Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə177/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   173   174   175   176   177   178   179   180   ...   185

 516

nüllü olaraq cəbhəyə gedirlər.  

Müharibənin ilk günlərindən başlayaraq, təbliğat bu cür gedir, 

səfərbərlik belə yaradılır, inam hissi insanlara belə aşılanır. Bu təkcə 

”Kommunist” qəzetidir.  

Stalinin 3 iyul radio ilə  çıxışı günü S.Vurğun iki şeir 

yazmışdır: ”Rəhbərin çağırışı”, ”İgid xalqın  əsgəri”. Birinci şeri 

”Kommunist”in 3 iyul, ikincisini 4 iyul nömrəsində  dərc etdirmişdir. 

Rəhbərin çağırışına poeziya dərhal cavab verir və  həm də S.Vurğun 

”xalqın igid əsgəri” yox, ”igid  xalqın  əsgəri” deyir, küllün 

qəhrəmanlığını nəzərə alır.  

4 iyulda S.Rüstəm iki gün əvvəl - 2 iyulda yazdığı  məşhur 

”Cəbhədən məktub”  şerini çap etdirmişdir. Bu şeir yazılanda Vətən 

müharibəsi cəbhələrinə əsgərlərimiz təzə çatırdı; lakin şair artıq əməlli 

döyüş yolu keçmiş igid əsgərin obrazını yaratmışdır:  

 

Salam, ana, gözlərindən öpürəm,  



Salamatam, məndən qalma nigaran.  

Ürək açan sözlərindən öpürəm,  

Sorursan ki, yaz, necədir ilk yaran.  

Mən şikayət eyləmərəm yaramdan,  

Fərqi yoxdur güllə dəysə haramdan.  

Üç gün yatdım, yenə durdum ayağa,  

Tez sarıldım səngərimdə yarağa.  

Burada özbək, gürcü, türkmən də var,  

Stalindən alır hamı ilhamı.  

Mən səninçün, vətənimçün bu yerdə 

Döyüşürəm, gecə-gündüz yatmıram.  

Oğlun salıb yağıları min dərdə,  

Snayperəm, bir boş güllə atmıram...  

 

R.Rza 3 iyul günü ”Əsgər atasının sözləri” şerində yazırdı:  



 

Get, oğlum, cəbhədə zəfərlər qazan! 

Düşmən ordusundan nəfər qalmasın.  

Faşist dünyasından, faşist adından 

Bu dünya üzündə əsər qalmasın! 

 

Bu dövr qəzetlərinin ən yüksək məziyyəti orasında idi ki, heç 



bir yazıda  şübhə  və  tərəddüd izi yox idi. Hamı  qələbəyə inamla 

danışır, arxadakıları  əmək cəbhəsinə, öndəkiləri döyüşə  səsləyir. Öz 




 517

torpağını, öz vətənini, öz xalqını varlığı kimi sevən, ev-eşiyindən, 

övladlarından üstün tutan işıqlı adamlar xoşbəxt gələcək uğrunda 

inamla mübarizə aparırlar. Bu gün bu inam, bu birlik bizim üçün yüz 

qat artıq və möhkəm olmalıdır. Daxili düşmən, xəyanətkar insanlar, 

xəyanət yuvaları  məhv edilməlidir. Gizli düşmən açıq düşməndən 

daha qorxuludur və biz bunu yadda saxlamaqla kifayətlənməməli, 

tapıb axırına çıxmalıyıq. Xəstə ruhlar, xəstə düşüncələr məhvə 

layiqdir.  

Azərbaycan tarixi faciə və qəhrəmanlıqlarla doludur. Düşmən-

lə üz-üzə gəlmək faciə deyil. Düşmən düşməndir və onun məhvi uğ-

runda mübarizə hər bir vətən övladının işidir. Faciə onda yaranır ki, öz 

daxilimizdən, arxadan belimizə xəncər soxurlar.  

 

 



Hazırkı zamanda öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə 

yetirmək, işıqlı yolla irəliləmək, neçə yüz ildən sonra yaranmış imka-

nı, Respublikanın müstəqillik bayrağını qoruyub saxlamaq üçün 

insanın sinəsində həqiqi vətəndaş ürəyi döyünməlidir.  

 

1994 

 



 518

”GÖZLƏRİMİN İÇİNƏ BAX” 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti görkəmli  ədəbiyyat 



və incəsənət xadimlərinin beşiyi olub. S.Vurğun, S.Rəhimov, 

M.Rahim, S.Rəhman, M.Müşfiq, Səid Qurbanov, Əli Vəliyev, 

Ə.Əbülhəsən,  Əhməd Cəmil, M.Dilbazi, O.Sarıvəlli,  Ş.Qurbanov bu 

universitetin sinəsində boy atıb, böyüyüb, burada təhsil almışlar. Tofiq 

Bayram, Məstan Günər, İlyas Tapdıq, Yusif Həsənbəy, Sərdar  Əsəd, 

Məmməd Aslan, Sabir Süleymanov və başqaları bu universitetin 

yetirmələri olmuşlar.  

Bunların hər birinin burada - universitetin geniş 

auditoriyalarında səsi qalıb, sözü qalıb, nəfəsi qalıb. Ona görə  də bu 

bina müqəddəsdir.  

Bunların hər biri ilə bağlı xatirələr yatır bu binada və biz 

onları, o xatirələri istədiyimiz vaxt oyada bilərik.  

Süleyman Rəhimov ”Şamo”nu bu universitetdə başlayıb, öm-

rü boyu davam etdirib.  

Səməd Vurğun burada dəfələrlə gurultulu alqışlarla qarşılanıb, 

qanadlanıb.  

Xalqımızın hazırkı iki ağsaqqal yazıçısından biri - İsmayıl 

Şıxlı buranı bitirib, ömrünü bura bağlayıb - neçə-neçə nəslin müəllimi 

olub, uzun müddət bədii yaradıcılıq dərnəyinə qol-qanad verib.  

Xalq şairi Məmməd Araz onun dərnəyinin yetirməsidir, bizim 

coğrafiya fakültəsinin məzunudur. T.Bayram da, S.Əsəd də, Qabil də, 

Məstan da, İlyas Tapdıq da, Yusif Həsənbəy də bu dərnəkdən çıxmış-

lar. Bunların hamısı haqqında qəlbimizdə, beynimizdə  şirin xatirələr 

var.  


1955-ci il idi. İlyas Tapdığın ilk kitabı - ”Kəndimizin çobanı” 

çap olunmuşdu,  əlimizdən yerə qoymurduq, elə bilirdik, öz 

kitabımızdır.  

Tofiq Bayram müasir dildən “qeyri-kafi” almışdı. Bir şeir ge-

cəsində Akt zalında elə bir nərilti və gurultu ilə şeir söylədi ki, görüş-

dən dərhal sonra, mən yeganə şahid deyildim, yığıncaq qurtaran kimi

Zeynal müəllim elə zalın qapısında onun qoluna girib riqqətlə dedi: 

”Gedək, gedək, bala, gedək sənin qiymətini yazım”.  

Xatirələr çoxdur. Hər biri bir dastandır.  

İlyas İbrahimov adlı gözəl şair yoldaşımızın tələbəlik illərində 

”Kirpi”də dərc olunmuş ”Müfəttiş” şeri onun ilk mətbu şeri idi. Hamı-

mız  əzbər bilirdik. Şeirdə deyilirdi ki, müfəttiş bütün yoxlama 

prosesində özünü son dərəcə qaraqabaq aparır. Yalnız rüşvət verilən 



 519

məqamda: ”Bığının altından güldü müfəttiş.” 

Şeir, vəzn, rədif, qafiyə və s. məsələlər bizim bütün cari işləri-

mizə daxil idi. Yeməkxanaya girəndə  də bütün əşyaların adlarına 

qafiyə axtarırdıq. Yadımdadır ki, mən yemək almaqda idim, iki 

yoldaşım isə stol arxasında oturmuşdu, biri gördüklərinin adını deyir, 

o biri qafiyəsini tapırdı. Mən çörək, kefir gətirib stolun üstünə qoydum 

və elə o dəqiqə  əlini  şüşə qabın üstünə qoyub dedi: - Kefir. O birisi 

dərhal cavab verdi: -Avtomobildə difr.  

Belə keçib günlərimiz. Müəlliminizin - professor Mürsəl 

Həkimovun ”Azərbaycan” jurnalında məqaləsi tələbəlik illərində çap 

olunub. S.Süleymanovun ilk hekayəsi o dövrdə çap olunub. Bizim 

”Bahar nəfəsi” adlı şeir və hekayələr toplumuz o dövrün yadigarıdır.  

Lakin indi bizim tələbələrimizdən  şikayətimiz var. 

Tələbələrimizdə bir laqeydlik, ölgünlük müşahidə olunur. Elə bil, 

gələcəyin adamları bunlar olmayacaqlar. Dəfələrlə şeir həvəskarlarını 

toplamaq, dinləmək, qəzetlərimizdə  səhifələr təşkil etmək istəmişik, 

qaçırlar. Buna iqtisadi, ictimai şərait də səbəbdir. Lakin istedad sahibi 

heç nəyə baxmamalıdır. Əksər böyük sənətkarlar taxtapuşlarda, yesir 

kökündə böyümüş və sənət zirvələrinə ucalmışlar.  

SƏHƏR igidlik göstərdi. Onun bu kitabı bir abidədir. 40 il, 50 

il keçəcək, bu kitabı xatırlayacaqlar, - Səhərin yaradıcılıq yolunu 

işıqlandıran ilk qaranquşdur.  

Sabir qırx ilə qədər tanınmaz cib dəftəri - qəzəl şairi kimi qal-

mışdı. Sabiri ədəbiyyat meydanına çıxaran, Sabir edən Mirzə  Cəlil 

oldu.  


Səhərin meydana çıxmasında şair-alim Zahid Xəlil böyük rol 

oynamışdır.  

Zahid Xəlil uzun müddət bizim bədii yaradıcılıq dərnəyinə 

rəhbərlik etmiş, gənc yazarların meydana çıxmasında  əlindən gələni 

əsirgəməmişdir. Bu gün biz ona Səhərin meydana çıxmasındakı 

xidmətlərinə görə təşəkkür edirik.  

Mən Səhərin - Səhər  Əhmədovanın ”Gözlərimin içinə bax” 

adlı bu ilk kitabını diqqətlə oxudum. Səhərdə həqiqi poeziya duyğusu 

var. Gənc şairin poetik deyimində forma qüsuru tapmaq çətindir.  

Kitabı oxuduqca aydın olur ki, müəllifin daxilində bir od var 

və kitabdakı misralar bu odun zərrələridir.  

Bu odun içərisində bir neçə şərarə daha güclüdür: azadlıq, saf-

lıq, təmizlik, vətən yanğısı, insana məhəbbət, halallıq...  

Son dərəcə qarışıq, təlatümlü, qaranlıq və ziddiyyətli bir 

zamanda, hər dəqiqə ölüm və tabutla qarşılaşdığımız bu günlərdə 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə