Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə2/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   2   3   4   5   6   7   8   9   ...   185

 

8

 



 

 

 

 

 

MƏQALƏLƏR 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


 

9

NƏSRİN ŞERİYYƏTİ 



 

(Həqiqi proza poeziyadır) 

 

Dünya xalqlarının mədəni tarixi göstərir ki, dillərin tükənməz 

imkan və vasitələri böyük sənət dühalarının əsərləri ilə maddiləşərək 

əbədi yadigara çevrilir. Ümumxalq dilinin, ədəbi dilin qanunauy-

ğunluqlarının, sənətkarın sözdən istifadə qüdrətinin, sözə estetik 

münasibətinin aşkara çıxarılması üçün əsas materialı  bədii dil verir. 

Ona görə  də  sənətkar və söz, yazıçı  və dil problemi filoloq və 

estetləri daim özünə  çəkən mürəkkəb və çoxşaxəli bir problem olub, 

mövzu, fərdi üslub, ədəbi metod, yazıçının ictimai-siyasi mövqeyi və 

s. kimi mühüm məsələlərlə möhkəm bağlıdır. Xüsusən milli 

ədəbiyyatın tarixi qədim və  zəngin olduqda bu problem hüdud və 

sərhədlərinin genişliyi, mürəkkəbliyi ilə qarşıda daha geniş  vəzifələr 

qoyur, estetik fikir İ.Nəsimi, M.Füzuli, M.F.Axundov, 

C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun kimi böyük 

dühalara üz tutur, hər dəfə onun qarşısında yeni bir aləm açılır, sənət 

sirlərinin tədqiqi fonunda xalq dilinin öz sirləri,  ədəbi və  bədii dilin 

inkişaf, zənginləşmə, saflaşma, xəlqiləşmə yolu da öyrənilir. Buna 

görə  də yüksək poeziya nümunələrinin, hekayə, povest, roman, epos 

kimi rəngarəng janrların, dram dilinin sənətkarlıq sirlərini öyrənmək, 

minillik anadilli ədəbiyyatımızın dilini tədqiq etmək, böyük sənət 

ustalarını  fərqləndirən  əlamət və xüsusiyyətləri ümumiləşdirmək 

filologiyamızdan hələ çox işləməyi, intensiv yaradıcılıq yolu keçməyi 

tələb edir.  

Əslində, sənətkarın dilə münasibəti ilk sənət əsərləri yarandığı 

gündən müəyyənləşməyə başlamış, bədii əsərin dili haqqında ilk sözü 

sənət ustalarının özləri söyləmişlər. Nəsimi, Füzuli kimi klassiklərdə 

dilə münasibət sözə, hikmətə münasibət kimi formalaşır. Füzuli ”Can 

sözdür, əgər bilirsə insan” dedikdə ”söz-dil” paralelliyini az qala sona 

çatdırır, lakin onun ”Ol səbəbdən...” sözləri ilə başlayan məşhur qit’əsi 

artıq dilə 

nəzəri münasibətin bünövrəsidir. A.Bakıxanov, 

M.F.Axundov sözdən dilə keçir. M.F.Axundov bədii dilin bir sıra 

prinsip və tezislərini irəli sürür. Mollanəsrəddinçilərin, xüsusən Mirzə 

Cəlilin qələmi ilə dilin mühüm nəzəri-estetik problemləri geniş şəkildə 

fikir meydanına çıxarılır, ilk dəfə olaraq, dil məsələləri bir ideya, bir 

mövzu kimi bədii  əsərə daxil olur. Bu proses ”Danabaş  kəndinin 

əhvalatları”ndan başlayır, ”Anamın kitabı”, ”Dəli yığıncağı” və 



 10

onlarca bədii-publisistik  əsərlə genişləndirilir, dərinləşdirilir. Bu 

proses sovet dövründə daha böyük vüsətlə davam etdirilir. XX əsrin 

əvvəllərində müxtəlif təmayüllərin döyüş meydanından çıxan dilimiz 

və  ədəbiyyatımız xəlqi prinsiplər  əsasında çoxşaxəli bir inkişaf yolu 

keçir. Lakin bu dövrdə  bədii dil deyil, Azərbaycan milli ədəbi dili 

müzakirələr meydanına çıxarılır,  əlifba, orfoqrafiya, terminologiya, 

ədəbi tələffüz, dilin təmizliyi məsələləri dəfələrlə müzakirə edilir, 

həcmli orfoqrafiya və  tərcümə lüğətləri çap olunur. Bu dövrdə 

B.Çobanzadənin ardınca bədii dil problemləri ilə  məşğul olan Ə.Də-

mirçizadə öz əsərləri və yetirmələri ilə böyük bir məktəb yaradır. 

Sovet dövründə heç kəs bədii dil problemləri ilə Ə.Dəmirçizadə qədər 

məşğul olmamış  və onun qədər mütəxəssis yetirməmişdir. Lakin 

Ə.Dəmirçizadəni  ədəbi dilimizin tarixi maraqlandırdığından o, 

klassiklərin dilinin tədqiqi ilə daha çox məşğul olmuşdur. Belə bir 

vaxtda - 30-40-cı illərdə S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, 

M.Müşfiq, M.İbrahimov, S.Rəhimov, Ə.Əbülhəsən, H.Mehdi, S.Rəh-

man, Mir Cəlal və b. gənc və istedadlı qüvvələr meydana çıxmışdı. 

Ədəbiyyatımıza, milli dilə yeni baxışla yüksələn bu gənclərin bədii 

dilinə az nəzər salınır, onların bədii dilinə  məxsus yeni keyfiyyətlər 

ümumiləşdirilmir, dilçilərimiz daha çox dilin tarixi, müasir ədəbi dilin 

quruluşu, dialekt və  şivələrimizin tədqiqi ilə  məşğul olurdular. Bu 

cəhətdən Mir Cəlalın 30-cu illərin sonlarında söylədiyi aşağıdakı fikir 

çox səciyyəvidir: ”...Hər şeydən əvvəl onu qeyd etməliyəm ki, bizim 

dilçilərimiz bədii dilin bugünkü inkişafı ilə qəti surətdə maraqlanmır-

lar. Cəsarətlə deyə bilərəm ki, bütün dilçilərin son beş ildə oxuduqları 

əsərlərin hamısı bir yerə  yığılsa, bir listdən çox olmaz. Dilçilərimiz 

bədii  ədəbiyyatımızın inkişafı ilə maraqlanmırlar. Onlar nə 

nasirlərimizi, nə  də ki şairlərimizi oxuyurlar. Onlar bu və ya digər 

yazıçının  əsərindən parçalar kəsib dərs kitablarına tikməklə öz 

vəzifələrini bitmiş hesab edirlər. Bədii dilimizdə əmələ gələn yaxşı-pis 

cəhətləri analiz etmək, ona qiymət vermək və bundan doğan prinsipial 

məsələlərlə  məşğul olmaq nədənsə dilçi mütəxəssislərimizi 

maraqlandırmır”

 

1

 



Bu proses bəzi istisnalarla 50-60-cı illərdə  də davam 

etdiyindən Sovet hökumətinin yaratdığı geniş imkanlar əsasında qol-

qanad atan yeni nəslin nümayəndələri - S.Vurğun, M.İbrahimov, H. 

Mehdi, S.Rəhimov, R.Rza kimi odlu qüvvələr dilçilərimizin də  işini 

görmüş, böyük bir dövrdə yaranmış qiymətli nəsr və poeziya 

                                                           

1

 «ßäÿáèééàò ãÿçåòè», 5 èéóí 1939-úó èë. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə