Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə176/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   172   173   174   175   176   177   178   179   ...   185

 513

olduğunu bilmədiyi kimi, kitab üzü açmaq vərdişi olmayan 

tələblərimiz də var. Şəhərin - Bakının yükü az qala iki qat, üç qat 

artıb. Bahalıq, qıtlıq... Yaşayış vasitələri çətin tapılır. Bir yumurta 40 

manatdan artıqdır. Valideynlər öz boğazlarından kəsib  şəhərdəki 

tələbə övladlarına göndərir - mənzil haqqı, yemək haqqı, geyim üçün. 

Dövlət orduya sərf edəcəyi pulun bir hissəsini tələbə təqaüdünə ayırır, 

oxuyub mütəxəssis olmaq üçün onlara bron verir. Lakin 

tələbələrimizin hamısı bu vəzifəni, bu qayğını başa düşürmü, öz 

vəzifələrini dərk edə bilirmi? ”Mənim oxuyub-oxumamağımın erməni 

işğalına nə dəxli var?” deyən tələbələrimiz bizim yox, mən deyərdim, 

düşmənimizin dostudur. Gəncliyi savadsız olan, mütəxəssisi naşı olan 

bir xalqın, Yusif Səmədoğlu demiş, yüz qalasını alar düşmən. Gənclik 

qarşıdan gələn semestr imtahan və zaçotları üzərinə  zəfərlə 

yeriməlidir, heç bir başqa vasitə,  əlavə kömək axtarmadan birbaşa 

yeriməlidir! Və bu borcunu dərk etməlidir. Hansı sahədə, hansı 

vəzifədə oluruq-olaq, ayıq olmalıyıq, tam səfərbər olmalıyıq, zəfərli 

yürüşdə olmalıyıq.  

Bütün informasiya vasitələri bir hədəfə vurmalıdır. Cəbhə bir 

mişen kimi göz qabağında durmalıdır. Lakin bizim qəzetlərin bir 

çoxunu elə bil, erməni redaktə edir.  

Yadıma düşdükcə məni ağrıdan bir epizodu yenə xatırlayıram. 

Heydər  Əliyevin hakimiyyətə  gəldiyi ilk günlərdə  qəzetlərdən biri 

Petrosyana müraciətlə yazırdı ki, bizim yeni lider tanklardan zireh 

geyib, tutduğun Qarabağ torpaqlarını  əlindən alacaq - başına indidən 

çarə  qıl. Qəzet bunu Petrosyana yox, özümüzünkünə kinayə ilə 

yazırdı. Mən başa düşə bilmirəm: azərbaycanlı olan şəxs üçün 

tanklardan, toplardan, təyyarələrdən zireh geyib, murdar erməni 

doğulmuşları torpağa qarışdırıb, sonra da həmin torpaqla birlikdə 

sərhədin o tayına kürüyüb tökməkdən də böyük arzu, böyük istək ola 

bilərmi? 

Şəhərlərimizin çoxu xəyanətlə getdi. Ölkəmiz xəyanət 

nəticəsində talandı. Mən Azərbaycan tarixini çox sevirəm və çox 

öyrənirəm. Tarixin o qaranlıq səhifələrində  də, quldarlıq və feodal 

dünyasında da vətən torpağını satmaq, vətəndaş  qırğını törətməklə 

varlanmağa, kilo-kilo qızıllar  əldə etməyə çalışanlar barədə  məlumat 

yadıma gəlmir. Qəzetlərimiz bütün şəxsi münasibətləri unudub bir 

hədəflə - cəbhə  və  qələbə problemləri ilə  məşğul olmalıdır. ”Böyük 

Vətən müharibəsi” adlandırılan müharibənin başlandığı ilk günlərdə 

mən ”Kommunist” qəzetinin timsalında mətbuatın, ziyalılarımızın, 

alim və şairlərimizin müharibəyə münasibəti barədə bir neçə nümunə 



 514

göstərib fikrimi tamamlamaq istəyirəm.  

1941-ci il iyunun 22-də səhər saat 4-də müharibə başlananda 

qəzetlərin çoxu çıxmışdı  və ona görə  də  həmin günün qəzetlərində 

müharibə barədə (axşam qəzetləri müstəsna olmaqla) danışılmır. 23 

iyunda ”Kommunist” yalnız müharibədən yazır.  İlk səhifə ”Sovet 

xalqı müqəddəs vətənimizin sərhədlərinə  qəsd edən düşməni 

darmadağın edəcəkdir” böyük rubrikası ilə  nəşr olunmuşdur.  İlk 

səhifədə Xalq Xarici İşlər Komissarı Molotovun bəyanatı, hərbi 

səfərbərlik haqqında və ölkənin bəzi  ərazilərində  hərbi vəziyyət 

yaradılması barədə  fərman verilmiş, müharibə ilə bağlı başqa yazılar 

dərc olunmuşdur. Birinci səhifənin sağ yarısında səhifənin dörddə biri 

boyda Stalinin böyük şəkli. Bu o demək idi ki, rəhbər bizimlədir, 

özünü itirmək olmaz, möhkəm durmaq lazımdır. Sonrakı  səhifələrdə 

alim də, kolxozçu da, ziyalı da, fəhlə  də, gənc də, qoca da ancaq 

qələbədən danışır. Bütün Avropada Hitlerin qarşısında duran olmayıb, 

bizim qəzetlər müharibənin səhəri günü tam inamla qələbədən danışır, 

ilk qəzetlər ”Qələbənin altı şərti” məqaləsini dərc edir.  

Qəzet ikinci səhifədə  Səməd Vurğunun ”Vətən keşiyində” 

şerini dərc etmişdir. Bu şeri mən müharibə dövrü poeziyamızın 

proloqu adlandırardım:  

 

Bilsin ana torpaq, eşitsin vətən,  



Müsəlləh əsgərəm mən də bu gündən.  

Bu gün bir süngüdür əlimdə qələm,  

Mənim bayrağıma göz dikir aləm.  

Əzizim Stalin, arxayın ol sən,  

Sənin hər əmrinə hazırdır vətən! 

 

24 iyun. Qəzet yalnız müharibədən yazır. Rubrika: ”Xalqımız 



vətən uğrunda, Stalin uğrunda düşmənə qarşı döyüşlərə  həmişə 

hazırdır!” Qəzetin böyük, kiçik bütün yazarları  hər dəqiqə  rəhbəri 

xatırladır. Rəhbərə inam heç bir ordu ilə müqayisə olunmaz. Amma, 

şübhəsiz, bu inamı qazanmaq lazımdır.  

Qəzetin bu nömrəsində S.Vurğunun ”Ananın öyüdü” şeri dərc 

olunmuşdur. Şerin altındakı qeyddən aydın olur ki, 23 iyunda yazılıb. 

Deməli, müharibənin səhəri günü S.Vurğun iki klassik şeir yazıb. 

Bütün oxucular bilir ki, bu şeir - ”Ananın öyüdü” cəbhəçilərə bir ordu 

qədər təsir edib:  

Geyib əsgər paltarını, silahlandı qəhrəman,  

Onun polad sinəsinə sığışmadı ürəyi...  



 515

Ana, getdim, salamat qal, deyib öpdü qarını,  

Ana doğma balasına açdı öz qollarını.  

 

25 iyun. Qəzet müharibədən yazır. S.Vurğunun ”Şəfqət 



bacısı” şeri dərc olunmuşdur:  

Gəl, ana yurdumun qızı, gəlini,  

İndi namus vaxtı, qeyrət dəmidir...  

Cəbhələr çağırır, gəl düşək yola,  

Zəfər bizimkidir, uğurlar ola!. .  

 

Quduz hitlerçilərin hücumunun üçüncü günü Səməd Vurğun 



”Zəfər bizimkidir, uğurlar ola” deyirdi. Qələbəyə inam yaradılırdı.  

Qəzetin həmin nömrəsində Məmməd Rahim müharibəyə mü-

nasibətini, vətənə məhəbbətini, qələbə inamını ”Stalin yoldaşa” şeri ilə 

ifadə edirdi:  

 

Sinəm xalqın hasarıdır, düşmən yıxıb keçə bilməz,  



Bu torpağın çaylarından yad atları içə bilməz.  

 

26 iyun. Qəzet S.Vurğunun ”Qızıl şahinlər” şerini dərc etmiş-



dir. Təyyarələrimiz hələ müharibənin ilk günlərində,  şaşqınlıq 

günlərində bir iş görə bilmədiyi halda, S.Vurğun onların şücaətindən 

danışır, onlara vətənin ümidi kimi baxırdı:  

 

Tərlan kimi qıy vuraraq buludlardan buludlara,  



Uçub gedir şahinlərim dumanları yara-yara.  

Uçun, qızıl şahinlərim, göylər olsun məskəniniz,  

Arxanızca göz dikmişdir sizin böyük vətənimiz.  

 

Məmməd Rahimin ”And içirəm” şeri də bu nömrədədir.  



27 iyun. Qəzet M.Dilbazinin ”Möhkəm yapış silaha”, Bəbir 

Məmmədzadənin ”Partizan tüfəngi”  şeirlərini və Kiçikin adlı 

birisindən Mirzə  İbrahimovun tərcümə etdiyi ”Döyüşçünün andı” 

şeirlərini dərc etmişdir.  

28 iyun. S.Vurğun qəzetdə  dərc etdirdiyi ”Qoca qəhrəmanın 

çıxışı”  şerində qoca qəhrəmanın dili ilə deyir ki, mən bir qolumu 

itirsəm də, bir əlimlə tutduğum bu qılıncla düşməni biçib-tökmək üçün 

yenidən cəbhəyə gedirəm.  

29 iyun. Qəzet Mirzə  İbrahimovun ”Vətən eşqi”  şerini dərc 

etmişdir. Gənc ər və qadın öz körpə uşaqlarını başqalarına tapşırıb kö-




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə