Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə183/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   177   178   179   180   181   182   183   184   185

 537

birinci sinif şagirdinin yaş  və bilik səviyyəsinə, görüş dairəsinə 

müvafiq bir mətn qurasan ki, (qura bilsən) dərslik tərtibinin nə demək 

olduğunu biləsən. 

Dərslik sənət işidir, zərgər işidir, böyük bilik və ustalıq, yük-

sək analiz və sintez qabiliyyəti, böyük pedaqoji güc tələb edir. Dərslik 

müəllifi yalnız alim, pedaqoq deyil, həm də həssas psixoloq olmalıdır. 

XX  əsrin II yarısında bütün bu keyfiyyətləri özündə  cəmləşdirən 

görkəmli maarif xadimlərimizdən biri Sizsiniz, Yəhya Kərimov! 

Siz bir ömür yaşayırsınız və onun ən müdrik çağındasınız – 

ömrünüz uzun olsun - və bu bir insan ömrünü şam kimi yandırıb, in-

sanın ilk ayaq açdığı sinifləri, müəllim və şagirdlərin yolunu işıqlandı-

rır, dünyaya göz açan insanın  əlindən tutur, ona gələcəyin yolunu 

göstərirsiniz. 

Bu ömür dəyərli ömürdür. Siz xalq üçün, onun gələcəyini 

hazırlamaq üçün doğulmusunuz. Saysız yetirmələriniz də bu 

fəaliyyətə qoşulmuşlar. 30 ilə  qədər naşiri və redaktoru olduğunuz 

“İbtidai məktəb və  məktəbəqədər tərbiyə” jurnalı Sizin və 

yetirmələrinizin təfəkkürünün  ən rasional toxumunu daim günəş 

şüasının zərrələri kimi məktəblərə səpələyir. 

Müdriklər demiş, kim nə bacarır, onu da edir; bir şey 

bacarmayanlar isə məsləhət verir, rəhbərlik edirlər. 

Siz bacardığınızı etmisiniz və XX əsr Azərbaycan maarifinin 

inkişafı yolunda parlaq iz qoymusunuz. 

Dostum, qardaşım, sevdiyim Yəhya müəllim! 

Sizin fəaliyyətinizi təhlil etmək üçün uzun və  səmərəli 

tədqiqat lazımdır. Sözlərimi burada saxlayıb, Sizə uzun ömür, işıqlı və 

ümidli günlər arzulayıram. 



Sonsuz hörmətlə: 

QƏZƏNFƏR KAZIMOV 

26.02.97 

 

 



 


 538

DİLŞÜNAS ALİM VƏ PEDAQOQ 

 

Əziz qardaşım BƏŞİR! 



Bəşir müəllim!  

65-ə çatdın. Amma ha çalışıram, Səni bu yaşda təsəvvür edə 

bilmirəm. Elə yaddaşıma 50 yaşlarında, ötkəm səsli, mehriban simalı, 

şaqraq gülüşlü, gözəl ürək sahibi, gördüyü nöqsanlara dözməyən, “in-

ciyər-inciməz” bilməyən, incidiyini biləndə gülüb ləzzət alan gözəl 

Bəşir müəllim - Bəşir Əhmədov həkk olub. Mən Səni qocalığa qədəm 

qoyan təsəvvür eləmirəm. Eynək heç, elə cavanlıqda da gah gözündə, 

gah alnında olub. Çoxdan fikir verməmişəm - heç bilmirəm, saçların 

ağarıb, ya yox... 

Mən Səni ilk dəfə 1961-ci ildə Soltanlı orta məktəbinə yox-

lamaya gəldiyin vaxt görmüşəm. Mən təzəcə  dərs deməyə 

başlamışdım. Amma ixtisas fənnim yox idi, mənə dekretə  çıxan bir 

nəfərin yerinə botanika, zoologiya, Darvinizm əsasları, istehsalat 

əsasları  dərslərini vermişdilər, bunları çox həvəslə deyirdim. Hərdən 

bir Bayram müəllimin ingilis dili dərsini də  əvəz edirdim. Bir gün 

dərsim yox idi, məktəbə gec gəldim. Gördüm ki, müəllimlər həyəcan 

içərisindədir. Soruşdum, dedilər ki, Bəşir  Əhmədov gəlib, dərslərə 

girir, 7-ci sinfə yazı yazmağı tapşırıb, uşaqlar da, müəllimlər də 

özlərini itiriblər. Mən içəri girib Səninlə görüşdüm, dedim ki, çıx 

söyüdlərin altında – həyətdə bir stəkan çay iç, qoy uşaqlar yazsınlar. 

Elə bir tanışlığımız olmasa da, Sən sözə baxdın və  çıxdın. Mən 

uşaqları sakitləşdirə bildim, amma gec idi, vaxta az qalmışdı.  

Bizim ilk görüşümüz belə olub. 

60-cı illərdən başlayaraq, daim dövlət imtahanlarında, elmi 

konfrans və seminarlarda, dərslik müzakirələrində, birgə opponent ol-

duğumuz anlarda tanımışam, görmüşəm. Daim filologiya aləmində bir 

Bəşir ötkəmliyi müşahidə etmişəm. 

Maraqlı xatirələrimiz də var. Yadındadırmı, bir qiyabiçi dövlət 

imtahanında “Əhməd müəllimdir” cümləsini təhlil edərkən “Əhməd 

nədir?” sualımıza dik üzümüzə baxıb cəld: “Əsasən, mübtəda” - dedi 

və o vaxtdan biz hər görüşəndə “Əsasən, necəsən?”, “Əsasən, evdə nə 

var-nə yox?” deyə görüşürük və o tələbənin “biliyi” bizə ləzzət verir. 

Bu, bizim keçdiyimiz yoldur. 

Deyirlər, insanın ən qüsurlu cəhəti öz müasirini qiymətləndirə 

bilməməsi, öz dostunun, tanışının nəyə qadir olduğunu mühakimə edə 

bilməməsidir. Amma mən Səni həmişə qiymətləndirmişəm. Bilmişəm 

ki (və  həm ictimai, həm də  fərdi söhbətlərdə demişəm ki), bizim 



 539

dilçilik aləmində, bizim pedaqoji aləmdə bir Bəşir müəllim - professor 

BƏŞİR  ƏHMƏDOV var, daim axtarışdadır, ehkamların düşmənidir, 

yenilik fədaisidir, heç kimə bənzəmir. 

Bilirsən ki, mən “metodist alim” ifadəsinə yüksək tələb nöq-

təsindən baxıram. Doğrudur, çox zaman elmdə piyada olanları 

metodikaya yönəldiblər. Amma elmi bilmədən onun tədrisi 

ustalığından necə danışmaq olar? Sən ona görə böyüksən, ona görə 

respublikamızda bəlkə  də  təksən ki, tədrisdən dilçiliyin içərilərinə 

yeriyirsən, həm də cəsarətlə, qorxmadan, çəkinmədən yeriyirsən. Haq 

bilir ki, Sənin bu son vaxtlar dərsliklərlə bağlı qeydlərində, 

monoqrafiya və  məqalələrində qoyulan bir çox incə, düşündürücü 

məsələlər hələ dilçilərin çoxunu düşündürməyib. Sən həm görkəmli 

pedaqoq alimsən, həm də  həqiqi filoloq-dilşünas. Pedaqogika ilə 

filologiya arasında zəmanənin - XX əsrin ikinci yarısının yeganəsisən 

və xüsusi seçilirsən. Yaradıcılığın daim çoxşaxəli olub. Bəlkə  də bir 

sahə ilə məşğul olsan, o sahədə daha böyük nailiyyətlər əldə edər və o 

sahə daha çox qazanardı. Amma mən Sənin yaradıcılıq yolunu təqdir 

edirəm.  İstedad sahibi məhdud olmamalıdır. Yolun düz olduğu üçün 

fərəhin də artıqdır. Mən Səni həmişə müxtəlif istiqamətdə çarpışan, 

döyüşən görmüşəm. Ehkamlara dözmürsən, ehkam kimi qəbul 

olunanlar Səni daim cırnadır, özünün də hiss etmədiyin daxili bir 

qüvvə Səni ayağa qaldırır, mübahisəyə, mübarizəyə, döyüşə göndərir. 

Əslində, bizim indiki dilçilik 40-50-ci illər səviyyəsindən az 

irəli gedib. Xüsusən müasir dil sahəsində tədqiq və araşdırmalar azdır 

və biz hələ bir çox incə mətləbləri öyrənə bilməmişik. Dilin makro və 

mikro sistemlərinin tədqiqində çatışmazlıqlar hələ çoxdur. Sən bir 

alim, həqiqi bir pedaqoq kimi dərslik yazanda və ya həmkarlarının 

dərsliklərinə nəzər salanda bir çox başqalarından fərqli olaraq, müəm-

malı suallara cavab axtarırsan. Dözmürsən. Bir də görürsən ki, Bəşir 

harayı, Bəşir sualları aləmi səs salıb. Müəllifi divara dirəyib, suallara 

cavab almayınca sakitləşmir, durub-dincəlmir, aram tapmırsan. Bizim 

- Səninlə mənim bir çox uğurlu mübahisələrimiz, elmi yazışmalarımız 

bununla  əlaqədar meydana çıxıb və bu cəhətdən nə  əldə etmişiksə, 

səbəbi Sənsən. Döyüş üçün yaranmısan. 

Bəs indi nə olacaq? Sən də 65-ə çatdın, təmkin ətəyini sallaya-

caqsan, bəs biz nə edəcəyik? Bizi kim cırnadacaq? Kim ilə mübahisə 

edəcəyik? Sən bu yaş  məsələsini nahaq ortalığa atdın. Amma eybi 

yoxdur. Təbrik edirəm. Onsuz da Sən dinc durmazsan... 

Mən Sənin yazılarını daim mətbuatda izləmişəm, monoqrafi-

yalarını oxumuşam, dərsliklərinlə tanış olumşam (bəzən də onları da-



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə