537
birinci sinif şagirdinin yaş və bilik səviyyəsinə, görüş dairəsinə
müvafiq bir mətn qurasan ki, (qura bilsən) dərslik tərtibinin nə demək
olduğunu biləsən.
Dərslik sənət işidir, zərgər işidir, böyük bilik və ustalıq, yük-
sək analiz və sintez qabiliyyəti, böyük pedaqoji güc tələb edir. Dərslik
müəllifi yalnız alim, pedaqoq deyil, həm də həssas psixoloq olmalıdır.
XX əsrin II yarısında bütün bu keyfiyyətləri özündə cəmləşdirən
görkəmli maarif xadimlərimizdən biri Sizsiniz, Yəhya Kərimov!
Siz bir ömür yaşayırsınız və onun ən müdrik çağındasınız –
ömrünüz uzun olsun - və bu bir insan ömrünü şam kimi yandırıb, in-
sanın ilk ayaq açdığı sinifləri, müəllim və şagirdlərin yolunu işıqlandı-
rır, dünyaya göz açan insanın əlindən tutur, ona gələcəyin yolunu
göstərirsiniz.
Bu ömür dəyərli ömürdür. Siz xalq üçün, onun gələcəyini
hazırlamaq üçün doğulmusunuz. Saysız yetirmələriniz də bu
fəaliyyətə qoşulmuşlar. 30 ilə qədər naşiri və redaktoru olduğunuz
“İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı Sizin və
yetirmələrinizin təfəkkürünün ən rasional toxumunu daim günəş
şüasının zərrələri kimi məktəblərə səpələyir.
Müdriklər demiş, kim nə bacarır, onu da edir; bir şey
bacarmayanlar isə məsləhət verir, rəhbərlik edirlər.
Siz bacardığınızı etmisiniz və XX əsr Azərbaycan maarifinin
inkişafı yolunda parlaq iz qoymusunuz.
Dostum, qardaşım, sevdiyim Yəhya müəllim!
Sizin fəaliyyətinizi təhlil etmək üçün uzun və səmərəli
tədqiqat lazımdır. Sözlərimi burada saxlayıb, Sizə uzun ömür, işıqlı və
ümidli günlər arzulayıram.
Sonsuz hörmətlə:
QƏZƏNFƏR KAZIMOV
26.02.97
538
DİLŞÜNAS ALİM VƏ PEDAQOQ
Əziz qardaşım BƏŞİR!
Bəşir müəllim!
65-ə çatdın. Amma ha çalışıram, Səni bu yaşda təsəvvür edə
bilmirəm. Elə yaddaşıma 50 yaşlarında, ötkəm səsli, mehriban simalı,
şaqraq gülüşlü, gözəl ürək sahibi, gördüyü nöqsanlara dözməyən, “in-
ciyər-inciməz” bilməyən, incidiyini biləndə gülüb ləzzət alan gözəl
Bəşir müəllim - Bəşir Əhmədov həkk olub. Mən Səni qocalığa qədəm
qoyan təsəvvür eləmirəm. Eynək heç, elə cavanlıqda da gah gözündə,
gah alnında olub. Çoxdan fikir verməmişəm - heç bilmirəm, saçların
ağarıb, ya yox...
Mən Səni ilk dəfə 1961-ci ildə Soltanlı orta məktəbinə yox-
lamaya gəldiyin vaxt görmüşəm. Mən təzəcə dərs deməyə
başlamışdım. Amma ixtisas fənnim yox idi, mənə dekretə çıxan bir
nəfərin yerinə botanika, zoologiya, Darvinizm əsasları, istehsalat
əsasları dərslərini vermişdilər, bunları çox həvəslə deyirdim. Hərdən
bir Bayram müəllimin ingilis dili dərsini də əvəz edirdim. Bir gün
dərsim yox idi, məktəbə gec gəldim. Gördüm ki, müəllimlər həyəcan
içərisindədir. Soruşdum, dedilər ki, Bəşir Əhmədov gəlib, dərslərə
girir, 7-ci sinfə yazı yazmağı tapşırıb, uşaqlar da, müəllimlər də
özlərini itiriblər. Mən içəri girib Səninlə görüşdüm, dedim ki, çıx
söyüdlərin altında – həyətdə bir stəkan çay iç, qoy uşaqlar yazsınlar.
Elə bir tanışlığımız olmasa da, Sən sözə baxdın və çıxdın. Mən
uşaqları sakitləşdirə bildim, amma gec idi, vaxta az qalmışdı.
Bizim ilk görüşümüz belə olub.
60-cı illərdən başlayaraq, daim dövlət imtahanlarında, elmi
konfrans və seminarlarda, dərslik müzakirələrində, birgə opponent ol-
duğumuz anlarda tanımışam, görmüşəm. Daim filologiya aləmində bir
Bəşir ötkəmliyi müşahidə etmişəm.
Maraqlı xatirələrimiz də var. Yadındadırmı, bir qiyabiçi dövlət
imtahanında “Əhməd müəllimdir” cümləsini təhlil edərkən “Əhməd
nədir?” sualımıza dik üzümüzə baxıb cəld: “Əsasən, mübtəda” - dedi
və o vaxtdan biz hər görüşəndə “Əsasən, necəsən?”, “Əsasən, evdə nə
var-nə yox?” deyə görüşürük və o tələbənin “biliyi” bizə ləzzət verir.
Bu, bizim keçdiyimiz yoldur.
Deyirlər, insanın ən qüsurlu cəhəti öz müasirini qiymətləndirə
bilməməsi, öz dostunun, tanışının nəyə qadir olduğunu mühakimə edə
bilməməsidir. Amma mən Səni həmişə qiymətləndirmişəm. Bilmişəm
ki (və həm ictimai, həm də fərdi söhbətlərdə demişəm ki), bizim
539
dilçilik aləmində, bizim pedaqoji aləmdə bir Bəşir müəllim - professor
BƏŞİR ƏHMƏDOV var, daim axtarışdadır, ehkamların düşmənidir,
yenilik fədaisidir, heç kimə bənzəmir.
Bilirsən ki, mən “metodist alim” ifadəsinə yüksək tələb nöq-
təsindən baxıram. Doğrudur, çox zaman elmdə piyada olanları
metodikaya yönəldiblər. Amma elmi bilmədən onun tədrisi
ustalığından necə danışmaq olar? Sən ona görə böyüksən, ona görə
respublikamızda bəlkə də təksən ki, tədrisdən dilçiliyin içərilərinə
yeriyirsən, həm də cəsarətlə, qorxmadan, çəkinmədən yeriyirsən. Haq
bilir ki, Sənin bu son vaxtlar dərsliklərlə bağlı qeydlərində,
monoqrafiya və məqalələrində qoyulan bir çox incə, düşündürücü
məsələlər hələ dilçilərin çoxunu düşündürməyib. Sən həm görkəmli
pedaqoq alimsən, həm də həqiqi filoloq-dilşünas. Pedaqogika ilə
filologiya arasında zəmanənin - XX əsrin ikinci yarısının yeganəsisən
və xüsusi seçilirsən. Yaradıcılığın daim çoxşaxəli olub. Bəlkə də bir
sahə ilə məşğul olsan, o sahədə daha böyük nailiyyətlər əldə edər və o
sahə daha çox qazanardı. Amma mən Sənin yaradıcılıq yolunu təqdir
edirəm. İstedad sahibi məhdud olmamalıdır. Yolun düz olduğu üçün
fərəhin də artıqdır. Mən Səni həmişə müxtəlif istiqamətdə çarpışan,
döyüşən görmüşəm. Ehkamlara dözmürsən, ehkam kimi qəbul
olunanlar Səni daim cırnadır, özünün də hiss etmədiyin daxili bir
qüvvə Səni ayağa qaldırır, mübahisəyə, mübarizəyə, döyüşə göndərir.
Əslində, bizim indiki dilçilik 40-50-ci illər səviyyəsindən az
irəli gedib. Xüsusən müasir dil sahəsində tədqiq və araşdırmalar azdır
və biz hələ bir çox incə mətləbləri öyrənə bilməmişik. Dilin makro və
mikro sistemlərinin tədqiqində çatışmazlıqlar hələ çoxdur. Sən bir
alim, həqiqi bir pedaqoq kimi dərslik yazanda və ya həmkarlarının
dərsliklərinə nəzər salanda bir çox başqalarından fərqli olaraq, müəm-
malı suallara cavab axtarırsan. Dözmürsən. Bir də görürsən ki, Bəşir
harayı, Bəşir sualları aləmi səs salıb. Müəllifi divara dirəyib, suallara
cavab almayınca sakitləşmir, durub-dincəlmir, aram tapmırsan. Bizim
- Səninlə mənim bir çox uğurlu mübahisələrimiz, elmi yazışmalarımız
bununla əlaqədar meydana çıxıb və bu cəhətdən nə əldə etmişiksə,
səbəbi Sənsən. Döyüş üçün yaranmısan.
Bəs indi nə olacaq? Sən də 65-ə çatdın, təmkin ətəyini sallaya-
caqsan, bəs biz nə edəcəyik? Bizi kim cırnadacaq? Kim ilə mübahisə
edəcəyik? Sən bu yaş məsələsini nahaq ortalığa atdın. Amma eybi
yoxdur. Təbrik edirəm. Onsuz da Sən dinc durmazsan...
Mən Sənin yazılarını daim mətbuatda izləmişəm, monoqrafi-
yalarını oxumuşam, dərsliklərinlə tanış olumşam (bəzən də onları da-
Dostları ilə paylaş: |