədə Qorqud” dastanında qadınlar “Oğul, oğul, ay
oğul” naləsilə, nişanlı qızlar “vay göz açıb gürdüyüm! Könül verib
sevdiyim! Vay al duvağımın ayası!”
303
və s. şəklində ağı deyir.
Yazılı ədəbiyyatda Davdağın mərsiyəsi məlumdur. Sonra
Xaqanidən, Nizamidən başlayıb günümüzə qədər gələn mərsi-
yələrdə ya öz qohumları, ya da ölən hökmdar, sərkərdə anılmış,
onun müsbət keyfiyyətləri sadalanaraq, kədərli bir dillə oxşanıl-
mışdır. Bu mövzuya dünya ədəbiyyatı da biganə deyil və elegiya
janrında müxtəlif əsərlər yazılmaqdadır. Kərbəla mövzusu isə bu
çərçivələrdən çıxıb, tarixi, bəşəri, dini səciyyə daşıyaraq ölməzlik
qazanmışdır. Bu mövzuya Nəsimidə, sonra Ş.İ.Xətayidə rast gəli-
rik. Gəraylı formasında olan Xətayinin bu şeiri İmam Hüseynə
həsr olunub.
Bu gün matəm günü gəldi, Kərbəlanın yaziləri,
Ah Hüseynü va Hüseyn. Şəhid düşdü qaziləri,
Sənin dərdin bağrım dəldi, Fatma ana quzuları,
Ah Hüseynü va Hüseyn. Ah Hüseynü va Hüseyn.
304
301
Ahmet Lütfi Kazançı. Peyğemberler lahikası. İstanbul, 1997. səh 56
302
Özdək Rafik. Türkün qızıl kitabı.(tərcümə edənlər L.Şüküroğlu, N.Yaqublu)
2 cilddə. I c., Bakı: Yazıçı,1992, səh. 44
303
Kitabi Dədə Qorqud. Bakı: Gənclik, 1987, səh. 39
304
Samin Abdullayev Gün Az.http://www.gun.az/religion/89269 səh1
Sədrəddin Hüseyn
132
M.Füzuli isə “Hədiqətüs-süəda”əsəri ilə ilk dəfə geniş və
əhatəli şəkildə o hadisələrin salnaməsini yaratmışdır. Ona qədər
ərəb, fars və türk ədəbiyyatında bu mövzuda xeyli əsər yazılmış-
dır. Füzuli öz əsərində bunlara toxunsa da, daha çox İran şairi
Hüseyn Vaiz Kaşifinin “Rövzətüş-şühəda” əsərinə istinad edir.
“Bu, əcəmdə məşhur olan “Rövzətüş-şühəda” kitabıdır ki, Mövla-
na Vaiz tərəfindən tarixdən faydalanmaqla onu şərh və təfsir edib
diqqətlə yazmış, rəvayətləri yenidən canlandırmışdır. Mən bıça-
rənin niyyəti odur ki, gerçək təlifdə “Rövzətüş-şühəda”ya təqlid
edib başqa kitablarda olan qəribə mənaları mümkün olduqca
ona əlavə qılam və “Hədiqətüs-süəda” adlandırıb on fəsil və bir
nəticədə tərtib edib tamamlayam”
305
deyən şair əsərin bir qis-
mində peyğəmbərlərin həyatından qissələr vermiş, qalan hissə-
sini Ali beytin şəhadətinə və Kərbəla faciəsinə həsr etmişdir. Əsər
mötəbər bir tarixi mənbə olmaqla yüksək sənət əsəri kimi şöhrət-
lənmiş, başqa dillərə də tərcümə olunmuşdur. Ancaq bu mövzu-
da mərsiyə ənənəsi xeyli sonra yarandı. Belə ki, şiəlik XVI əsrdə
bir ideoloji siyasi silaha çevrilsə də, Kərbəla hadisəsi ilə bağlı mər-
siyə ədəbiyyatı XIX əsrdə rəvac tapdı və dini-fəlsəfi poeziya kimi
müəyyən mənada ədəbi hadisəyə çevrildi. “Dini-fəlsəfi poeziya-
nın əsas qolunu mərsiyələr təşkil edir. Azərbaycan türkcəsində
mərsiyələr əsasən Səfəvi hakimiyyəti zamanından (XVI əsr) şiəli-
yin təbliği ilə bağlı inkişaf tapmağa başlamış, Qacarlar hakimiy-
yəti (XVIII əsrin sonu, XIX əsr) dövründə ən yüksək mərhələyə
çatmışdır. Məzmunca bəzi məqamlarda ağıya yaxın olub qəm,
kədər, yas, ölümlə bağlı motivləri özündə yaşadan mərsiyə for-
ma baxımdan ağıdan tamamilə fərqlənir. Konkret ədəbi forması
olmayan mərsiyə Azərbaycan şeirinin müxtəlif şəkillərində yazıl-
mışdır. Hər il keçirilən məhərrəmlik mərasimlərindən istifadə edən
şairlər hiss və həyəcanlarını, bəşər və onun haqqında düşüncələ-
rini xalqa çatdırmaq üçün bu ədəbi növə üstünlük vermiş, Kər-
bəla faciəsi kimi tarixi hadisələrə müasir rəng verməklə dinləyi-
305
Məhəmməd Füzuli. Hədiqətüs-süəda. Bakı, 1993, səh. 8
Dostları ilə paylaş: |