Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə184/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   177   178   179   180   181   182   183   184   185

 540

va-dalaşla - yaxşı mənada - redaktə etmişəm). Hər bir əsərin, hər sö-

zün yeniliyi ilə nəzəri cəlb edib. Yeni söz deməkdən, səhv etməkdən 

qorxmamısan. Pedaqoji fikir tariximizdə, filologiya elmimiz sahəsində 

aydın iz qoymusan - bunlar gələcək nəsillər üçün tədqiq və öyrənmə 

mənbəyi olacaqdır. Mədəniyyat tariximizdə bir “professor Bəşir 

Əhmədov” adı qoymusan. Sən həm də bacarıqlı  təşkilatçı olmusan. 

Ali məktəbin təşkili, ali məktəbdə elmin və  təhsilin tədrisi sahəsində 

qüsurları göstərən üsyankar yazılarını oxumuşam. Bütün bunlar gös-

tərir ki, Sən bütövlükdə Azərbaycan xalqının tərəqqi və inkişafı 

yolunda istedad və əməyini heç vaxt əsirgəməmisən. 

 

 



Bütün bunları nəzərə alaraq, əziz qardaşım, Səni bir daha öpüb 

təbrik edirəm və xalqımızın tərəqqisi yolunda Bəşir sözünü eşitmək 

üçün Sənə daha uzun ömür arzulayıram.  

Böyük hörmətlə:  

Qəzənfər KAZIMOV 

13.08.97 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 541

 

 

 

QEYDLƏR 

 

Bu cildə daxil olan yazılar («Nəsrin poeziyası» istisna 

olmaqla) xırda texniki qüsurlar nəzərə alınmazsa, heç bir dəyişiklik 

edilmədən «Sənət düşüncələri» (Azərbaycan Dövlət Kitab Palatası, 

1997, 576 səh.) kitabından götürülmüşdür. Kitabdakı bir sıra yazılar 

cildə daxil edilməmişdir.  Yazıların bir qismi əvvəllər qəzet və 

jurnallarda çap olunmuşdur. Onları aşağıda qeyd edirik. 

 

MƏQALƏLƏR 

 

«Nəsrin şeriyyəti» - ilk dəfə «Yazıçı və dil» adı ilə «Ulduz» 

jurnalında (1982, № 7) çap olunmuş, sonra üzərində yenidən işlənmiş 

və  «Sənət düşüncələri»nə daxil edilmişdir. 

«Mirzə Cəlilin haq yolu» - «Cəlil Məmmədquluzadənin dram 

və  nəsr  əsərlərində dil məsələləri» adı ilə («Sirkə» hekayəsi və im-

lamız» - «Gənc müəllim», 17 fevral 1967 - məqaləsi ilə birləşdirilə-

rək) V.İ.Lenin adına APİ-nin «Elmi əsərləri»ndə  (XI seriya,1967, № 

4) çap olunmuş və «Sənət düşüncələri»nə daxil edilmişdir. 

«Dəli Kür»ün dili» -  ilk dəfə V.İ.Lenin adına APİ-nin «Elmi 

əsərləri»ndə  (XI seriya, 1970, № 5) çap olunmuş  və «Sənət 

düşüncələri»nə daxil edilmişdir. 



Birləşən ürəklər – «Üç povest» adı ilə ixtisarla «Ədəbiyyat 

və incəsənət» qəzetində (12 dekabr 1980) çap olunmuş, sonra «Sənət 

düşüncələri»nə daxil edilmişdir. 

Şeir qanadlı hekayələr - «Ürəyim səni istəyir» adı ilə  «Azər-

baycan müəllimi» (29 oktyabr 1980) qəzetində çap olunmuş, sonra 

«Sənət düşüncələri»nə daxil edilmişdir. 

«Roman – sarkazm» - ilk dəfə «Sənət düşüncələri»ndə çap 

edilmişdir. 



Tarixi povestdə tarixin təhrifi - ilk dəfə «Sənət 

düşüncələri»ndə çap edilmişdir. 



Xalisin müqəddəs arzusu və  qəfil sevgisi - ilk dəfə «Sənət 

düşüncələri»ndə çap edilmişdir. 



Daş evlərin sakinləri - ilk dəfə «Sənət düşüncələri»ndə çap 

edilmişdir. 



Yazıçı dili və  ədəbi dil - ilk dəfə «Yazıçı  təhkiyəsinin və 


 542

obraz nitqinin bəzi  ədəbi-estetik xüsusiyyətləri barədə» adı ilə  

«Azərbaycan nitq mədəniyyəti problemləri»  (konfrans materialları, 

Bakı, APİ  nəşri, 1988) məcmuəsində çap olunmuş, sonra «Sənət 

düşüncələri»nə daxil edilmişdir. 

Ağ dərənin rənglər aləmi - ilk dəfə «Sənət düşüncələri»ndə 

çap edilmişdir. 



Təbiət və gözəllik  şairi – «Şairin sənət dünyası» adı ilə 

«Sovet Ermənistanı» (17 iyul 1984), «Gənc müəllim» (5 iyun 1989), 

«İki sahil» (24 fevral 1994) qəzetlərində    və «Sənət düşüncələri» 

kitabında çap olunmuşdur.  



Ağlın, poetik düşüncənin, qəhrəmanlığın vəhdəti haqqında 

roman – «Körpünün həsrəti» («Ulduz», 1983, № 9) və  «Sənətkarın 

qüdrəti» («Sovet Ermənistanı»,  4 iyul 1983)  məqalələrindən istifadə 

edilməklə Fərman Kərimzadənin «Çaldıran döyüşü» romanına son söz 

kimi verilmiş  və yazıçının «Seçilmiş  əsərləri»nin 2-ci cildində  də 

(Bakı, 2003) saxlanmışdır. 1997-ci ildə «Sənət düşüncələri»nə daxil 

edilmişdir. 



Sizinlə birgə – «Sovet Ermənistanı» qəzetində (31 mart 1985) 

çap olunmuş, sonra «Sənət düşüncələri»nə daxil edilmişdir. 



Gölün, buynuzun, leyləyin nağılı və ya üç povest - ilk dəfə 

«Sənət düşüncələri»ndə çap edilmişdir. 



Qafarın faciəli həyatı və xilas yolu - ilk dəfə «Sənət düşün-

cələri»ndə çap edilmişdir. 



Tahir Hüseynovun povest və hekayələri – «Sovet Ermənis-

tanı» qəzetində  (25 avqust 1986) çap olunmuş, sonra «Sənət düşün- 

cələri»nə daxil edilmişdir. 

Duruluq sorağında – «Ədəbiyyat və incəsənət» qəzetində (20 

dekabr 1985) çap olunmuş, sonra «Sənət düşüncələri»nə daxil edil-

mişdir. 

Ədəbi qəhrəmanların yeni taleyi – «Ədəbiyyat və 

incəsənət» qəzetində (25 avqust 1986) ixtisarla çap olunmuş, sonra 

«Sənət düşüncələri»nə daxil edilmişdir. 

 Humanist  ideallar  romanı – «Pedaqoji Universitetin 

Xəbərlər»ində  (Humanitar seriya, ADPU nəşri, 1994, № 1) çap 

olunmuş və «Sənət düşüncələri»nə daxil edilmişdir. 

Fantastik hekayə  və povestlər - ilk dəfə «Sənət düşüncələ-

ri»ndə çap edilmişdir. 



Tərəkəmə  həyatının poeziyası – «Ədəbiyyat və incəsənət» 

qəzetində (10 noyabr 1989) çap olunmuş, sonra «Sənət düşüncələri»nə 

daxil edilmişdir. 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə