Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə53/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   49   50   51   52   53   54   55   56   ...   78
Flora-Namazova-Dissertasiya

Badə. Nəcəf (gülərək). Mən istərdim onları badə verməyim [53, c.2, s.298].

Dramaturq obraz və personajların nitqində həm daxili, həm də xarici omonimlərdən istifadə etmişdir: Boy1 – “Boy çiçəyi” (bitki adı, fitonim); boy2 – nida:



Canik (təəccüblə) – Boy, salam-əleyküm…Nə vaxtdan…[46, s.173];

Divan – birinci mənada “əzab”, “əziyyət”; – ikinci mənada – divan “oturmaq üçün əşya”:



Rəhmanzadə – Bu belə getməyəcək, Peyğəmbərlə danışmışam. Allah sizə divan tutacaq [46, s.181];

Nərmin sanki birdən-birə haldan düşərək divana əyləşir [46, s.179].

Az – “ay qız” müraciət formasının bəsit forması; az – miqdar bildirən söz, “çox”un antonimi:



Canik – Az, yavaş, az, nə qayırırsan? [46, s.183].

Nərmin az aşın duzu deyil [46, s.179].

Sözün məna genişlənməsi ilə düzələn omonimlər: nərgiz – fitonim; Nəngiz – antroponim:



Xaspolad. Adı Nərgiz idi. Özü də nərgiz idi [s.68].

Sinonimlər. Bu söz qrupu bədii əsərləri, dram əsərlərindəki replikaları rəngarəng edir; onlara məna zənginliyi, məna əlvanlığı verir. “Azərbaycan bədii dilinin üslubiyyatı” kitabında bədii əsərlərdə sinonimlərin aşağıdakı üslubi keyfiyyətləri qeyd olunmuşdur:

1. Bədii əsərlərdə sinonimlərin başlıca üslubi xüsusiy­yətlərindən biri eyni söz və ifadənin təkrar edilməsinin qarşısını almaqdır. Bədii əsərdə eyni söz və ifadənin təkrar edilməsi əsəri üslubi cəhətdən ağırlaşdırır, ifadənin gözəlliyini pozur, şirinliyini itirir.

2. Sinonim sözlərin üslubi xüsusiyyətlərindən biri də əşya, hadisə, keyfiyyət və s. məzmunca oxucu və ya dinləyicinin gözü qarşısında daha aydın, hərtərəfli, tam şəkildə canlandırmaqdır.

3. Sinonimlərin nəzəri cəlb edən üslubi keyfiyyət­lərindən biri də oxucuda ekspressiv-emosional hiss yaratmaqdır.

4. Yazıçının təhkiyə dili ilə surətlərin dilini fərqlən­dirmək prosesində də sinonimlərin müəyyən rolu vardır.

5. Bədii əsərdə surətləri bir-birindən nitqə görə fərqlən­dirmək, onların müxtəlif zümrəyə, müxtəlif dünya­görüşünə malik olduqlarını ifadə etmək prosesində də sinonimlərin müəyyən əhəmiyyəti vardır. Belə hallarda yazıçı sinonim sözlərdən istifadə etməklə bədii əsərdə üslub rəngarəngliyi yaradır [24, s.71-76].

S.Cəfərov sinonimlərin dram dilində yaratdığı üslubi keyfiyyətlərin ifadəni gücləndirmək məqamında, mənanı dəqiqləşdirmək, fikri daha aydın və dəqiq vermək məqsədilə, satira və yumor yaratmaq üçün istifadə olunduğunu göstərir. Müəllif yazır: “Yazıçı əsərdə verdiyi surətlərin dil xüsusiyyətlərini nəzərə çatdırmaq üçün bəzən onları mənsub olduğu yerin ləhcəsi ilə danışdırır və bu zaman ədəbi dildə işlədilən bir sıra sözlər həmin ləhcədəki sinonimləri ilə əvəz edilir. Bu hadisə özünü ən çox dram əsərlərində göstərir” [32, s.36].

Bədii ədəbiyyatda sinonim cərgələrin üslubi keyfiyyət­lərindən istifadə etmək çox zaman fərdi xarakter daşıyır, yazıçının fərdi üslubunun ən səciyyəvi əlamət­lərindən birinə çevrilir. Belə ki, ümumdil sinonimlərinin işlənməsi, bədii əsərə cəlb olunması ilə yanaşı, yazıçıların yaradıcılığında bədii-üslubi sinonimlər də yaranır və bədii dilin əsas tərkib hissələrindən birinə çevrilərək ümumən dilin bədii imkanlarını genişləndirir:

İçmək – vurmaq:

Nəcəf. Daha yaxşı, düzələr, götür, vur getsin!

Qulu. Bu saat durub, gedib pulu gətirərsən, ya yox? Nəcəf. Bir götür iç, sonra [53, c.2, s.285].

Sinonimlər obrazın, hadisənin müxtəlif cəhətdən izahına, daha dəqiq təsvirinə xidmət edir. “Yazıçının söz axtarma, söz üzərində çalışma əziyyəti məhz sinonim­lərdən, sinonim cərgələrdən lazımlı, məqsədəuyğun sözün seçilməsi və işlənməsi ilə bağlıdır. Bu isə yazıçının üslubi fərdiliyi və orijinallığını açıb göstərməyə şərait yaradan əlamətlərdəndir” [138, s.52].

Antonimlər. Antonimlərə xas olan qiymətləndirmə keyfiyyəti onlardan bədii ədəbiyyatda geniş istifadə etməyə imkan yaradır. “Anlayışların təzadlı müqayisəsi əşyaların əlamət və keyfiyyəti haqqında canlı təsəvvür oya­dır. Dram əsərlərində vəziyyət bir qədər dəyişir. Məlum­dur ki, burada faktların, hadisələrin və qəhrəman­ların səciyyəsinin təsvirini yazıçı öz təhkiyə dili ilə verə bilmir. Müəllif bunları personajların dili ilə, dialoqu ilə təsvir etməyə çalışır. Lakin burada bir qədər diqqətli olmaq lazımdır. Yazıçı hadisələr və xarakterlər haqqında təsəvvür yaratmaq üçün parlaq obrazlar ifadə edə bilən söz və söz birləşmələri seçməlidir” [24, s.78]. Nitqi canlı, əyani və obrazlı edən antonimlər təsirli üslubi vasitədir. Dram janrında antonimlər və əks mənalı ifadələr böyük rol oynayır.

İ.Əfəndiyevin dramlarında antonimlərin bədii vasitə kimi ifadəlilik imkanları müxtəlifdir və emosional-qiymət­ləndirmə xüsusiyyəti qabarıqdır. Bu zaman personajların mənəvi dünyası açılır, ziddiyyətli məqamları üzə çıxır; təsvir obyektinin dinamik inkişafını təmin edir və s.

Antonimlər antiteza yaradır. Məs.:


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə