Азярбайж ан республикасы тящсил назирлий


Yaz ge-c ə-si                 mah-nı  de-  yib,       ul- duz-la-  rı          gül-   l ər      i-    lə,   hey!  Mülayim, ah



Yüklə 24 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix18.04.2018
ölçüsü24 Kb.
#39012
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

116 
 
 
Yaz ge-c
ə-si                 mah-nı  de-  yib,       ul- duz-la-  rı         
gül-   l
ər      i-    lə,   hey! 
Mülayim, ah
ənglə. 
 
Mülayim, ah
ənglə. 
 


117 
 
 
o-   yat-   
mı-  şam,      yaz  ge-cə-  si               mah-nı   de-  yib           ul- duz-  la-  rı.         


118 
 
6. 
AQŞİN ƏLİZADƏNİN KANTATALARI 
     Xor musiqisi 
janrlarının  inkişafında,  milli  xor  üslubunun  yeni  səviyyəyə 
çıxmasında  görkəmli Azərbaycan bəstəkarı  A.Əlizadənin də  böyük  rolu  olmuşdur. 
Xor musiqisi onun yaradıcılığında aparıcı sahələrdən biridir. Tam qətiyyətlə demək 
olar ki, b
əstəkar özünəməxsus  şəxsi  xor  üslubunu  yaratmağa  müvəffəq  olmuşdur. 
Onun v
ətənpərvərlik mövzusunda bəstələdiyi xor əsərləri  sirasında  “Azərilər” (söz. 
F.Qocanın) və “Ana torpaq” (söz. B.Vahabzadənin) kantatalarını göstərmək olar. 
 
“AZƏRİLƏR” KANTATASI 
       1975-
ci  ildə  Fikrət  Qocanın  sözlərinə  yazdığı  “Azərilər”  kantatasında  bəstəkar 
vətəndaşlığı,  qəhrəmanlığı  tərənnüm  edir.  Bəstəkar  xalqımızın  keçmişi  barəsində 
müasir  dillə  danışır.  Əsər  yüksək  amallar  –  vətən  və  xalq  qarşısında  məsuliyyət 
hisslərini  aşılayır.  Humanist  və  qəhrəmani  mövzu  burada  xalq  poetik  təfəkkürü 
vasitəsilə ifadə olunur. Kantata 4 hissədən ibarətdir. Burada bəstəkar alleqorik şəkildə 
Dəniz, Dağ, Bahar və Odlu torpaq barədə söhbət açır. Əbədi fəzanın səsi tarixin canlı 
səsini  xalq  yaddaşında  qəhrəman  oğulların  nurlu  xatirəsini  hifz  edir  və  nəsillərə 
yetirir.   
     
Qəhrəmanlığın  mənəvi  gözəlliyi  kantatada  ardıcıl  və  hərtərəfli  olaraq 
açıqlanmışdır. Burada bəstəkar istedadının gücü ilə xalq musiqisinin dərin qatlarını 
özünəxas  parlaq  formada  təzahür  edə  bilmişdir.  O,  folkloru  yaradıcı  şəkildə  sənət 
süzgəcindən  keçirərək  mahiyyətcə  yeni  bir  bədii  məzmun  yaratmağa  müvəffəq 
olmuşdur. 
       
I  hissə  “Dənizin  səsi”  adlanır.  Burada  xalq  mahnısı  “Ay,  dili-dili”nin iki 
xanəsindən tədricən ciddi, sərt, epik və möhtəşəm bir obraz böyüyür. 
II hissə “Dağın səsi” – bir növ rekviyem rolunu oynayır. Azərbaycan xalqının milli 
poetik  təfəkküründə  dağlar  əbədi  müdrüklik,  əbədi  həyat  simvoludur.  Biz  bunu 
S.Vurğunun, B.Vahabzadənin poeziyasında və S.Bəhlulzadənin rəsmlərində də  aydın 
görürük.  Bəstəkarın  traktovkasında  (yozumunda)  dağlar  sanki  gələcək  nəsillərin 
əbədi xatirəsi üçün qəhrəmanların məzarlarının baş daşlarına bənzədilib. Bu hissənin 


119 
 
mövzusu  əsl  talış  xalq  mahnıları  əsasında  qurulmuşdur.    Orkestrdə  refren  kimi 
səslənən  birinci  mövzunun  əsasını  dəfn  mərasimində  istifadə  olunan  ahı-nalələrdir. 
Bu  qısa  mövzunun  nitq  ifadəliliyi,  onun  intonasiya  cəhətdən  qıvraqlığı,  metrik 
azadlığı – şivən-ahı kimi bir janrının bəstəkar tərəfindən məharətlə istifadəsini bizə 
açıq-aşkar göstərir. Lakin bu janra xas olan qabarıq şəkildə kədər hissinin nümayiş 
etdirilməsi  bəstəkarın  interpretasiyasında  bir  qədər  yumşaldılmış,  lirik  və  buna 
baxmayaraq  çox gəmgin səsləndirilir. İkinci mahnı mövzusu xorda səsləndirilir, ona  
xüsusi bir plasti
ka, nəfəs təbiiliyi xasdır. 
      
III  hissə  “Baharın  səsi”  adlanır.  Burada  bəstəkar  ustalıqla,  bir-neçə  ştrixlə 
yuxudan oyanan  təbiətin  mənzərəsini  sərgiləyir.  Mövzunun əsasını  əvvəl  (12  xanə)   
sanki  qısa  halqalardan  hörülmüş  çox  zərif,  incə  bir  lay-lay,  sonra  isə  valsvari 
kadensiya təşkil edir. 
Kantatanın  finalı  (IV  hissə)  “Odlar  ölkəsinin  səsi”  –  xalqın  qüdrətli  obrazını 
tərənnüm edir. Burada da iki mövzunun qovuşması baş verir. Birinci – alt və baslar 
“Mən  cəsur  oğulların  torpağıyam”  sərt  melodiyanı  səsləndirir,  hər  bir  səs,  hər  bir 
heca xüsusi bir çəki ilə tələffüz olunur, hətta pauzaların belə dərin mənası var. 
İkinci mövzu isə lirik “Ay qız, kimin qızısan ?” xalq mahnısı üzərində qurulur,  
tədricən müxtəlif üç variantda səsləndirilərək xalqın mənəvi gücünü ümumiləşdirir və  
monumental bahadıranə xor kimi səslənir.  Xorda orkestrin fonunda 16 xanə ərzində 
səslənən  “Hey!”  cangəvər  harayı    əsərin  qəhrəmani-vətənpərvər  ruhunun    apofeoz 
tərənnümüdür. 
      
“Azərilər”  kantatası  ilk  dəfə  1979-cu  ildə  Azərbaycan  bəstəkarlarının  V  qurul-
tayında  səsləndirilmişdir.  Özünün  qeyri-adi yozumuyla    böyük  müvəffəqiyyət 
qazanmışdır.  Epik  löhvə  kimi  yazılan bu kantatanın  əsasını  təsvirçilik,  saxta  pafos 
deyil, fəlsəfi ümumiləşdirmələr təşkil edir. Burada Dəniz, Dağ, Bahar, Torpaq rəmzi 
surətlər  dastançı  rolunda  çıxış  edir  və  onların  arxasınca  isə  xalqın  qüdrətli  obrazı 
canlanır. 
   
 


120 
 
A.ƏLİZADƏ 
“AZƏRİLƏR” kantatasi 
II 
hissə “DAĞIN SƏSİ” 
 
 
M
ən dağ-la-    ram,        dün- ya         gör-müş 
dağ-  la- ram 


121 
 
 
Göz-l
ə - rim -   də         il -      dı –       rım -   lar      sax -      la –     ram  
si -  zi   da-   im   
yad   ey -        l
ə -       rəm           i -    gid -     lər. 


Yüklə 24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə