Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə50/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   46   47   48   49   50   51   52   53   ...   78
Flora-Namazova-Dissertasiya

Ballı. Ağlını başına yığ, bala! [53, c.2, s.259];

Uğur. Əmiqızı, mən gedəndə sən bir utancaq uşaq idin, bu dəcəlliyi haradan öyrəndin? [53, c.2, s.255].

4) konkret adla müraciətdən: Şəfəq (güclə). Mən getməliyəm, Turac…[53, c.2, s.263];



Şəfəq. Niyə acıqlanırsan, Uğur? Uğur, sən bizim barəmizdə ananla danışmısan? [53, c.2, s.261].

5) peyorativ müraciətdən: Nəcəf. Əşi, nə harambazlıqdır! [53, c.2, s.260].

Danışanın nitq zamanı öz hisslərini və iradi xüsusiy­yətlərini ifadə etməsi emotiv funksiya ilə bağlıdır. Emotiv funksiyanın gerçəkləşməsində əzizləmə-kiçiltmə bildirən sözdüzəldici vasitələrdən geniş istifadə edilir.

Sözün estetik funksiyası bədii ədəbiyyatda əsas məsələlərdəndir. Sözün estetik funksiyasının ümumi qanunauy­ğunluqları mövcuddur. Bu qanunauyğunluqlardan sənətkar necə yararlanır? Dramda sözün semantikası bir tərəfdən – ətrafdan söylənmiş replikalarla qarşılıqlı əlaqəsi olan nitqin dialoji formasının spesifikasından, digər tərəfdən isə qarşılıqlı ünsiyyət şəraitindən asılı olmayan qəhrəmanın psixioloji təbiətindən asılıdır. Semantikanın qanunauyğunluqları cərgəsində sözün estetik mahiyyəti – onun böyük kontekstlə əlaqəsi, əsərdə leksik vahidlərin kompozisiyası, əhəmiyyətli dialoji hissələrdə, səhnələrdə, tam pyesdə sözün arxitektonik funksiyası qabaqcadan müəyyən edilir.

Dialoq quruluşunda sözün semantikasının üslubi rəngə boyanması əsas yerlərdən birini tutur. Burada personajın, surətin nitqinin ifadə tərzi üslubun digər kateqoriyalarına nisbətən daha çox fəal və dəyişkəndir. Dramın dilinin təhlil edilməsində məqsəd yazıçının sözün rəngarəng mənaları üzərindəki işinin ümumi qanunauyğunluqlarının müəyyən edilməsindən ibarətdir və belə sözlər dramaturgiyanın üslub kateqoriyasını təşkil edir.

Dramatik əsərlərin üslubunda nitq xarakteristika­la­rın­dan başqa, dramın janr quruluşu üçün spesifik olan digər estetik kateqoriyalar da mövcuddur. Amma onların ayrıl­ması, semantik-estetik ölçülərin sözün daxilində araş­dırılması hələ də bu günə qədər qeyri-müəyyən olaraq qalır. Dramaturq dilin qrammatik quruluşunun imkanlarından hansı tərzdə istifadə etməlidir ki, sözə yeni mənalar versin. Burda qrammatikanın ekspressiv ehtiyatları köməyə gəlir. Bu cəhət dramaturqun fərdi üslubu ilə culğalaşır. Həmin əsasda danışıq nitqinin ümumi dilçilik baxımdan öyrənilməsinə də tam şərait yaranır.

Canlı nitqin xarakter xüsusiyyətləri onda baş verən semantik proseslərin dərəcəsindən asıldır. Sözün sərbəst semantikasının dəyişilməsi – danışıq nitqinin tipləşdirilməsi zamanı dramda semantikanın yaradıcılıq baxımdan istifadə edilmə­sinin obyektiv xüsusiyyətlərindən biridir. Dram əsərlərində sözün semantikası, həmçinin dialoqun quruluş xüsusiyyətləri və replikaların leksik-semantik əlaqələri ilə bağlıdır.

Dramatik əsərlərdə dialoqun leksik-qrammatik əlamətləri tipləşdirilir. Bunun­la yanaşı, dialoqun bədii əksi həqiqi mənada nitq qanunlarının təhrif edilməsinə gətirib çıxartmır. O, məsələlərə uyğun gələn xüsusiy­yətlərin yazıçılar tərəfindən seçilməsində və nəzərə çarpdırılmasında ifadə edilir.

Dialoq replikaların semantik və üslubi təzadları əsasında qurulur. Belə dialoq­larda üslubi kontrastlar əsas yer tutur. Kontrastın yaratdığı üslub onun müxtəlif­liyindədir. Ancaq bu üslubi hal dram janrında daha qabarıqdır. Dialoq nitqin əsas forması olaraq öz təbiətinə görə üslubi cəhətdən də rəngarəngdir.

Dramda dialoq nitqinin estetik dəyişikliyi bədii funksi­yalarının mürəkkəbliliyi ilə şərtləndirilir. İ.Əfəndiyevin sözlərinə görə, dramatik əsərlərin “müəllif tərəfindən heç bir gizlicə söyləmə olmadan öz qüvvəsi ilə hərəkət edən” qəhrəmanları dialoqun hərəkət tərzi ilə nəinki xarakterləri aşkar etmir, həmçinin öz mülahizələri ilə hərəkətlərə, pyesin müəllif ideyalarına və insanların, hadisələrin qiymətləndirilməsinə təkan verir. Dramda dialoqla yerinə yetirilən bu rol yazıçını nitqin dialoqla davam edən müddətini xüsusi prinsiplərə tabe etməyə məcbur edir. Dialoqun funksional uyğunluq əldə edən xüsusiyyətləri dramda “güclən­dirilməlidir” və digər replikaların leksik-semantik əlaqələrindən, dialoqun əsas mərkəzində olan sözün mənaca çətinliklərindən ibarətdir. Dialoji nitqin və sözün janr baxımından qanunları – dramın kontekstində sözün mənasının estetik rolunun artdığı obyektiv tərəfdir.

Dram dilində sözlərin semantik dəyişməsi qanunauyğun bir haldır. “Yeni mənaların yaranması cəmiyyətdə baş verən sosial, iqtisadi, mədəni inkişafla, habelə elmi-texniki tərəqqi ilə bilavasitə bağlıdır…Yeni anlayışlar təkcə yeni sözlər yaratmaq yolu ilə deyil, həm də ümumişlək sözün məna inkişafı və məna genişlənməsi ilə də ifadə olunur” [3, s.179]. Nümunələrə nəzər salaq:

“Daldalanmaq” sözü “yaşamaq” mənasında: Seyid Hüseyn – Muradalının balaca mənzilində daldalanıram, xan həzrətləri (XN, s.10).

“Yük” sözü “ağırlıq” mənasında: Seyid Hüseyn – Dünyanın yükünü çiyinlərində daşıyan zəhmətkeş insanlar var! (XN, s.13).

Müəllif müharibə dövrünə aid tipik sözlərin gizli mənalarından istifadə edir. Məsələn, “məktub” sözü əvəzinə “kağız” işlədib ki, bu da həm üslubi əvəzetmə, həm də canlı dil koloriti kimi diqqəti çəkir:



Sədəf – Mənim üçün ən əzablı dəqiqələr – poçtalyonu gözlədiyim zamanlar olurdu. O gəlməyəndə səbrim kəsilirdi. Gələndə də ürək eləyib səndən kağız olub-olmadığını soruşa bilmirdim [49, c.2, s.184].

Aşağıdakı dialoq mətnlərində də söz mənaca haldan-hala düşür:



Reyhan. Gələcəyi kim bilir?!

İldırım Atayev. “Kim bilir”i əkiblər bitməyib (AA, s.17);

Dilşad. Həddini keçmə!

Reyhan. Siz nə danışırsınız, Dilşad xanım… Əgər biz hədləri vurub keçməsəydik, bu qədər böyük işlər görə bilərdikmi? (AA, s.56).

Qoşulmuş üzvlər öndə olan replikadan sözü yeni semantik plana keçirir: yaradılan kontekstin bütün mənası ilə və yaxud sintaktik əlaqələrin dəyişdirilməsi ilə sözün yeni semantikası üzə çıxır.

Replikaların müxtəlif üsullarla istiqamətləndirilməsi sözün semantikası ilə əlaqəsi olan qoşulmadakı kimi dialo­qun quruluşunda görünür. Bu üsul sözdəki konkret dəyişiklikdən və ya semantik cəhətdən natamam sözlərin fərqli anlayışlı ifadəsindən ibarət olur. Həmin əlamətlər İ.Əfəndiyevin dram dilinin semantikasına birbaşa daxil olan nəzəri məsələlərdir.

İ.Əfəndiyevin dramlarında intensiv sözişlətmələrinin təhlili aşağıdakı nəticələri çıxartmağa imkan verir:

1) bədii sistemdə İ.Əfəndiyevin dram dilinin obrazlı nitqinin təsiri nəsr dilinin təsirindən deyil;

2) dram üçün xarakterik obrazlar, personajlar var: bu obraz və personajların nitqi, sözişlətmə tərzi hadisələrin gedişində dəyişir.

İ.Əfəndiyevin dram dilindəki ikiplanlığın canlanma üsulu müxtəlifdir. Bu ümumi mənada olan kontekstlərin qurulmasıdır, məna çalarları sinonimika, antonimiya, yeni qrammatik söz əlaqələri və müqayisələr (çox aktiv yazıçı üslubunda) yaradır. İkiplanlığın canlanması çox vaxt məcazi mənanın əsasının dəyişilməsi ilə izah olunur. Məsələn, metaforada mənaca yaxın olan sözlərin daha da dərinləşməsi semantikanı tündləşdirir (zəhərləmək-təravətləndirmək, yorulmaq-dincəlmək və s.).

3) obrazlarda daimilik və dözümlülük onun hələ birplanlı olması demək deyil. Bu xarakterik xüsusiyyət dramaturqun yaradıcılıq sistemində müxtəlif ideoloji məna ilə qovuşuq şəkildə ola bilər;

4) dram dilində çoxobrazlılıq obrazlılığın mühüm bir növi kimi diqqəti cəlb edir (məsələn, “yanmaq”, “çəkmək” və s. feillərdə məcazi mənanın ikiplanlı canlanması baş verir);

5) bu deyilənlər İ.Əfəndiyevin bütün janrlarına aid olsa da, dramlarda daha qabarıqdır. Burada obrazların nitqi sovet dövrünün əlamətlərini səciyyələndirməklə bərabər, sözişlətmə prosesini semantik cəhətdən motivləşdirir. Dramda olan sözlər özünün sadəliyi ilə, aydınlığı ilə fərqlənir.

Sözün digər mənalarda işlənməsi hallarıına çox rast gəlmək olur. Məs.:

Baba” sözü: II Dükançı – Baba, inqilab bizim nəyimizə lazımdı? Baba, şahsız ölkə olar? [46, s.114].

Aşırmağa çalışmaq”: Qədim – İnsafın olsun, Lalə! Düş­mən­lərim məni aşırmağa çalışırlar…Mənim belə vaxtımda sən də bu cür başlamısan…[46, s.95].

Mətnaltı mənalar İ.Əfəndiyevin dramaturgiyasında geniş yayılmışdır. Məsələn: Fəriş (kefli) – Komissiya xoş gəlir, aeroportdan buracan komissiyanın ayağının altına yüzlük döşətdirərəm! [46, s.212]. Burada kinayə, istehza sətiraltı mənanı formalaşdırır.

Mətnaltı məna aşağıdakı kontekstdə daha qabarıqlaşır:

Reyhan. Mən atamın başı üzərində hərlənən qara buludları görürdüm. Sevdiyin bir adamın uçuruma doğru getdiyini görüb, ona bir kömək edə bilməməkdən də ağır dərd varmı? [53, c.2, s.362];

Mədəd. Əgər sən düz-əməlli adamsan, niyə o boyda buxalterliyi buraxıb, gəlib kolxozda hesabdar olmusan, hə?

Narıngül (Alxan kişidən çəkinə-çəkinə). Axı kolxozda daşbaş var [53, c.2, s.248].

“Bahar suları” pyesində Alxanla Nəcəfin dialoqunda:



Alxan (ona diqqətlə nəzər salaraq). Öz aramızdır, deyəsən axı bu işlər sənin kələyindir?

Nəcəf (gülərək). A kişi, tay gün kimi aşkar olan şeyə niyə “kələk” deyirsən. Sən qəribə adamsan, niyə fürsət düşəndə bunun xışını vermirsən yerə? [53, c.2, s.291];

Qulu. Əşi, görmürsən, kənddə bu boyda komissiya işləyir, bizə podsud verirlər. Zalım oğlunun bir tükü də tərpənmir [53, c.2, s.294];

Nəcəf. Görürəm buynuzunun dibi giçişir [53, c.2, s.295].

Kəndə yeni təyin edilmiş mühəndis Şəfəq şəhərə qayıtmaq istəyir. Alxan belə deyir: “Qal qızım, bizim sulara uçan sona bir də geri qayıtmaz!” [53, c.2, s.303].

Pyesdə Alxan Mədədə “Qoy yüz adamın biri pis olsun. Bir küpə yağa bir damcı su heç nə eləməz” məsəli ilə sətiraltı məna yaradır, fikrini ona bu yolla çatdırır.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə