Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə181/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   177   178   179   180   181   182   183   184   185

 531

V sinif şagirdlərinin yazı dəftərləri idi. 

O vaxtdan başlayaraq, həmin sinfin yazı  işlərini mən yoxla-

yırdım. Uşaqların çoxlu orfoqrafik səhvləri çıxır, aşağı qiymət alırdılar 

və bir gün eşitdim ki, şagirdlər narazılıq edirmişlər: “Nə cür olur ki, 

bu yaxınlara qədər yaxşı qiymətlər alırdıq, indi çoxumuz “iki” alırıq?” 

Hüseyn müəllim bir gün dəftərləri verəndə dedi: 

- Bu yiyəsi ölmüşlər (şagirdlərdən biri öz qızı idi) pis yazır, 

bir qədər üzdən yoxla. 

- Bəs necə eləyim? Səhvləri çıxarmayım? 

Dinmədi. Yoxlamanı davam etdirirdim. Hüseyn müəllim xəstə 

idi, bronxit aman vermirdi. Vəfatına qədər yazı işlərini mən yoxladım. 

Dəfnində fəxri qarovulda durduq. Bir-iki ay sonra dəftərləri məktəbə 

təhvil verdim. 

1955-ci ildə orta məktəbi bitirib Pedaqoji İnstituta gələn 

ərəfədə Jül Vernin əsərləri məni sehrləmişdi. Coğrafiya fakültəsinə 

girmək, macəralı səyyah həyatı keçirmək istəyirdim. Üç dəfə Azneftlə 

Hökumət evinin arasını  gəzib (demişdilər ki, institut dəniz 

kənarındadır) Pedaqoji İnstitutu tapıb  ərizə  də yazmışdım. Sənədləri 

vermək istəyirdim, elə bu zaman məktəbimizin aşağı sinif şagirdi 

Cəmənə gəlib çıxdı (əsl adı Sərməst idi, körpə ikən atasını və anasını 

itirmiş, cır-cındır içərisində, çox ağır vəziyyətdə böyümüşdü, ona görə 

də adına “Cəmənə” deyirdik - məndən bir neçə yaş kiçik idi). Cəmənə 

ərizəni alıb oxudu, mənə məsləhət etmədən cırıb atdı və dedi: 

- Ədəbiyyat fakültəsinə yaz. Sən Qulunun yazısını yoxlayanda 

mənə  ləzzət verirdi. Ədəbiyyat fakültəsinə yaz, ədəbiyyatı yaxşı 

bilirsən. 

Bir xeyli üzünə baxıb dedim: 

- Neynək,  ədəbiyyat deyirsən, qoy ədəbiyyat fakültəsinə 

yazım. Sualtı axınla gələn Süleyman Rəhimov kitablarının gücü 

mənim taleyimi birdəfəlik ədəbiyyat aləminə bağladı. 

 

* * * 



 

Mən onu ilk dəfə orta məktəbdə oxuduğum zaman görmüşəm. 

Səkkizinci sinifdə oxuyurdum, Süleyman Rəhimov bizim kəndin 

deputatı idi. Bir gün eşitdim ki, kəndə gəlib. Camaat kəndin klubuna 

axışırdı. Mən də camaat arasında özümə bir yer tapa bildim. Bir qədər 

sonra Süleyman Rəhimov bir dəstə adamla gəlib səhnəyə qalxdı. 

Danışdılar. O da xeyli danışdı. Tez-tez daraqla saçlarını geri darayır, 

aram-aram danışır, tez-tez boğazını arıtlayırdı. 




 532

Nəhayət, iclas qurtardı, dağılışdılar. Mən getmədim, yazıçını 

izləyirdim. O, bir neçə nəfərlə klubun qabağında durub söhbət edirdi. 

Mən yaxında gəzib-dolaşırdım ki, nə danışdıqlarını eşidim. 

Bizim bir rus dili müəllimimiz var idi - Ayrapetyan Mişa. 

Erməni idi. Öyrətməyə çalışırdı, amma çox əzazil idi. Tərpənən kimi, 

təbaşiri elə tullayırdı ki, adamın düz alnından dəyirdi (insafən, mənə 

təbaşir atmamışdı, nədənsə, mənə hörmət edirdi). Yaman yanıqlı idik 

əlindən. Qımıldanmağa qoymazdı. Tərpənən kimi təbaşiri  əlində 

oynadırdı: 

- Kəs səsini, axmax, axmaxı biri! Düz otur! 

İndi bu Mişa da burada idi. Süleyman müəllimə üz tutaraq 

söhbətə qarışdı: 

- Sizin erməni dilidə  şeirləriniz yoxdu. Mən sizin erməni 

dilidə şeirlərinizi oxumamışam. 

Öz-özümə fikirləşdim ki, bu yekəlikdə müəllim hələ  şairlə 

yazıçını  fərqləndirə bilmir, bu böyüklükdə yazıçının əsərlərindən xə-

bərsizdir. Elə bu vaxt Süleyman müəllim ermənini tərs-tərs süzüb de-

di: 

- Mən şair deyiləm erməni dilində şeirlərim ola! 



Elə bil, ürəyimdən tikan çıxardılar... 

 

** * 



 

İnstitutda oxuduğum illərdə  dəfələrlə küçədə rast gəlmişəm, 

Durub baxmışam, ardınca getmişəm. 1960-cı ildə institutun akt 

zalında 60 illiyini qeyd edirdilər. Əli müəllim - Əli Vəliyev çox geniş 

bir məruzə etdi. Sonra başqaları da danışdılar. Məni daha çox öz nitqi 

maraqlandırırdı. Axır ki, tribunaya qalxdı: 

- Əli müəllim də mənim haqqımda çox tərifli... 

Bəhram müəllimin - Qara Bəhramın zil səsi zala yayıldı (Zalın 

giriş qapısına yaxın oturmuşdu, deyəsən, bir az da dəm idi): 

- Axı onun adı Əli deyil, Alıdı? 

Hamı geri çevrildi, bu görkəmli riyaziyyatçının zil səsinə  əl 

çalanlar da oldu. Zaldakılar sakitləşəndə Süleyman müəllim yenə sözə 

başlamaq istədi: 

- Əli müəllim də mənim haqqımda... 

Bu dəfə Bəhram müəllimin zil səsi daha bərkdən səsləndi: 

- Dedim, axı onun adı Əli deyil, Alıdı?.. 

Yenə aləm bir-birinə qarışdı. Gülüş, alqış  səsləri danışmağa 

imkan vermədi. Süleyman müəllim əsəbiləşmiş, bir qədər də pörtmüş-




 533

dü. Yerli və dost idilər. Bəhram müəllim  ərk eləyirdi. Camaat bir 

qədər aram tapanda Süleyman müəllim dedi: 

- Əşi, görürsən ki, mən yönlü danışa bilmirəm, bir tərəfdən də 

sən sözümü kəsirsən... 

Yadımda qalan odur ki, sonra səmimi və şirin bir nitq söylədi. 

* * * 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Mən daha yaxın olmaq, göz-gözə baxmaq, söz-söhbətini 

dinləmək istəyirdim. 1960-cı il martın 29 idi. Üç yoldaş - Zakir, 

Həmdulla və  mən Yazıçılar  İttifaqının qabağından keçib APİ-yə 

gəlirdik. Süleyman müəllim başında buxara papaq, əynində boyunlu 

palto,  əlləri arxasında bağda gəzirdi. Yaxınlaşdıq, salam verdik. 

Salamımızı mehribanlıqla alıb üzümüzə baxdı. 

- APİ-nin tarix-filologiya fakültəsinin tələbələriyik. “Şamo” 

bizim sevimli kitabımızdır, - dedik. 

Bir az da məhəbbətlə gülümsədi, daha da cəsarətləndik: 

- Sizinlə şəkil çəkdirmək istəyirik, - dedik. 

- Hə, gəlin bura, gəlin, - dedi. Bizi parkdakı skamyalardan 

birinə  tərəf apardı. Oturduq. Zakirin fotoaparatı var idi, bir neçə cür 

şəkil çəkdirdik. 

Sonra Süleyman müəllim keçəndən, gələndən xeyli söhbət 

etdi. Arabir də deyirdi: 

- Bizim vaxtımıza az qalıb, bizimki bugün-sabahlıqdır. Amma 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə