Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə180/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   177   178   179   180   181   182   183   184   185

 527

Kim, ol can döndərər cismə, bu, cismi ayırar candan. 

Məhşər canı cismə döndərər, insanı dirildər, hicran canı cisim-

dən ayırar, insanı öldürər. Çünki Füzulinin eşq fəlsəfəsində aşiq cisim, 

sevgili, həbib, dilbər candır.  Şair elə belə  də deyir: Aşiq tənü həbib 

candır. Məcnun da Leyliyə eyni sözləri deyir: 

 

Məndə olan aşikar sənsən,  



Mən xud yoxam, ol ki var, sənsən. 

 

Əgər dilbər ayrılırsa, can ayrılır, deməli, insan ölür. Füzuli 



məhşərin qorxulu diriliyini bundan üstün tutur.  

Nəhayət, Füzuli başa düşdü ki, o, yalnız bu sonuncu 

doğuluşda qəm yükü ilə gözəllik arasında başını itirməyib, hələ bu 

dövr elə  yən künbəd, bu Yer kürəsi yaranmamış, o, eşq vadisində 

məhəbbətlə başını itirmiş imiş: 

 

Vadiyi-eşqdə sevda ilə sərgəştə idim,  



Gəlmədən gərdişə bu günbədi-dəvvar hənuz.  

 

Başa düşdü ki, bu ömür keçicidir, lakin onun eşqi  əbədi və 



əzəlidir, ölməzdir. Başa düşdü ki, qəm yükü, göz yaşları və odlu ahlar 

da  əbədidir. Ayrı çarə yoxdur. Ona görə  də gözəlliyi, eşqin sonsuz-

luğunu, qəm yükünün ağırlığını  qələmə aldı. Duyğuları  dərin 

olduğundan yaman mübaliğəli danışırdı şair... 

Bir ailədə doğulmuş olsa da, türk dünyasının, bütün Yer 

kürəsinin oğlu oldu. Füzuli üç dildə yazdı ki, istəkləri bütün insanlara 

çatsın. Üç dildə divan yaratdı, poemalar yazdı, bu dildən o dilə 

tərcümələr etdi, Leylini, Məcnunu sözün gücü ilə diriltdi, ruhlarını şad 

etdi.  

Eşq və gözəllik yolunun yolçusu olan şair insanları bu yolla 



kamilləşdirmək istəyirdi. Odur ki onu başa düşməyən cəmiyyətin xey-

rini də istəmirdi: ”Kim ki məndən nəf bulmaz, istəməm nəf’in onun”. 

Yazdı, yazdı, zirvəyə ucaldı. Azərbaycan mədəniyyətini

Azərbaycan dilini də özü ilə birlikdə o zirvəyə qaldırdı  və  həmin 

zirvədə əbədiləşdirdi.  

500 ildir ki, Füzulinin eşq odu qəlbimizi qızdırır. 500 ildir ki, 

Füzuli ahının şölələri bu aləmə işıq saçır, bəşər Füzulinin təsvir etdiyi 

bəlalarla çarpışır. Bu gün bu bəlalar, göz yaşları, odlu ahlar və 

fəryadlar qat-qat çoxalmışdır.  

 

Bəlkə indi bizi Füzuliyə daha çox çəkən də budur... 




 528

 

1995 




 529

ALIN YAZISI, TALE KİTABLARI 

 

 1950-ci  ilin  yazı, qələbənin beşinci ili idi. Müharibənin 



yaraları qaysaq bağlayır, biz yavaş-yavaş böyüyür, görüş dairəmiz 

genişlənirdi. Beşinci sinifdə oxuyurdum. Bir gün havanın xoş vaxtında 

tövləmizdəki yeşiklərdən birinin içərisindən iki kitab tapdım. Atam 

müharibəyə gedəndə kitablarını bir yeşiyə yığıb, tövləyə qoyublar və 

nəm-rütubət hamısını çürüdüb toza, palçığa çevirib. Ələ gələn C.Cab-

barlının “1905-ci ildə” pyesinin 38-ci il nəşri, bir də başqa bir kitab 

oldu. Bu sonrakı kitabı oxumağa başladım, o vaxtlar oxuduğum 

nağıllardan da şirin olan bu kitab məni elə tutdu ki, işdən-gücdən 

oğurlanıb oxumaqla məşğul oldum. Oxuyub qurtardım, amma 

təəssüratım yarımçıq qaldı - kitabın adı, ili və bir çox səhifələri yox 

idi. 

Bibim  Şaban qonşu Maşanlı yeddiillik məktəbinin direktoru 



idi, məktəb kitabxanasına xeyli kitab alıb gətirmişdi. Mən bu kitabları 

töküb baxmağa başladım və onlardan birinin üzərində “Şamo” sözünü 

və  Şamonun  şəklini görüb heyrətləndim. Bu, mənim böyük maraqla 

oxuduğum kitab idi. Götürdüm və təzədən oxumağa başladım

*



O vaxtdan “Süleyman Rəhimov” adı  məni sehrlədi. “Ata və 



oğul” povesti əlimə keçdi. Bu povest məni daha sehrli aləmə apardı, 

bədii  ədəbiyyat qapılarını  mənim üzümə açdı. Uzun illər balaca 

Qəhrəmanın başına gələnlərin təsiri altında olmuşam. Sonra “Aynalı”, 

“Medalyon”, “Qardaş qəbri”, “Arzu” povestləri... Heç bir yazıçı bədii 

ədəbiyyat dünyasını anlamağa başladığım ilk illərdə  mənə Süleyman 

Rəhimov qədər təsir etməyib. 50 ilə yaxın bir vaxt keçməsinə bax-

mayaraq, “Ata və  oğul” kitabının rəngi də, balaca Qəhrəmanın çov-

ğunlu-boranlı gündə  məktəbə necə getdiyi də yadımdan çıxmayıb. 

Kitabın ilk cümlələri də əzbər yadımdadır.  

O vaxtdan keçən müddətdə neçə  gəncə bu kitabı oxutdurub, 

onları ədəbiyyat aləminə çəkmişəm! 

Yeddinci sinfə keçmişdim. Bir gün məktəbimizin dərs hissə 

müdiri,  əməkdar müəllmi Hüseyn Əliyev bizə  gəlmişdi. Qonşuluqda 

olurdu,  ədəbiyyat müəllimi idi. Bibim də  ədəbiyyat müəllimi idi. 

Dərsdən, kitablardan danışırdılar. Birdən Hüseyn müəllim yüksək bir 

eşqlə dedi: 

-  Şaban!  Şaban! Bu günlərdə maarifə getmişdim. Müdirin 

stolunun üstündə  təzə bir kitab gördüm, gözünü yayındırıb gətirib 

                                                           

*

 ßââÿëêè êèòàá «Øàìî»íóí 1940-úû èë íÿøðè èìèø. Ñîíðàêû 1952-úè èë íÿøðè èäè. 




 530

oxudum. Pah atonnan, heç bilirsən nə kitabdır? 

- Nə kitabdır? - bibim soruşdu. 

- “Şamo”! “Şamo”! - deyib coşqunluqla təkrar etdi. 

Mən bir tərəfdə oturmuşdum, nəyinənsə  məşğul idim. 

Yazırdım, oxuyurdum - yadımda deyil. “Şamo” sözünü eşidəndə 

qeyri-ixtiyari çevrilib diqqət eləməyə başladım. Hüseyn müəllim 

deyirdi: 

- Bu romanda bir yer var, bir yer var, lap aləmdir!.. 

Mən dedim: 

- İstəyirsiniz deyim nəyi deyirsiniz? 

Çevrildilər mənə  tərəf, Hüseyn müəllim barmaqları ilə  çırtıq 

çalan kimi oldu, dedi: 

- Desən, deyərəm Şirin müəllimin oğlusan. 

(Atam Allahverdiyev Şirin 1941-ci ildə V.İ. Lenin adına APİ-

nin dil-ədəbiyyat fakültəsini bitirib, bir qədər Soltanlı orta məktəbinin 

direktoru vəzifəsində  işləyib 42-ci ildə  cəbhəyə getmiş, 43-cü ildə 

cəbhədə  həlak olmuşdu. Böyük-kiçik - bütün kənd camaatı hörmətlə 

yad edirdi). 

-Siz Maro ilə Göyərçinin əhvalatını deyirsiniz. 

Hüseyn müəllimi heyrət bürüdü, dəhşətə gəlmiş kimi dedi: 

-Pah atonnan! Afərin! Həqiqətən Şirinin oğlusan. 

Və birdən nə fikirləşdisə, ciddiləşdi, hirsləndi, məni danlama-

ğa başladı: 

- Kim sənə icazə verib o kitabı oxumusan? Sənin nə yaşın var 

ki, elə kitablar oxuyursan? Yaşına uyğun olmayan kitabları  nə üçün 

oxuyursan?.. 

Sonra sakitləşib gülümsədi və dedi: 

- Axşam bir bizə gələrsən. 

Özüm də bilmədən Süleyman Rəhimov mənim taleyimi həll 

etməkdə idi. Axşam Hüseyn müəllimin qapısını döyüb içəri girdim. O, 

bir vərəq kağız, bir qələm və qırmızı mürəkkəb verib, eyni sözləri tək-

rar etdi: 

- Bir cümlə deyəcəm. Yaz. Düz yazsan, deyəcəyəm  Şirin 

müəllimin oğlusan. 

Dedi, yazdım. Oxudu və eyni heyrətlə: 

- Həqiqətən, Şirin müəllimin oğlusan, - dedi. 20-yə qədər dəf-

tər, bir qələm və qırmızı mürəkkəbi verib dedi:  

- Apar, yoxla. 

- Bəs qiymətləri? 

- Qiymətləri də yaz.  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə