Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə172/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   168   169   170   171   172   173   174   175   ...   185

 499

olsa da, onların əllərində olub. Yaxşı ki, tam qırılmamışıq. Yaxşı ki, 

salamat qala bilmişik! 

Bəlkə də tarixin yazılarını yada salıb, ermənilərin daim hazır 

olan xəyanət xəncərinə təbii baxmaq olardı, lakin erməni riyakarlığına 

dözmək daha çətindir. Bu riya Ter-Petrosyanın da sifətində var, hər bir 

erməni kəndlisinin də.  

Küçə adamları kimi qışqırırlar. Elə  qışqırırlar ki, dünya 

ictimaiyyəti üçün haqlını haqsızdan ayırmaq çox çətin olur. Dünyaya 

it unu kimi yayılıb bu xəyanət yolunda qərəzlə birləşiblər.  

Belə bir vaxtda bizim də hayımıza, harayımıza çatanlar ol-

malıdır.  İnsan haqqı nahaqdan seçməlidir. Biz də az deyilik. Bütün 

mədəni dünyada doğma qardaşlarımız, qan qardaşlarımız var. Hələlik 

onlar da bizim özümüz kimi çətin ayılır, lakin ayılırlar.  

Qərbdən  Şərqə türk dünyasıdır. Ürəyində türk qanı qay-

nayanlar öz ağlı və zəkası ilə dünyaya yol göstərir.  

Mən  əslən türk birliyi, islam birliyi, xaçpərəst birliyi ideya-

larının əleyhinəyəm. Lakin məqamında birlik lazımdır. Nəhəng yum-

ruq düşməni daha tez məhv edə bilər.  

Bu gün türk dünyasının, qardaş türk xalqının iki hörmətli öv-

ladı, iki alimi qonağımızdır: CÖVDƏT ƏRALP ALIŞIK və GÜLŞƏN 

SEYHAN ALIŞIK!  

Əralp bəy filologiya doktorudur, klassik türk (osmanlı) 

ədəbiyyatı və dili, müasir Azərbaycan ədəbiyyatı ilə məşğuldur.  

Gülşən xanım Azərbaycan dili və  ədəbiyyatı  tədqiqatçısıdır, 

”Koroğlu” dastanı üzərində geniş araşdırmalar aparmışdır. Əralp bəy 

türk qardaşımızdır. Gülşən xanım isə bir qədər də yaxındır - Borçalı 

soyundandır.  

Gəncədə olublar. Azərbaycanın bir sıra yerlərini gəzib, radio 

və televiziya ilə çıxış ediblər. Muzeylərimizlə tanış olublar. Öz gözləri 

ilə görüb, kifayət qədər Azərbaycan təəssüratı əldə ediblər.  

Gülşən xanım və  Əralp bəy  əslən  İstanbul universitetinin 

əməkdaşlarıdır, lakin bir neçə ildir ki, London universitetində 

işləyirlər. Azərbaycan dili və ədəbiyyatından dərs deyirlər. Böyük im-

kanları var: Qarabağ haqqında, Azərbaycan barədə  həqiqəti ingilis 

gəncliyinə, ingilis xalqına çatdırmaqda çox iş görə bilərlər. Onlar 

böyük bir ölkədə bizim haq səsimizə çevrilə bilərlər.  

Hörmətli qonaqlarımızı fakültə ilə  əyani  şəkildə  ətraflı tanış 

etmişik. Professor-müəllim heyətinin və tələbələrimizin görüşünə gəl-

dikləri bu fakültə böyük riyaziyyatçı, astronom, filosof və pedaqoq 

Nəsirəddin Tusinin adını daşıyan universitetin ilk fakültələrindən 



 500

biridir, Azərbaycan mədəniyyətinin inkişafında az vaxtda böyük iş 

görmüşdür. S.Vurğun, S.Rəhimov, H.Mehdi, M.Arif, H.Araslı, 

M.Rəfili, Mir Cəlal, Müşfiq kimi ziyalılar bu fakültənin yetirmələridir.  

Fakültə öz fəaliyyətini getdikcə genişləndirir. Hazırda onun 

nəzdində 8 kafedra fəaliyyət göstərir. Əməkdaşlarının ümumi sayı 200 

nəfərə qədərdir. Fakültədə 28 nəfər elmlər doktoru, professor fəaliyyət 

göstərir. Əyani şöbədə 530 tələbə təhsil alır. Qiyabi və axşam şöbələri 

vardır. Fakültə  nəzdindəki laboratoriyalar - folklor problem 

laboratoriyası, Onomalogiya problemləri laboratoriyası və təlimdə tex-

niki vasitələr laboratoriyası elmi-tədqiqata və tədrisə xidmət edir.  

 

Bu qısa tanışlıqla, sizi bir daha salamlayırıq. Xalqımızın dilini, 



ədəbiyyat və mədəniyyətini, onun haqq işini təbliğ edən qonaqlarımızı 

bizim bu gözəl zalda, professor-müəllim heyəti və  tələbələrimiz 

arasında gördüyümüz üçün çox şadıq. Xoş gəlmisiniz! 

 

18. 04. 92 

 

 

 



 


 501

MUĞAN ŞAİRLƏRİ 

 

Ədəbiyyatımızın bizim əsrdəki inkişaf yolu son dərəcə 



ziddiyyətli olub, minillik tarixindən fərqlənir.  Əsrimizin  əvvəlində 

ölkəmizdə heç bir keçmiş yüzillikdə görünməmiş cəbhələşmələr əmələ 

gəldi - milli xalq mövqeyindən çıxış edən C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev, Sabir kimi sənət ustaları ilə yanaşı, türk bayrağı, 

islam bayrağı altında birləşmək ideyası  uğrunda mübarizə aparan 

Əhməd bəy Ağa oğlu,  Əli bəy Hüseynzadə, Hüseyn Cavid kimi 

görkəmli alimlər, jurnalist və yazıçılar meydana çıxdı. Sovet 

hakimiyyəti bu cəbhələri dərinləşdirdi, birinciləri müdafiə edib 

yüksəltdi, ikinciləri  ədəbiyyatın öyrənmə obyekti kimi bir kənara 

qoydu və mümkün olan hallarda onların adı mühafizəkar, mürtəce 

sənətkarlar kimi qeyd edildi. Biz hələ  də onların bir qisminin irsi ilə 

tam tanış ola bilməmişik. Bu cəhətdən 70 illik sovet dövrü bütün 

əvvəlki 20 ildən fərqlənir. Lakin sovet dövrünün özü də sabit bir dövr 

kimi təsəvvür oluna bilməz və bu cəhətdən 30-cu illərlə 60-70-ci illər 

arasında həm oxşarlıq, həm də kəskin fərqlər vardır.  

30-cu illərdə - sovet hakimiyyətinin hələ möhkəmlənmədiyi 

dövrdə azadlıq və müstəqillik ideyaları yaşamaqda idi və bir sıra 

sənətkarlar bu sahədə qəlb arzularını heç vəchlə unuda bilmir, gizli şə-

kildə mübarizə aparırdılar. Müharibə dövründə və 50-ci illərdə - Sovet 

hökumətinin böyük qələbəsi, sanki qırılmaz və dağılmaz kimi 

düşünülən möhkəm sovet rejimi illərində müstəqillik mübarizəsi sən-

gimişdi. Lakin N.S.Xruşşovun Sovet dövlətinə içəridən vurduğu zərbə 

azadlıq, müstəqillik arzularının dirçəlməyə başlamasına, yenidən boy 

atmasına səbəb oldu. Bu mənada 60-cılar ədəbiyyatı mübarizlik ruhu 

ilə seçilir. 30-cu illərin mübarizələri ilə 60-cıların oxşarlığı, yaxınlığı 

bura qədər idi, lakin onlar tale etibarilə tam fərqlənirlər: 30-cu illər 

mübarizlərinin taleyi 37-ci il ilə  nəticələndi, nəzərdə tutulan ideyalar 

arxa plana keçməli oldu. 60-cıların yüksələn xətlə davam edən gizli 

mübarizəsi kapitalist aləminin fəhlə-kəndli - zəhmətkeş hökumətini 

dağıtması ilə xoşbəxtliklə  nəticələndi. Lakin bu xoşbəxtliyi azğın 

qonşumuz bizə haram elədi, burnumuzdan tökdü.  

İndi içərisində olduğumuz minilliyin son on ilini yaşayırıq və 

onu yarı etmişik. Keçən beş il bütün əvvəlki 70 ildən fərqlənir.  

Sovet dövründə söz demək çətin idi - bu mənada ki, azadlıq, 

müstəqillik meyillərini, istək və arzularını  pərdələməyi bacarmaq la-

zım idi. Bu isə ustalıq və sənətkarlıq tələb edirdi. Əsl sənətkar təzyiq 

altında daha böyük ustalıq nümayiş etdirir, sənətkarlıq axtarışları ilə 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə