Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə7/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   2   3   4   5   6   7   8   9   10   ...   179

Salman Süleymanov 

16 


səlam  zamanına yaxın bayat boyundan  Qorqud Ata  derlər bir  ər  qopdu”  cümləsi bu 

dastanın  tarixini  göstərməklə  bərabər,  bu  əlaqələrin  bir  daha  qeyd  etdiyimiz  kimi, 

hələlik  bizə  məlum  olan  faktlara  görə  Әrəb-Azərbaycan,  Azərbaycan-Әrəb 

əlaqələrinin başında durduğunu bir daha sübut edir. Bu mənada, bir daha gördüyümüz 

kimi, Azərbaycan xalqının müqəddəs Qurani-Kərimə, islam peyğəmbərinə olan şifahi 

münasibəti yazılı, elmi, ədəbi münasibətlərdən daha qədimdir. Ümumiyyətlə isə onu 

da  qeyd  etmək  lazımdır  ki,  Qurani-Kərimin  “İxlas”  surəsinin  “Dədə-Qorqud” 

dastanlarında olan tərcüməsini isə bütövlükdə Qurani-Kərimin türk dillərinə olan ilk 

tərcüməsi  kimi  qəbul  etmək  olar.  Doğrudur,  tədqiqatçılar  hələ  orta  əsrlərdə  Qurani-

Kərimin türk dillərinə olan bir neçə tərcüməsi haqqında məlumatlar verirlər. Belə ki, 

tədqiqatçıların  verdiyi  məlumatlara  görə  “Quranın  türkcəyə  ən  qədim  tərcüməsi 

Leninqradda  şərqşünaslıq  institutunun  kitabxanasında  saxlanılan  və  “Orta  Asiya 

təfsiri” kimi tanınan əlyazma hesab olunur. Bu əlyazmanın katibi və köçürülmə tarixi 

qeyd  olunmasa  da  V.  Bartold,  F.  Köprülü  kimi  dünya  şöhrətli  türkoloqların  fikrincə 

tərcümənin dil xüsusiyyətləri sübut edir ki, onun əsli XI əsrdə hazırlanmışdır. 1914-cü 

ildə  Karşı  şəhərində  aşkar  edilmiş  bu  Quran  əlyazmasının  dili  ilk  öncə  “Qarışıq  və 

qədim  türk”  dili  sayılmış,  sonralar  isə  alimlərin  çoxu  tərcümənin  Orta  Asiya  və 

Qaraxanilər  (927-1212)  sülaləsi  dövründə  hazırlandığı  fikrilə  razılaşmışlar.  Bununla 

belə  türkoloqların  əksəriyyəti  tərcümənin  dilində  oğuz-türkmən  dil  qrupuna  xas 

sözlərin  bolluğunu  da  təsdiq  edirlər.  Әlyazmanın  bu  xüsusiyyətini  nəzərə  alan  V. 

Bartold da tərcümənin dilinin qarışıq türkcə olduğunu göstərmişdir.  

Daşkənddə  şərqşünaslıq  institutunun  kitabxanasında  saxlanılan  türkcə  sətri 

tərcüməli Quran əlyazmasının da tarixi göstərilməmişdir. Kağız və xəttinə, başlıcası 

isə  dil  xüsusiyyətlərinə  görə  bu  tərcümənin  XIII  əsrin  yadigarı  olduğu  təxmin 

edilir... Türkiyənin Millət kitabxanasında saxlanılan Quran əlyazmasında isə mətnin 

yalnız türkcəyə tərcüməsi vardır. Tarixi göstərilməmiş bu əlyazma da XIII əsrə aid 

edilir”(  10  ).  Qeyd  edək  ki,  tədqiqatçılar  türk  dillərinə  edilmiş  sonrakı  əsrlərə  aid  

daha bir neçə Quran tərcüməsini qeyd etməkdədirlər.  

Beləliklə,  bütün  bu  tarixi  faktlara  nəzər  salsaq,  “Dədə  Qorqud”  dastanlarında 

olan tərcümənin bütün bu tərcümələrdən daha qədim olduğunu söyləyə  bilərik. Bu 

mənada,  AMEA-nın  müxbir  üzvü,  professor,  görkəmli  əlyazmaşünas  Möhsün 

Nağısoylunun  dediyi  bir  fikirlə  razılaşmamaq  olmur.  “Xatırladaq  ki,  hər  hansı  bir 

əlyazmada olan tarix heç də həmin abidənin yaranma tarixi deyildir. Bu tarix yalnız 

həmin  əlyazmanın  köçürülmə  dövrü  kimi  qiymətləndirilə  bilər.  Məsələn,  “Dədə 

Qorqud”  dastanlarının  əlyazması  XV  yüzilliyin  məhsulu  olsa  da,  mütəxəssislərin 



Ərəb-Türk-Azərbaycan ədəbi əlaqələr tarixinin ilk dövlərinə qısa bir nəzər 

17 


yekdil  fikrincə  abidənin  yaranma  tarixi  daha  qədimdir”  (10).  Beləliklə,  dastanın 

özündən  də  gördüyümüz  kimi  və  mütəxəssislərin  də  dediyinə  görə  həqiqətən  də 

“Dədə Qorqud” dastanlarının yaranma tarixi ən geci I minilliyin VII-VIII əsrlərinə 

qədər  gedib  çatırsa,  deməli  burada  öz  əksini  tapan  Quranın  tərcüməsi  də  Qurani-

Kərimin türk dillərində olan ilk tərcüməsidir. “Bu tərcümə adi dildən deyil, “Qurani-

Kərim”in  yazıldığı  ərəbcədəndir  və  adi  tərcümə  deyil,  məhz  Qurani-Kərimin 

özündəndir  –  ilk  ədəbi  yazılı  abidəmiz  olan  “Dədə-Qorqud  kitabı”nda  Qurandan 

tərcümədir.  Və  dilimizdə  indiyə  qədər  gördüyümüz  tərcümələrin  ən  gözəli,  ən 

mükəmməlidir. Yəni “Dədə Qorqud kitabı”nın dili qədər mükəmməl və şairanədir. 

Elə  bil  ki,  tərcümə  olunmayıb,  o  da  Quranın  özü  kimi,  ancaq  türk  dilində  göydən 

nazil olub... Həmin tərcümə budur:  

 

Yucalardan yucasan,  



 

Yuca Tanrı! 

 

Kimsə bilməz necəsən,  



 

Görkli Tanrı! 

 

Sən anadan doğmadın,  



 

Sən atadan olmadın.  

 

Kimsə rizqün yemədün,  



 

Kimsəyə güc etmədün.  

 

Qamu yerdə əhədsən,  



 

Allahu səmədsən.  

 

Adəmə sən tac urdun,  



 

Şeytana lənət qıldun,  

 

Bir suçdan ötri 



 

Dərgahundan sürdin.  

 

Nəmrud gögə oq atdı,  



 

Qarni yaruğ balığı 

 

Qarşu tutdin.  



 

Ululuğa həddün,  

 

Sənün boyın qəddün 



 

Yoq.  


 

Basdığun bəlürtməyən 

 

Bəllü Tanrı! 



 

Götürdugin gögə yetürən 

 

Görkli Tanrı! 




Salman Süleymanov 

18 


 

Qaqdığun qəhr edən 

 

Qəhhar Tanrı! 



 

Birligünə sığındum 

 

Çələbüm, Qadir – Tanrı! 



 

Mədəd səndən!...  

Şeirin  dilində  13  ərəb  (rizq,  əhəd,  Allah,  səməd,  şeytan,  lənət,  nəmrud,  hədd, 

qədd, qəhr, qəhhar, qadir, mədəd) və bir fars sözü ( dərgah) var. Әlbəttə şeirin cəmi 

59 sözünün miqdarında bu rəqəm kiçik deyil – 25. 4 faiz təşkil edir. Ancaq bu sözlər 

şeirin  qavranılmasında  zərrəcə  ləngimə  yaratmır.  Bunların  içərisində  bu  günkü 

türkcəmizdə olmayan 3 söz işlənib: əhəd, səməd, nəmrud. Bunlardan əhəd (Allahın 

tək olması) və səməd (Allahın heç nəyə möhtac olmaması) sözləri hər gün beş vaxt 

qılınan namazların içındə dəfələrlə təkrar olunur, namaz qılan türkün qulağı üçün bu 

sözlərin  doğma  səslənişə  çevrilib.  Nəmrud  (lüğəti  mənası:  daş  ürəkli,  üzü gülməz) 

hökmdarın zülmkarlığı haqqında xalq içində çoxlu rəvayətlər, əfsanələr söylənmişdir 

və insanlar arasında Nəmrud məlum bir anlayış olub. Yəni anlaşma baxımından türk 

sözləri ilə buradakı ərəb, fars sözləri arasında fərq yoxdur. İslamın türklər tərəfindən 

mənən  mənimsənməsində  “Dədə  Qorqud  kitabı”  böyük  rol  oynadığı  kimi,  ərəb 

sözlərinin  türklərin  ünsiyyətinə  girməsində  də  çox  iş  görmüşdür.  ”  (4,  124-127). 

Akademik  Tofiq  Hacıyevin  yuxarıdakı  fikirlərinə  təkcə  onu  əlavə  etmək  qalır  ki, 

“əhəd”,  “səməd”  kimi  sözlər  dilimizdə  təkcə  dini  ayinlərin  tərkibində  işlənməmiş, 

eyni zamanda xalq arasında istər tarixən, istərsə də müasir günümüzdə geniş şəkildə 

yayılaraq, hətta şəxs adları kimi də yaşamaqdadır.  

Bizim mövzumuzdan kənar olsa da, hər halda onu da qeyd etmək lazımdır ki, 

ərəb – Azərbaycan dili əlaqələri təkcə birtərəfli olmamış, hələ ilkin orta əsrlərdə ərəb 

dilindən Azərbaycan dilinə leksik vahidlər keçdiyi kimi türk dillərindən, Azərbaycan 

dilindən  də  ərəb  dilinə  sözlər  keçmişdir.  Bu  mənada,  hətta  Müqəddəs  Qurani-

Kərimdə  işlənən  bir  neçə  türk  mənşəli  söz  haqqında  danışarkən  akademik  Vasim 

Məmmədəliyev  Qurani-Kərimdə  “ğassaq”  (qusmaq,  yaradan  sarı  su  (irin)  axmaq, 

qoxumaq), “ğulam”, “talaq” kimi türk mənşəli sözlərin işləndiyini yazır ( 7 ). Eyni 

zamanda,  digər  tədqiqatçılar  da  məsələn,    Әşa  (530-629)  və  Әbu  Təmmamın 

şeirlərində  bəzək  mənasında  türk-Azərbaycan  mənşəli  “yaraq”  sözünün  də 

işləndiyini qeyd edirlər ( 6 ). Beləliklə, bu faktlar da, hətta, ən qədim zamanlardan 

belə,  ərəb  dilinə  türk  dillərindən  də  leksik  vahidlərin,  sözlərin  keçdiyini  göstərən 

faktlardandır.  Eyni  zamanda  bu  faktlar  ərəb-Azərbaycan  şifahi,  ədəbi  əlaqələrinin 

yazılı ədəbiyyatın tarixindən qat-qat əvvəllərə getdyini də göstərir.  




Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə