235
- proqnozlaşdırma üzrə materialların toplanması, təhlili və
təhlil olunmuş materiallar üzərində düzəlişlərin
edilməsi;
- məhsulun keyfiyyətinin yüksəldilməsi ilə bağlı mövcud
inkişaf meyllərinin
və problemlərin təhlili;
- təklif olunan kompleks proqramlar çərçivəsində proqnoz-
ların işlənib hazırlanması.
Müasir inkişaf şəraitində təsərrüfat fəaliyyətinin planlaş-
dırılmasında yüksək ixtisaslı və peşəkar işçi heyətinin nəzərə
alınması elmi - texniki tərəqqinin nailiyyətlərindən istifadə məq-
sədləri ilə uyğunluq təşkil edir. Bu amil müvafiq heyətin hazır-
lanması müddətinin müəyyənləşdirilməsini, onların bilik və pe-
şəkarlıq səviyyəsinin müasir tələblər baxımından təkmilləşdiril-
məsini şərtləndirir. Məhz bu məqsədlə, belə mütəxəssis və kadr-
ların hazırlanmasının planlaşdırılması aşağıdakı məsələlərin
həllini təmin etməlidir:
- hər hansı peşə, ixtisas və təsnifat qrupu üzrə tələb oluna-
caq mütəxəssis və işçilərin sayının müəyyən edilməsi, onlara
olan ehtiyacın planlaşdırılması;
- sosial aspektlər nəzərə alınmaqla, hansı formada yeni işçi
və mütəxəssis
heyətinin cəlb edilməsi;
- potensial imkanlar əsasında belə heyətdən istifadə edil-
məsinin əsaslandırılması;
- müvafiq ixtisas növləri ilə bağlı işlərin icrası üçün ehtiyac
olan kadrların inkişafında sistemli və məqsədəuyğun yanaşma-
nın
təmin edilməsi;
- yüksək ixtisaslı və peşəkar kadrların inkişafı ilə bağlı təd-
birlərin planlaşdırılmasına sərf ediləcək vəsaitin həcminin mü-
əyyənləşdirilməsi.
Bütün bu prosesdə daxili əmək bazarının mövcud vəziyyə-
tinin qiymətləndirilməsinə, təsərrüfat subyektinin özünün poten-
sial imkanlarının təhlilinə, həmçinin, subyektin bu sahədə xarici
mühitlə əlaqəsinə xüsusi diqqət yetirilməlidir.
Təsərrüfat subyektində ehtiyac olan iş yerlərinə mütəxəssis
və kadrların cəlb edilməsinin özünəməxsus üstünlükləri və ça-
236
tışmayan cəhətləri mövcuddur. Təsərrüfat subyektində ehtiyac
olan iş yerlərinə mütəxəssis və kadrların, işçilərin cəlb edilmə-
sinin üstün cəhətlərinə aşağıdakıları aid etmək olar:
- inkişaf üçün şansların artması (təsərrüfat subyektinə
bağlılığın yüksəlməsi);
- təsərrüfat subyektində bu sahəyə yönəldilən xərclərin
yüksək olması;
- təsərrüfat subyektində tələb olunan iş yerlərinə
ehtiyacların
müəyyən edilməsi;
- təsərrüfat subyektinin rəhbərliyinin belə ehtiyacları xüsusi
qiymətləndirməsi;
- mütəxəssis və kadr axınının qarşısının alınması üçün
tədbirlər görülməsi.
Ehtiyac və tələb olunan yerlərə mütəxəssislərin, kadrların
və işçilərin cəlb edilməsinin çatışmazlıqlarına aşağıdakıları
şamil etmək məqsədəuyğundur:
- xarici
mühitə zəif şəkildə uyğunlaşma;
- seçim üçün imkanların məhdudlaşdırılması;
- mütəxəssis və kadrların cəlb edilməsi ilə bağlı xərclərin
yüksək olması;
- mütəxəssis və kadrların cəlb edilməsi ilə bağlı ehtimal
səviyyəsinin
qeyri-müəyyənliyi;
- tələblərə cavabvermə səviyyəsinin qaneedici şəkildə
olmaması.
Ehtiyac və tələb olunan iş yerlərinə lazımi işçi heyətinin
cəlb edilməsi ilə bağlı informasiyaların yığılmasının müxtəlif
metodları
mövcuddur ki, bunlara da görüş, sınaq, testləşdirmə və
s. şamil edilir. Fəaliyyət göstərən işçilər üçün isə attestasiyaların
təşkili kadrların planlaşdırılmasında əhəmiyyətli vasitə hesab
edilir.
Tələb olunan mütəxəssis və işçi heyətinin sayının müəy-
yənləşdirilməsi ilə bağlı aşağıdakı yanaşmaların tətbiq edilməsi
məqsədəmüvafiqdir:
- marjinalis yanaşma;