Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   68   69   70   71   72   73   74   75   76

 
XVII  MÖVZU 
SOSİAL PROQNOZLAŞDIRMA 
 
1.
 
Proqnozların yaranması, mahiyyəti və növləri 
 
Müasir dövrdə qlobal problemlər artdıqca alimlər onların 
həlli yollarını axtararaq gələcəyə dair qlobal proqnozların 
hazırlanmasına böyük diqqət yetirirlər. Bu  tipli sosial 
proqnozlaşdırmanı adətən futurologiya adlandırırlar. Futurologiya 
- (latınca  –  futurum- gələcək və yünanca –loqos-  elm) gələcək 
haqqında elmdir, o bəşəriyyətin inkişaf perspektivlərinin 
məcmusu olaraq, sosial proseslərdə gözlənilən dəyişiklikləri 
müəyyən edir. Futuroloqların  əldə etdikləri nəticələr sosial 
siyasətin müхtəlif tərəflərinin inkişafı üçün mühüm praktiki 
əhəmiyyətə malikdir. Onlara əsaslanaraq, bu və ya digər 
problemlərin alternativ qərarlarını müqayisə edərək dövlətlər 
cəmiyyətin optimal inkişaf yollarını müəyyən edə bilərlər, 
neqativ hadisələrin inkişafını  ləngidə  və  əksinə pozitiv meylləri 
gücləndirə bilərlər. 
Bəs sosial proqnozlaşdırma nədir? 
Proqnozlaşdırma - qədim yunan sözü (proqnosis)  gələcəyi 
görmək, gələcəyi söyləmək deməkdir. Proqnozun hazırlanması bu 
və ya digər sosial hadisənin gələcək inkişafı haqqında ehtimal, 
mülahizə irəli sürülməsi deməkdir. Dar mənada isə proqnoz, bu 
və ya digər hadisə və proses haqqında, onların dəyişdirilməsi və 
inkişafının kəmiyyət baxımından qiymətləndirilməsi 
perspektivləri haqqında xüsusi elmi tədqiqatlar deməkdir.  
Proqnozlaşdırma - gerçəkliyin qabaqcadan əks etdiril-
məsidir. Proqnozlaşdırma prosesi insanın intellektual fəaliyyəti 
olub, insan şüurunun əsas funksiyalarından biridir. Bunun səbəbi 
odur ki,  təbiət və cəmiyyətdə bir sıra elə  hadisələr baş verir ki, 
insan  onların necə inkişaf  edəcəyini nəzərə almalıdır. Gələcəyə 
aid olan hər cür şərait bu və ya digər mənada qeyri-müəyyəndir. 
 
228


İnsan isə özünün fəaliyyəti ilə bu qeyri-müəyyənliyin 
səviyyəsinin aşağı salınmasına cəhd göstərir. 
Cəmiyyətimizin, ümumiyyətlə  bəşəriyyətin gələcəyi mə-
sələsi bu günün vacib problemlərindən biridir. Hələ indiyə qədər 
bəşəriyyətin gələcəyi bugünkü qədər qeyri-müəyyən olmamışdır. 
Bu da müəyyən mənada insanları qorxudur, onların enerjisini və 
təşəbbüskarlığını  məhdudlaşdırır. Bu səbəbdən cəmiyyətin 
gələcəyinə dair minlərlə proqramlar irəli sürülür və onlardan hər 
biri bunu təsdiqləməyə çalışır ki, yalnız onun reallaşdırılması 
cəmiyyətdə stabilliyə  və iqtisadi rifahın yüksəlişinə  əsas 
verəcəkdir. 
Deməli,  proqnoz dedikdə biz bu və ya digər obyektin 
gələcəkdə mövcud olan vəziyyəti haqqında elmi cəhətdən 
əsaslandırılmış mülahizəni başa düşürük, onun alternativ yolları 
və  həyata keçirilməsi müddətini nəzərdə tuturuq. Proqnozların 
işlənib hazırlanması prosesi proqnozlaşdırma prosesi adlandırılır. 
Hər bir elmin – iqtisadiyyatın, politologiyanın, fəlsəfənin, 
sosiologiyanın, demoqrafiyanın, psixologiyanın və s. proq-
nozlaşdırma  funksiyası    ən mühüm funksiyalardan biridir. 
Proqnozların alimlər tərəfindən  əsaslandırılması elmin bu 
istiqamətinin cəmiyyətin inkişafında məsuliyyətini artırmışdır.  
Proqnozların təsdiqi və doğruluğu o deməkdir ki, onlar 
mövcud olan biliklərin həqiqiliyini nəzərdə tuturlar. Proqnoz bilik 
forması olaraq bu və ya digər təhlükədən, baş verə biləcək 
nəticələrdən qorunmaq üçün xüsusi biliklər  əldə edilməsi 
formasıdır və sosial həyatın spesifik qanunlarının öyrənilməsi 
deməkdir. 
Gələcəyi görməyə maraq, hər şeyi bilmək istəyi təcrübədən, 
insanların həyati tələbatından, ümidlərindən, “onları  nə 
gözləyir?” sualına cavab axtarmalarıından irəli gəlmişdir. Maraq 
obyektiv  şəraitin dərk olunmasından doğur.  İnsanlara özlərinin 
məqsədyönlü fəaliyyətini, məqsəd və ona çatmaq üsullarının 
uzlaşdırılmasını, öz fəaliyyətinin gələcək nəticələrini bilməyə 
maraq xasdır.   
 
229


Məsələn, 1968-ci ildə  dərc olunmuş “ 2000-ci ilin Komis-
siyasının” proqnozuna görə  Yer Kürəsinin 5mlrd. əhalisinin 
9/10%-i  2000-ci ilə  qədər yaşayacaq, onlardan yarısı  dəyiş-
dirilmiş dünyanı 2025-ci ildə görəcək, 1989-cu ildə isə doğulmuş 
uşaqların çoxu XXI əsrin ortalarına qədər yaşayacaqdır. Burada  
tibb elminin son nailiyyətləri nəzərə alınmamışdır. Bu kimi 
proqnozlar uşaqların gələcəyinə qayğı  məsələsinə, demoqrafik 
proseslərin həllinə  də  təsir göstərir. Nəticədə Avropa qitəsində 
əhali qocalır, doğum isə azalır, Pribaltika respublikalarında, 
Macarıstanda hər ailənin payına orta hesabla 0,5 uşaq düşür, 
Çində isə  əksinə  əhalinin sayının artımını dövlət proqramı 
əsasında tənzim edirlər. 
Bəşəriyyət daha firavan və yüksək inkişaf etmiş dünyaya 
layıqdır.  İnsanlar  əlverişli iqtisadi, elmi-texniki və intellektual 
potensiala malikdirlər və  bəşəriyyəti dünyanın gələcəyi, onun 
necə mövcud olacağı düşündürür. Gözlənilən inkişaf 
perspektivlərinin obyektiv və subyektiv şərtləri bu gün də elmi 
tədqiqatlarda öz əksini tapır. 
Çoxlu sayda proqnozların irəli sürülməsi XX əsrin 60-cı 
illərinə  təsadüf edir. O dövrdə uzunmüddətli iqtisadi və sosial 
nəticələri öyrənən proqnozlar irəli sürüldü: “2000-ci ilin 
Komissiyası”, “İncəsənət və elm Amerika Akademiyası”, “Roma 
klubu”, “Qudzon İnstitutu” və s. 1974-cü ildən  “Gələcəyin 
tədqiqatının ümumdünya  federasiyası” yaranmışdır. Bu 
baxımdan Amerika sosioloqu N.Smelzerin  “Artımlı  dəyər 
nəzəriyyəsi”
18
 diqqəti cəlb edir. O, kollektiv davranış 
nəzəriyyəsinin inkişafı olaraq sosioloji amillərə  əsaslanır və 
göstərir ki, gələcək inkişafı insanların kollektiv davranışı ilə 
sosial  şəraitin qarşılıqlı  əlaqələri müəyyən edəcəkdir. Smelzerin 
fikrincə bu prosesdə sosial mühit də dəyişə bilər. 
Sosioloqlar Mills və Kozer belə bir proqnoz irəli sürmüşlər 
ki, sosial dəyişikliklər idarəetmə prosesində rolların 
iyerarxiyasına gətirir və insanların davranışına tabeçilik 
münasibətlərinin təsiri get-gedə güclənəcək. Frank isə hesab edir 
                                                 
18
 Bax: Н.М.Смелзер. Социология. М., 1994, с. 587, 591. 
 
230


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə