Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə9/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

«On İkinci Görüş»


İlahi övliyalardan mərhum Hacı Şeyx Təqi Zərgəri barədə hörmətli zövcəsi belə deyir:

“1348-ci hicri qəməri ilinin mübarək Ramazan ayının on altıncı gecəsi idi. Birdən Mirzə Təqi Zərgərinin münacat və ağlamaq səsini eşidib yuxudan oyandım. Otağa çox qəribə ətir iyi yayılmışdı. Ondan nə olduğunu soruşduqda buyurdu: Bilirsən nə olub? Fədası olduğum İmam Zaman (ə) təşrif gətirmişdi. Bir müddət yanımda oturdu, sonra durub getdi. İndi də onun ayrılığına ağlayıram. Dedim: Bəs nə üçün məni oyatmadın? Dedi: Ağa dedi, qoy yatsın. Dedim: Onunla söhbətiniz də oldumu? Dedi: Ağaya bir neçə sual da verdim və o bütün suallarıma cavab verdi. Dedim: Etdiyiniz söhbət barədə mənə də söylə. Dedi: Ağadan məmləkətin vəziyyəti barədə soruşdum. Buyurdu: Tezliklə şah gedəcək və zalım rejim süquta uğrayacaq, zühur da bu yaxında baş verəcəkdir. (Bir halda ki, həmin dövrlərdə kimsə Məhəmməd Rza kimi qüdrətli bir padşahın süquta uğrayacağını fikirindən belə keçirmirdi.) Sonra soruşdum: Bəs ağadan xəstəliyinə şəfa verməsini istəmədinmi? Dedi: Mən tezliklə dünyadan gedəcəyəm və bu iş hələ bir neçə ay kecikmişdir. Sonra mən bir şey soruşmadan sözlərinə davam edərək dedi: Həzrətdən onun hüzuruna necə çatmağın mümkün olduğunu soruşdum. Buyurdu: Mən hər zaman sizinləyəm, vaxt istəsəniz, məni görə bilərsiniz.

Beləcə, gecəni başa vurduq. Amma o gündən sonra ömrünün sonunadək Mirzə Təqinin halı tamam başqa oldu.”

Gördüyünüz kimi, Həzrət Mehdinin (ə) aşiqləri onunla necə əlaqə saxmışlar və o həzrət onlara bildirmişdir ki, onun müqəddəs vücudu hər zaman onlarla birgədir.

Ey Sahibəzzaman! Can və ruhumuz sənə fəda olsun!



«On Üçüncü Görüş»


Bu məşhur əhvalat Qumda elm və fəzilət sahiblərindən nəql olunur. Qabaqlar Qumdan Cəmkərana gedən yol həzrət Əli ibn Cə`fər (ə)-ın ziyarətgahının yanından keçirdi. Ziyarətgahın ətrafında isə bir neçə ağac olduğundan bir qədər səfalı görünürdü. Bura həm də həzrət İmam Zaman (ə) aşiqlərinin görüş yeri idi. Əhvalat belədir:

“Hər həftənin cümə axşamı səhər vaxtı mərhum Hacı Molla Ağaxanın dostları orada yığışar və birgə Cəmkəran məscidinə gedərdilər. Bir gün cümə axşamı səhər ora gələn ilk şəxs mərhum höccətül-İslam Mirzə Təqi Zərgəri Təbrizi olur. Tanışlarını gözləyən Mirzə Təqi bir anlıq daxilən mə`nəvi hissə qapılır. Birbaşa qərara gəlir ki, Cəmkəran məscidinə tək başına getsin. Bu hal onu o qədər özündən ayırır ki, hətta Cəmkəran məscidinin ziyarətindən Quma qayıdan bir dəstə tələbənin onunla qarşılaşdıqlarını belə hiss etmir.

Dostları sonralar dəyirmanın yanına gəldikdə Mirzə Təqinin həmin gün gəlmədiyini güman edirlər. Cəmkəran məscidindən qayıdan tələbələrdən onu görüb-görmədiklərini soruşduqda hamı bir nəfər kimi deyir: Bəli, gördük. O, bir nəfər seyyidlə Cəmkəran məscidinə tərəf gedirdi və onların başı söhbətə o qədər qarışmışdı ki, hətta bizə diqqət belə yetirmədi.

Dostları da birlikdə Cəmkəran məscidinə tərəf yola düşürlər. Məscidə daxil olduqda baxıb görürlər ki, Mirzə Təqi mehrabla üzbəüz özündən gedib yerə yıxılmışdır. Tez onu ayıldıb soruşurlar: Sənə nə olub, niyə yıxılmısan? Bəs yanındakı seyyid hanı?

Mizə Təqi özünə gəldikdə deyir: Dəyirmana çatdıqda gördüm ki, özümü çox yaxşı hiss edirəm. Qorxdum ki, əgər qalsam, fikrim yayınacaqdır. Bunün üçün də qərara gəldim ki, Cəmkəran məscidinə təkbaşına gedim. O ki qaldı yanımdakına, mənimlə kimsə olmamışdır. Özüm içimdə İmam Zamanla (ə) söhbət və münacat etmişəm. Mehrabın qarşısına çatdıqda isə bir qəzəl söylədim. Birdən, mehrab tərəfdən səs gəldi və cavabımı verdi. Bundan sonra tab gətirməyib özümdən getdim.”

Mə`lumdur ki, bütün yolu o, İmam Zamanla (ə) birgə olmuşdur. Həzrətin səsini eşidib tab gətirməyən kəs onun mübarək üzünü görməyə necə tab gətirə bilər?! Bunun görə də İmamı o an tanımayanlar Mirzə Təqinin bir nəfərlə birgə getdiyini görmüş, lakin, o özü yalnız İmam Zamanla (ə) daxilən münacatdan ləzzət almışdır.



«On Dördüncü Görüş»


Seyyid Həsən Əbtəhi deyir: Təxminən, 1342-ci hicri şəmsi ilində “fiqh” və “üsul” dərslərimi başa vurub Qur`anın “Barı, hər tayfadan bir dəstə (elm öyrənib, sonra da onu dindaşlarına öyrətmək üçün) hicrət etsin ki, öz diyarlarına qayıtdıqdan sonra (Allahın əzabı ilə) xalqı qorxutsun.”1 – göstərişinə əsasən, Məşhəd camaatına xidmət etmək qərarına gəldim. O vaxt Məşhədin Səadətabad məhəlləsində Bəhailərə mənsub olan ən azı əlli ailə yaşayırdı. Orada Məşhədin və İranın sair şəhərlərinin xeyirxah camaatının köməyi ilə “İmam Zaman (ə)” adına məscid və dini mərasimlər keçirmək üçün bir salon tikildi. Şükür olsun Allaha ki, az müddət ərzində tikili kompleks fədası olduğum İmam Zamana (ə) təqdim olundu. Burada həmin məscidin, içindəki kitabxananın və salonun göstərdiyi fəaliyyət barədə söhbət açmaq istəmirəm. Lakin bunu qeyd etsək kifayətdir ki, on illik fəaliyyətdən sonra bəhailərin məhəlləsi mö`minlərin mərkəzinə çevrildi. Şah rejimində bütün İran ərazisində bir dənə də olsun İmam Zaman (ə) adına küçə və ya prospekt yox idi. Amma biz məscidlə üzbəüz həmin prospektə, yerləşdiyi meydana, məscid və salona İmam Zaman (ə)-ın adını verdik. Və get-gedə həmin məhəllədə bahai qalmadı. Hətta “Pepsi kola” adı ilə buraxılan və Məşhədin hər yerində satılan bəhailərə məxsus qazlı sular belə camaat tərəfindən baykot edilməyə başladı.

Bir gün dost və həmkarlarım “Dini tənqid və müzakirələr” mərkəzində mənə xəbər verdilər ki, bir şikəst bəhai İmam Zaman meydanında “pepsi kola” satır. Biz də gedib ona öz e`tirazımızı bildirdik. Məhəllə dükançılarından biri narazı halda bizə mane oldu. Mən dostlardan işin nə yerdə qadığını soruşdum. Dedilər: Biz hər yolla onu oradan uzaqlaşdırmağa çalışsaq da, amma bir dükançı bizim qarşımızı kəsib bu işə icazə vermədi. Dedim: Eybi yoxdur, İmam Zaman (ə) yolunda nə qədər zəhmət çəksəniz, əvəzini görərsiniz.

Ertəsi gün bir nəfər mənim yanıma gəlib dedi: Dünən gecə filan dükançının ürəyi infarkt keçirmiş və səhər özünə gəlmişdir. Amma hələ də həkim yanına getməmişdir. Buna baxmayaraq sizinlə görüşmək istəyir. Əgər mümkünsə, onun evinə gedin sizi görsün. O saat başa düşdük ki, o, dünən yoldaşlarıma e`tiraz edən və su satan bəhainin tərəfini saxlayan həmin şəxsdir. Dedim: çox yaxşı elə indi gedib onu görərəm. Tez paltarımı geyinib onun mənzilinə getdim. Evə daxil olduqda onun çox ağır vəziyyətdə yatağında uzandığını gördüm. O məni görcək dedi:

Dünən gecə evə qayıdıb yeməyimi yedim, sonra yataq otağıma girdim. Sevinirdim ki, bu gün iflic bir nəfərə kömək edə bilmişəm. Birdən gördüm ki, fədası olduğum İmam Zaman (ə) təşrif gətirib məni (tənbih edərək) əli ilə vurdu və buyurdu: Əgər bu işdən, yə`ni düşmənimə kömək etməkdən peşman olmasan, məhv olacaq və əgər peşman olsan şəfa tapacaqsan. Bunu eşitcək, huşumu itirib yerə yıxıldım və bundan sonra nə baş verdiyini başa düşə bilmədim.

Səhər özümə gəldikdə gördüyüm işdən tövbə etmək qərara gəldim. Bunun üçün də sizdən xahiş etdim ki, bizim evə gəlib tövbə etməyimin şahidi olasınız. Bilirəm ki, şəfa tapacağam və həkimə heç bir ehtiyacım yoxdur.

Bu belə də oldu, həmin əhvalatdan sonra uzun müddət yaşadı və o xəstəlikdən heç bir əziyyət çəkmədi.




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə