117
o-
yat-
mı- şam, yaz ge-cə- si mah-nı de- yib ul- duz- la- rı.
118
6.
AQŞİN ƏLİZADƏNİN KANTATALARI
Xor musiqisi
janrlarının inkişafında, milli xor üslubunun yeni səviyyəyə
çıxmasında görkəmli Azərbaycan bəstəkarı A.Əlizadənin də böyük rolu olmuşdur.
Xor musiqisi onun yaradıcılığında aparıcı sahələrdən biridir. Tam qətiyyətlə demək
olar ki, b
əstəkar özünəməxsus şəxsi xor üslubunu yaratmağa müvəffəq olmuşdur.
Onun v
ətənpərvərlik mövzusunda bəstələdiyi xor əsərləri sirasında “Azərilər” (söz.
F.Qocanın) və “Ana torpaq” (söz. B.Vahabzadənin) kantatalarını göstərmək olar.
“AZƏRİLƏR” KANTATASI
1975-
ci ildə Fikrət Qocanın sözlərinə yazdığı “Azərilər” kantatasında bəstəkar
vətəndaşlığı, qəhrəmanlığı tərənnüm edir. Bəstəkar xalqımızın keçmişi barəsində
müasir dillə danışır. Əsər yüksək amallar – vətən və xalq qarşısında məsuliyyət
hisslərini aşılayır. Humanist və qəhrəmani mövzu burada xalq poetik təfəkkürü
vasitəsilə ifadə olunur. Kantata 4 hissədən ibarətdir. Burada bəstəkar alleqorik şəkildə
Dəniz, Dağ, Bahar və Odlu torpaq barədə söhbət açır. Əbədi fəzanın səsi tarixin canlı
səsini xalq yaddaşında qəhrəman oğulların nurlu xatirəsini hifz edir və nəsillərə
yetirir.
Qəhrəmanlığın mənəvi gözəlliyi kantatada ardıcıl və hərtərəfli olaraq
açıqlanmışdır. Burada bəstəkar istedadının gücü ilə xalq musiqisinin dərin qatlarını
özünəxas parlaq formada təzahür edə bilmişdir. O, folkloru yaradıcı şəkildə sənət
süzgəcindən keçirərək mahiyyətcə yeni bir bədii məzmun yaratmağa müvəffəq
olmuşdur.
I hissə “Dənizin səsi” adlanır. Burada xalq mahnısı “Ay, dili-dili”nin iki
xanəsindən tədricən ciddi, sərt, epik və möhtəşəm bir obraz böyüyür.
II hissə “Dağın səsi” – bir növ rekviyem rolunu oynayır. Azərbaycan xalqının milli
poetik təfəkküründə dağlar əbədi müdrüklik, əbədi həyat simvoludur. Biz bunu
S.Vurğunun, B.Vahabzadənin poeziyasında və S.Bəhlulzadənin rəsmlərində də aydın
görürük. Bəstəkarın traktovkasında (yozumunda) dağlar sanki gələcək nəsillərin
əbədi xatirəsi üçün qəhrəmanların məzarlarının baş daşlarına bənzədilib. Bu hissənin