BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 310,8 Kb.

səhifə1/7
tarix02.10.2017
ölçüsü310,8 Kb.
  1   2   3   4   5   6   7


Azərbaycan Tibb 

Universiteti 

elektron təbabətə 

dair konfransa 

hazırlaşır

BÖYÜK 

ELMİ 

ŞURADA

2

Bakıda ikinci 

Azərbaycan-

alman-türk 

tibb konqresi 

keçirilib

“BU PETİSİYANIN 

ƏSAS MƏQSƏDİ 

47 ÖLKƏNİN SƏS 

VERDİYİ

 QƏTNAMƏYƏ ABŞ 

PREZİDENTİNİN 

MÜNASİBƏTİNİ 

ÖYRƏNMƏKDİR”

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 08 (1626) 29 aprel 2016 - cı il                           Qiyməti 50 qəpik

Stomatologiya 

fakültəsində 

TEC-in 

konfransları 

keçirilib

Görkəmli oftalmoloq Zərifə Əliyevanın 

xatirəsi doğma Tibb Universitetində anıldı

BU  SAYIMIZDA 

2

5

3

4

8

Azərbaycan Tibb Universiteti İordaniyada 

beynəlxalq təhsil sərgisinə qatılıb

Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII 

Qlobal Forumunun rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı 

Mehriban Əliyeva, o cümlədən dünyanın 140 ölkəsindən dəvət 

olunmuş qonaqlar mərasimdə iştirak ediblər.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev 

sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multi-

kultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin 

dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlan-

masına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin 

tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, 

mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malik-

dir...


* * *

Dövlət və hökumət başçıları, Forumun digər yüksək səviyyəli işti-

rakçıları birgə foto çəkdiriblər.

Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib.



Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal 

Forumunun rəsmi açılışında iştirak edib 

6


http://www.amu.edu.az

29 aprel  2016-cı il

2

 Ümummilli lider, ulu öndər Heydər 



Əliyevin 425 saylı 25 may 2000-ci il tarixli 

sərəncamına müvafiq olaraq ATU-da 

Hərbi Tibb Fakültəsinin yaradılmasını 

Sılahlı Qüvvələrin tibb xidməti, hərbi 

tibbi təhsil sisteminin təşkilində irəliyə 

doğru atılmış müdrik, üzaqgörən bir 

addım kimi dəyərləndirən F.Ağayev 

qeyd etdi ki, o vaxtdan ötən 16 illik 

zaman kəsiyində fakültənin kollektivi, 

müstəqil dövlətimizin təhlükəsizliyi, 

dövlətçiliyimizin  ən əsas dayaqlarından 

olan ordu quruculuğunda vacib atribut 

sayılan hərbi səhiyyənin bütün sahələri 

üçün peşəkar hərbi həkim və feldşerlərin  

diplomaqədərki hazırlığı, rezidentura 

və tibb kadrlarının ixtisas artırmasının 

təşkili ilə məşğuldur.  

Fakültə  dekanı  tədris  və  təlimin  yüksək 

səviyyədə  həyata  keçirilməsi  üçün  Ali 

Baş  komandanın,  Müdafiə  Nazirliyinin  və 

Azərbaycan Tibb Universiteti rəhbərliyinin  

qayğısını  daim  hiss  etdiklərini  vurğuladı: 

“Təsadüfi deyil ki, Hərbi Tibb Fakültəsinin 

əsaslı  təmirdən  sonra  istifadəyə  verilmiş 

qərərgahının  və  kursant  yataqxanasının 

açılışın-

da Azərbaycan Respublikası Müdafiə Na-

zirinin, ATU rektorunun və GATA komandi-

rinin iştirak etmələri və çıxışlarında fakültə 

kollektivi  qarşısında  qoyduqları  vəzifələr 

şəxsi heyət arasında böyük ruh yüksəkliyi 

yaratmışdır.”

F.Ağayev bu gün Hərbi Tibb Fakültəsinin 

təkcə  Müdafiə  Nazirliyi  üçün  deyil,  Si-

lahlı  Qüvvələrin  digər  qurumları  üçün  də 

(Ədliyyə, Daxili Qoşünlar, Sərhəd xidməti, 

XDMX  və  s.)  hərbi  tibbi  kadr  hazırlığını 

həyata keçirdiyini diqqətə çatdırdı: “Təsdiq 

edilmiş  ştat  strukturuna  əsasən  ATU-

nun  Hərbi  Tibb  Fakültəsində  idarəetmə-

komandanlıq, tədris bölməsi, məxfi hissə, 

hərbi cərrahiyyə, hərbi terapiya, tibbi pro-

filaktika  kafedraları,  tibb  xidmətinin  təşkili 

və taktikası, hərbi həkim hazırlığı kursları,  

rezidentura  və  tibb  heyətinin  təkmilləşmə 

kursları, Hərbi Tibb Məktəbi (hərbi feldşer 

hazırlığı üzrə), tədris-təminat bölmələri (ki-

tabxana, yataqxana nəzərdə tutulmuşdur. 

Hərbi  Tibb  Fakültəsi  Azərbaycan  Res-

publikasının Silahlı Qüvvələri üçün müasir 

tələblərə cavab verən peşəkar, milli ideya-

lara sadiq, vətənpərvər hərbi-tibbi kadrla-

rın hazırlanması məsələsini özü üçün əsas 

vəzifə olaraq görür.”

Hərbi  Tibb  Fakültəsinin  zabit-müəllim 

heyətinin  tədris  yükünün  ATU-nun 

professor-müəllim heyətinə uyğun surətdə 

təyin  edildiyinə,  tədrisin  keyfiyyətini 

yüksəltmək  üçün  müəllim  və  köməkçi 

heyətlə  komplektləşməyə  ehtiyac  olduğu-

na diqqət yönəldən fakültə dekanı bildirdi 

ki, Hərbi Tibb Fakültəsinin tədris-təlim, el-

mi-metodik  fəaliyyəti  Müdafiə  Nazirliyinin 

müvafiq idarə və xidmətlərinin iş planlarına 

və  Azərbaycan  Tibb  Universitetinin  Elmi 

Şurasının qərarlarına uyğun təşkil edilir. 

Hərbi Tibb Fakültəsi öz fəaliyyəti haqqın-

da müəyyən olunmuş qaydada Azərbaycan 

Tibb  Universitetinin  rəhbərliyinə,  Müdafiə 

Nazirliyinin  Döyüş  və  Hərbi  Təhsil  Baş 

İdarəsinə  və  Tibb  Baş  İdarəsinə  hesabat 

verir.


Ehtiyac  yarandıqda  Müdafiə  Naziri-

nin  müavininin  razılığı  əsasında  həqiqi 

hərbi qulluq dövründə baş və aparıcı tibb 

mütəxəssisi,  hərbi  tibb  müəssisəsində 

şöbə  rəisi  işləmiş,  ehtiyatda  olan  zabitlər 

hərbi  qulluqçu-müəllim,  ATU  rektoru-

nun  əmri  ilə  hərbi  təbabətdə  mükəmməl 

biliklərə yiyələnmiş təcrübəli mütəxəssislər 

və  elmi  dərəcəsi  olan  mülki  həkimlər  isə 

qulluqçu-müəllim vəzifələrinə  təyin oluna 

bilərlər.

Beynəlxalq  təcrübəyə  görə  Hərbi  Tibb 

Fakültəsinin I kursuna qəbul üçün bir yerə 8 

namizədin sənəd təqdim etməsinin optimal 

sayıldığını,  müvafiq  göstəricilərin  Sankt-

Peterburq  Hərbi  Tibb  Akademiyasında 

6,  Gülhanə  Askeri  Tibb  Akademiyasında 

isə  təqribən  7  nəfər  olduğunu  söyləyən 

məruzəçi  cəmiyyətdə  hələ  də  hərbi 

həkimliyə marağın aşağı səviyyədə olma-

sından  təəssüfləndiyini,    bunun  subyektiv 

və  obyektiv  səbəblərinin  olduğunu  dedi: 

“Son  beş  ildə  fakültəyə  qəbula  gələnlərin 

sayı  Rusiya  və  Türkiyə  ilə  müqayisəli 

şəkildə göstərilmişdir. Belə ki, 2010-cu ildə 

1  yerə  2,  2011-ci  ildə  3,  2012-ci  ildə  2.4, 

2013-cü ildə 1.5, 2014-cü ildə isə bir yerə 

1.4  nəfər  sənəd  vermişdir.  Bu  dinamika 

tədrisin keyfiyyətinə və mənimsəməyə də 

neqativ təsir göstərməkdədir”. 

Fakültə  dekanı  onu  da  bildirdi  ki,  Hərbi 

Tibb Fakültəsindən fərqli olaraq hərbi feld-

şer hazırlığı üzrə qəbulda pozitiv dəyişiklik 

müşahidə olunmaqdadır. Belə ki, 2010-cu 

ildən başlayaraq minimal bal 82, maksimal 

bal 400, 2011–ci ildə minimal bal 87 – mak-

simal bal 403, 2012-ci ildə minimal bal 112, 

maksimal  bal  isə  317,  2013-cü  ildə  mini-

mum  keçid  balı  152,  maksimum  bal  412, 

2014-ci  ildə  isə  müvafiq  olaraq  160,  447 

bal təşkil etmişdir.

  “Hərbi  Tibb  Fakültəsində  səfərbərlik, 

döyüş  hazırlığı,  qarnizon  xidməti,  daxi-

li  qaydalar,  şəxsi  heyətin  hərbi  tərbiyəsi 

və  sosial  təminatı  məsələləri  Azərbaycan 

Respublikası 

SQ-in 

nizamnamələri, 



Müdafiə  Nazirinin  müvafiq  əmrlərinin 

 

Aprelin 26-da Azərbaycan 



Tibb Universitetində görkəmli 

alim, əməkdar elm xadimi, 

oftalmoloq, akademik Zərifə 

Əliyevanın anadan olmasının 

93 illiyinə həsr olunmuş yığın-

caq keçirilib.

Tədbiri  açıq  elan  edən  ATU-nun 

rektoru,  professor  Gəray  Gəraybəyli 

çıxışında görkəmli oftalmoloq Zərifə 

Əliyevanın Azərbaycan səhiyyəsində, 

ölkəmizin  tibb  elminin  inkişafında, 

həmçinin  ictimai  həyatında  dərin  iz 

qoymuş bir insan olduğunu bildirdi.

G.Gəraybəyli  görkəmli  alim  Zərifə 

Əliyevanın  ictimai  və  peşəkar 

həyatının  Tibb  Universiteti  ilə  sıx 

əlaqədar olduğunu qeyd etdi. Rektor 

xatırlatdı  ki,  Zərifə  Əliyeva  1942-ci 

ildə  Tibb  Universitetinə  daxil  olub. 

Həyatının böyük hissəsini oftalmolo-

giya elminin inkişafına həsr edib:

“Akademik  Zərifə  Əliyevanın  bir 

çox göz xəstəliklərinin diaqnostikası 

və  müalicəsində  misilsiz  xidmətləri 

olub.  Xüsusilə,  traxoma  infeksi-

on  xəstəliyinin  müalicəsində  və  bu 

xəstəliyin  Azərbaycanda  yayılma-

sının  qarşısının  alınmasında  böyük 

rolu  olmuşdur.  Zərifə  Əliyeva  təkcə 

alim-oftalmoloq kimi yox, həmçinin 

böyük  ictimai  və  tibb  xadimi  kimi 

tanınıb.  O,  ölkəmizdə  çoxsaylı  of-

talmoloji  tədbirlərin  keçirilməsinin 

təşəbbüskarı olub”.

Görkəmli  oftalmoloqun  elmi  və 

pedaqoji  fəaliyyətindən  söz  açan 

rektor  Gəray  Gəraybəyli  bildirdi  ki, 

Zərifə  xanım  bir  çox  nüfuzlu  elmi 

mükafatların,  o  cümlədən  SSRİ  Tibb 

Elmləri  Akademiyasının  akademik 

M.Averbax adına mükafatını almış ilk 

azərbaycanlı olub.

ATU-nun  oftalmologiya  kafed-

rasının  müdiri,  professor  Paşa 

Qəlbinur  çıxışında  Azərbaycanın 

ən  böyük  xanımlarından  biri  olan 

Zərifə  Əliyevanın  doğum  gününün 

tibb  işçiləri  üçün  xüsusi  əhəmiyyət 

kəsb  etdiyini  deyib.  Qeyd  olunub 

ki,  Zərifə  Əliyevanın  həyatı  və  elmi 

fəaliyyəti  Elmi-Tədqiqat  Oftalmo-

logiya  İnstitutu  ilə  bağlıdır.  1960-

67-ci illərdə görkəmli alim məhz bu 

institutda  fəaliyyət  göstərib.  Sonra-

dan  isə  Əziz  Əliyev  adına  Həkimləri 

Təkmilləşdirmə  İnstitutunun  oftal-

mologiya kafedrasında elmin inkişa-

fına öz töhfəsini verib. Zərifə xanım 

Əliyevanın qaynar həyat və yaradıcılıq 

fəaliyyəti  həmçinin  Moskvada  Elmi-

Tədqiqat  Göz  Xəstəlikləri  İnstitutu 

və  Ümumittifaq  Mərkəzi  Həkimləri 

Təkmilləşdirmə İnstitutu, ilə əlaqədar 

olub.


    Daha  sonra  ATU-nun  oftalmo-

logiya  kafedrasının  dosenti  Sol-

maz  Əliyeva,  ATU-nun  II  müalicə-

profilaktika  fakültəsinin  tələbəsi 

Xatun  Məmmədova  akademik  Zərifə 

Əliyevanın həyat və yaradıcılığı haq-

qında danışıblar.

    Çıxışlar  zamanı  vurğulanıb  ki, 

ATU  öz  layiqli  məzunu  ilə  fəxr 

etməyə  haqlıdır.  Hazırda  Tibb  Uni-

versitetinin  oftalmologiya  kafedra-

sı  əməkdaşlarının  əksəriyyəti  Zərifə 

xanımın  yetirmələridir.  ATU  dünya 

şöhrətli  məzunu  Z.Əliyevanın  unu-

dulmaz xatirəsini həmişə əziz tutur, 

bu  qocaman  təhsil  ocağında  onun 

xatirəsinə həsr olunmuş elmi-praktik 

konfranslar, yubiley gecələri keçirilir 

ki, bu da gənc nəslin vətənpərvərlik 

tərbiyəsində mühüm rol oynayır.

Görkəmli oftalmoloq Zərifə Əliyevanın 

xatirəsi doğma Tibb Universitetində anıldı



BÖYÜK ELMİ ŞURADA

B

öyük Elmi Şuranın aprelin 25-də 

keçirilən növbəti yığıncağını 

açan universitetin rektoru, professor 

Gəray Gəraybəyli  gündəlikdə duran 

məsələləri diqqətə çatdıraraq “Hərbi 

tibb fakültəsində tədrisin vəziyyəti və 

hərbi tibbi kadrların hazırlanmasında 

kollektivin qarşısında duran 

vəzifələr” barədə hesabat məruzəsi 

ilə çıxış etmək üçün sözü fakültənin 

dekanı (rəisi), tibb xidməti polkovniki 

Fəxrəddin Ağayevə verdi.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə