Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   68   69   70   71   72   73   74   75   76

böyük  ərazi sahələrinin sunami və daşqınlar nəticəsində 
məhsuldar torpağlarının su altında qalması, zəlzələ  və 
torpaq sürüşmələri  böhranlı vəziyyətləri çoxaldır; 
5.Məhsuldar torpaqların sahələrinin (10-11%) və yem ba-
zalarının (23-30%) azalması, torpaqların erroziyası  nə-
ticəsində ildə dünyanın istifadə dövriyyəsindən 8,5mln. 
hektar məhsuldar torpaqlar itirilir. XXəsrdə isə  kənd 
təsərrüfatı torpaqlarının 1/5 itirilmişdir. 
6.Nəqliyyat vasitələrinin, xüsusilə avtomobillərin, aviasiyanın 
çoxalması, ucadan səslənən musiqi insanları əsəbiləşdirir və 
narahat edir. 
Sosioloq Komponera özünün “Qapalı dairə”  əsərində dörd 
əsas qlobal problemə diqqət yetirmişdir. Müəllifin fikrincə onlar 
nəinki biosferada, hətta sosial mühitdə  də    fəaliyyət göstərirlər. 
Aşağıdakıları  sosial ekologiyanın qanunları hesab etmək olar: 
 
Hər şey qarşılıqlı əlaqədədır; 
 
Heç bir şey, iz qoymadan  yoxa çıxa  bilməz; 
 
Təbiət hər şeyi daha yaxşı bilir və tənzimləyir; 
 
Heç nəyi havayı əldə etmək olmaz. 
Dördüncü qanunu belə başa düşməliyik ki, qlobal ekoloji 
problemlərdən insan aldığı xeyirə görə  təbiətə  ərazini qay-
tarmalıdır, çünki təbii  ehtiyatların istehlakı tükənməz deyil, bu 
da insanın özünün mövcud olub olmaması məsələsini irəli sürür. 
Bunun nəticəsində insan tərəqqi ilə  ətraf mühitin qorunması  
arasında kompromis tapmağa borcludur. 
Çernobl  atom elektrik stansiyasında baş verən fəlakət, 
“Çelencer” kosmik gəmisinin  atmosferdə partlaması, “Komso-
molets” nüvə silahlı sualtı  gəmisinin qəzası  və s. insanların 
fəaliyyətinə görə onların məsuliyyətini artırmalı  və yaddaşlarına 
təsir etməlidir. Göstərilən və adları  çəkilməyən digər fəlakətlər, 
yerin, atmosferin, okeanın radioaktiv çirklənməsi, insanların 
böyük sayda tələfi ilə nəticələnmişdir. 
Ekoloji böhran müxtəlif sahələrdə əks olunur, o biosferanı, 
hidrosferanı, atmosferanı, ümumiyyətlə ekosistemi dağıdır və 
dəyişdirir. Bu baxımdan ekoloji problemlər beynəlmiləl xarakter 
 
222


daşıyır. Biosfera vahid və bölünməz olduğundan onun qorunması 
və yenidən özünə qaytarılması ümümqlobal problemdir. 
Ekoloji böhranın  əsas  əlamətləri arasında aşağıdakıları 
göstərmək zəruridir: 
 
Yer Kürəsinin hava və su hövzəsinin çirklənməsi; 
 
Tullantıların çoxalma təhlükəsinin artması; 
 
İqlimin qlobal surətdə dəyişməsi və iqlimlə bağlı fəlakətin 
mümkünlüyü; 
 
Şumlanan torpaqların azalması  və  məhsuldar torpaqların 
zəifləməsi; 
 
Təbii resursların hasil edilməsi, onların emalı və istifadəsi 
- ətraf mühit üçün təhlükə yaradır. 
Bunlar sosial-ekoloji problemlərdir və birbaşa bəşəriyyətin, 
sivilizasiyanın olub – olmaması ilə bağlıdır. Ona görə  də bütün 
xalqlar və ölkələr ümumi səylərini ətraf mühitin hərtərəfli surətdə 
qorunub saxlanılmasına yönəltməlidirlər. Ekoloji tarazlığın 
pozulması təhlükəlidir və insanlar tərəfindən həm ekoloji şüurun, 
həm də tərbiyənin yüksək səviyyədə həyata tətbiqini və inkişafını 
tələb edir. 
Ekoloji problemlər etik məzmun kəsb etməyə başlamışdır. 
Çünki bu problemlər cəmiyyət və  təbiət münasibətlərindəki 
mənəviyyatsizlıq zəminində etikanın gözləNilməməsi” 
səbəbindən törəyir.  İnsan təbiətlə istədiyi kimi rəftar etmək 
hüququna malik deyildir. Bu gün təbiət – cəmiyyət münasibətləri 
qarşılıqlı hörmət və tərəfkeşlik əsasında qurulmalıdır. 
Azərbaycan müstəqillik  əldə etdikdən sonra  müxtəlif 
problemlərlə yanaşı həm də ekoloji problemlərlə üz-üzə qalaraq
onları qlobal və milli aspektlərinin qarşılıqlı  təsirini nəzərə 
almaqla həll etməlidir. 
İnsan  –  təbiət  –  cəmiyyət arasında münasibətlər sosial-
iqtisadi, təsərrüfat, hüquqi, mədəni və s. münasibətlər sistemi 
kimi səciyyələndirilir. Bu problemləri üç qrupa bölmək olar: 
1.
 
Azərbaycanda ekoloji problemlər və onların həlli 
yolları; 
2.
 
Ekoloji problemlərin həllinə yardım edə biləcək 
 
223


təşkilatların yaradılması; 
3.
 
Ekoloji problemlərin  həlli yollarının müəyyən olun-
ması. 
Hal-hazırda ekoloji problemlər,  ətraf mühitin qorunub 
saxlanılması, onun insanların səhhəti ilə bağlılığı  və  əlaqəsi bir 
sıra beynəlxalq təşkilatlar tərəfindən öyrənilir və onların  nizama 
salınmasına təsir göstərən proqramlar hazırlanır. Bunlardan 
dünya səviyyəsində olan təşkilatlar: Ümumdünya Səhiyyə 
Təşkilatı, Qrinpis, Kioto Müqaviləsi, İssıkkul Forumu, Nevada – 
Semipalatinsk hərəkatı, Alimlərin Paqouş  hərəkatı, Yaşıllar 
Hərakatı və Yaşıllar Partiyaları, Dini təşkilatlar bu problemə təsir 
göstərirlər. 
İnsanların  həddi-hüdudu olmayan təsərrüfat fəaliyyəti öz 
nəticələrinə görə  təhlükəlidir. Bu səbəbdən siyasi sahədə, 
beynəlxalq miqyasda öhdəliklər tam və  müasir texnologiyalar 
əsasında həll olunmalıdır.  
Ekoloji problemlərin həlli yollarına gəldikdə isə biz aşa-
ğıdakı istiqamətlərə diqqət yetirməliyik: 
 
Ətraf mühitin qorunmasına dair beynəlxalq proqramların 
işlənilməsi və yerinə yetirilməsi. Bunun üçün təbiətin qoru-
nub saxlanılması  tədbirlərinin həyata keçirilməsi prosesində 
dünya əhəmiyyətli Fondun yaradılması tələb olunur; 
 
Təbii mühitin vəziyyəti üzrə  nəzarətin beynəlxalq ekoloji 
standartlar əsasında müəyyən edilməsi; 
 
Hər bir ölkə üçün atmosferə  zərərli tullantıların məhdud-
laşdırıcı limitlərinin müəyyən edilməsi; 
 
İçməli suyun keyfiyyətinə nəzarətin artırılması; 
 
Təbiəti qoruma qanunvericiliyində ətraf mühitin qorunmasına 
dair və onun pozulmasının mümkünlüyünə görə yüksək 
formada və  hərtərəfli  əsaslandırılmış  məsuliyyət nəzərdə 
tutulmalıdır; 
 
Yeni, ekoloji cəhətdən təbiəti qoruyan texnoloji mədəniyyətə 
keçid  –  yəni təbii sərvətlərdən rasional istifadənin təmin 
edilməsi; 
 
İnsanların  ətraf mühitin vəziyyəti haqqında məlumatlan-
 
224


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə