Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə171/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   167   168   169   170   171   172   173   174   ...   185

 495

Yazmış bu şeyləri nəzmə çəkərək...  

Yerdə qırıntılar qalmış ləldən,  

 Onu da çoxları buraxmaz əldən...  

 

Şair dediyi qırıntılardan beş böyük kitab, böyük bir xəzinə 



yaratmışdır:  

 

Beynimin, qanımın çeşmələrindən 



Bu qədər incə söz sıxıb süzdüm mən.  

Yorulmaq bilmədən gündüz və gecə 

”Məxzənül əsrarı” yazdım əvvəlcə.  

Şirinlik, incəlik taparaq ondan  

”Xosrov-Şirin” üçün düzdüm bir dastan...  

Sonra başqa yerdə çadırı vurdum,  

Leyli və Məcnunun eşqini qurdum.  

Bitirdim dastanı, bir nəşə tapdım,  

Atımı ”Həfti-peykər” üstünə çapdım.  

İndi söz mülkündə büsat quraram,  

İskəndər dövründən təbil vuraram.  

Ölüb getmişsə də, dirildim onu,  

Verin axtardığı həyat suyunu.  

 

Biz elə bilirik ki, oğrular, tüfeylilər, plagiatorlar yalnız bizim 



zəmanəmizdə baş alıb gedir. Aydın olur ki, şair öz paxıllarından, əsər-

lərinin oğurlanmasından çox acılar çəkmişdir:  

 

Bu qarın otaran duzsuz şairlər 



Sayəmdə dünyanı basıb yedilər.  

 

Nizami buna da dözür:  



 

Xəzinəm yeraltı, dürrümsə ümman,  

Neçin inciyim ki, lağım atandan? 

 

Amma, xeyr, bu ”qarın otaran duzsuz şairlər” dinməyə də ma-



cal verməmiş, şairi az qala borclu çıxarmışlar:  

Evin sahibini görən oğrular 

Haray qopardaraq deyir: ”Oğru var!” 

 

Nizami bir insan kimi, son dərəcə mülayim, səmimi, mehriban 




 496

və təmkinli olmuşdur:  

 

Mən mən olan gündən, şahiddir aləm,  



Bir qarışqanı da incitməmişəm...  

Təmizdir vicdanım, ucadır adım,  

İtin də haqqında pis danışmazdım.  

 

Üzərində çox böyük sürətlə  işləyədiyi ”Leyli və  Məcnun”un 



girişində deyir:  

 

Dörd min beytdən də çoxdur bu dastan,  



Dörd aydan az vaxta yazmışam, inan.  

Əgər başqa işlər olsaydı haram,  

Bu, on dörd gecəyə olardı tamam.  

 

Tədqiqatçılar göstərirlər ki, şair dolanmaq üçün işləməli, dərs 



deməli olurmuş. Və bu cür sürətlə işləyən adam yalnız əsərini birbaşa, 

birdəfəyə yazarmış.  

Nizami şeri mədhiyyə çərçivəsindən çıxararaq, feodal dünyas-

ına üsyan edən insanın tərifinə yönəltmişdir. Bütün görmək istədiyi 

keyfiyyətləri ustalıqla təsvir etdikdən və  zəmanə  şahını bir şah kimi 

necə görmək istədiyini bildirdikdən sonra adi ədalətsiz  şahın bu 

sifətlərə malik olduğunu boynuna qoymaqla onu tərbiyə etmək 

istəmişdir. ”Sirlər xəzinəsi”ndə  şahı  ədalətli şah,”Xosrov və  Şirin”də 

Xosrovu adil Xosrov edir. Bəhramı o qədər ədalətli edir ki, öldürmək 

istəmir, mağarada gizləyir.  İsgəndəri peyğəmbərlik dərəcəsinə 

yüksəldir, lakin bununla da kifayətlənməyərək, azad bir dünya arzu-

layır.  


Belə görünə bilər ki, yalnız ”Leyli və  Məcnun”da  şair bu 

ideya ilə  məşğul olmamış, saf məhəbbət dastanı yaratmağa çalışmış-

dır. Əslində isə feodal dünyasına ən kəskin üsyan ”Leyli və Məcnun”-

dadır.  Şair göstərir ki, yaramaz içtimai mühit  Qeys kimi böyük bir 

şəxsiyyəti dəlilik dərəcəsinə  gətirmiş, onu çöllərə salmışdır. Lakin 

əslində, Məcnun adi dəli deyil, zəmanəsinin  ən böyük adamıdır; 

bəşərin yamanlıqlarından qurtarmaq üçün səhraya qaçmışdır. Leyli bu 

işdə bir bəhanədir:  

 

Məcnunu sərsəri zənn etmə ki sən,  



Deyildi gördüyün divanələrdən.  

Oruclu, namazlı, nurlu bir çıraq,  




 497

Əqlə yad deyildi, ədəbdən uzaq...  

Dövrünün ən böyük bir alimiydi, 

Aləmi şərh edən loğman kimiydi. 

Gizli mənalara o, yol açardı, 

Qəlbində göylərin min sirri vardı. 

Dünyanın qeydini tamam ataraq 

Qeydsiz bir həyat sürürdü ancaq.  

Dünyadan əl üzüb düşmüşdü uzaq,  

Leyli bəhanəydi bu işdə ancaq...  

 

Şair:  


 

Dünya mələk donlu şeytana bənzər,  

Əlində təsbeh var, belində xəncər.  

Bu qoca dünyanı zənn etmə fağır,  

Qarı görünsə də, bir əjdahadır -  

 

desə  də, son dərəcə nikbin bir insan kimi, gəncliyə, gələcəyə 



əsərlərində nikbin ruh aşılamışdır:  

 

Əgər bağlansa da ətir şüşəsi,  



Yenə duyulacaq xoş rayihəsi.  

Qızıl gül ətrindən doysa bir nəfər, 

Ona haram olar başqa ətirlər.  

 

Dünyanın hər bir ölkəsində Nizami dühasının qüdrəti duyul-



maqdadır. Nizami tək öz zəmanəsinin deyil, bütün dövrlərin 

yeganəsidir.  

 

23. 04. 91  

 

 

 




 498

TARİXİMİZ VƏ QONAQLARIMIZ 

 

Tariximizə  bələd olan hər kəs bilir ki, ”Azərbaycan” deyilən 

ölkə dünyanın ən qədim və ən mədəni ölkələrindəndir. Enişli-yoxuşlu 

günləri olub. Son dərəcə keşməkeşli yol keçib.  

Xalqımız tarix boyu neçə-neçə Xocalı qırğınları görüb. Şərqin 

ən böyük şəhərləri ilə yarışan Bərdə miladın 944-cü ilində rusların əli 

ilə xarabazara çevrilib. Təbriz kimi böyük və  qədim  şəhər neçə  dəfə 

istilaçıların əli ilə dağıdılıb, hər dəfə 30 mindən artıq adam qətlə ye-

tirilib. Bu qırğınları Gəncə də görüb, Qarabağ da.  

Əsrimizin 41-45-ci illərində saysız-hesabsız gənclərimizi itir-

mişik. Bu müharibədən sonrakı azacıq tənəffüs dövründə şükr edirdik 

ki, qansız-qadasız yaşayırıq. Nə biləydik ki, bu müddətdə azğın və 

qaniçən qonşumuz xəncər itiləyirmiş, girəvə gözləyirmiş. Biz dostluq, 

məhəbbət duyğuları ilə yaşadığımız halda, onlar öz qəlblərində kin, 

küdurət böyüdürmüşlər. Gərək biz də əsrin əvvəlindəki hadisələri un-

utmayaydıq.  

İndi beş ildir ki, müharibədəyik, çörək itirən qonşumuz bizi 

qana çəkir. Rus silahına söykənərək, az vaxtda elə bir nanəciblik nü-

mayiş etdirdilər ki, faşistlərə şükr etməli olduq.  

Dünya ictimaiyyəti hələ yatır. Dünyanın Amerika, İngiltərə, 

Fransa kimi ölkələri hələ insan sivilizasiyası üçün son dərəcə təhlükəli 

olan erməni azğınlığı ilə məzələnir. Bu azğınlığın Asiya ilə Avropanın 

qovşağında böyük müharibə ocağı yaratdığının fərqinə varmırlar. 

Dünya sarsaq erməni milyonçularının əlində oyuncağa çevrilib.  

Hər bir təbliğata hamıdan əvvəl biz inanmışıq. Dost deyiblər, 

dost gözü ilə baxmışıq. Bu sadəlövhlük bizə son dərəcə baha başa gə-

lib.  

Çox vaxt bizi özümüz, öz ağlımız, iradəmiz deyil, xeyirxah 



təbiətimizə görə  təbiət, təbiət qüvvələri xilas edib. 70 il 26-ların 

qətlinə yas tutmuşuq. Hətta böyük Vurğun belə inanıb, ingilis lord-

larını görəndə 26-ların qətlində iştirak etdikləri üçün ”sinəsi mərmiyə 

dönüb”, ”Mənim babam olmuş 26-lar” deyib, onları  nəzərdə tutaraq, 

”Biz sizdən öyrəndik qəhrəmanlığı” deyib. Mövcud siyasətin qurbanı 

olub duymayıb, duymamışıq ki, Şaumyan hakimiyyəti Azərbaycana 

nə kimi fəlakətlər gətirə bilərdi. Biz yox, təbiət özü bizi onlardan xilas 

edib.  


Beynəlmiləlçilik xülyalarına o qədər aludə olmuşuq ki, bütün 

əsas postları ermənilərə tapşırmışıq (”erməni” sözünü təyinsiz 

işlətdiyim üçün üzr istəyirəm). Xəyanət xəncəri daim, gizli şəkildə 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə