Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə179/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   175   176   177   178   179   180   181   182   ...   185

 523

olmalıdır. 

Vidadinin əsərləri sevilir və oxunur. Keçmiş gənclik gözlərini 

”Gəlin” povestinin, ”Vicdan susanda” romanının təsiri altında 

açmışdır. Bu əsərlər dəfələrlə Azərbaycan dilində, Moskvada 100-150 

min tirajla nəşr olunub, keçmiş  İttifaq miqyasında geniş  şöhrət 

qazanıb, xarici dillərə çevrilib. ”Müqəddəs ocaq” romanının jurnal 

variantı nəşr olunan kimi, əsər rus dilinə tərcümə edildi. Bu hal onunla 

əlaqədardır ki, yazıçı  vətənini, dilini sevir, etnik, etnoqrafik xüsusiy-

yətləri, xalqın vərdiş və adətlərini, ağrı, acı və istəklərini, gözəl, varlı 

təbiətini təsvir etməkdən yorulmur.  

Daim öz qələmi ilə mənəviyyat cəbhəsində vuruşan yazıçı hər 

gün cəbhələrdədir. Bu gün də cəbhədən qayıdıb. Biz Vətənin bu ağır 

günlərində  gələcək yolumuzu işıqlandırmaq üçün hörmətli yazıçını 

qələm dostları ilə görüşə dəvət etmişik.  

Xoş gəlmisiniz! 



1994 

 

 




 524

QANADLARI QARIŞMIŞ AĞACIN TƏSVİRİ

*

 

 

ƏLİBALA HACIZADƏ - 60 

 

Mənim onunla tanışlıq və dostluğum olmayıb. Bir-iki dəfə tə-



sadüfi görüşmüşük. Amma hələ roman yaradıcılığına başlamadığı, he-

kayə  və povestlərlə irəlilədiyi 60-cı illərdən adı yaddaşımda 

möhkəmlənib: Əlibala Hacızadə! 

Əlibala Hacızadə  də 60-cılar nəsrinin nümayəndələrindəndir. 

Onu bu nəslin daha çox görünən nümayəndələrindən fərqləndirən 

nədir? 


Ədəbi tənqid Əlibalanın yaradıcılığına az diqqət yetirib, onun 

əsərlərinin tənqid və  təbliği ilə az məşğul olub. Ədəbi tənqidin 

qarşısında duran mühüm funksiyaların icrası – yazıçının ideya-bədii 

və yaradıcılıq uğurlarını  təqdir etmək, onu qanadlandırmaq bədii 

əsərin qüsurlarını üzə  çıxarmaq, yazıçını istiqamətləndirmək – 

Əlibalanın payına az düşüb.  

Amerika yazıçısı Uilyam Folknerdən tənqidə münasibəti soru-

şulduqda deyir ki, o, ədəbiyyatşünasları, tənqidçiləri tanımır, dostları 

fermerlər, atçılar, ovçulardır; onlarla görüşdükdə atdan, ovdan, 

tüfəngdən danışırlar və bəlkə də tənqid bir sıra yazıçılara özünü tanı-

maqda kömək edə bilər, amma o, inanmır ki, tənqid yazıçıya bir şey 

verə bilsin. Bununla yanaşı, o, ədəbi tənqidin bir yaradıcılıq növü kimi 

yaşamasına da etiraz etmir.  

Görünür,  Əlibalanın da ədəbi tənqidin köməyinə ehtiyacı 

olmayıb. Çünki əsərləri böyük tirajla nəşr olunub, sürətlə satılıb və 

daha çox oxunub.  

Bizim Pedaqoji Universitetin filologiya fakültəsində dəfələrlə 

müşahidə etmişik ki, tələbələrimiz onlara tapşırılmış  rəsmi bədii 

ədəbiyyatı oxumağa ”vaxt tapmır”, iki daşın arasında ”İtkin gəlin”i, 

”Əfsanəsiz illər”i, ”Vəfalım mənim” romanlarını oxuyurlar.  

Əlibala çox oxunan yazıçıdır. Sərt və tarixi faktlarla başlayan

oxucunu dözümlü olmağa, ”axırını gözləməyə” vadar edən bədii üs-

lubdan fərqli olaraq, Əlibala əsərlərini şirin əhvalatla başlayır, oxucu-

nu öz ardınca çəkib aparmağı bacarır. Bunu biz ”Şəhriyar” qəzetində 

hissə-hissə dərc olunan ”Möcüzə” romanından da görə bilərik.  

Əlibala  əsas fikri, əsas ideyanı publisistik yolla, ilk andan 

zorla oxucuya yedirtməyi sevmir. Yazıçı  əsas fikri bal içərisində acı 

                                                           

*

 Едилмямиш чыхышлардан. 




 525

həb kimi uddurur.  

60-cılar nəsrini sevdirən bir cəhət epik-psixoloji təsvirin 

dərinliyidir. Bu cəhət  Əlibalanın bütün əsərlərinə aiddir. ”Möcüzə” 

romanında Aslanın ”ekstrasens” adlandırdığı qadınla ilk tanışlıq 

anlarında keçirdiyi psixoloji vəziyyət çox təbiidir.  

Yazıçının  şirin təhkiyə dili, psixoloji təsvirlər, maraqlı 

əhvalatlar oxucunu əsərdən ayrılmağa qoymur və  əsəri bitirən 

oxucunun təsəvvüründə qanadları qarışmış çox mürəkkəb bir ”həyat 

ağacı” qalır. Bu ağac bu mürəkkəb aləmin özüdür. F.Kərimzadə, 

İ.Məlikzadə, Anar, Elçin, Y.Səmədoğlu və b.-nın yaradıcılığında 

olduğu kimi, Əlibalanın  əsərlərində  də  rəmzi-bədii təsvirlər mühüm 

üslubi keyfiyyətlərdəndir. ”İtkin gəlin” filmində qanadları qarışmış, 

hansı qanadının haraya uzandığı bilinməyən çılpaq ağac insan ağlının 

zənn etdiyindən qat-qat zəngin olan ziddiyyətləri əsərdəki təhkiyə və 

dialoqlardan daha dərin ifadə edir. Kamal Xudaverdiyevin ifasında 

Nəcmi ağanın, eyni zamanda bütün ailənin fəlakətlərinin üzdə 

olanlardan çox dərin olduğunu göstərir.  

Yazıçı  həqiqi mənada varlı da ola bilər, yoxsul da. Amma 

yazıçı xoşbəxt adamdır, ona görə ki həqiqi yazıçının mənəvi həyatı 

xalqın həyatı qədər olur.  

 

Orada mümkün olsa, sözlərimi belə bitirməli idim: 



N.Tusi adına ADPU-nun filologiya fakültəsinin professor-mü-

əllim heyəti və  tələbələri adından  Əlibala Hacızadəni ömrünün 60-cı 

baharı münasibətilə  təbrik edir, ona can sağlığı  və qarşısına daim 

gözəlliklər çıxmasını arzulayıram.  

 

24. 09. 95.  

 

 




 526

FÜZULİNİN SON DOĞULUŞU 

 

FÜZULİ  -  500 

 

Füzulinin eşq aləmində son doğuluşundan 500 il keçir. İnsanın 



cismani ömrü ilə müqayisədə 500 il xeyli vaxtdır, lakin zaman son-

suzluğu sınağında  şimşək parıltısı kimidir. Bu müddətdə Füzuli ye-

nidən doğulmayıb. Ona görə  də başımız üzərində  fırlanan 500 il əv-

vəlki Füzulinin ruhudur.  

Füzuli doğuldu və dünyanın gözəlliklərini gördü, gözəlliyə 

vuruldu. Onda gözəlliyə ehtiraslı bir eşq  yarandı. Təbiət və insan 

gözəlliklərini duyduqca eşqi kamilləşdi. Getdikcə başa düşdü ki, canı 

cismə, insanı insana, insanı təbiətə, cisimləri bir-birinə, yeri göyə bağ-

layan eşqdir. Təbiət ona misilsiz ilham vermişdi. Gözəllik duyğusu 

artdıqca ilhamı artdı. Füzuli şair doğulmuşdu. Dünyanın tükənməz 

gözəlliklərini, eşqin sonsuzluğunu qələmə aldı.  

Zend fəlsəfəsində deyilir ki, həqiqət qəflətən dərk olunur. 

Birdən Füzuli kədərləndi, anladı ki, onun eşqinin qarşısında Bisütun 

dağı boyda maneələr durur, başa düşdü ki, onun eşqi ilə gözəllik 

arasında dəhşətli  qəm yükü durur, anladı ki, öz eşqi yolunda qəm 

yükü altında iynənin gözündən keçməlidir.  

Tarixə baxdı, Vamiqi, Məcnunu, Fərhadı, Yusifi gördü. Gördü 

ki, onların hamısı  eşq oduna yanaraq kül olub, torpaq olubdur. Başa 

düşdü ki, Füzuli onların hamısının birgə torpağından  əmələ  gəlib, 

onun qəm yükü daha ağır olacaq. 

Ağladı, göz yaşları seli Yer üzünü bürüdü, yerdə  mələklərə 

yer qoymadı. Şair göylərdən imdad dilədi, kömək görmədi, ona görə 

də odlu ahları doqquz mərtəbə göyləri oda yandırdı. 

Füzuli insanı sevirdi, ona görə  də insana zülm eləyən hər 

kəsin, hətta göylərin belə qanını tökməyə hazır idi:  

 

Su verər hər sübhdəm göz yaşı tiği-ahimə  



Kim, tökəm qanın sipehrin, salsa mehrin mahimə. 

 

Ayrılığa dözümü yox idi. Əvvəlcə hicranı qiyamət kimi 



qorxulu bilirdi:  

Gör təni-üryan ilə əhvalımı hicran günü, 

Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim! 

Sonra başa düşdü ki, məhşər, qiyamət şükürlü, hicran isə çox 

dəhşətli imiş:  

Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan  




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə