Abid Tahirli
~
36
~
kimi müraciət də daim gündəlikdə olmalıdır. Dövrümüzdə diri,
canlı, aktual olan İ.Qaspiralı ideyaları, xüsusi ilə «Dildə, fikirdə,
işdə birlik» düsturu həyata keçdikdən sonra da ölməyəcək, əksinə
bir daha parçalanmamaq, pərən-pərən, dağınıq düşməmək üçün
əbədi yaşamaq gücü, qüvvəsi kəsb edəcəkdir!
Müəllif haqqında bəhs etdiyimiz kitabını «İlk söz» və «Son
söz» də daxil olmaqla 12 hissəyə bölmüşdür: Tərcümeyi halı,
Xüsusi həyatı, Əsas fikirləri, Dil birliyi, Məfkuəçiliyi, Səciyyə
(xarakter – T.A.) gücü, Taktik qabiliyyəti, Qədirbilənliyi, İşləri, Dil
birliyi və nəticələri, Türkiyədə dildə sadəlik cərəyanı, Bolşeviklər
dövründə dil məsələsi, ilk məktəb və mədrəsələri, İslah məsələsi,
Hindistan səyahəti və islamçılığı, Misirdə islam konqresi,
Türkçülüyün İsmayıl bəyi, Xəstəlikləri, vəsiyyətləri və ölümü,
İsmayıl bəyin yazılarından bəzi parçalar, İsmayıl bəy haqqında
yazılanlardan bəziləri, Vəfatından sonra haqqında yazılanlar,
«Tərcüman»ın 50 illiyi. Göründüyü kimi, C.Seydəhməd
mühacirətdə – məhdud mənbələrlə olsa da, böyük ideoloqun həyat,
fəaliyyətinin bütün aspektlərdən işıqlandırılmasına, təhlilinə və
dəyərləndirilməsinə səy göstərmişdir.
Sevə-sevə, dönə-dönə «türklüyün böyük və bəxtiyar atası»
adlandırdığı İ.Qaspiralının fəaliyyətinin hələ ilk dövrlərindən dərin
zəkası, fədakarlığı ilə Avropa və Rusiyada diqqət çəkdiyini
vurğulayan C.Seydəhməd Şərqşünas Vamberinin 1885-ci ildə
Leypsiqdə
«Türk xalqı», 1906-cı ildə Berlində «Qərb
mədəniyyətinin Şərqə təsiri» adı ilə nəşr etdiyi əsərlərdən, eləcə də
«Revue du monde musulman» qəzetində dərc olunmuş məqalə-
lərdən sitatlar gətirərək fikrini əsaslandırır. Maraqlı və diqqət-
çəkəndir ki, Cəfər Seydəhməd böyük xalq xadimi İ.Qaspiralının
xidmətlərindən bəhs edərkən daha çox onun haqqında yazılan
Bütün türklərin tərcümanı
~
37
~
fikirlərə istinad edir, bəzən isə sitatlarla kifayətlənmir, materialı
olduğu kimi təqdim etməyə üstünlük verir. Mahmud Fuad Tokların
«El» qəzetində dərc olunmuş və «Tərcüman»da verilmiş məqaləsi
bu qəbildəndir. Müəllif İ.Qaspiralının xidmətlərinin böyüklüyünü
diqqətə çatdırmaq üçün maraqlı forma seçmişdir. O, cəmiyyətin
müxtəlif təbəqələrinə mənsub şəxslərə müraciət edir və onları sanki
İ.Qaspiralı ideyaları, irsi və ruhu qarşısında hesabat verməyə dəvət
edir: Ey tatar mühərriri, ədibi, şairi, qələmini saxla! Bir gün olsa da,
yazma, düşün, həm də fikirlərinin dərininə dal! Sənin ustadın,
yolbaşçın kimdir? O ustadın fikir və məsləyini davam etdirmək
sənin borcun deyilmi?! Nə etməlisən, yanılmamısan, yolunu
azmamısan? Ey xalq xadimi! Sən fikirləş, düşün! İndi Qaspiralı –
hamının qəbul etdiyi ustad aranızda yoxdur. Lakin qoca babanın
sözlərini, işlərini, onun məsləhətlərini sıx-sıx xatırlayın, onun ruhu,
onun xatirəsi sizləri birləşdirsin, doğru yola götürsün! Ey tatar
müəllimi! Unutma, Qaspiralı öldüsə də, məktəbi qaldı.
Oxuduğunun, oxutduğunun, bildiyinin, bildirdiyinin hamısı o
möhtərəm pirin səmərəsidir. Unutma, şagirdlərin də onu
unutmasınlar! Ey tatar balası, əllərini qaldır və dua et! Bax, babanın
ruhu səninlədir, təhsil aldığın üçün sevinclə, iftixarla sənə baxır.
Səndən sonra oxuyan digər tatar balalarını da onun ruhu şadlıqla
salamlayır. Siz belə davam edin, oxuyun. Siz görməsəniz də,
babanız sizi görür, dinləyir. Siz kitabın hər səhifəsini vərəqlədikcə,
o fərəhlənir, gülür…
Ey mərhum baba, məsum ruh! Uç, seyr et, bütün Tatarıstanı
dolaş! Xeyriyyə cəmiyyətlərinə, kitabxanalara, qəzet redaksi-
yalarına, məktəb, məscid, mədrəsələrə, xatun-qız arasına, idarələrə,
fabriklərə, ticarətxanalara… hər yer sənin üçün açıqdır. Tatar var
olduqca, səni hər yerdə anacaqlar, sənə dua edəcəklər…».
Abid Tahirli
~
38
~
Müəllifin orijinal tərzdə təqdim etdiyi məqalə İ.Qaspiralı irsi
və ideyalarının əbədiyaşarlığına parlaq nümunədir. C.Seydəhmədin
mühacirətdə qələmə aldığı «Qaspiralı İsmayıl bəy» əsəri İ.Qaspiralı
ideyalarının yeni üfüqlərini, o vaxta kimi hələ heç kimin görmədiyi,
üzə çıxarmadığı yeni qatlarını aşkarladı. İ.Qaspiralı Rusiya
müsəlmanlarının təhsilini, tərəqqisini, birliyini mövcud rejim və
sərhədlər daxilində həyata keçirməyə məcbur idi və o bu ideyaları
tədriclə, addım-addım reallaşdırırdı. Lakin bu ideyalar nəticə etibarı
ilə milli şüurun oyanmasına, milli özünüdərkin təsdiqinə, nəhayət,
istiqlal ideallarına aparırdı. Başqa yol yox idi! Krımın azadlığı
uğrunda mücadilə aparan C.Seydəhməd üçün də İ.Qaspiralı
ideyaları məhz buna görə daha doğma və müqəddəs idi!
Ġ.Qaspiralı məsləkdaĢ və tədqiqatçılarının gözü ilə
Bu mövzu geniş, maraqlı, həm də aktualdır. Fəaliyyətinin ilk
dövrlərindən təkcə missionerlərin, məmurların, mollaların yox, həm
də türkoloqların, şərqşünasların, müxtəlif təmayüllü qəzet,
jurnalların diqqət mərkəzinə düşən İ.Qaspiralının irsi və ideyaları
yeniliyi, təsir gücü, qeyri-adiliyi, əhatə dairəsi ilə cazibədar idi.
İ.Qaspiralı irsinin tədqiqi, probleminə sistemli və bir neçə
aspektdən yanaşılması vacibdir. Bədii əsərlərinin, publisistikasının
öyrənilməsi, «Tərcüman»ın, digər dövri nəşrlərin araşdırılması,
yaxud ortaq dil, məktəb islahatı xeyriyyə cəmiyyətləri ilə bağlı
məsələlərin tədqiqi sahəsində xüsusi ilə İ.Qaspiralının 150 illik
yubileyi ərəfəsində mühüm işlər görülmüşdür. İ.Qaspiralı haqqında
yazılan tədqiqat xarakterli məqalələrdən yuxarıda yeri gəldikcə qısa
da olsa, bəhs etmişdik. İ.Qaspiralı irsinə, şəxsiyyətinə ehtiramla
yanaşan hər kəsə böyük sevgimizi izhar etməklə müxtəlif dövrlərdə
Dostları ilə paylaş: |