Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə7/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   2   3   4   5   6   7   8   9   10   ...   32

«Səkkizinci Görüş»


Daha çox Nəcəf-Əşrəfdə məşhur olan bu əhvalatı mərhum Məclisi “Biharül-ənvar” və Hacı Nuri “Nəcmus-Saqib”də yazmışdır. Mərhum Məclisi yazır ki, bunu mən e`tibarlı bildiyim bir şəxsdən eşitmişəm. O, əhvalatı mənə belə söyləyib:

“İndi yaşadığım köhnə ev əvvəllər Həsən Müdəllil adlı xeyirxah və əməlisaleh bir şəxsin olub. O, mö`minlərin əmiri Əli (ə)-ın ziyarətgahına yaxın məhəllədə yaşayırdı. Böyük külfət sahibi olan bu şəxs neçə il idi ki, iflic olduğundan ayağa qalxıb hərəkət edə bilmirdi. Hətta ayaqyoluna belə getmək istədikdə, əhli-əyalı ona köməklik edirdi. Xəstəliyi uzun çəkdiyindən ailəsi yoxsulluqla üzləşmişdi.

Bir dəfə (720-ci hicri qəməri ili) gecə yarısı uşaqları yuxudan oyanıb görürlər ki, evin üstündən qəribə bir işıq saçır. İşıq o qədər qeyri-adi olur ki, insanın gözlərini qamaşdırır. Onlar Hüseyn Müdəllilin yanına gəlib ondan soruşurlar: O işıq nədir elə? Nə olub, nə baş verir? O deyir: Elə indicə fədası olduğum İmam Zaman (ə) mənim yanıma təşrif gətirmişdi. Mənə dedi: Ey Hüseyn! Qalx yerindən! Dedim: Ey mənim ağam. Ey mənim sərvərim! Görürsən ki, mən yerimdən ayağa qalxa bilmirəm, bədənim iflic olub. Həzrət əlimdən tutub ayağa qaldırdı və elə həmin andan özümü tamamilə sağlam hiss etməyə başladım. Sonra mənə dedi: Bu dalan mənim Əmirəlmö`minin Əli (ə)-ın ziyarətgahına keçib getdiyim yoldur. Hər axşam onun qapısını bağlayın. Dedim: Baş üstə, dediyiniz kimi də edərəm. Sonra İmam Zaman (ə) ayağa qalxıb elə həmin yerdən Əli ibn Əbu Talibin ziyarətinə getdi. Və bu işıq onun ayaq izlərinin nişanələridir.”

Mərhum Hacı Nuri deyir: O dalan indinin özünədək Hüseyn Müdəllil dalanı kimi məşhurdur. Camaat o dalana nəzirlər edir və həzrət Sahibəzzamanın bərəkətilə öz diləklərinə nail olurlar.



«Doqquzuncu Görüş»


Mərhum Hacı Nuri “Nəcmus-Saqib” kitabında böyük arif Seyyid Bəhrul-Ülumun şagirdi Molla Zeynəlabidin Səlmasidən belə nəql edir:

“Bir gün Seyyid Bəhrul-Ülumla birlikdə Samirrada İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə)-ın ziyarətinə getdik. Biz bir neçə nəfər idik. Ziyarətgaha daxil olub birlikdə camaat namazı qılmaq istədik. İkinci rükətdə təşəhhüddən sonra üçüncü rükətə qalxmaq istərkən ona nəsə oldu və bir qədər dayandıqdan sonra ayağa qalxdı.

Namazdan sonra onun nə üçün dayandığından təəccüblənsək də, kimsə ondan nə üçün namazın ortasında dayandığını soruşmağa cür`ət etmirdi. Evinə qayıtdıqdan sonra süfrə arxasında oturduq. Seyyidlərdən biri mənə işarə etdi ki, Seyyid Bəhrul-Ülumdan namaz əsnasında dayanmasının səbəbini soruşum. Dedim: Sən ona məndən daha yaxınsan. Seyyid Bəhrul-Ülum bizim pıçıltımızı başa düşüb dedi: Biri-birinizlə nə danışırsınız? Onunla aramız açıq olduğundan cür`ətə gəlib dedim: Sizin namazın ikinci rükətindən sonra nə üçün dayandığınızı bilmək istəyir. Buyurdu: Namaz qılarkən gördüm ki, fədası olduğum İmam Zaman (ə) ziyarətgaha daxil olub atasının ziyarətinə gəlir. Onu görcək, özümü itirdim və sizin dediyiniz həmin vaxt onun müqəddəs vücuduna nəzər salırdım, ta o vaxta qədər ki, ziyarətini bitirib ziyarətgahdan xaric oldu.”

«Onuncu Görüş»


“Cəfr”, “rəml” və kimya kimi elmlərə yiyələnən çox təqvalı arif mərhum Seyyid Məhəmməd Müşir (Məşhəddə yaşayırmış) deyir:

“Günlərin bir günü “cəfr” vasitəsilə mənə mə`lum oldu ki, həzrət İmam Zaman (ə) hal-hazırda İmam Rzanın (ə)-ın hərəmindədir. Dərhal, evdən çıxıb İmam Rza (ə)-ın hərəminə getdim. İçəri daxil olduqda başa düşdüm ki, zərihin (qəbir) kənarında oturan üç nəfərdən biri İmam Zaman (ə)-dır. Dayanıb gözlədim ki, ziyarətlərini bitirib ayağa dursunlar və mən də ona yaxınlaşıb qəlbimdən keçənləri bildirim.

Onlar bir qədər bir yerdə oldular və mən fikirləşdim ki, görəsən, onlardan hansı biri İmam Zaman (ə)-dır. Bu arada onlardan biri mənim diqqətimi özünə daha çox cəlb etdi və təxminən, əmin oldum ki, İmam Zaman (ə) onun özüdür. Təsadüfən, yanındakı iki nəfər şəxs ayağa qalxıb İmam Rza (ə)-ın qəbrinin baş tərəfinə getdilər. Diqqətimi cəlb edən və İmam Zaman (ə) olduğunu güman etdiyim həmin şəxs isə eləcə İmam Rza (ə)-ın qəbrinə tərəf əyləşib ziyarətnamə oxuyurdu. Onun halı olduqca yaxşı nəzərə çarpırdı. Elə mənim də halım çox yaxşı idi. Çünki, tək özüm fədası olduğum İmam Zaman (ə)-ı görə bilirdim.

Amma bir neçə dəqiqədən sonra biri tələm-tələsik mənim İmam Zaman (ə) güman etdiyim şəxsə yaxınlaşıb dedi: Həzrət Mehdi (ə) getdi. O da tez yerindən qalxıb onun ardınca getdi. Başa düşdüm ki, mən onlardan birini İmam Zaman (ə) hesab etməkdə yanılmışam. Mən də tələm-tələsik onların ardınca getdim. Amma onlar o qədər də iti getmir və mənim qaçmağıma baxmayaraq tez bir zamanda məndən uzaqlaşıb gözdən itdilər. Bundan sonra bir daha onları görmədim. Mən Seyyid Müşirə dedim: Necə ola bilir ki, siz hər yerə düz gedir, amma belə bir əhəmiyyətli məsələdə, yə`ni İmam Zamanı (ə) üç nəfərin arasından seçməkdə səhvə yol vermisiniz? Buyurdu: Hər yerdə ixtiyar bizim əlimizdə deyildir. Həmin gün bir dərs olaraq mənə başa saldılar ki, böyük səhvə yol verirəm və fədası olduğum İmam Zaman (ə)-a cəfr, rəml və bu kimi şeylərlə çatmaq olmaz. Bunun üçün nəfsimizi təmizləməli və mə`nən güclənməliyik ki, o həzrəti görməyə ləyaqətimiz çatsın.”

Mərhum Seyyid Müşir başqalarının malik olmadıqları yüksək mə`nəvi xüsusiyyətlərə malik idi. Onun saatı olmadığına baxmayaraq gecə yarısı nə vaxt onun qapısını döyüb saatı soruşsaydıq, vaxtı dəqiqəsinə qədər düz deyərdi.

Günlərin bir günü o və bir neçə tanınmış alim Məşhədin yaxınlığındakı bağa də`vət olunurlar. Mərhum Ağaxan Zəncani namaz qılarkən, birdən, Seyyid Müşir dayandığı yerdən hərəkət edib ona iqtida etməyə başlayır. Namazını qılıb qurtardıqdan sonra ondan nə üçün belə tələsik Molla Ağaxana iqtida etdiyini soruşurlar. O deyir: Gördüm ki, Molla Ağaxan namazda İmam Zaman (ə)-a iqtida edir. Mən də ona qoşularaq İmam Zaman (ə)-a iqtida etdim.






Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə