Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə175/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   171   172   173   174   175   176   177   178   ...   185

 509

yaradıcılığı  və kitabşünaslıq problemləri ilə  məşğul olur, yazılarını 

Azərbaycan dilində yazır və daha çox ”Vətən yolunda” qəzetində dərc 

etdirir.  

Respublikamızın görkəmli elm və  mədəniyyət xadimləri ilə 

tanışlığı da tələbəlik illərindən başlamışdır, Cəfər Xəndan,  Ənvər 

Məmmədxanlı kimi görkəmli alim və yazıçılarla əməkdaşlıq etmişdir. 

Dediklərindən aydın olur ki, Pişəvəri Fərzanəni yaxşı tanıyır və daim 

ona ana dilində yazmağı tövsiyə edirmiş.  

Məhəmmədəli Fərzanə ”Kitabi-Dədə Qorqud” dastanlarını 

Azərbaycan xalqının milli sənət abidəsi kimi qəzetlərdə hissə-hissə 

dərc etdirdiyi üçün məhkəmə  məsuliyyətinə  cəlb edilmiş, işdən 

qovulmuşdur. Demokratik firqənin fəaliyyəti dayandırıldıqdan, şahlıq 

idarə üsulu bərpa olunduqdan, despotizm gücləndikdən sonra 

Azərbaycan  ədəbiyyatı, dili, tarixi, folkloru barədə fars dilində 

yazmağa məcbur olmuşdur.  

O, ana dilinə, Azərbaycan ədəbiyyatına, folklora dair bir çox 

kitabların müəllifidir. ”Azərbaycan folklor dəftərlərindən 

məlzəmələr”, ”Atalar sözləri”, ”Nağıllar”, ”Azərbaycan folkloru 

haqqında məqalələr” (fars dilində), ”İran folklor nümunələri 

Azərbaycan dilinə  tərcümədə”, ”Cəlil Məmmədquluzadənin  əsərləri 

farsca tərcümədə” və s. kitabları 

mətbuatda yüksək 

qiymətləndirilmişdir. Geniş müqəddimə ilə yazdığı ”Bayatılar” kitabı 

təkrarən 10 dəfə nəşr olunmuşdur.  

Fərzanənin iki cilddə çap etdirdiyi ”Azərbaycan dilinin qram-

matikası” kitabı Tehran ali məktəblərinin tanınmış dilçiləri tərəfindən 

yüksək qiymətləndirilir. Fonetika, leksika, morfologiya və sintaksis 

məsələlərini  əhatə edən bu kitab fars dilinin fonetika, leksika və 

qrammatikasını öyrənmək üçün də çox qiymətli bir nümunə hesab 

olunur.  

Fərzanə doktor Cavab Heyətin nəşr etdirdiyi ”Varlıq” jurnalı 

redaksiya heyətinin üzvüdür. Müxtəlif qəzet və jurnallarda yüzlərcə 

elmi və publisistik məqaləsi dərc olunmuşdur. ”Ana dilimiz və milli 

varlığımız” əsəri hissə-hissə ”Varlığ”ın 15 nömrəsində dərc edilmişdir 

və hazırda kitab halında çapa təqdim edilmişdir. Yeri gəlmişkən qeyd 

etməliyik ki, alimin elm boxçasında çapını gözləyən hazır  əsərlər 

çoxdur: ”Azərbaycan poeziyası antalogiyası” (3 cilddə), 

”Azərbaycanca-farsca lüğət”, ”Azərbaycan atalar sözləri və  zərb-mə-

səlləri”, ”Molla Nəsrəddin lətifələri farsca və azərbaycanca”, 

”Azərbaycan xalq mahnıları” və s.  

Məhəmmədəli Fərzanə İranın və Cənubi Azərbaycanın bir çox 




 510

görkəmli elm və  mədəniyyət xadimləri, alim və  şairləri ilə yaxın və 

dost olmuşdur. Fərzanə bu cəhətdən böyük şair  Şəhriyarı, Səhəndi, 

Sahiri daha çox xatırlayır. Səməd Behrəngi onun şagirdi olmuşdur. 

Fərzanə böyük təəssüflə qeyd edir ki, Səhəndin bütün əlyazmaları 

onun ixtiyarında olsa da, o hələ onları çap etdirə bilməyib.  

Fərzanə  Təbriz və Tehran universitetlərində Azərbaycan 

ədəbiyyatı  və dili ilə bağlı mühazirələr oxuyur, praktik məşğələlər 

aparır.  

İranın bu məşhur alimi respublikamızda da yaxşı tanınır, bir 

sıra ali məktəblərdə mühazirələr oxumuş, radio və televiziya ilə 

müsahibələr vermişdir.  

Fərzanə ilə söhbətlərimizdən aydın oldu ki, o və  həmkarları 

Təbriz universiteti nəzdində ana dili və  ədəbiyyat fakültəsi açmaq 

üzrədir.  Əvvəlki görüşümüzdə müasir dil, dil tarixi, ümumi dilçilik, 

dialektologiya, ədəbiyyat tarixi, folklorşünaslıq, xarici ədəbiyyat və s. 

sahələrə dair bir sıra mühüm  proqramları da bu məqsədlə bizdən alıb 

aparırmış. Uğurlu olsun, bu proqramlar onların yolunu işıqlandıra 

bilər və görünür, hər bir şeyin zamanı var, dünyada ən müdrik olan, 

sofistlər demişkən, zamandır.  

İllərdən bəri dəmir dirəklər arxasında qalan insanlar indi xoş 

təbəssümlə görüşə bilir, dərdlərini bölüşə bilir, arzu və istəklərini 

həyata keçirmək üçün qardaşa söykənmək istəyir. Biz hər iki sahildə 

elm və mədəniyyətin inkişafı üçün tələbə və müəllim mübadiləsi edə 

bilərik, ayrı-ayrı ixtisaslar üzrə aspirant hazırlaya bilərik.  

Bir neçə ay əvvəl - keçən il oktyabrın sonlarında Fərzanə yenə 

Pedaqoji Universitetə qonaq gəlmişdi. Bu dəfə onu böyük elmi şurada 

universitetin professor-müəllim heyətinə  təqdim etdik. Filologiya 

fakültəsinin təşəbbüsünə  rəğbətlə yanaşan universitet rektorluğu 

Məhəmmədəli Qövsi Fərzanənin elmi, ədəbi və  mədəni  əlaqələr 

sahəsində rolunu yüksək qiymətləndirdi: Fərzanəyə universitetin ilk 

fəxri professoru diplomu  təqdim edildi. Fərzanə qısa nitq söylədi, tə-

şəkkürünü bildirdi və dedi:  

- Yaxşı iş görürsünüz. Məni daha çox işləməyə sövq edirsiniz.  

Ayrılanda mən ona 1990-cı ildə  nəşr olunmuş ”Qurbani” 

kitabımı bağışladım. ”Qurbani yaxşı şairdir, - dedim, - oxuyarsınız”.  

- Baba, bundan məndə bir neçəsi var, amma bu cür qalın cild 

örtüklüsü yoxdur. Şeirlərdən  əlavə, müqəddiməsi çox xoşuma gəlib. 

Biz bunu bütövlükdə  ərəb  əlifbasına köçürmüşük, çapına çalışırıq, - 

dedi.  


Təəccübə yer yox idi, çünki Fərzanə kimi adamlar həqiqətən 


 511

elm üçün yaranmışlar...  



 

13. 02. 94.  


 512

XƏSTƏ RUHLAR MƏHVƏ  LAYİQDİR

*

 

 

SSRİ də dağıldı. Tarix səhnəsinə çox imperiyalar gəlib-gedib. 

İskəndərin, Böyük Karlın, Çingiz xanın, Teymurləngin imperiyaları, 

qədim Maday-Midiya çarlığı, Sasanilərin, Səfəvilərin yaratdıqları im-

periyalar da ömr sürüb həyat səhnəsindən getmişlər. O böyüklükdə 

SSRİ də dağıldı və Azərbaycan xalqı üçün tarix səhifələrində neçə yüz 

ildən bir özünü göstərə bilən müstəqillik imkanları yarandı. Lakin bu 

imkandan üzügülər istifadə edə bilmədik. Ağıllı  və uzaqgörən 

rəhbərlər xalqlarını və ölkələrini xilas edə bildilər, bizdə isə siyasətdən 

məhrum siyasətçilərimizin və nadan, nankor qonşularımızın uc-

batından xalqımız böyük bəlalarla üzləşməli oldu. Gözlərimiz önündə 

Sumqayıt hadisələri baş verdi, ermənilər və erməni xislətli adamlar 

əsaslı  zəmin yaratmaq üçün 12-13 yanvar hadisələrini təşkil etdilər, 

xalq tankın, topun altına sürüldü, tankı, topu xalqın üzərindən 

yeritdilər.  

Əlində  xəncər xəyanət küncündə hazır durmuş ermənilər bir 

neçə günün ərzində böyük əhali kütləsini öz qədim torpaqlarından 

kürüyüb sərhədin bu tayına tökdülər. Dövlət aparatı yenə ayılmadı. 

Görünür, Təhlükəsizlik Nazirliyi Moskvaya işləyirmiş, yerli hökumət 

isə hadisələrdən baş açmır, ermənilərin geniş planlı  məqsədini görə 

bilmirmiş. Gərək azərbaycanlı adlananlar sərhədin bu tayına tökülən 

gün bütün Qarabağ erməniləri sərhədin o tayına sürülə idi. Lakin saxta 

”humanizm” və əslində vəzifə qorxusu bu qanuni yolu görməyə imkan 

vermədi. Hadisələr böyüdü, tarixdə  bəlkə  də misli-bərabəri olmayan 

Xocalı  dəhşətləri baş verdi, şəhərlərimiz  əldən getdi, ölkənin böyük 

bir  ərazisi işğal altına düşdü, qarət olundu, yüz illərlə qurduqlarımız 

bir anda yerlə yeksan oldu, neçə-neçə yerdə  şəhidlər qəbiristanı 

salındı.  

”Milli ordu! Milli ordu!” deyə bar-bar bağıranlar ayrı-ayrı 

adamların mənafeyinə xidmət edən dəstələr düzəldirmişlər.  

Gənclər vuruşur və  vətən yolunda öz həyatlarından keçirlər. 

Lakin bunu bütün gənclərmi edir? Hazırkı zamanda hər bir gəncin fə-

aliyyət göstərdiyi sahə onun cəbhəsidir. İndi cəbhə  təkcə ermənilərlə 

döyüş  cəbhəsi deyil. Əmək cəbhəsi, təhsil cəbhəsi də var. Bizim 

həqiqi istedad sahibi olan, böyük ümidlər verən, kamil mütəxəssis 

kimi yetişəcəyinə şübhə etmədiyimiz gənclərimiz çoxdur.  

Lakin öz işinə son dərəcə laqeyd yanaşan, intizam nə 

                                                           

*

 Ïåäàãîæè Óíèâåðñèòåòèí ìöÿëëèì âÿ òÿëÿáÿëÿðè ãàðøûñûíäà ÷ûõûø. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə