Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə178/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   174   175   176   177   178   179   180   181   ...   185

 520

yaradıcılığa başlayan çox gənc və son dərəcə kövrək şair qəlbi bəzən 

tərəddüdlər keçirir, ”şair olmaq çətindir” mənasında ”şair olmaq 

istəmirəm” deyir, belə hallarda Səhəri bədbinlikdə təqsirləndirənlər də 

ola bilər, lakin bunlar keçicidir, ilk gəncliyin kövrək duyğularıdır.  

 

Biz Səhəri tələbə yoldaşları və müəllimlərimiz adından təbrik 



edirik. Arzu edirik ki, bu kitab 40-50 il sonra gələcək şairin ilk kitabı 

kimi  əllərdə  gəzsin və  Səhər onda da insanların gözlərinin içinə düz 

baxa bilsin.  

 

1994 

 

 



 521

 

DÜNYANIN MİZANI VİCDAN SUSANDA POZULUR 

 

Hər gün stres içərisində yaşayırıq. Dünya yaman qarışıb. İnsan 



ağıllanmaq  əvəzinə, qladiator döyüşlərini davam etdirir. İki min il 

əvvəlki qanlı döyüşlər daha amansız silahlarla davam etdirilir. Təkcə 

bir şəhər, bir vilayət, bir ölkə deyil, Yer kürəsi təhlükə qarşısındadır. 

Bütün Yer kürəsində insan yüyənsiz at kimi başına buraxılıb. İxtiyar 

sahiblərinin qəlbinə  şeytan dolub. Kəndləri,  şəhərləri, 100 illərlə in-

sanın yaratdıqlarını bir gündə dağıtmaqla, minlərlə insanı bir gündə 

qanına qəltan etməklə varlananlar, müəyyən məqsəd güdənlər var.  

İş 2500 il əvvəl Sokratın deyənə qalıb: insan öz daxilindən gə-

lən səsə qulaq asmalıdır. Lakin müasir insan, elə bil, kar olub. Elə bil, 

müasir insanın qəlbi daşa dönüb - bütün və  hər cür humanist duy-

ğulardan məhrum olub insan.  

Viktor Hüqo kimi nəhəng sənətkar hələ 150 il bundan əvvəl 

yaxşı başa düşmüşdü ki, heç bir dövlət quruluşu, heç bir ədalətli 

hakim, heç bir inzibati cəza insanı  ağıllandıra bilməz.  İnsanı yalnız 

onun öz qəlbi, vicdanı, daxili duyğu və düşüncələri xilas edə bilər. 

Buna görə də onun yaradıcılığından vicdan məsələsi, insana humanist 

münasibət ən parlaq bir xətt kimi keçir.  

Bu gün görüşünə  gəldiyimiz yazıçı Vidadi Babanlı da ilk 

şöhrət kitabını bu cür yüksək bəşəri ideya üzərində kökləyib: ”Vicdan 

susanda”. Bütün bəlalar vicdan susanda ayaq alır. İnsan faciələri vic-

dan susanda daha dərinlərə kök atır. Vicdan susanda bir millət deyil

bəşəriyyət ağlını itirir. Vicdan susanda bütün Yer kürəsi təhlükə 

qarşısında qalır. Millət sükansız gəmi kimi aralıqda qalır, gələcəyin 

yolunu itirir, bataqlığa sürüklənir. Fəlakət günü-gündən güclənir. Dini 

kitablarda deyildiyi kimi, məhşər yaxınlaşır.  

Vidadi Babanlını  və  qəhrəmanlarını dövrün mühüm 

problemləri düşündürür: ekologiya məsələləri, bədnam 37-ci il, elmi-

texniki tərəqqinin xeyirli tərəfləri ilə  bərabər, gətirdiyi bədbəxtliklər, 

insan mənəviyyatına vurulan zərbələr... Əsərin gənc qəhrəmanı Vüqar 

və onun elmi rəhbəri Söhrab Günəşli, bu ailənin dostları  və tanışları 

bu həyatın  şirinliyini də, acısını da zaman-zaman dadmalı olurlar. 

Mərhəmət xanımın mərhəmətsiz niyyətləri Günəşlini daim mənəvi 

sarsıntılara doğru sürükləyir. Vidadi Babanlını cəmiyyətin qəlbindəki 

dəhşətli yaralar düşündürür, o bu yaralara məlhəm axtarır, onları yox 

etmək,  əritmək, kəsib atmaq üçün çarələr araşdırır, təbiətin özündə, 

onun saflığında, gülündə, çiçəyində arayır. Yazıçı  bəzən məcazi 




 522

yaralarla konkret bəlaları birləşdirir, ictimai bəlaların konkret 

təzahürlərini cərrah bıçağı ilə yox etmək istəyir.  

”Vicdan susanda” romanında olduğu  kimi, ”Müqəddəs ocaq” 

romanının qəhrəmanı Xalis də aspirantdır. Yüksək arzularla yaşayır. 

O, son dərəcə xeyirxah bir işlə  məşğuldur: xərçəng xəstəliyi ilə mü-

barizə yollarını düşünür, otlardan, çiçəklərdən dərman hazırlamaq, bu 

yolla həmin mənhus xəstəliyin kökünü kəsmək istəyir.  

Təbiət gözəlliklərinin təsviri, bu gözəlliklər aləmində  həqiqi 

məhəbbət, təbabətin təbii otlar və çiçəklərlə inkişafına dair qədim el-

min dirçəldilməsi, heyvandarlığın, təsərrüfatın qayğı ilə inkişaf 

etdirilməsi, insan sədaqəti, ağsaqqal sözü - əsərin əsas məziyyətləridir.  

”Ömürlük cəza” romanının qəhrəmanı aqronom da eyni 

hisslərlə yaşayır. Özü işgüzar və xeyirxah olan bu insan addımbaşı 

harın və fırıldaqçı adamların bəd əməlləri ilə üzləşir.  

Vidadi Babanlı özü də haqqın, ədalətin carçısıdır, işığa, işıqlı 

olmağa çağıran sənətkardır. Bu cəhəti təkcə nəsrində - roman, povest 

və hekayələrində deyil, publisistikasında da müşahidə edirik.  

Dünyanın belə qarışdığı bir vaxtda insanı növbəti minilliyə 

salamat çıxarmaq üçün ziyalı sözünə, ziyalı mədəniyyətinə böyük üs-

tünlük verir və eyni zamanda ziyalıların unudulduğu bir vaxtda onun 

dövlət qayğısına böyük ehtiyacı olduğunu göstərir.  

”Dərd adamı danışdırır...” Bu onun bu günlərdə yazdığı bir 

məqalənin adıdır. Bədii yolla xalqa çatdırdıqlarını burada 

publisistikanın sərt dili ilə birbaşa ifadə edir.  

Yazıçı  qızışan başları ram olmağa, keçmişə ayıq nəzərlə 

baxmağa çağırır: ”...Abbasqulu ağa Bakıxanovu çar ordusunda qulluq 

etdiyi üçün qınayır, fəaliyyətini heçə endirirlər; milli 

dramaturgiyamızın təməlini qoymuş M.F.Axundov Tiflis 

canişinliyində  tərcüməçi işlədiyinə görə günahlandırılır; Cəlil 

Məmmədquluzadə kimi ulu şəxsiyyət nəşr etdirdiyi ”Molla 

Nəsrəddin” jurnalında pis əməlli din xadimlərini, rüşvətxor və 

əxlaqsız üləmaları  kəskin tənqid atəşinə tutduğu üçün islam dininin 

qəddar düşməni kimi qiymətləndirilir; Nəriman Nərimanov bolşevizm 

platformasına yuvarlandığı üçün ittiham edilir; böyük müasirimiz 

Səməd Vurğun sovet quruluşunun, Kommunist partiyasının ifrat 

tərənnümçüsü adlandırılır... Cabbarlının da yaradıcılığını  təftişə 

başlayıblar... Bəs yerdə kimimiz qalır? Belə  təftişçiliyin nədir xalqa 

xeyri?” Yazıçı bu sualları çox doğru qoyur. ”Əgər başlasaq köhnə 

palan içi tökməyə, heç kəs çulunu sudan çıxara bilməz” deyir. Bunlar 

keçmişimizin olub-qalanını ayaq altına almaq istəyənlərə  dərs 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə