Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə12/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

«On Doqquzuncu Görüş»


Mərhum Ayətullah Seyyid Hüseyn Qazi Təbrizi Qumun böyük alimlərindən olmuşdur. Əksər alimlər onu təqva və kəramət sahibi kimi tanıyırlar. Onun dəfələrlə fədası olduğumuz İmam Zamanla görüşməsi də kimsədən gizli deyildir. Qazi Təbrizi ilə yaxından tanış və onun bir çox sirlərini bilən tələbələrindən biri deyir:

Ayətullah Seyyid Hüseyn Qazi deyirdi ki, bir gün neçə nəfərlə birgə İmam Zaman (ə)-ın hüzuruna nail olduq. Həzrət bizə nəzər salıb hamıdan bir-bir sorğu-sual etdi. Mənə çatdıqda, soruşdu: Ürəyiniz nə istəyir sizə verim? Dedim: İstəyirəm bu məclisdə sizə hamıdan yaxın olam. Bundan sonra Həzrət yanında boş yer düzəldib məni orada oturtdu.



«İyirminci Görüş»


Hacı Cavad Rəhimi nəql edir ki, mərhum Qazi deyirmiş: İmam Zaman (ə)-ın hüzurunda olduğum zaman aşiqlərinin onun mədhinə həsr etdiyi şe`rlərdən birini oxudum. Şair orada İmam Zaman (ə)-a qarşı olan eşq və sədaqətini çox gözəl tərzdə izhar etmişdi. Şe`ri oxuduğum zaman şairin ürək sözlərini özümə aid etməklə İmama olan məhəbbətimi bəyan etmək istəyirdim. Amma bir də baxıb gördüm ki, İmam Zaman (ə) artıq yoxdur və başa düşdüm ki, onun bundan xoşu gəlməmişdir.

«İyirmi Birinci Görüş»


Hacı Cavad Rəhimi başqa bir əhvalatda deyir:

Ayətullah Seyyid Hüseyn Qazi deyirdi ki, bir dəfə Həzrət Zəhranın (ə) təvəllüdü gecələrindən birində (20 Cəmadiüs-sani, 1348 hicri qəməri) Cəmkəran məscidində idim. Birdən gördüm ki, göydən yerə, xüsusilə də Cəmkəran məscidinin üzərinə qeyri-adi bir nur enir. (Hacı Cavad Rəhimi deyir:) Həmin gecə təsadüfən, mən də Cəmkəran məscidində idim. O nuru, demək olar, orada olan camaat da gördü. Sonradan həmin gecə haqda Hüseyn Qazinin e`timad etdiyi bir şəxs ona belə deyir: O gecə Tehranın Məsgərabad adlı məntəqəsində idim ki, ilahi övliyalardan biri məni təyyül-ərz ilə (bir göz qırpımında bir yerdən başqa yerə gediş) Cəmkəran Məscidinə gətirdi və onunla birlikdə orada təşkil olunan əza məclisinə getdik. Məclisin əvvəlindən fədası olduğumuz İmam Zaman (ə) da orada iştirak edirdi. Rövzəxan şe`rləri mərhum Seyyid Əli Rzainin “Ali Taha gülzarı” adlı kitabından oxuyurdu. İmam Zaman (ə) özü də ona qulaq asır və ağlayırdı. Məclis qurtardıqdan sonra İmam Zaman (ə) dua edib məclisdən getdi. Orada iştirak edən bir neçə nəfər İmam Zaman (ə)-a hamıdan yaxın olan şəxsə yaşınlaşaraq onun da dua etməsini israr etdilər. O isə boyun qaçıraraq dedi: Axı İmam Zaman (ə) dua etdi. Nəhayət, çox israr etdikdən sonra o da İmam Zaman (ə)-ın qiyamına dair dua edib məclisi tərk etdi.

Çox güman ki, dua edən şəxs mərhum Qazinin özü olmuş, amma adının çəkilməsini istəməmişdir.

«İyirmi İkinci Görüş»


Mərhum Ayətullah Mirzə Mehdi İsfahani buyurur:

Nəcəf-Əşrəfdə təhsil aldığım dövrlərdə əxlaq və mə`nəvi saflıq dərsini tanınmış alim və ariflərdən olan seyyid Əhməd Kərbəlayidən alırdım. Nəhayət, onun dediyinə görə mə`nəvi paklıq və ariflərin “qürb” və “fəna fillah” adlandırdıqları məqama çatdım. O, məni başqalarına əl tutmaq və “işraq” fəlsəfəsini tədris etmək üçün müəllim tə`yin etdi. O, məni “qütb” və “fəna fillah”a (ən yüksək mə`nəvi və ruhani məqam) çatmış arif hesab edirdi. Lakin, mən özüm özümü bu məqama layiq bilmədiyim və həqiqi maarifdən bir şey bilmədiyim üçün özümü aldada bilməzdim. Ürəyim sakitləşmir və özümü kamillik baxımından çox naqis hesab edirdim.

Bir gün belə qərara gəldim ki, çərşənbə gecələri Səhlə məscidinə gedib orada İmam Zaman (ə)-dan bu işdə mənə kömək etməsini diləyim. Bəlkə, Allahın bizim üçün sığınacaq və pənah yeri qərar verdiyi o cənab bizə diqət yetirib düz yolu göstərə. Bu səbəbdən də Səhlə məscidinə gedib o vaxta qədər öyrəndiyimiz və boş-boş mübahisələrə səbəb olan süfilik irfanını və bə`zi fəlsəfi bəhsləri başımızdan çıxarıb əsl ixlas və tövbə ilə İmam Zaman (ə)-ın hüzuruna nail olmaq qərarına gəldim. Elə bu vaxt onun nurani surəti qarşımızda zahir olub böyük məhəbbət göstərdi və əlimizdə müəyyən me`yar olub həmişə onunla hərəkət etməyimiz üçün də buyurdu: Biz Əhli-beytin yolundan qeyri yolla həqiqət ardınca düşmək bizi inkar etmək deməkdir.”

Mərhum Mirzə İsfahani bu sözləri İmam Zaman (ə)-dan eşitdikdə, başa düşür ki, həqiqətə çatmaq yalnız və yalnız Qur`an ayələrinin məzmunundan və Əhli-beytin (ə) rəvayətlərindən əldə olunmalıdır. Beləliklə, o, müqəddəs Məşhəd şəhərinə yola düşür və özünü Qur`an və Əhli-beyt (ə) maarifini elm əhlinə tə`lim verməyə həsr edir.





«İyirmi Üçüncü Görüş»


Seyyid Həsən Əbtəhi deyir:

Bir dəfə çərşənbə günü səhər mərhum Molla Ağacanla birlikdə Nəcəfdəki ziyarətgahlara getmişdik. O bizə belə dedi: İndi ki, namaz qılıb nahar etmişik, gərək Kufədəki həzrət Müslimin, həzrət Haninin, həzrət Zəkəriyyanın ziyarətgahlarına və Kufə, Zeyd və Sə`səə məscidlərinə də gedək. Gecəni isə olduqca bərəkətli olan Səhlə məscidində keçirib Allahın izni ilə İmam Zaman (ə)-ın görüşünə nail olarıq. Sonra öz-özünə yalnız mənim eşidə bildiyim bu sözləri dedi: “Əgər hirslənməsən.” Sonra başını bulaya-bulaya dedi: Axı nə üçün hirslənməliyəm? Yox, hirslənməyəcəyəm. Məgər Allah məni öz başıma buraxmışdırmı?! Bunu dedikdən sonra bu ayəni tilavət etdi: Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs insana pis işlər görməyi əmr edər.”1

Nəhayət, günorta namazını qılıb nahar etdikdən sonra maşınla Kufəyə getdik və yolda Kumeyl ibn Ziyadın, Məysəm Təmmarın qəbirləri və Hənnanə məscidini ziyarət etdik.

Günorta saat üçdə Kufə məscidinə çatdıq. Məscidin əməllərini yerinə yetirdiyimiz zaman Kərbəlada ayaqqabıçı işləyən və neçə gün Kufə məscidində ibadətə qapılaraq riyazət çəkən bir cavan öz otağından çıxıb bizə qoşuldu. Onu görcək soruşdum: Sən burda nə edirsən? Dedi: Riyazət çəkmək qərarına gəlmişəm və gərək iyirmi bir gün oruc tutub heç kimlə danışmayam. Dedim: Tərki dünyalığın sona çatdımı? Dedi: Xeyr, amma indi otaqda oturub “həmd” surəsini oxuduğum zaman birdən kimsə mənə dedi: Oxuduğun şey bu kişinin (Hacı Molla Ağaxan) yanındadır. Bunun üçün də istəyimi yerinə yetirməyincə ondan əl çəkən deyiləm.

Dedim: İstəyin nədir? Amma o bir şey deməyib susdu. Sonralar mə`lum oldu ki, onun istəyi İmam Zamanla (ə) görüşmək olmuşdur.

Nəhayət, Kufə məscidinin əməllərini birlikdə yerinə yetirib qurtardıq və sonra həzrəti Müslimin qəbrini ziyarət etməyə getdik. Qəbiri ziyarət etdiyimiz zaman o dedi: Bir fatihə də Muxtar Səqəfi üçün oxuyaq. Biz başa düşdük ki, o Muxtar Səqəfinin qəbiridir. Mən ondan soruşdum: Muxtar necə adam olmuşdur? Buyurdu: Qəlbində həzrət Fatimə (ə)-ın düşmənlərinin bə`zilərinə məhəbbət olduğu üçün qiyamət günü onu cəhənnəmə apararlar, amma şəhidlər ağası İmam Hüseyn (ə) göstərdiyi xidmətlərinə görə ona şəfaət edər.

Sonra həzrət Hani ibn Urvənin ziyarətinə getdik. Hacı Molla Ağacan bizi bir kənarda oturdub mərsiyə oxumağa başladı. Beləcə, yaxşı təvəssül edə bildik. Sonra bizə dedi: Bu hal və diqqət bizə həzrəti Haninin həqiqət və mə`nəviyyatından gəlib çatmışdır. Onlara təşəkkür edin.

Ziyarətimizi başa vurub Səhlə məscidinə getdik. Cavan yolda bir an da olsun mərhum Hacı Molla Ağacanı rahat buraxmır, ondan elə hey mə`nəvi kamillik barədə soruşurdu. Səhlə məscidinin yaxınlığında Sə`səə və Zeyd adına başqa iki məscid də var idi. Günün batmasına az qaldığı üçün oranın da əməllərini yerinə yetirdik. Amma Molla Ağacan Zeyd məscidində uca səslə qəribə bir dua oxudu və az qaldı özündən gedə.

İndi həmin gündən iyirmi iki ildi ki keçir. Amma onun siması indi də mənim gözlərim özündədir. O, fəryad edərək uca səslə bu duanı oxuyurdu:

İlahi, qəd məddə iləykəl-xatiul-muznibu yədəyhi bihusni zənnihi bikə.



İlahi, qəd cələsəl-musiu bəynə yədəykə muqirrən ləkə bisui əməlihi və raciyən minkəs-səfhə ən zələlihi.

İlahi, qəd rəfəə iləykəz-zalimu kəffəyhi raciyən lima yədəykə, fə la tuxəyyibhu birəhmətikə min fəzlikə.

İlahi, qəd cəssəl-aidu iləl-məasi bəynə yədəykə xaifən min yəumin təcəssu fihil-xəlaiqu bəynə yədəykə.

İlahi
caəkəl-əbdul-xatiu fəziən muşfiqən rəfəə iləykəl-tərfəhu həzərən raciyən fazət əbərətuhu mustəğfirən nadimən.” Buna oxşar zikrlərdən dedikcə, gözlərindən sel kimi yaş axırdı. Axırda əllərini göyə qaldırdı və uca səslə ah-nalə edərək dedi:

Allahummə, bihəqqi Muhəmməd Ali Muhəmməd, iğfirli vərhəmni, ya ərhəmər-rahiminə xəyrəl-ğafirin.” Sonra üzünü torpağa qoyub bədəni lərzə içində Allahın qorxusundan o ki var ağladı:

İn kuntu bi`səl əbdu, fə əntə ni`mərrəbb.”

O qədər ağladı ki, qarşısındakı torpaq islandı və görən elə bilərdi ki, hansı əzizini itirmişdir. Elə hey ağlayıb deyirdi:

Əzuməz-zənbu min əbdikə, fəlyəhsunil-əfvu min indikə, ya Kərim!” Bunu deyib yenə də səcdəyə düşdü və Əl-əfv(Rəhm et!) deyərək yüz dəfə təkrar etdi. Sonra yenə o qədər ağladı ki, qəşş edib özündən getdi. Biz çox çətinliklə onu özünə gətirə bildik. Sonra onu özümüzlə aparıb şam namazının ilk vaxtında Səhlə məscidinə daxil olduq.

Bura İmam Zaman (ə)-ın evidir. Bura İmam Zaman (ə)-ın dayaq yeridir. Bura İmam Zaman (ə) aşiqlərinin görüş yeridir. Belə bir müqəddəs məkana ilk dəfə gəldiyimiz üçün hər şey bizim üçün son dərəcədə qeyri-adi idi. Özü də bu işi Hacı Molla Ağacan təşkil etmişdi.

Şam və işa namazlarını qılıb Səhlə məscidinin əməllərini yerinə yetirdikdən sonra mə`lum oldu ki, Molla Ağacanın qonağı var imiş. Buna görə də hamı məscidin kənarında yaşayan və məscidi idarə edən mərhum Hacı Şeyx Cavad Səhlavinin məscidin həyətindəki otağına cəm oldu. Bura toplaşanlar Molla Ağacandan xahiş etdilər ki, gecəni oyaq qalıb zikr-mə`nəviyyat məclisini aparsın və onlar da feyz alsınlar. O da bu də`vəti qəbul etdi. Çox qəribə bir gecə idi. Məclisdə bir çox tanınmış şəxsiyyətlər iştirak etdiyi üçün son dərəcə maraqlı və yadda qalımlı idi.

Məclis iştirakçılarından biri Məşhəddən olan tanınmış bir seyyid idi. O, imam Zamanla görüşmək ümidi ilə bura çərşənbə axşamı Kərbəladan Səhlə məscidinə gəlirdi və bu onun sonuncu gecəsi idi. O biri isə bizə sonradan qoşulan bir cavan idi. O, İmam Zamanla (ə) görüşmək ümidi ilə uzun müddət riyazət çəkmiş və belə güman edirdi ki, bununla öz məqsədinə çatacaqdır. Başqa birisi isə o qədər pak insan idi ki, İmam Zamanla (ə) görüşəcəyinə əsla şübhə etmirdi.

Məclisdə şeyx Cavad Səhlavi özü də ev sahibi kimi iştirak edirdi. O özü İmam Zamanla (ə) görüş üçün o qədər səbirsiz idi və onda mə`nəvi vüsal hissi elə yüksək baş qaldırmışdı ki, bütün məclis əhlini həyəcana gətirmişdi. Hacı molla Ağacanın eşq və yanğısı isə məclisə tamam başqa rövnəq vermişdi. Mən isə o vaxtlar yeniyetmə bir cavan idim və bir küncdə oturub baş verənlərə tamaşa edirdim. Hamı İmamın ayrılığından göz yaşı axıdırdı. “Ali-Yasin” və “Təvəssül” duaları oxundu, bir sözlə, nəzərdə tutulan mərasim səhərə kimi davam etdirildi. Sübh namazını məscidin ortasındakı İmam Zaman (ə) məqamında qıldıq. Lakin, sonuncu çərşənbəsi sona çatan dostumuz çox narahat idi. Çünki, İmam Zaman eşqilə iki aydan daha çox vətənindən və ev-eşiyindən uzaq düşmüş və qürbətdə idi. Mən hamıdan çox onunla ünsiyyətdə idim. Çünki, bilirdim ki, heç vaxt İmam Zaman (ə) bu zəhməti nəticəsiz qoymaz, hətta bu müddət ərzində ondan İmam Zaman (ə)-ın hüzuruna nail olub-olmadığını da soruşdum. Dedi: Bu iş bir neçə dəfə baş versə də onu tanımamışam. Amma bütün bu məşəqqətlər onun hüzuruna çatdığım zaman onu tanımağım üçündür. Bax bu səbəbdən də mən bütün gecəni onun yanında keçirmək istəyirdim.

Sübh namazını İmam Zaman (ə)-ın məqamında namaz qıldığımız zaman gördüm ki, o, əli bağlı namaz qılan bir sünni məzhəb şəxlə mübahisə edir. Ondan nə üçün əsəbləşdiyini soruşduqda dedi: Axı nə üçün o ağamın məqamında İslamın göstərişinə xilaf olaraq namaz qılır? Sonra dedi: Az qala dəli olam! Qırx cümə axşamıdır ki, vətənimdən və evimdən-eşiyimdən uzaq düşmüşəm. Amma heç bir faydası yoxdur. Bu iş mümkündürmü?! Siz mənim yerimdə olsaydınız, nə edərdiniz? Dedim: Sənin yerində deyiləm, amma cəmi bir gecə gözlədim daha taqətim çatmır. Haqqın var... Bundan sonra o yenə başını divara söykəyib zar-zar ağlamağa başladı. Onu bu vəziyyətdə görüb götürüb Şeyx Cavad Səhlavinin otağında toplananların yanına apardım.

Hacı molla Ağacan arxası divara tərəf oturub, sanki, kimisə gözləyirdi. Biz də otağın bir küncündə oturduq.

Bu vaxt otağa ruhani paltarı geyinmiş arıq qarabuğdayı tələbə daxil oldu. Gördüm ki, onun arxasında əbasını sol çiyninə atmış bir seyyid də vardır. O, bayırda dayanıb otağın içinə baxırdı.

Sonradan hindli olduğu mə`lum olan həmin tələbə otağa daxil olduqdan sonra Hacı molla Ağacan acıqla ona dedi: Nə üçün otağa daxil oldun?! O isə yarı fars, yarı hind ləhcəsində bildirdi ki İmam Zamanla (ə) görüşmək istəyir. Sonra dedi: Gecəni sübhədək məsciddə oyaq qalmışam indi isə gəldim ki, bir az istirahət edəm.

Hacı molla Ağacan ona dedi: Yalan deyirsən! Sən İmam Zaman (ə)-ı sevmirsən, heç onu tanımırsan da. O daha əsəbi halda onu dediklərini təkzib edərək bunu bir neçə dəfə təkrar etdi. Bu isə bizi çox təəccübləndirdi. Çünki, hələ o vaxta qədər Molla Ağacandan kimsəyə qarşı belə sərt davranış görməmişdik. Hətta bə`ziləri ona e`tiraz edərək dedilər: Nə üçün o biçarə tələbəni bu qədər təhqir etdin?

Bundan sonra Hacı Molla Ağacan yerindən qalxıb gözlənilmədən həmin tələbəni zorla otaqdan bayıra çıxartdı. Bu müddət ərzində bayırda dayanan seyyid elə hey içəri baxır və hərdən gülümsəyirdi də. Sanki, o baş verənlərin nə ilə nəticələnəcəyini və əgər dava olarsa otağa daxil olmağı gözləyirdi.

Belə güman etdim ki, seyyid hindli şeyxin dostudur. Çünki, onun getməsi ilə o da oranı tərk edib getdi. Hacı Molla Ağacana dedim: Siz o hindli şeyxə nə dedinizsə, onun çöldə gözləyən seyyid dostu da eşitdi. Hələ yaxşı oldu o dostunu müdafiə etmədi. Hacı molla Ağacan təəccüblə soruşdu: Məgər onun yoldaşı da var idimi?

Dedim: Bəli, onu bayırda çox görkəmli və alicənab bir seyyid gözləyir və mübahisənizə tamaşa edirdi. Məclis iştirakçılarından bir neçəsi dedi ki, biz də onu gördük. Amma Molla Ağacan və ondan başqa iki-üç nəfər şəxs o seyyidi görməmişdi. Amma heç də belə deyildi ki, kimsə onu görməmiş olsun! Çünki, o seyyid qapının lap kandarında dayanmışdı. Qırx cümə axşamı Səhlə məscidinə gələn seyyid isə elə hey ağlayırdı. Ondan soruşdum: Sən də o seyyidi görmədin? Dedi: Gördüm, amma elə fikirləşirəm ki, o İmam Zaman (ə) idi. Hacı molla Ağacan dedi: Yaxşı fikirləşirsən. Çünki, İmam Zaman (ə) mənə bu vaxt bizimlə görüşə gələcəyinə və`də vermişdi.

Mən qırx cümə axşamı Səhlə məscidinə gələn cavan oğlandan soruşdum: Siz haradan bilirsiniz ki, o İmam Zaman (ə) idi? Dedi: Əvvəl onun İmam Zaman (ə) olduğunu sanki mənə ilham oldu, sonra yerimdən qalxmaq istədim, amma buna taqətim olmadı, hətta ağzımı açıb salam belə verə bilmədim. Sonradan Kufə məscidində bizə qoşulan cavan dedi ki, o vaxt onu mən də gördüm. Bunu eşitcək, fürsət olmadığı üçün hamılıqla o iki nəfəri axtarmağa başladıq. Səhlə məscidi çox xəlvət idi, hətta deyə bilərəm ki, orada bizdən başqa yalnız bir neçə adam var idi. Məscidin ətrafı da boş çöllük idi və iki kilometirlik məsafə rahat görünürdü. Birdən, həmin hindli cavanı gördüm və ondan onunla gələn seyyid dostunun hara getdiyini soruşdum. O isə dedi: Mənim heç bir yoldaşım yox idi. O, bizim tələm-tələsik ona tərəf gəldiyimizi görüb uzaqlaşmağa başladı. Nə qədər baxdıqsa, ondan başqa kimsəni görmədik və əgər kimsə bizim yerimizə olsaydı, sözsüz ki, deyəcəkdi həmin şəxs ya “təyyül-ərz” etmiş, ya da haradasa gizlənmişdir. Bəli, bundan başqa bir şey fikirləşə bilməzdik. Sonradan qapıları açıq olan otaqlara bir-bir baxmağa başladıq və belə bir qənaətə gəldik ki, həmin şəxs təyyül-ərz etmişdir.

Hacı Molla Ağacan ilə qırx cümə axşamı Səhlə məscidinə gələn cavan əmin idilər ki, o, İmam Zaman (ə) idi. Qalanları isə onu ya görməmiş, ya da Şeyxin və hacı Molla Ağacanın hindli ilə rəftarı onların başlarını qarışdırmış və bu səbəbdən də o şəxsin İmam Zaman (ə) olduğuna diqqət yetirməmişdilər. Molla Ağacan isə o qədər narahat idi ki, onunla danışmaq belə olmurdu.

Bizim bu məclismiz narahatçılıqla başa çatdı və molla Ağacanın rəftarı isə onu yaxşı tanımayanların heç xoşuna gəlmədi. Amma onun necə insan olduğu və necə gözəl əxlaq sahibi olduğu bizə bəlli idi və bildik ki, bu işin bir fəlsəfəsi vardır. Bunun üçün də bir şey soruşmayıb səbr etmək qərarına gəldik.

Nəcəf-Əşrəfə qayıtdığımız zaman yol kənarı müsafirxanaların birində oturmalı olduq. O, birdən dərindən ah çəkərək dedi: Gördünüz necə zərər çəkdim? Axı, mənə demişdilər ki, hirslənməyim. Dedik: Nə oldu ki, hirsləndiniz? Bu rəftarınız həm dostlarınızın sizə e`tiraz etmələrinə, həm də ağamız İmam Zaman (ə)-ın görüşündən məhrum olmağınıza səbəb oldu. Buyurdu: Elə bir şey baş verdi ki, dərk etmək olsa da, vəsf etmək olmur. Axı, o vaxt intizarda qaldığımı necə vəsf edə bilərəm? Axı, o hindlinin otağa girərkən fəzanın necə zülmətə qərq olduğunu və öz gəlişi ilə İmam Zaman (ə)-ın daxil olmağa mane olduğunu necə vəsf edim? Mən İmam Zaman (ə)-ı görməsəm də, başa düşdüm ki, onun gəlişinə mane olan həmin hindlidir. Bu səbəbdən də İmam Zaman (ə)-ın otağa daxil olması üçün onun otağı tərk etməsini israr etdim. Amma sonradan mə`lum oldu ki, o gəlib eşikdə gözləyir, biz isə içəridə biri-birimizlə çəkişirik.

Bütün bunlardan sonra Hacı Molla Ağacandan soruşdum: İmam Zaman (ə)-ın gələcəyini bildiyiniz və onu gözlədiyiniz bir halda onu görə bilməməyinizin fəlsəfəsi nə imiş? Buyurdu: Əgər mən İmam Zaman (ə)-ı qapının kandarında görsəydim və hindli onun daxil olmasına mane olsaydı, onunla daha sərt rəftar edərdim. O, hələ bu qədər yox, bəlkə də bundan artıq cəzalandırılmalıydı. Sonra sözlərinə əlavə edərək buyurdu: Belə fikirləşməyin ki, o hindlinin cəzası bu qədər idi, xeyr, hətta onun haqqı ölüm idi. Sözsüz ki, siz mənim bu sözümdən narahat ola bilərsiniz, çünki fəlsəfəsini bilmirsiniz. Elə bundan artığını da bilməyiniz məsləhət deyil. Dedim: Bəs nə üçün İmam Zaman (ə) bir tərəfdən gələcəyinə və`d verir, sonra da bu hindli araya girir və o getdikdən sonra belə içəri gəlmir? Dedi: Həzrət Musa (ə) Tur dağından qayıtdığı zaman bütün tərəfdarlarının buzova pərəstiş etdiklərini görür və üzünü Allahın dərgahına tutub deyir:

Bu baş verən işlər Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini haqq yoldan azdırır, istədiyini doğru yola yönəldirsən.”1 İndi də məsləhət bu idi ki, onu yalnız ləyaqəti çatanlar görə bilsinlər. Yolları bizdən ayrı olanlar və bizə təsadüfi qoşulanlar isə getdilər və bizim əxlaqımızı bəyənmədilər. Qırx çərşənbə Səhlə məscidinə gələn bu seyyid də o vaxt yerindən hərəkət edə bilməsə də, İmam Zamanla (ə) görüşə bildi və həmin an onu tanıyaraq istəyinə nail oldu. Əgər İmam Zaman (ə) otağa daxil olsaydı, yenə də həmin şey baş verəcəkdi və sən yenə də onu tanıyacaqdın. Burada yalnız bir iş baş verdi ki, gözlərim onun mübarək camalının nuru ilə işıqlanmadı. Bu isə məni sınağa çəkmək üçün idi. Bununla mənim nə qədər müt`i olduğumu yoxlamaq istəyirdilər. Axı, mənə deyilmişdi ki, hirslənməyim. Amma haradan biləydim ki, maneələri aradan qaldırmaq üçün də əsəbləşməməliyəm. Mən hər şeydən qafil oldum. İnsan Allaha itaətdə özünü o qədər islah edib əxlaqını münəzzəm etməlidir ki, gördüyü işləri İslam göstərişlərinə əsasən, səhmana düşüb əsl müsəlmanı tərənnüm etsin.

Bir sözlə, biz o gün başa düşmədik ki, nə üçün hindli cavan otağı elə zülmətə qərq etdi. Lakin, növbəti il təhsil almaq üçün Nəcəf-Əşrəfə getdim və həmin şeyxi orada gördüm. Yavaş-yavaş onunla tanış oldum. Bir gün o mənə dedi: Əvvəllər sünni məzhəbli vəhhabi idim, tələbələr arasında özümü şiə kimi qələmə verib onların arasında casusluq edirdim. Lakin, artıq şiə məzhəbinin həqiqətindən agah olmuşam və əvvəlki əqidə və əməllərimə görə tövbə etmişəm. Amma bir neçə aydan sonra yenə mə`lum oldu ki, o öz əqidə və gördüyü işlərdən əl çəkməmişdir. Nəhayət, o birdəfəlik İraq ərazisindən çıxarıldı. Deməli, o həm məni aldatmış, həm də özünü başqalarının nəzərində tövbəkar kimi göstərmək istəmişdir.



Beləliklə, bir daha əmin olduq ki, Seyyid Ağacan heç də mə`nasız söz deməmiş və gördüyü iş də tamamilə düzgün olmuşdur.




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə