Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

30 
 
orta əsr Azərbaycan-türk katibləri ərəb dilinin imla qaydalarına  
yalnız müəyyən hallarda və qismən əməl etmişlər.  
5. Əlyazmada qoşa samitli (geminatlı) türk mənşəli 
sözlərin bəziləri təşdid işarəsi ilə yazılmış, bəzi sözlərdə isə 
bunun ifadəsi üçün həm iki hərfdən, həm də təşdiddən istifadə 
edilmişdir. Məsələn: 
للوق
ّ
ىر  qolları (68a),  للا
ّى  əlli (80b),  للواسي
ّر
 
yasavullar (71a), 
للا
ّ
ىر  əlləri (75b). Maraqlıdır ki, bu hal yalnız 
qoşa ll samitli sözlərdə özünü göstərir. «Kitabi-Dədə Qorqud»da 
və «Hədiqətüs-süəda»da da qoşa ll samitli bəllü, əllər sözlərinin 
yazılışında iki hərflə yanaşı, təşdiddən də istifadə edilmişdir (78, 
50; 92, I, 88a, 59a). «Şühədanamə»də isə bu və bu kimi sözlərin 
yazılışında ya iki hərfdən, ya da müvafiq hərfin üstündə qoyulan 
təşdiddən istifadə olunmuşdur (56, 89). «Riyazül-qüds»də qoşa 
samitli  yeddi, səkkiz, doqquz sözlərinin yazılışında isə qoşa 
samiti bildirmək üçün yalnız təşdiddən istifadə edilmişdir (37b, 
46a, 65b). Bu sözlər bəzən təşdidsiz də yazılmışdır (63b). Katib 
ىدتك
ّ  getdi (32a) və رليدتيا  etdilər  (43b) sözlərində də te 
hərfinin üstündə təşdid işarəsi qoymuşdur. Bunu, yəqin ki, 
katibin mexaniki səhvi kimi qəbul etmək olar. Qoşasamitli 
ərəb sözlərində də katib əksər hallarda təşdiddən istifadə 
etmişdir. Məsələn:  
اماّ amma (73 a), رتاتم
ّ  mütəəssir (68a), رھطم
ّ
 
mütəhhər (68b),
رسحت
ّ
 təhəssür (68b), 
ىدعت
ّ  təəddi (68b) və s. Yeri 
gəlmişkən qeyd edək ki, əlyazmanm katibi ərəb və fars mənşəli 
sözlərin yazılışında əsasən dəqiqliyə əməl etmiş və bu məsələdə 
heç bir sərbəstliyə yol verməmişdir. Əlyazmada yalnız bəzi 
hallarda ərəb mənşəli bir-iki sözün yazılışı ənənəvi qrafik 
variantından fərqlənir. Məsələn, «zalım», «hərəkət» sözlərini 
katib, bir qayda olaraq, 
 ملاظ
 ,
تكرح
 kimi yazmışdır. Əlyazmada bu 
sözlərin fərqli qrafik variantına da rast gəlirik: 
ميلاظ  (73a), تك هرح  
(71a). Katib bu sözlərdən birincisində [i] səsini, ikincisində isə 
[ə]  səsini bildirmək üçün müvafiq olaraq 
ي  ya  və  ه  ha 
hərflərindən istifadə etmişdir. Katib bir yerdə isə ərəb 
mənşəli  «
nəzarə
»  (baxış, müşahidə) sözünü yönlük halda 
yazarkən sözün sonundakı 
ه  ha  hərfini buraxmışdır:  هيراظن 


31 
 
nəzarəyə
 (69a). Bu hal «Şühədanamə»də də özünü göstərir. Belə 
ki, katib nöqtə,  ləhzə kimi ərəb mənşəli sözləri hallandırdıqda 
sondakı ha hərfini buraxır: 
ندطقن nöqtədən (75, 66),
 
هدظحل 
 
ləh-
zədə  (75, 67) və s. Orta əsrlərə aid digər Azərbaycan yazılı 
abidələrində də ərəb mənşəli bəzi sözlərin ənənəvi 
qrafikasından fərqli şəkildə yazılması halları müşahidə olunur. 
Məsələn, XV əsr Azərbaycan tərcümə abidəsi Şirazinin 
«Gülşəni-raz»   tərcüməsinin   Sankt-Peterburq   əlyazmasının   
(XVI əsr)   katibi   ərəb   mənşəli   «qüdrət», «vərəq» sözlərində 
[ə]  səsini bildirmək üçün həmin sözlərə 
ه  ha  hərfini də əlavə 
etmişdir:
 ت هردق
 ,
غ هرو
 
 (5b, 9b). Katib ikinci sözün yazılışında 
isə 
ق qaf hərfi əvəzinə غ ğəyn hərfini işlətmişdir (bax: 57, 38). 
«Riyazül-qüds»ün əlyazmasının səciyyəvi qrafik-orfoqrafik 
əlamətləri ilə bağlı bu qısa qeydlərimizə yekun olaraq onu da 
əlavə edək ki, araşdırdığımız nüsxənin orta yüziliklərə aid 
mətnlərlə imla xüsusiyyətləri baxımından müqayisəli təhlili 
maraqlı nəticələr əldə etməyə imkan verir. Bu məsələ 
üzərindəki ötəri müşahidələrimiz belə bir qənaətə gəlməyə 
əsas verir ki, XIX yüzilliyə aid mətnlərlə orta əsrlərə aid 
əlyazmalarda 
orfoqrafiya
 məsələlərində elə bir ciddi fərq 
yoxdur. Bu fakt isə sübut edir ki, Azərbaycanda klassik 
ədəbiyyatda olduğu kimi, yazılı ədəbi dildə, eləcə də onun 
tərkib hissəsi olan orfoqrafiyada da əski ənənələrə bağlılıq və 
varislik məsələsi XIX yüzillikdə də möhkəm və güclü olmuş və 
əyani şəkildə özünü göstərmişdir. 
 
 
 
1.4 
“Riyazül-qüds”ün
 yazılma səbəbi və qaynaqları 
 
Müsəlman Şərqində klassik kitabyazma ənənəsinə 
uyğun olaraq, şair və yazıçılar qələmə aldıqları əsərin 
əvvəlindəki «dibaçə» adlanan giriş hissəsində, bəzən də ayrıca 
bir başlıq altında, bir qayda olaraq, onun yazılma səbəbini qeyd 


32 
 
edirlər. Məsələn, Füzuli «Hədiqətüs-süəda»nın dibaçəsində bu 
əsəri imam Hüseynə (ə.) matəm saxlayan türk həmvətənlərinin 
xahişi ilə qələmə aldığını 
xüsusi olaraq 
qeyd edir (bax: 29, 25). 
Eləcə də dahi sənətkar «Hədisi-ərbəin» adlı tərcümə əsərinin 
dibaçəsində bu qırx mənzum hədisi camaatın faydası xatirinə 
ana dilinə çevirdiyini bildirir. Bəlli olduğu kimi, Füzulinin 
“Hədisi-ərbəin”i 
fars-tacik ədəbiyyatının görkəmli nüma-
yəndəsi Əbdürrəhrnan Caminin (1414-1492) 
fars dilində yazdığı
 
«Çehel hədis» əsərindən tərcümə olunmuşdur (bax: 46;  55, 28-
30; 96).  
Klassik əsərlərin yazılma
 səbəbləri sırasında daha çox 
hökmdarların və ya hakimlərin sifarişi, eləcə də yaxın dostların 
xahişi də göstərilir. A.Bakıxanov
 
da bu ənənəyə əməl edərək 
«Riyazül-qüds»ün dibaçə hissəsində əsərin yazılma səbəbini 
açıqlayır. Dibaçənin lap əvvəlində ənənəyə görə Allah-taalanı 
və sonuncu peyğəmbəri mədh edən A.Bakıxanov daha sonra 
oxucularına bu dünyanın müvəqqəti, keçici və fani olduğunu 
xatırladaraq onu insanlar üçün bir «imtahan sərmənzili» kimi 
dəyərləndirir və əsl mövzuya bir növ körpü salır. A.Bakıxanov 
daha sonra bəladan söz açaraq Allah-taalanın özünün sevimli 
bəndələrini (peyğəmbərləri) sınaqdan keçirmək  üçün onlara 
müsibətlər göndərdiyini və bu baxımdan sonuncu peyğəmbərin 
çəkdiyi cəfaların daha çox və üstün olduğunu dilə gətirir və 
bilavasitə əsl mətləbə yaxınlaşır. İndiyədək dünyada baş verən 
bəlalar içərisində ən dəhşətlisinin Kərbəla vaqiəsi olduğunu 
qeyd edən A.Bakıxanov bu qanlı faciəni anmağın fəzilətlərini, 
faydalarını yüksək dəyərləndirərək yazır ki, «bu diyarın əhli 
kim, Qübbə deməklə məşhur olan məmləkətdir», əbədi səadət 
qazanmaq təmənnası ilə hər il matəm məclisi qurur və Kərbəla 
vaqiəsinin anma mərasimini keçirir. Həmin məclislərdə oxunmaq 
üçün türk dilində ən məşhur məqtəl kitabının «Mövlana əfsəhül-
mütəkəllimin Məhəmməd Füzuli Bağdadinin «Hədiqətüs-süəda» 
əsəri olduğunu qeyd edən A.Bakıxanov bu kitabı «bir məcmueyi-
rəngin və güldəsteyi-nigarin» kimi yüksək dəyərləndirir. Bununla 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə