Азярбайжан милли елмляр академийасы


Varvarizmlərin üslubi effekti



Yüklə 1,58 Mb.
səhifə37/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   33   34   35   36   37   38   39   40   ...   78
Flora-Namazova-Dissertasiya

Varvarizmlərin üslubi effekti. Varvarizmlərin dialoqlarda istifadə olunması iki məqsəd daşıyır: bir yandan replikada bir xalqa aid xüsusi anlayışı və yerli koloriti ifadə edir, o biri yandan isə komik vəziyyət yaratmaq üçün işlədilir. Məs.:

Şahzadə xanım (tək) – Qoftim bəhər əyəd, eyşi bekonim. Səd bar bahar ayəd, bi ma qozarəd! [46, s.141].

Kamran (kabaçıya) – Eşitdin ki? Fəriş – Ən arifül minəl işarə…başa düşürəm nə demək istəyirsiniz… [46, s.192].

Varvarizm üçün əsas ölçü işləndiyi digər dildə onun qarşılığının olmasıdır. İ.Əfəndiyev personajlarının nitqində bu cür varvarizmlərdən çox işlədir. Məs.: Qədim – Nə vaxtdan əmələ gəlib sizdə bu ninormalnı hal? [46, s.93]; Fariz (özünü itirərək) – Nə danışırsan, papa? [46, s.97]; Aynur – Biz yerimizdə oturandan sonra həmin oğlan yenə də bizim stola yaxınlaşıb student kitabçasını qarşıma qoyub dedi ki, xahiş edirəm, bunun arxasına iki kəlmə avtoqraf yazasınız [46, s.90].

Dramaturq danışıq dilində işlənən rus sözlərini perso­najların nitqinə gətirir. Əslində belə rusizmlərin Azər­baycan dilində qarşılığı mövcuddur. Məs.:

Ukaz – fərman: Ataxan (Nərminə) – Ukazı radioda eşidən kimi maşina əyləşdirib qovdurmuşam bura! [46, s.212]

Ministr – nazir: Hər iki forma işlənir. Məs.: Zara (guya zarafatla) – Ministrin pulu, gözəl lyubovnitsası olmayandan sonra daha o, nə ministirdi [46, s.167].

Nervinni-əsəbi: Canik-Samir bilsə ki, biz görü­şürük, öldürər səni, nervininin biridir [46, s.170].

Rus sözləri dilimizin danışıq tərzinə uyğunlaşdırılmışdır. Dramaturq bu sözün qarşılığını “Şeyx Xiyabani” dramında göstərir: Mübarək Səltənə – Sən çox əsəbisən, bacı. Nə olub? [46, s.156].

Rus sözləri bəzən personajın nitqində vulqar səviy­yəsinə qalxır. Məs.: Mila – Bağışlayın, Nərgiz, Samirin “zanit” olduğunu bilmirdik [46, s.170], Mila (onların ardın­ca kinli baxaraq) – Bilmirəm Samir bu sarışka əntərin nəyinə vurulub? Bu sənin kimi rayon çuşkalarının vkusudur! [46, s.171].

Dramaturq özü də “zanit” sözünün vulqar ifadə olduğunu personajın dili ilə xatırladır: Samir – Mila, sən çox vulqar ifadə işlətdin. Necə yəni zanit? Mila – Bağışlayın, bundan sonra romantik ifadə taparam [46, s.171].

Müəllif “zanit” sözünü dram dilinə gətirməklə yanaşı, filoloji terminlərdən də (vulqar ifadə, romantik ifadə) istifadə etmişdir.

İnteresni-maraqlı: Aynur (zarafatyana) – Mənim nə interesni bibim oğlu varmış [46, s.75].

Student (tələbə), studentka (tələbə qız) rus sözləri də surətlərin nitinqdə intensiv işlənir.



Komandirovka- məzuniyyət: Zara: Ərim Moskvaya ko­man­dirovkaya getdiyi üçün mən gəlmişəm. Mənim studentka qızımı tutub dustaq eləyiblər [46, s.168].

Padruqa-rəfiqə: Zara – Yalvarıram. (Yaxınlaşıb əlindən tutmaq istəyir.) Mən sizi tanıyıram. Mən Nərminin padru­qasıyam. Kamran (istehzalı təbəssümlə) – Siz öz rəfiqənizə də xəyanət edərək onun əri ilə eşq məcərasına girmisiniz [46, s.189].

Stependiya – təqaüd: Nərgiz – Dedim bir aylıq institut stependiyamı nəzir demişəm, səni tez buraxsınlar [46, s.202[.

Sovremenni – müasir: Musik – Sovremenni gənclərik də, paxan [46, s.208].

Proqres, patriot sözləri də bu qəbildəndir. Kamran - Ağıllı gəncliyi heç bir saxtakarlığa öyrətmək olmaz!. Hər bir proqresin, hər bir inqilabın qabağında gedən həmişə ağıllı gənclik olmuşdur. Hər bir həqiqi patriot öz xalqının taleyi ilə yaşamalıdır…[46, s.205].

Qeyd edək ki, bu rus sözləri sovet quruluşunda yaşayan insanların nitqində dəb halını almışdı, tez-tez işlədilirdi.

Danışıq dilinin təsirindən İ.Əfəndiyevin bir çox perso­najları əsil Azərbaycan sözləri əvəzinə rus sözlərini işlədir. Məsələn, “Billur sarayda” pyesində Bayandur hüquq fakültəsi əvəzinə tez-tez “yurfak” abreviraturasını işlədir. Ümumiy­yətlə, sovet dövrünün ali təhsil sistemində bu qısaldılmış söz də çox “dəbdə” idi.

İ.Əfəndiyevin dram dilində Azərbaycan məişəti əsas obyekt kimi canlanır. Məişətlə bağlı terminlər replikaların ayrı-ayrı hissələrində işlənə bilir. Məs.: Cəmil Niyə tək oğlan olduğu halda, üç otaqdan ibarət kvartira alıb [46, s.178], Kamran..sənin anaşa çəkən dələduz oğlun dörd mənzilli komfortabelni otaqda yaşayır [46, s.190], Aynur – Əgər analığım olma­saydı, bizdə olardıq, evimiz səkkiz böyük otaqdır. O cür böyük daçamız. Kislovodskidə həmişəlik yaylaq-kvarti­ramız...[46, s.72].

İ.Əfəndiyev eyni zamanda “obexees”, “uçastkovı”, “naçalnik” kimi sözlərdən də personajların nitqində çox istifadə etmişdir.

Göründüyü kimi, sözügedən varvarizmlərin Azərbaycan dilində qarşılığı vardır. Amma nədənsə bəzi varvarizmlərin bədii əsərlərdə qarşılığı göstərilmir, bu da fikrin başa düşülməsini nisbətən çətinləşdirir.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə