Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə168/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   164   165   166   167   168   169   170   171   ...   185

 485

öyrənmək üçün zəngin material verir.  

Bu nəslin və bu nəslə yaxın olan yazıçıların dili bədii 

kamilləşmə prosesi keçirir. Əlfi Qasımovun bədii dilində obraz 

nitqinin komik-lirik tipikləşdirilməsi mühüm yer tutur və yazıçı bu 

sahədə yaxşı ustalıq göstərir. İsi Məlikzadənin hekayə və povestlərinin 

dili getdikcə cilalanır, emosional təsir qüvvəsini daha çox artırır. Möv-

lud Süleymanlının bədii dili yel qanadlıdır, nağıl dili kimi şirin və 

yüyrəkdir. Mövludun ideyaları da gözəldir, ifadə  tərzi də. Söhbət 

dildən gedirsə, Mövludun dili həqiqi yazıçı dilidir.  

Ümumən qeyd etdiyimiz yazıçıların, xüsusən də Elçinin  xalq 

ədəbiyyatına marağı yaxşı bəhrələr verir.  

Yazıçılarımız (bu nəsli nəzərdə tuturam) tarixi roman dilinin 

əlamətlərini də gözəl mənimsəmişlər. F.Kərimzadə tarixi roman dilinə 

ciddi yanaşır. Onun Azərbaycan xalqının müəyyən mərhələdəki taley-

inin bədii tədqiqinə həsr olunmuş ”Xudafərin körpüsü” romanı dil və 

sənətkarlıq axtarışlarının gücü ilə oxucunu Şah İsmayıl dövrünün ha-

vasına daxil edə bilir.  

Bütün böyük sənətkarlar öz əsərlərində  şivə materiallarından 

istifadə etmiş, faydalanmışlar. Qeyd etməliyik ki, bizim ədəbiyyatda 

şivə elementləri yazıçı fəaliyyətinin ilk dövründə daha çox müşahidə 

olunur və sonralar bədii dil tədricən saflaşır. Şivə materiallarından is-

tifadə müxtəlif məqsədlərlə bağlıdır. Məsələn, ”Ayrılan yollar”da da, 

nəsr dilinin gözəl nümunəsi olan ”Dəli Kür”də də şivə materiallarına 

müraciət edilmişdir. Lakin bu əsərlərdə istifadə edilmiş  şivə 

elementləri başqa-başqa xarakterdədir. ”Ayrılan yollar”da yazıçı daha 

çox məhəlli kolorit yaratmaq, obraz nitqini tipikləşdirmək prinsipinə 

əməl etmiş, ”Dəli Kür”də isə tamamilə başqa məqsəd - qarşılığı olma-

yan sözlərlə  ədəbi dili zənginləşdirmək məqsədi güdmüşdür. Bu so-

nuncu hal yazıçı dilinin uğurlu axtarışlarla bağlı yüksək və faydalı 

keyfiyyətlərindəndir.  

Və bu cəhətdən B.Bayramovun keçən il nəşr olunmuş ”Tək 

palıdın kölgəsi” romanının dili nəzəri xüsusilə cəlb edir. Bayram mü-

əllim Məmmədbəy kimi xalq üçün gecə-gündüz çıraq təki yanan 

həqiqi xalq həkiminin və eyni zamanda hara getsə oranı, orada in-

sanların həyatını  və bütün cəmiyyəti zəhərləyən Zülalov kimi vəzifə 

böyüklərinin xarakterini sərrast və  kəskin nitq detalları ilə oxucuya 

çatdırır.  

Şivə materiallarından bədii dildə qaçmaq olmaz. Fikrimizcə, 

hətta bədiilik və obrazlılıq naminə, ədəbi və bədii dili zənginləşdirmək 

məqsədi ilə ümumi ədəbi dil normalarını gözləməklə bəzən ədəbi dilin 



 486

hüdudlarını,  ədəbi dil sərhədlərini keçmək olar və bu hal dili zəngin 

dağ çayı kimi gurlayan yazıçı üçün irad tutulmamalıdır. Yeni yazmağa 

başlayanlar məhəlli xüsusiyyətlərlə öyünmək, N.Cabbarovun dediyi 

kimi, ”məhəlli əsərlər” yaratmaq əvəzinə, təcrübəli yazıçılarımızın bu 

sahədə ənənəsindən öyrənməlidirlər.  

Bir cəhəti də xatırlatmaq istərdik ki, yazıçı imkan daxilində 

bədii dildə alınmalardan, xüsusən yersiz alınmalardan qaçmalıdır. Hət-

ta obraz nitqinin tipikləşdirilməsi prosesində belə alınmalara son 

dərəcə ehtiyatla yanaşmaq lazımdır.  

Bu cəhətdən S.Rüstəmxanlının poeziya dili barədə qeydlərini 

nasir və dramaturqlarımız da nəzərə almalıdır.  

Müasir  ədəbi prosesdə  ən mühüm cəhət budur ki, bizim 

yazıçılar milli dilə son dərəcə  həssasdırlar və artıq çoxdandır ki, 

”Molla Nəsrəddin” məktəbi bu sahədə yeganə məktəbə çevrilib.  

Bədii əsərdə komik təsvir və detallar tragik hallarla qovuşmalı 

və çulğaşmalıdır. Həyat həqiqətinin təsviri həyatın özü kimi real və 

ziddiyyətli olmalıdır. Bu cəhətdən Anarın ”Dantenin yubileyi”, ”Beş-

mərtəbəli evin altıncı  mərtəbəsi” və başqa  əsərləri nümunə sayıla 

bilər. Anar ümumən  əsərlərinin dili üzərində, hər bir nitq detalı 

üzərində diqqətlə işləyir. Onun obrazlarının təbiilik və orijinallığında 

yazıçı təhkiyəsinin və dialoqların həyatiliyi böyük əhəmiyyətə malik-

dir. Anar komizm vasitə və üsullarından ciddi satirik məqamlarda, tu-

tarlı  şəkildə istifadə etməklə milli komik sənəti xeyli 

zənginləşdirmişdir.  

Qeyd etməliyik ki, komik dil bəzən ilk baxışda ibtidai təsir ba-

ğışlayır.  Əslində isə bu, komizmin təbiətindən doğur. Biz bədii dili 

lorulaşdırmaq tərəfdarı deyilik. Lakin S.Səxavət, R.Rövşən kimi gənc-

lərin yaradıcılığındakı yumoru duymaq və qiymətləndirmək vacibdir, 

bu yumoru bütövlükdə  kənara atmaq yox, onun zəif cəhətlərini 

göstərmək və onu istiqamətləndirmək lazımdır. S.Səxavətin son 

vaxtlar çap etdirdiyi bir sıra roman, hekayə və povestlər ideya-estetik 

əhəmiyyəti və yumor qüvvəsi ilə gənc yazıçı barədə yaxşı ümidlər ve-

rir.  


60-70-ci illər nəsrinin adını qeyd etdiyimiz və qeyd edə 

bilmədiyimiz bütün nümayəndələrinin yaradıcılığı 

əsasında 

ümumiləşmiş  şəkildə deyə bilərik ki, nəsr dilinin müxtəlif qollar və 

üslublar üzrə axarı bədii əsərin gələcək taleyi və bədii dilin, milli dilin 

inkişafı baxımından uğurlu yoldadır.  

Lakin bu, nəsr dilinin nöqsansız olması da demək deyildir.  

Biz bu qısa qeydlərlə yanaşı, yersiz əhvalatçılığa, mənasız söz 




 487

yığınına, quruluş  və kompozisiya dolaşıqlığına, təhkiyə intonasiyası-

nın pozulması hallarına, mənasız dialoqlara, saysız təkrarlara, fikrin 

solğun, qeyri-bədii ifadəsi hallarına, anlaşılmaz ifadə  tərzinə, qarışıq 

söz sırasına və söz sırasının süni pozulması hallarına, uğursuz 

müqayisələrə, yersiz rəmzlərə  nəsrimizdən çoxlu misallar söyləyə 

bilərdik. Hiss olunur ki, bəzi yazıçılarımız əsərlərinin dili üzərində az 

işləyir. Düzüm-düzüm cümlələrə fikir verdikcə aydın olur ki, 

doğrudur, bu cümlələr başqasından götürülməmişdir, lakin müəllifin 

özünün də deyildir. Elə bil, haradasa bu cümlələri on dəfələrlə, yüz 

dəfələrlə görmüşük, oxumuşuq. Xalq dilinə, obrazlılıq və  bədiilik 

prinsiplərinə tam mənası ilə nüfuz edə bilməməyin nəticəsidir ki, bu 

cür əsərlərin dili ölgündür, oxucunun qəlbinə yol tapa bilmir. Bu cür 

əsərlərin dilində  aşkar  şəkildə bir publisistlik, qəzetçilik hiss olunur. 

Haqverdiyev nəsrinin bir abzasında rast gəldiyimiz onlarca diri xalq 

ifadələrini, elə bil, bu əsərlərin dilindən xəlbirləyib götürüblər və 

əsərdə soyuq, hissiz kəlmələr qalıb...  

 

1984 

 

 

 



 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə