Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə164/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   160   161   162   163   164   165   166   167   ...   185

 473

BU GÜNÜN BAŞLANĞICI 

 

ŞIXƏLİ QURBANOV - 70 



 

Təbiət ona cəmi 42 illik cismani ömür bəxş etdi. İctimai-si-

yasi, elmi, ədəbi-bədii fəaliyyətinin gur bulaq kimi qaynamağa ba-

şladığı vaxt birdən-birə yol qurtardı, hər şey bitdi...  

Həyatı bizim Pedaqoji Universitetlə sıx bağlı idi.  

Müharibənin ilk illərində orta məktəbi bitirib. Azərbaycan 

Dövlət Pedaqoji Universitetinin ana dili və ədəbiyyat fakültəsinə daxil 

olub. Könüllü cəbhəyə gedib. Cəbhədən qayıtdıqdan sonra ana dili və 

ədəbiyyat fakültəsinin II kursuna bərpa olunub (30 avqust 1947-ci il). 

Fakültəni fərqlənmə diplomu ilə bitirib (29 iyun 1951-ci il). Bir neçə 

ay sonra Azərbaycan  ədəbiyyatı kafedrasına qayıdıb, professor Mi-

kayıl Rəfilinin rəhbərliyi ilə əyani aspiranturada elmi yaradıcılığa ba-

şlayıb (17 oktyabr 1951-ci il). 1956-cı ildə namizədlik, 1964-cü ildə 

doktorluq dissertasiyası müdafiə edib...  

Bunlar Şıxəli Qurban oğlu Qurbanovun bəzi avtobioqrafiya 

faktlarıdır. Çoxşaxəli yaradıcılıq yolu keçmiş, elmi, publisist əsərləri, 

monoqrafiyaları ilə yanaşı, şeirlər, hekayələr, novellalar, komediyalar 

yazmışdır. Həm də görkəmli ictimai-siyasi xadim idi.  

Bunlardan  əlavə,  Şıxəli Qurbanov üçün çox əziz olan bir 

fəaliyyət sahəsi də vardı: pedaqoji iş, müəllimlik fəaliyyəti. 

Daha çox gözə görünən, bəlkə də həyat idealı olan elmi-bədii 

yaradıcılığı, ictimai fəaliyyəti heç vaxt onu pedaqoji işdən ayıra 

bilməmişdir.  

1954-cü ilin 15 oktyabrında nazirliyin məktubu ilə Azərbay-

can  ədəbiyyatı kafedrasına müəllim təyin edilərkən beşillik stajından 

aydın olur ki, o, tələbəlik illərində  də, aspirantura dövründə  də 

pedaqoji işlə məşğul imiş. 1954-cü ildə Pedaqoji Universitetə müəllim 

təyin olunanda Azərbaycan KP Bakı Komitəsi təbliğat və  təşviqat 

şöbəsinin müdiri idi.  

Şıxəli Qurbanov 1956-1957-ci illərdə Bakı  şəhəri Voroşilov 

(indiki Səbael) rayon partiya komitəsinin birinci katibi idi. Bu illərdə 

o, pedaqoji fəaliyyətini davam etdirir, Pedaqoji İnstitutda bizə rus ədə-

biyyatından dərs deyirdi.  

Bu illəri daha yaxşı xatırlayıram. Şıxəli müəllim təşkilati işin 

çoxluğundan bəzən dərsə  gələ bilmirdi. Amma heç vaxt dərsləri boş 

keçməzdi. O, gələ bilməyəcəyi barədə vaxtında kafedraya xəbər verir, 

Kamal Qəhrəmanov onu əvəz edirdi. Biz onu təəssüflə gözləyərdik. 



 474

İmkan olan kimi, Şıxəli müəllim özü gələrdi. Gözəl qaməti 

vardı. Qara qaşları, nüfuzedici qaynar qara gözləri, son dərəcə 

mütənasib sifəti... Səliqəli geyimi. Baxmaqdan doymaq olmurdu.  

”İqor polku dastanı”, Çexovun yaradıcılığı barədə 

mühazirələri indi də yadımdadır. Auditoriyada tribuna ilə qapı aras-

ında var-gəl edə-edə mühazirə oxuyar, biz yazardıq. Arabir əli ilə sa-

çlarını geri darayar, səlis və dolğun cümlələrlə mövzunu tədricən 

çözələyərdi. Dastanın tapılması, nəşrləri,  əlyazmasının yanması, 

itməsi barədə sadaladığı fakt və rəqəmlər güclü hafizəsinə bizdə dərin 

rəğbət yaradırdı. Çexovun adını mühazirə ahəngi ilə ”Çexıv” şəklində 

bir qədər uzun ”ı” ilə  tələffüz edərdi və biz bir müddət onun bu cür 

tələffüzünü təqlid etmişik.  

III kursda oxuyarkən - 1958-ci ildə Şıxəli müəllimin rəhbərliyi 

ilə kurs işi yazmışam. Bu günə  qədər saxladığım həmin dəftərin 

üzərində, təəssüf ki, Şıxəli müəllimin qeydi yoxdur.  

1965-ci ilin sonları idi. Ədəbiyyat  İnstitutuna getmişdim. 

Koridorda opponentim Kamran Məmmədovu gözləyirdim.  Şıxəli 

müəllim barmaqları arasında papiros, fikirli-fikirli koridorda qoyul-

muş telefona yanaşdı, gözucu salamlaşdı  və papiros tutduğu bar-

maqları ilə nömrəni yığdı, lakin cavab gəlmədi. Hiss edirdim ki, fikri 

tamam başqa yerdədir. Düşünürdüm ki, fikrində hansı pyesinsə dialo-

qlarını qurur. Bir neçə  dəfə nömrəni yığsa da, danışa bilmədi, eləcə 

fikirli-fikirli  şöbəyə qayıtdı. Bu illər onun musiqili komediyalarının 

dalbadal səhnəyə qoyulduğu illər idi.  

Bu dövrdə o, Ədəbiyyat İnstitutunda adi şöbə müdiri işləsə də, 

Moskvadan gələn nüfuzlu nümayəndələr qarşısında, geniş yığıncaqda 

çıxış edərək, ”İcazə verin, tariximizi özümüz yazaq” sözləri ilə şöhrət 

qazanmışdı, ziyalılar arasında onun bu cəsarəti fərəhlə qeyd edilirdi.  

İndi mən o illəri və Şıxəlini düşünərkən onu da düşünürəm ki, 

bizim bu gözəl Vətənimizin qəribə taleyi olub. Tale elə  gətirib ki, 

Azərbaycan daim imperiyalar tərkibində olub. Özününkü olsa da, 

Manna da, Maday da qədim tipik imperiyalar idi. Əhəmənilər, Sasani-

lər, Atabəylər dövründə də, monqol istilası zamanı da Azərbaycan im-

periyalardan xilas ola bilməyib. Hətta I Şah İsmayılın Səfəvilər döv-

lətində  mərkəzi hakimiyyət azərbaycanlılara məxsus olsa da, Azə-

rbaycan imperiya tərkibində idi. XVIII əsrin sonlarında, XIX əsrin 

əvvəllərində isə Azərbaycan  İran və rus imperiyaları arasında bö-

lüşdürüldü.  

Azərbaycan bəlkə də ilk dəfə 1918-1920-ci illər arasında müs-

təqillik şərbətini daddı. Bu illəri bizim elmi və bədii ədəbiyyatda yaxın 



 475

vaxtlara qədər hərcmərclik dövrü kimi səciyyələndirmişlər. Sovet 

dövləti Azərbaycanın müstəqillik qanadlarını tez qırdı, müstəqil re-

spublika özünü ələ ala bilməmiş, müstəqillikdən məhrum oldu. Vətən 

müharibəsi araya düşdü. 37-ci ilin qorxusu və  dəhşətli müharibə 

müstəqillik arzuları üzərinə qara pərdə çəkdi.  

Xalq tədricən dirçəlməyə başladı. 56-cı ildə  İ.V.Stalinin 

şəxsiyyətinə N.S.Xruşşovun vurduğu zərbə Sovet dövlətinə vurulan 

ilk zərbə oldu. Həmin gündən müstəqillik arzuları yenidən cücərməyə, 

göyərməyə başladı.  

Lakin indi bu arzular qorxmuş və qorxudulmuş köhnə nəsildə 

deyil, yeni, qüdrətli gənclikdə üzə çıxırdı.  

Bu günün, indiki müstəqilliyin başlanğıcı o gündəndir.  

Müstəqilliyə aparan yolun başlanğıcında 60-cılar 

ədəbiyyatından danışarkən  Şıxəli Qurbanov birinci olmalıdır. 

Başqalarının yaradıcılığında qığılcım şəklində görünə bilən mübarizə 

ruhu  Şıxəlidə ildırım kimi çaxırdı: ”İcazə verin, tariximizi özümüz 

yazaq!” 


Şıxəlinin təşkil etdiyi görünməmiş bir təntənə ilə keçirilən 

Novruz şənlikləri bir çox zəncir həlqələrinin qırılmasına səbəb oldu.  

Ədəbiyyat  İnstitutunda görüşümüzdən az sonra Şıxəli 

müəllimi qiyabi dil-ədəbiyyat fakültəsinə dövlət imtahan komissiyası-

nın sədri dəvət etdilər.  

İmtahan komissiyasının üzvləri  Ə.Dəmirçizadə, K.Qəhrəma-

nov, P.Əfəndiyev, A.Məhərrəmov,  İ.Babayev və başqaları idi. Mən 

katib idim.  

Müəllimi prof. Ə.Dəmirçizadə ilə birlikdə imtahan götürdüyü 

üçün fəxr etdiyini bildirdi, tələbələrə uğurlar arzulayıb işə başladı.  

O zamanlar imtahanlar obyektiv və normal keçirdi. Hələ  hər 

şey pozulmamışdı. Komissiya zəif tələbələrə güzəşt etmirdi. 

Ə.Dəmirçizadə də, Şıxəli də bu cür tələbələrə adi həyati suallar verir, 

onları  çıxarmağa çalışırdılar. Bəzən  ən ibtidai suallara cavab verə 

bilmirdilər. Bu hal Şıxəli müəllimi heyrətləndirir, hərdən 

əsəbiləşdirirdi.  İmtahanların birində 5-6 nəfərə ”qeyri-kafi” verildi. 

Şıxəli müəllim komissiya üzvlərinə üz tutub, qiymətləri onlardan bir-

inin elan etməsini xahiş etdi. Tələbələrin onun dilindən ”qeyri-kafi” 

eşitmələrini istəmirdi. Heç kəs razı olmadı. Şıxəli müəllim əlacsız ay-

ağa durdu, qayğı və məzəmmətlə tələbələri danladı, bədahətən əslində 

çox səmimi bir nitq söyləyib qiymətləri oxudu və dərhal çıxdı.  

İmtahanlardan birində yaşlı bir tələbəyə qiymət vermirdilər. 

”Kitab üzü açmayıb” deyirdilər. Şıxəli müəllim xeyli israr etdi, ”Gö-



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə