Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə182/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   177   178   179   180   181   182   183   184   185

 534

sizin həyatınız hələ qabaqdadır (“Bugün-sabahlıq” desə də, hələ bun-

dan sonra 20 ildən artıq yaradıcılıq yolu keçdi). 

Şirin yumorla danışırdı. Söhbətlərinin biri olduğu kimi 

yadımdadır: 

- Bir dəfə Laçına getmişdim. Gördüm camaat yığılıb, traktor-

lar tökülüşüb, böyük bir sahəni düzləyirlər, əkin yeri eləmək istəyirlər. 

Traktorlar qazdıqca arabir yerdən insan sümükləri, bütöv kəllələr 

çıxır. Görünür, buralarda qəbiristanlıq var imiş. Uşaqlar bu kəllələri 

qabağına qatıb, kol vurub, futbol oynayırlar. Heç kim fikir vermir. 

Yaxınlaşdım, ağsaqqalları bir yerə toplayıb, yönümü kəllə-top oyna 

yan uşaqlara çevirdim ki, onlar da çevrilib baxsınlar. Fikir vermədilər. 

Dillənməli oldum: 

- Axı bunlar insan kəllələridir? Niyə  uşaqlara təpinmirsiniz? 

Niyə bunları yığıb bir yerdə dəfn etmirsiniz? 

Ağsaqqallar təmkinlərini pozmadılar: 

- Narahat olma, Süleyman müəllim. Bunlar insan kəlləsi de  

yil. Bunlar erməni kəlləsidir, - dedilər. 

 

* * * 


Mən onun yaradıcılığını daim izləmişəm. “Saçlı”, 

“Kəsilməyən kişnərti”, “Ana abidəsi”, “Mahtaban”... “Su ərizəsi”, 

“Xoruzlu dəsmal”, “Üzsüz qonaq” hekayələrini bəlkə on dəfə oxu-

muşam. Yazıçının maraqlı bir planı vardı: elə bir əsər yaradacaqdı ki, 

bütün əsas qəhrəmanlarını bir yerə yığa bilsin: Böyük kurort şəhəridir 

- Dəmirov raykom katibi, Saçlı təcrübəli həkim, Mehman prokurordur, 

təqaüddə olan Şamo burada istirahət edir... Yazıçının bu arzusu çox 

maraqlı idi - başa çatdıra bilmədi. 

Opera teatrının binasında keçirilən 80 illiyi də gözümün qa-

bağındadır. Gah oxuduğu, gah danışdığı son təşəkkür nitqini qəflətən 

kəsib dediyi: “Mən də qalmışam elə bu yazı ilə danışıq arasında” 

sözlərinin duyub-düşündüyüm mənası uzun müddət məni öz təsiri 

altında saxlamışdır. 

Çox vaxt onun əvəzinə, müəllimim Oqtay Rəhimovu danış-

dırıb dinləmişəm. Oqtay müəllimin nitqində Süleyman Rəhimovun 

təhkiyəsinin bir çox əlamətlərini duymuşam. Atası haqqında söylədiyi 

hər bir əhvalatı, hər bir lətifəni maraqla dinləmişəm. 

- Bir gün dədəm dedi ki, get Əli  əmingilə, onda pul var, al 

gətir. Getdim. Əli əmi həyətdə idi... Həyat yoldaşını çağırıb dedi: 

Az, orada, şkafda pul var, gətir ver Oqtaya. 

Pulu alıb gəldim evə. Anam da oturmuşdu. Bir tərəfdə nə ilə 



 535

isə məşgul idi. Dedim: 

- Dədə, pulu aldım. Amma, dədə, Əli əmi döşlük bağlayıb pal-

tar yuyurdku...  

Dədəm sözü axıra çatdırmağa macal vermədi. Anama işarə 

edib, üç dəfə əlini dodaqlarına vurdu. Yəni: 

- Dinmə, dinmə, dinmə!.. 

Bir qədər sonra anam otaqdan çıxdıqda soruşdum: 

- Dədə, niyə elə elədin? 

- Demə, demə! Anan da mənə yudurdar, - dedi. 

Bu əhvalatı mən neçə difə danışdırıb-dinləmişəm!.. 

 

* * * 



Zaman su kimi axıb gedir...  

Görünür, bu böyük sənətkara məhəbbətdəndir ki, 60 illiyi 

günlərində xalq şairi Süleyman Rüstəmin yazdığı  şeir daim mənə 

könül xoşluğu gətirib. Çünki bu şeirdə S.Rəhimov ifadə  tərzinin bir 

çox cizgiləri olduğu kimi saxlanmışdır: 

 

Az-çox dəyib vətənimə mənim də xeyrim, 



Demək, sənin məclisində başdadır yerim. 

Ən əziz bir hədiyyədir bu sadə şerim, 

Altmış yaşlı bir oğlana, necə deyərlər, 

Süleymandan Süleymana, necə deyərlər! 

 

Təsəvvürümdə nəhəngliyinə görə L.N.Tolstoyla müqayisə edə 



bildiyim bu böyük insan 82 yaşına addamışdı. Müşahidələr göstərir ki, 

çox zaman 82-dən keçmək çətin olur. Cild-cild kitabların müəllifi, 

möhkəm bədən və sarsılmaz iradə sahibi bir il də yaşaya bildi. 83-ün 

oktyabrında tələbələrlə pambıq toplanışında olduğum zaman vəfat 

etdiyini eşitdim...  

 

Ağac yerdən qida alar, günəşdən işıq - bar-bərəkət gətirər. 



Süleyman Rəhimov başı göylərə ucalan, kökləri dərinliklərə  işləyən 

nəhəng ağaclar kimidir - barı-bərəkəti son dərəcə bol olub, bir milləti 

mənəvi cəhətdən əbədi yaşatmağa bəs edər. 

 

22. 03. 95. 

 

 



 536

ALİM ÖMRÜNÜN YETMİŞİNCİ BAHARI 

 

ƏZİZİM YƏHYA MÜƏLLİM! 

Hörmətli Yəhya Şəfi oğlu! 

Yaxşı bilirsiniz ki, Azərbaycan məktəbi heç vaxt son 50 ildə 

olduğu qədər elmi-metodik kömək görməyib, ayrı-ayrı siniflər üçün 

dəfələrlə yeniləşdirilmiş, yenidən işlənmiş dərs vəsaiti və dərsliklərlə 

təmin olunmayıb. İbtidai və orta məktəblərdə ana dili təlimi ilə bağlı 

son dərəcə zəngin bir irs toplanıb, böyük təcrübə qazanılıb. Bu sahədə 

əsas yük uzun müddət Sizi öz divarları arasında mühafizə edən 

ETPEİ-nin üzərinə düşüb. Doğrudur, respublikamızın müxtəlif ali 

məktəblərində, elmi müəssisələrində çalışan ziyalıların da xidməti az 

olmayıb, lakin fədakarlıq, dözüm və səbr, güzəştsiz müzakirələr, ağır 

və yaradıcı redaktələr bu institutun həyatı ilə bağlı olub. Və  həmin 

instituta uzun müddət hansı fokus nöqtəsindən baxmışıqsa, orada iki 

nəfəri görmüşük - əzizimiz unudulmaz Əziz müəllimi və Sizi! 

Siz 40 ildən artıq bir dövr ərzində bütün yüksək elmi, 

pedaqoji, etik-estetik keyfiyyətləri və mümkün qüsurları ilə ibtidai 

məktəbin ağır yükünü öz çiyinlərinizdə daşımısınız. Buna görə  də 

“Yəhya Kərimov” deyəndə bütövlükdə savad təlimi yada düşür (Bu 

tezisi əksinə qurduqda da eyni mənanı başa düşürük). 

Siz ömür boyu güzəşt nə olduğunu bilməmisiniz; dərslik mü-

zakirələri elmi diskussiyalar meydanına, müəllifin sınaq meydanına 

çevrilib, nəticədə Sizin böyük səyinizlə müəllif müəllifləşib, dərslik 

dərsliyə çevrilib - bir tək məktəb qazanıb bu fasiləsiz mübarizədən. 

Mən Sizi sadə, saf, mehriban, təvazökar bir insan kimi tanımış 

və sevmişəm. Lakin bu mehribanlığın arxasında sərt mübarizlik, 

dönməzlik də görmüşəm. Heç vaxt yüksək polemikadan, canlı, üzbəüz 

döyüşdən, öz ideyanız yolunda “tarana getmək”dən çəkinməmisiniz. 

Coşanda daha ucadan danışır, məntiqiniz, elə bil, itiləşir, emosional-

lığınız artır. Sizə də təbiət belə bir ürək verib. Hələ 60-cı illərdə APİ-

də yaşlı professorla qəfil cəsarətli döyüşünüz yadımdan çıxmır. Sonra-

lar bu cür döyüşlərinizin şahidi çox olmuşam. 

80-ci illərdə Yazıçılar  İttifaqında bir sıra yoldaşlar 

dərsliklərinizi bəyənmirdilər. Səbəb aydın idi: onların fikrincə, şairlər 

düzgün seçilməyib, “köhnə” müəlliflər çox təkrarlanır. 

Siz Sabirin, Şaiqin, Səhhətin uşaq  şeirləri tipində  şeirlər ax-

tarır, iddiaçıların qalın-qalın şeir kitablarında isə üz ağardan uşaq şeri 

tapılmırdı. Siz onları başa salmağa çalışır, mətbuatda ardıcıl çıxış edir-

diniz. Amma nə fayda?! Gərək əlinə qələm alıb bir neçə həftə çalışıb 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə