Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə13/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

 Bütün türklərin tərcümanı



 

39



 ~ 

 

onun  haqqında  yazılmış  əsərlərdən  sitatlar  gətirməklə  İ.Qaspiralı 



dühasının  əzəmətinə,  həmişəyaşarlığına  bir  daha  diqqəti  çəkmək 

istərdik. 

Heç şübhəsiz ki, bütün müəllifləri və mənbələri əhatə etmək 

cəhdimizə,  istəyimizə  rəğmən  siyahının  tamlığını  iddia  edə 

bilmərik.  Bunu  diqqətsizliyimiz  kimi  yox,  qaspiralışünaslığın 

ölkəmizdə  nisbətən  yeni  sahə  olduğuna,  ölkəmizdən  kənarda  isə 

coğrafiyasının  genişliyinə,  eyni  zamanda    ifadə  etmək 

istəmədiyimiz  digər  bəzi  problemlərin  mövcudluğuna  yozmaq-

yazmaq,  zənnimizcə,  daha  düzgün  olardı.  Ən  əsası  odur  ki, 

İ.Qaspiralının  sağlığından  bu  günədək  bütün  dövrlərə  aid 

materiallardan sitatlar var və onlar İ.Qaspiralının bütün türklərin və 

bütün dövrlərin tərcümanı olduğuna danılmaz dəlildir. 



 

Söz və sətirlərdən yaranan möhtəĢəm 

Ġsmayıl Qaspiralı portreti 

 

 

Yazıçı,  publisist,  siyasi  xadim,  istiqlal  mücahidi  Ceyhun 

Hacıbəyli:  «Həqiqətən  də  müsəlman-türk  olub  İsmayıl  bəy 

Qaspiralı kimi bir xadimi dəyərləndirməmək olmaz».  («İsmayıl bəy 

Qaspiralı» məqaləsindən, «Kaspi», № 204, 13 sentyabr, 1914). 

 

 



Ədəbiyyatşünaslığımızın  banisi  Firudin  bəy  Köçərli: 

«İsmayıl  bəyə  öldü  demək  millətimizin  çırağı  söndü,  həyatımızın 

ruhu  pozuldu  deməkdir».  («İqbal»  qəzeti,  №  749,  28  sentyabr 

1914). 



 Abid  Tahirli



 

40



 ~ 

 

«İsmayıl  bəy  gələcəyimizə  yaxşı  gözlə  baxırdı.  Həyatımıza 



ümid və səadətimizə etiqadı-kamili vardı. Hər şeydən artıq bizə xoş 

gələn  İsmayıl  bəyin  fel  və  qovlündə  müşahidə  olunan  səbat  və 

mətanəti-qəlb idi. Mərhumun əqidəsi buna idi ki, hər bir şey insanın 

öz  əlindədir.  İstərsə,  edər.  Mətləb  ancaq  istəməkdədir.  İşə  şüru 

etməkdədir.  İsmayıl  bəy  deyirdi  ki,  bizim  müsəlmanlar  əksərya 

xəyalət  aləmində  yaşayırlar,  bu  aləmi  boşlayıb  fəaliyyət  aləminə 

daxil  olmaq  gərəkdir.  O  qismi  işə  iqdam  etmək  lazımdır  ki,  ondan 

bir xeyir və fayda hasil olsun. Doğrudan da, İsmayıl bəyin hanki bir 

işinə  diqqət  yetirilsə,  onda  böyük  tədbir,  təcrübə  və  əncamında 

böyük  fayda  müşahidə  olunur».  («İsmayıl  bəy  Qasprinski» 

məqaləsindən. «İqbal» qəzeti, sentyabr 1914). 

 

 



Əlimərdan bəy Topçubaşov: «İsmayıl bəyin nə yazdıqlarını 

biz  indi  söyləməkdə  aciziz.  Onları  bir  yerə  yığmaq  bizdən  ötrü 

qeyri-mümkündür.  Vəqtilə  İsmayıl  bəyin  işlərini  tarix  səhifələri 

bildirər. Ancaq bu qədər olur ki, İsmayıl bəyin yazdığı məqalələr bir 

əkinçinin  danələri  kimi  idi  ki,  hərəsi  öz  müqabilində  göyərmiş  və 

məhsul  vermişdir.  Məsələn,  bir  məqaləsindən  dolayı  birisi  öz 

oğlunu  məktəbə  vermiş,  ikinci  məqaləsi  bir  şəhərdə  məktəb 

açılmaya, üçüncü cəmiyyət açılmaya səbəb olmuşdur. İsmayıl bəyə 

hər  yerdə  İsmayıl  bəy  deyilir.  Öz  yerlərində  isə  İsmayıl  Murza 

adlanır. Özü isə buna heç əhəmiyyət verməzdi. Zira, onun bəyliyi və 

murzalığı  özünün  çalışmaqlığı  və  yazdıqları  idi.  İsmayıl  bəy 

fəaliyyəti  sayəsində  bütün  Rusiya  müsəlmanlarına  öz  nuru  ilə  işıq 

və səadət verdi». (1914-cü il sentyabrın 13-də Bakıda təşkil olunan 

matəm yığıncağında çıxışından). 

 



 Bütün türklərin tərcümanı



 

41



 ~ 

 

Y.Xəlil:  «11  sentyabr  Cümə  günündə  çıxan  qəzetlər  bizlər 

üçün çox üzüntülü xəbər verdilər. Onlar ən yaşlı ustadımız, ən öndə 

gedən liderimiz, mənəvi atamız, baş müəllimimiz möhtərəm İsmayıl 

bəy  Qaspiralı  cənablarının  vəfat  etdiyini  ilk  səhifələrində  böyük 

hərflərlə dərc edərək hər kəsə xəbər verdilər. 

…Bəli,  İsmayıl  bəy  öldü.  Fəqət  o  öz  təlimatını  verərək,  öz 

yerinə  insanlar  yetişdirərək,  tələbələrinə  elektrik  fənəri  kimi  fənər 

tutuşduraraq gələcəyi, gediləcək yolları işıqlandıraraq öldü. İndi bir 

çox ulu insanımızdan, çox böyük liderimizdən ayrıldıq, onun üçün 

bizim,  hətta  bütün  islam  dünyasının  üzülməməsi  mümkün  deyil. 

Çünki o bizim ən qaranlıq, ən savadsız dönəmimizdə bizi düşünərək 

millətimizi  ayağa  qaldırmaq  üçün  işə  başladı.  O,  bizə  32  il 

müəllimlik  etdi…».  («Süyüm  Bikə»  qəzeti,  1914,  16  sentyabr,  

Kazan). 

 

 



Azərbaycan 

Xalq 

Cümhuriyyəti 

qurucularından 

«Müsavat» partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə: «Dilə, 

fikrə  və  işə»  bağlı  bir  türk  sifətiylə  böyük  müəllimin  yaratdığı 

müvəffəq  əsərin  ildönümünü  keçirərkən,  istiqlalları  üçün  çalışan 

türk  elləri  arasında  ən  çox  iztirab  çəkən  və  ən  müstəqil  mövqedə 

bulunan  Krımlı  qardaşlarımıza  demək  istəyirik  ki,  qardaşlar, 

sarsılmadan  yüyürünüz,  əski  tarixində  şanlı  hadisələr  və  yeni 

tarixində  də  «Tərcüman»  kimi  qəzetlərə  malik  bulunan  bir  vətənin 

övladı  heç  bir  zaman  haqq  etdiyi  istiqlal  və  hürriyyət  nemətindən 

məhrum edilə bilməz! 

Fəqət «Tərcüman» sizin olduğu qədər, bilirsiniz ki, bizimdir 

də.  Bütün  türklərindir.  Bilxassə  əsir  türk  ellərinindir.  Vətənləri 

düşmən  əlində  çeynənən  bizlər,  nə  yazıq  ki,  böyük  ədibə  layiq 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə