Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə35/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   31   32   33   34   35   36   37   38   ...   78
Flora-Namazova-Dissertasiya

Vulqar leksika. Bunlar kobud, qeyri-ədəbi sözlərdir. Vulqarizmlər bədii üslubda istifadə olunaraq, surətin nitqini fərdiləşdirir, onun daxili aləmini açır. Onlardan müəyyən bədii zərurət və tələb əsasında istifadə edilir.

Bədii əsərlərin dilinə hər cür vulqar sözü gətirmək olmur. Çünki vulqarizmlər ehtiyatla işlənilmədikdə əsərin bədii keyfiyyətinə təsir edir və onu zəiflədir. Ədəbi janrlardan, xüsusən dramatik əsərlərin dilində vulqar sözlərin işlənilməsi müsbət hadisə deyildir. Belə ki, dram əsərləri kütləvi tamaşa əsəri olduğundan, hətta aktyorun ifadə edə bildiyi vulqar sözlər belə, tamaşaçıya pis təsir edir. Buna görə də dramaturqlar bu qrup sözlərə daha ehtiyatla və daha məsuliyyətlə yanaşmalı olurlar” [100, s.20-21].

Amma bu qadağaya baxmayaraq, İ.Əfəndiyev həm kobud, həm də söyüş səciyyəli vulqarizmlərdən dramlarının dilində istifadə etmişdir. Məs.: Qambay.Yenə fəlsəfi qırıldatmağı burax... [49, c.2, s.11].

Vulqar leksika frazeologizm kimi ifadə olunur: Zara (kinli) – Ona görə mənimlə yüz oyundan çıxırdın? Cəmil – Sən bir az həyalı danış, Zara, Nərmin gələr eşidər [46, s.177].

Söyüş səciyyəli ifadələr: “Şeyx Xiyabani”də: Hacı Fərhad – Mən özüm şah ərbablarını heç bir vaxt it yerinə qoymamışam, hamısı biqeyrət köpək uşağıdı! [46, s.116].

Hacı Fərhad – Mən o alçağı yaxşı tanıyıram, adını yazıçı qoysa da, gədadır, gəda! İki gəda göndərib onun başını batırmaq mənə borc olsun [46, s.117].

Qədim – Axmaq! Öldürmək lazım olmasaydı, allah canavara yırtıcı dişlər ver­məz­di! [46, s.100]; Ağahüseyn – Bəli, göydən gəlib. Axmağın biri, axmaq! [46, s.98]; Nəcəf (daxil olur). Nə olub. Nə donquldanırsan? [53, c.2, s.294].

Dramaturqun işlətdiyi “dümləmək” sözü də vulqar xarakterlidir, anlayışı kobud formada ifadə edir. İçmək əvəzinə dümləmək: Məs.: Lalə – Araqdan dümləyib, ağlına gələni danışma! [46, s.103].



Tüfeyli sözlər. İ.Əfəndiyevin dramaturgiyası məişət, ailə münasibətlərindən kənarda təsəvvür olunmur. Ona görə də bu məzmunda olan dialoqlarda tüfeyli sözlər istər-istəməz işlədilir. Məsələn, yazıçı “zad” sözünü qoşa sözlərin tərkibində tez-tez işlədir. Məs.:

Şahmar (təəccüblə) – Yox a…Bəlkə kişi qızıl-zad tapıb, ə? (XN, s.30).

“Zad” sözü personajların nitqində çox işlənir: Mila – A…mən nə üçün? Bəyəm mən konyak-zad içənəm? [46, s.173]; Cavahir – Bay…Bay…biabırçılıq…(Aynura). Demirdin birdən tanış-zad olarlar, atanı aləm tanıyır [46, s.64]; Anna (Aynura) – Heç olmazsa, meyvədən-zaddan götürün [46, s.71]; Ağahüseyn – Qohum bala, sözün-zadın vardı? [46, s.76]; Ağahüseyn – Sistemdə, yəni milis orqanlarında-zadda da? [46, s.76].




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə