Könül Nəhmətova
96
«Gəncineyi-maarif» məcmuəsində çap etdirdiyi məqalədə də Saib
Təbrizinin tərcümeyi-halı və yaradıcılığından geniĢ bəhs etmiĢdir.
O, bu əsərlərində ondan əvvəl yazılmıĢ ayrı-ayrı təzkirə və məxəz-
lərin Saib haqqındakı məlumatlarını əsasən əhatə etmiĢdir. Müəllif
təzkirədə məqalənin sonunda Saibin tərcümeyi-halını və Ģeirlərini
öyrənmək istəyənlər üçün 25 mənbə göstərmiĢdir [88. 289].
M.Tərbiyət Vəliqulubəy Samlıya istinad edərək Saibin Təb-
rizdə doğulduğunu və II ġah Abbasın əmrilə Ġsfahanın Abbasabad
məhəlləsinə köçürüldüyünü yazmıĢdır və fikrini təsdiq etmək
üçün Ģairin qəzəlindən misal da gətirmiĢdir. Tərbiyət Saibin bioq-
rafiyası və əsərləri haqqında bəhs etməklə yanaĢı müxtəlif ədəbiy-
yatĢünasların Ģair haqqındakı mülahizələrindən və verdikləri yük-
sək qiymətlərdən nümunələr gətirir və özü də Saib yaradıcılığını
yüksək qiymətləndirərək yazırdı: «Saibin bütün Ģeirləri özlüyündə
seçilmiĢdir, buna baxmayaraq, təzkirə, bəyaz və cüng yazanların
hər biri öz zövqünə müvafiq onun külliyatından seçib yazmıĢlar»
[88. 286].
Saib Təbrizi yaradıcılığının tədqiqatçılarından biri olan Ba-
laĢ Azəroğlu «DaniĢməndani-Azərbaycan» təzkirəsindəki məqalə-
nin mühüm cəhətləri haqqında yazır: «M.Tərbiyətin yazılarında da
Azərbaycanın bu mütəfəkkir Ģairinin yaradıcılığına yüksək qiymət
verildiyini görürük. Alim tədqiqatlarında Ģairin tərcümeyi-halının
bir sıra mühüm cəhətlərini qələmə alır. Eləcə də biz onun Saib
haqqındakı qeydlərindən Ģairin lirik parçalarından əlavə «Qəndə-
hərnamə» poeması və «Mahmud və Ayaz» adlı digər bir əsəri
olduğunu öyrənirik. ġairin ana dilində olan Ģeirləri, habelə nəsr
əsərləri barədə ilk məlumatı da biz M.Tərbiyətdən alırıq» [8. 164].
M.Tərbiyət Saibin aĢağıdakı türkcə qəzəlini bütövlükdə öz
təzkirəsinə daxil etmiĢdir:
Nə ehtiyac ki, saqi verə Ģərab sənə
Ki, öz piyaləsini verdi aftab sənə.
ġərabi-ləl üçün tökmə abru zinhar
Ki, dəmbədəm ləbi-ləlin verir Ģərab sənə.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
97
Əgər vuram daĢa peymanmi köçür məndən,
ġərabdan necə göz diksə hər hübab sənə.
Qurutma tərli uzarın içində badeyi-nab,
Ki, gül kimi yaraĢır çöhreyi-pürab sənə.
Bu atəĢin üz ilən kim tutar ətəgin sənin,
Həlal eylər qanını ta yetər kəbab sənə.
ġərabdan nə əcəb olmusan, əgər sərxoĢ,
Bu duzlu ləblər ilən neyləsin Ģərab sənə.
Dedim çıxara səni xət hicabdan, qafil,
Ki, xət qübarı olur pərdeyi-hicab sənə.
Sənin səhifəyi-hüsnün kəlami-Saibdir,
Ki, daği-eyb olur xal intixab sənə [88. 287-287].
XVII əsrin görkəmli Ģairlərindən olan Qövsi Təbrizinin
bədii irsindən elm aləminə divanının əsasən iki nüsxəsi məlumdur.
Bu nüsxələrdən biri Ġngiltərədə Britaniya muzeyində, digəri isə
Gürcüstan Dövlət Muzeyində saxlanılır. Birinci nüsxənin əvvəli
və sonu naqisdir, ikincisi isə tam Ģəkildədir. Bunlardan baĢqa
Qövsi Təbrizinin hələlik əldə edilməmiĢ divanlarının nüsxələri də
olmuĢdur. Həmin nüsxələrdən biri F.Köçərlidə, digəri isə
M.Tərbiyətdə imiĢ. Hər iki görkəmli tədqiqatçı xüsusi kitab-
xanalarında saxladıqları nüsxələr əsasında Ģair haqqında qiymətli
fikirlər söyləmiĢlər [78. 24].
M.Tərbiyətin Qövsi haqqındakı bilgiləri müxtəlif təzkirələr-
də verilən məlumatların məcmusudur. «Töhfeyi-Sami» təzkirəsin-
də deyilir: «Qövsi Təbrizinin təxəllüsündən onun iĢi də məlum
olur. O, avam adam olmuĢ və bəzən də Ģeir qoĢurmuĢ. Lakin çox
vaxt qafiyədə səhv edərdi [2. 70]. M.Seyidov Sam Mirzənin bu
qeydinə münasibətini bildirərək yazırdı: «Yeri gəlmiĢkən qeyd et-
mək lazımdır ki, əlimizdə olan divanın hər iki nüsxəsindəki Ģeirlər
bədii cəhətdən kamil əsərlərdir. ġairin Ģeirlərindən «qələt qafiyə»
tapmaq çətindir. Buradan görünür ki, Sam Mirzənin təqdim etdiyi
Qövsi elm aləminə məlum olan divanın müəllifi Qövsi deyildir»
[78. 24].
Könül Nəhmətova
98
M.Tərbiyət təzkirədə DərviĢ Hüseynin «Rövzətül-cinan»
əsərinə istinad edərək Ġsmayıl Qövsi və atası Əlican Qövsi
haqqında məlumat verir. Həmid Araslı M.Tərbiyətin təzkirədəki
qeydlərinə əsaslanaraq Ģairin Ģəxsiyyəti haqqındakı fikirləri
ümumiləĢdirməklə yanaĢı ehtimal etmiĢdir ki, Qövsi təxəllüsü ilə
yazan üç Ģair olmuĢdur. Ata, oğul və nəvə, hər üçünün də
təxəllüsü Qövsidir» [10. 155]. Görkəmli alim Mirəli Seyidov da
M.Tərbiyətin təzkirədəki Qövsi bəhsini elm üçün əhəmiyyətli
hesab edərək yazır: «Bu dəlil doğrudan da, çox qiymətlidir. Çünki
istər S.Mümtaz, istərsə də H.Araslının dediyi kimi, divanı bizə
qədər gəlib çatan Qövsi sonsuz olmuĢdur» [78. 29].
M.Tərbiyət Molla Pənah Vaqif və Molla Vəli Vidadi də
daxil olmaqla XVIII əsrin görkəmli Ģairləri haqqında məlumat
verməmiĢdir. Burada doğan sualın cavabını isə Həmid Araslının
«XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi»ndən alırıq:
«XVII-XVIII əsrlərin yazıçıları haqqında ilk mülahizələr elə
həmin əsrlərdə yaĢamıĢ təzkirəçilər tərəfindən irəli sürülmüĢdür.
Lakin bu təzkirəçilər bütün yazıçılar haqqında deyil, əsasən, fars
dilində yazan müasirləri haqqında danıĢmıĢ, Azərbaycan dilində
gözəl əsərlər yaratmıĢ Ģairlər haqqında, demək olar ki, bir kəlmə
də yazmamıĢlar. Əhməd Razi, Lütfəli bəy Azər, Mirzə Tahir
Nəsrabadi və baĢqa təzkirəçilər yalnız fars dilində əsərləri olan
tək-tək Azərbaycan Ģairləri haqqında bir-iki cümlədən ibarət
məlumat vermiĢ və əsərlərindən nümunələr göstərmiĢlər. XIX-XX
əsrlərdə də təzkirə yazan Azərbaycan müəllifləri də orta əsr
təzkirəçilərindən o qədər də irəli gedə bilməmiĢ, qədim
təzkirəçilərə az-çox əlavələr etsələr də əsas yazıçıları əhatə edə
bilməmiĢlər» [10. 5].
Həmid Araslı Məhəmmədəli Tərbiyətin də bu dövrü əhatə
edə bilməməsi səbəbini aydınlaĢdırmaq üçün yazırdı: «Məhəm-
mədəli Tərbiyət əsəri demək olar ki, XVII-XVIII əsrlərdə yaĢamıĢ
təzkirəçilərin və ayrı-ayrı salnaməçilərin öz müasirləri haqqında
verdikləri məlumata əsasən əhatə etmiĢdir. O, xüsusilə, fars dilin-
də yazan azərbaycanlı Ģairlər haqqında geniĢ ədəbiyyat toplaya
Dostları ilə paylaş: |